Məhkəmə qərarları › İş №2-1(103)-360/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-360/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-360/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmədbağı qızının katibliyi, iddiaçının nümayəndəsi, üçüncü şəxs X5, cavabdehin nümayəndəsi Vəkil3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1768/2019 saylı, 10.12.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа şifahi məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı 14.03.2019-cu il tarixdə cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu Süleyman Rəhimov küçəsi, dalan 1, 6-da ümumi sahəsi 48 kv.m olan evin sökülməsi nəticəsində iddiaçıya 146.100 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dovlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin seriya RX,0569977 nömrəli, 27.01.2015-ci il tarixli çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu Süleyman Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Yasamal rayonu İcra Hakimiyyəti tərəfindən 20.10.2016-cı il tarixdə heç bir qanuni əsas olmadan, bildiriş və xəbərdarlıq etmədən iddiaçıya məxsus mülkiyyətini söküb dağıtmış, söküntü zamanı ev əşyaları dağıntılar altında qalmış yararsız hala düşmüşdür. Bakı şəhəri, Yasamal rayonu Süleyman Rəhimov küçəsi, dalan 1, 6 saylı ev 1(bir) mərtəbəli, 3 otaqdan ibarət olmuşdur. İddiaçı ona vurulmuş zərərin məbləğini aşagıdakı kimi müəyyən etmişdir: 28,9 kv.m yaşayış sahəsinə görə (28.9 km. x 2500 = ) 72.250 manat, 19,3 kv.m yardımçı sahəsinə görə 2.000 (iki min) manat (19.3 x 2000 = ) 38.600 manat; Azərbaycan Respublikası Prezidentinin 689 saylı, 26.12.2007-ci il tarixli Fərmanının 2.3-cü bəndinin tələblərinə əsasən 20% miqdarında satınalma qiymətinə əlavə haqq, 13.100 x 20% = 23.850 manat, yeğanə yaşayış sahəsinin dağıdıldığına görə 20.10.2016-cı ildən başlayaraq kirayədə qaldığı üçün hər ay 350 manat kirayə haqqı - 24ay x 350 manat = 8.400 manat, kirayə haqqının qətnamə qəbul edilən tarıxə hesablanmasını, vəkilin xidmətinə görə 3.000 manat ödənilmiş məbləğin, cəmi 146.100 manat. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2- 1(81)1768/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu Süleyman Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evinin sökülməsi nəticəsində vurulan ziyanın əvəzi olaraq 96.400 manat kompensasiyanın cavabdeh Bakı şəhər Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2-1(81)-1768/2019 nömrəli qərarının “Bakı şəhəri, Yasamal rayonu Süleyman Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evinin sökülməsi nəticəsində vurulan ziyanın əvəzi olaraq 96400 manat kompensasiya cavabdeh Bakı şəhər Cavabdehndən tutularaq iddiaçının xeyrinə ödənilməsi və 150 manat məbləğində prosessual xərc cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi” hissəsində ləğv edilməsi və qərarın qismən rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan "xxxx" MMCnin UNİ/O 03-105/19 nömrəli rəyini nəzərdən keçirən zaman həmin rəydə qiymətləndirilən əmlak barədə məlumatlar hüquqi sənədlər əsasında, yəni Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən müəyyən edildiyi aydın olunur (rəyin 3 və 5-ci səhifələri). Lakin rəydə ümumi sahəsi .48,2 kv.m olan evin 1 otaqdan ibarət olduğu göstərilir. Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən həmin sahədə yerləşən ümumi sahəsi 48,2 kv.m. olan sahə 3 otaqdan ibarətdir. Bundan başqa, "xxxx" MMC-nin UNİ/O 03-105/19 nömrəli mütəxəssis rəyindən məlum olur ki, qiymət müəyyən edilərkən mövcud qanunvericiliyin tələblərinə 1 kv.m sahə üçün orta bazar dəyəri müəyyən edilmişdir. Beləki, həmin rəydən görünür ki, satış elanları olan internet səhifələrindən götürülmüş (elanların hansı tarixə yerləşdirildiyi qeyri müəyyəndir) Yasamal rayonunda və Nəsimi rayonunda yerləşən evlərlə bağlı elanlarda satıcı tərəfindən satış qiymətləri nəzərə alınaraq müqayisə edilmişdir və orta bazar qiyməti müəyyənləşdirilir. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.2-ci maddəsinə əsasən torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymət göstəricisi əsasında müəyyən edilir. Bundan başqa, həmin rəydə mübahisə predmeti olan fərdi yaşayış evinə heç bir aidiyyatı olmayan qarajların hazırkı tarixə 1 kv.m. dəyəri müəyyən olunduğu qeyd olunur (səhifə 18) və riyazi qaydalara uyğun olmayan uydurma bir düsturla 1 kv.m. sahə üçün 2.000 manat hesablandığı göstərilir. Qeyd olunan səbəblərə görə hesab edirlər ki, "xxxx" MMC-nin UNİ/O 03-105/19 nömrəli mütəxəssis rəyi iddiaçıya kompensasiya müəyyən edilməsi üçün sübüt kimi qiymətləndirilə bilməz. Buna baxmayaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi “Unipirse JNİ/O 03-105/19 nömrəli mütəxəsis rəyini əsas götürərək evinin sökülməsi nəticəsində vurulan ziyanın əvəzi olaraq 96.400 manat kompensasiyanın cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsi öhdəliyin Yasamal Hakimiyyətinin üzərinə qoyulması qənaətinə gəlmişdir. Beləki, həmin qərarla ünvan 1 ünvanında yerləşən 48.2 kv.m ümumi sahəsi olan evin bazar dəyəri 96.400 manat civarında müəyyən edilmişdir. Lakin, Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən iddiaçının mülkiyyətində 48,2 kv.m. deyil, 10 kv.m sahəsi olan 1 otaq olmuşdur. Beləliklə, məhkəmə maddi hüquq normalarının pozuntusuna yol verərək, işin iddiaçının xeyrinə həll olunması üçün “İnzibati İcraat” haqqında Qanununun maddəsinin müddəalarını tətbiq etmişdir. Belə ki, həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxs tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hesab edirlər ki, məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş "xxxx" MMC-nin UNİ/O 03-105/19 nömrəli mütəxəssis rəyi özözlüyündə həqiqətə uyğun deyil və mövcud qanunvericiliyin tələblərinə zidd olduğu açıq aşkar görünür. Buna baxmayaraq, hakim formal mülahizələrini rəhbər tutaraq sözügedən rəyi mötəbər sübut kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, 29.12.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.04.2021-ci il tarixli, 2- 1(103)-397/2021 nömrəli qərarı ilə cavabdehin apelyasiya şikayətinin qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 10.12.2019-cu il tarixli, 2-1(81)-1768/2019 nömrəli qərarı mübahisələndirilən - kompensasiya ödənilməsi hissəsində dəyişdirilmiş, Bakı şəhəri, Yasamal rayonu Süleyman Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evinin sökülməsi nəticəsində vurulan ziyanın əvəzi olaraq 72.300 manat kompensasiyanın cavabdeh Bakı şəhər Cavabdehndən tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı və cavabdeh kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1450/2021 nömrəli, 04.08.2021-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20.04.2021-ci il tarixli, 2-1(103)- 397/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin qərarında qeyd olunmuşdur ki, iddiaçının iddia ərizəsindən göründüyü kimi, O, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX ******* nömrəli, 27.01.2015-ci il tarixli çıxarışa əsaslanaraq Bakı şəhəri, Yasamal rayonu, Süleyman Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evinin 48,2 kv/m ümumi sahəsinin onun mülkiyyətində olduğunu göstərmiş və məhz, həmin ölçüdə olan cavabdeh tərəfindən sökülmüş fərdi yaşayış evinin kompensasiya pulunun ona ödənilməsi tələbini irəli sürmüşdür. Qeyd edilməlidir ki, istər birinci instansiya məhkəməsi, istərsə də apelyasiya məhkəməsi hazırkı mübahisəni həll edərkən kompensasiya məbləğini, iddiaçının iddia ərizəsində sözügedən fərdi yaşayış evinə dair göstərdiyi 48,2 kv.m ölçüsünü əsas götürmüşdür. Lakin bununla əlaqədar olaraq qeyd edilməlidir ki, işin 7-ci səhifəsində olan və iddiaçının istinad etdiyi yuxarıda göstərilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan göründüyü kimi, həmin Çıxarışın “Hüquq sahibləri” adlanan hissəsində İddiaçı başqa (iddiaçının payı 1 otaqdır), hüquq sahibləri olaraq daha 3 nəfərin X3 (payı 1 otaq), X10 (1 otaq) və X9 (1 otaq) soyadı qeyd edilmişdir. Həmçinin həmin çıxarışın “Fərdi yaşayış evinin əsas göstəriciləri” adlanan hissəsində ümumi sahə 48,2 kv.m kimi göstərilmiş, iddiaçıya məxsus ümumi sahə 26,1 kv.m, yardımçı sahə 15,9 kv.m olaraq yazılmışdır. Başqa sözlə, sözügedən 4 nəfərin paylı mülkiyyətində olan fərdi yaşayış evinin ümumi sahəsi 48,2 kv metrdir və iddiaçıdan başqa 3 nəfərin ümumi sahəsi 48,2 kv.m. olan fərdi yaşayış evinin sökülməsi ilə bağlı kompensasiya ödənilməsi iddiası ilə çıxış etməsi ilə əlaqədar iddiaçıya onlar tərəfindən hər hansı bir hüquq verilməsi iş materiallarından görünmür. Hətta qeyd edilməlidir ki, sözügedən evin dörd payçılarından biri olan X14 ilə Bakı şəhəri, Nərimanov rayon icra Hakimiyyəti arasında 30 iyun 2016-cı ildə dəyişmə müqaviləsi notariat kontorunda bağlanmış və həmin dəyişmə müqaviləsinə əsasən T.A.Əliyev adıçəkilən fərdi yaşayış evinin 1 otağını (yaşayış sahəsi 8,0 kv.m) Nərimanov rayon İcra Hakimiyyətinin mülkiyyətinə vermiş, əvəzində Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən T.A.Əliyevin mülkiyyətinə Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi, ev 9, 94 nömrəli mənzilində yerləşən 35,24 kv.m ibarət olan yaşayış sahəsi verilmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi işdə olan həmin mötəbər sübutları nəzərə almamış, bunları araşdırmamış, eyni zamanda isə, sözügedən fərdi yaşayış evinin iddiaçıdan başqa olan 3 nəfərin - Ş.Rəsulova, T.Əliyev və A.Əliyevi üçüncü şəxs qismində cəlb etməmişdir. Belə olan halda məhkəm kollegiyası hesab edir ki, kasasiya şikayətləri təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının 20.04.2021-ci il tarixli qərarı ləğv edilməli, iş baxılması təkrar üçün apelyasiya məhkəməsinə göndərilməlidir. İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Hazırki apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmasını, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1768/2019 saylı, 10.12.2019-cu il tarixli qərarının iddianın təmin olunmuş hissəsində ləğv olunmasını, həmin hissədə də iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi, üçüncü şəxs Əliyev Telman (iddiaçının qardaşıdır) iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-1768/2019 saylı, 10.12.2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh apellyasiya şikayətində iddianın təmin olunmuş hissəsində ləğv olunmasını xahiş etdiyindən və iddiaçı həmin qərardan şikayət vermədiyindən məhkəmə kollegiyası qərarın qanuniliyini iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kоllеgiyаsı işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin mаtеriаllаrını yохlаyаrаq, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti qismən təmin еdilməli, birinci instаnsiyа məhkəməsinin qərarı dəyişdirilməlidir. İş materiallarında olan: - RX ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu,S.Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evində İddiaçı əmlakı 1 otaqdan ibarətdir (qeydiyyat tarixi 27.01.2015-ci il). - RX ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən iddiaçının Bakı şəhəri, Yasamal rayonu,S.Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evində 1 otaqdan (y/s 10,0 kv.m ) ibarət əmlakı vardır (qeydiyyat tarixi 20.02.2015-ci il) - DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 20.02.2015-ci il tarixli, **********30 nömrəli məktubunun surətinə əsasən İddiaçı məxsus 1 otağının faktiki yaşayış sahəsi 10,7 kv.m, ümumi sahəsi 20,6 kv.m, əlavə tikililər 9,9 kv.m (4,5 kv.m + 5,4 kv.m) təşkil edir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, 29.12.2018-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması həyata keçirilir. - "xxxx" MMC-nin 10.10.2019-ci il tarixli, UNİ/O 03-105/19 nömrəli mütəxəssis rəyinə əsasən aparılmış hesablamalara və təhlillərə əsasən İddiaçı məxsus olmuş ünvan 2 ünvanında yerləşən 48,2 kv.m ümumi sahəsi olan evin bazar dəyəri 96.400 manat təşkil edir. - Bakı şəhəri Yasamal rayon İcra Hakmiyyətinin Başçısının 1-31-152 nömrəli 27 02.2019-cu il tarixli İddiaçı Ağababa qızına ünvanlanmış məktubuna əsasən, onun müraciətinə baxılmış, mülkiyyətçisi olduğu Yasamal rayonu, Süleyman Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evi ilə bağlı məsələnin araşdırılması üçün Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28 “B” ünvanında fəaliyyət göstərən müstəqil qiymətləndirici ekspetlərə, həmçinin hər həftənin 3-cü günü, saat 15:00 dan 19:00-dək həmin ünvanda sakinləri qəbul edən Daşınmaz Əmlakın Alınması Qurumuna müraciət edilməsi tövsiyyə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçının mülkiyyətindən məhrum olması cavabdeh inzibati orqanının hərəkətləri nətcəsində baş vermiş, bununla da iddiaçıya zərər dəymişdir və bu zərər cavabdeh tərəfindən ödənilməlidir. İddiaçıya yeganə yaşayış sahəsindən məhrum edildiyi üçün, bunun nəticəsində vurulmuş zərərə görə qanun tələblərinə uyğun olaraq pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəzərə alınmaqla ödənilməlidir. İddiaçının evinin sökülməsi nəticəsində vurulmuş zərərə görə 96.400 manat məbləğdə pul kompensasiyanın ödənilməsi ədalətlidir. Ona görə də, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu Süleyman Rəhimov küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evinin sökülməsi nəticəsindəvurulan ziyanın əvəzi olaraq 96.400 manat məbləğində kompensasiya cavabdeh Bakı şəhər Cavabdehndən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlsə də, kompensasiyanın 96.400 manat hesablanmasında ədalətli olmamışdır. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı (İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında) Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən (hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Van Marle və başqaları Niderlanda qarşı iş üzrə qərarında qeyd olunmuşdur ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş «əmlak» anlayışı ilə əhatə olunur. Sporronq və Lonnpot İsveçə qarşı işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibedilməməsi müəyyənləşdirilməlidir. Mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Belə ki, kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ «xəyali» və «səmərəsiz» hüququ olaraq qalardı. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun 1.1.1-ci maddəsinə görə alınma – dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin, istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi. 3.2. Torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədi ilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezıdentinin 17 iyun 2004-cü il tarixli 78 saylı Fərmanının 2.2-ci bəndinə əsasən müəyyən edilmişdir ki, dövlət ehtiyacları və ya ictimai ehtiyaclar tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsində nəzərdə tutulmuş hallarda və şərtlərlə özgəninkıləşdirilə bilər. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə mülkiyyətin dövlət ehtiyacları və ictımai ehtiyaclar üçün hansı konkret hallarda özgəninkiləşdirilə bilməsi və bu barədə hansı dövlət orqanının qərar qəbul etməsi müəyyən edilmişdir. Bütün başqa hallarda mülkiyyət yalnız könüllülük əsasında özgəninkiləşdirilə bilər. Mülki Məcəllənin 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsı nəzərdə tululmasın». Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Baxılan iş üzrə Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzilin mülkiyyətçiləri iddiaçının qardaşları və bacısıdır, onlardan X4 və X7 vəfat etmişlər. Mənzilin digər mülkiyyətçisi X12 baxılan iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Həmin şəxs həmçinin iddiaçının nümayəndəsi kimi çıxış edir, O, göstərmişdir ki, vəfat edən qardaş və bacısının varisləri haqqında hər hansı məlumata malik deyil, lakin vəfat edən həm qardaşı, həm də bacısı cavabdehlə bağlamış olduqları müvafiq müqavilələr uyğun olaraq kompensasiya məbləğlərini almışlır, yalnız iddiaçı olan bacısına evinin sökülməsi ilə əlaqədar hər hansı kompensasiya verilməmişdir. İclasda iştirak edən cavabdehin nümayəndəsi iddiaçının mübahisə predmeti olan fərdi yaşayış evinin sökülməsi müqabilində başqa mənzillə təmin olunduğunu bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda iş materiallarında olan 30.06.2016-cı il tarixli dəyişmə müqaviləsinə əsasən X13 ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə özünə məxsus hissəsini (1 otaq-y/s 8.0 kv.m) Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyətinin mülkiyyətinə verməyi, Nərimanov rayon İcra Hakimiyyəti isə onun balansında olan dövlətə məxsus Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 9-da yerləşən ümumi sahəsi 35,24 kv.m. olan 1 otaqlı 94 nömrəli mənzili X5 mülkiyyətinə verməyi öz öhdəsinə götürmüşlər. Göründüyü kimi cavabdeh tərəfindən X5 mülkiyyətinə verilmiş ev məhz onun payına düşən sahənin müqabilində verilmişdir. Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş AN ******* nömrəli, 17.01.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən müəyyən olunur ki, X4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə ona məxsus olan 1 otağını (y/s – 10 kv.m.) Bakı şəhəri Cavabdeh mülkiyyətinə verir. Satıcı həmin əmlakı 32.000 manat 00 qəpik (otuz iki min manat sıfır qəpik) qiymətinə satdı. Alıcı isə həmin qiymətə aldı. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş cavabdehin sifarişinə əsasən "xxxx" qiymətləndirmə şirkəti tərəfindən tərtib edilmiş qiymətləndirmə cədvəlinə əsasən mübahisəli əmlakın X2 məxsus olan payının 2016-cı ilin dekabr ayı tarixinə olan bazar dəyəri aşağıdakı kimi müəyyən edilmişdir: Müstəqil ekspertin təyin etdiyi qiymət Sıra əlavə xərclər nəzərə Ölçü sayı Obyektin adı Miqdarı alınmaqla vahidi № Vahidin Qiyməti qiyməti (manatla) (manatla) 1 2 3 4 5 1 Əsas sahə Kv.m. 10,62 1500 15930 2 Köməkçi sahə Kv.m. 8,6027 1500 12904 3 Anbar Kv.m. 2,04 400 816 4 Sanitar qovşaq Kv.m. 0,9 1500 1350 Cəmi: 31000 2 aylıq kirayə haqqı nəzərə alınmaqla 1000 Ümumilikdə cəmi: 32000 İş materiallarında olan 27.01.2015-ci il tarixli, RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sahəsi 10,2 kv.m. olan 1 otağı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Həmçinin, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin 20.02.2015-ci il tarixli, **********30 nömrəli məktubunun surətinə əsasən İddiaçı məxsus 1 otağının faktiki yaşayış sahəsi 10,7 kv.m, ümumi sahəsi 20,6 kv.m, əlavə tikililər 9,9 kv.m (4,5 kv.m + 5,4 kv.m) təşkil edir. İş materialları əsasında müəyyən edilir ki, paylı mülkiyyət hüququ üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınması işin mübahisə olunmayan halıdır. Hazırki mübahisə fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınmasına görə kompensasiyanın ödənilməsi ilə bağlıdır. Cavabdeh Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 9-da yerləşən ümumi sahəsi 35,24 kv.m olan 1 otaqlı 94 nömrəli mənzilin X13 ilə birlikdə iddiaçının fərdi yaşayış evində olan payının dövlət ehtiyacları üçün alınmasına görə verildiyini bildirsə də, Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 9-da yerləşən ümumi sahəsi 35,24 kv.m. olan 1 otaqlı 94 nömrəli mənzilin X8 ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə özünə məxsus hissəsininin (1 otaq-y/s 8.0 kv.m) müqabilində verildiyi müəyyən edilmişdir. Həmçinin, iddiaçıya onun payının müqabilində hər-hansı əlavə ödənişin edilmədiyi də işin mübahisə olunmayan halıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının fərdi yaşayış evində olan payının dövlət ehtiyacları üçün alınması müqabilində cavabdeh tərəfindən iddiaçıya kompensasiya ödənilməlidir. Göründüyü kimi, 1-ci instansiya məhkəməsi iddiaçının evinin söküntüsü ilə bağlı kompensasiyanın ödənilməsi hissəsində düzgün qərara gəlsə də, kompensasiya məbləğini obyektiv müəyyən edə bilməmişdir. Ona görə də, kompensasiyanın məbləği Yasmal rayon İcra Hakimiyyəti tərəfindən alınan əmlakın qiymətləndirilməsi üçün cəlb edilmiş müstəqil qiymətləndirici – "xxxx" MMC tərəfindənmüqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların Dövlət ehtiyatları üçün alınması haqqında” AR Qanununun və AR Prezidentinin 26.12.2017-ci il tarixli, 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə hər bir kv.m 1.500 manatdan hesablanmaqla aşağıdakı kimi müəyyən hesablanmalıdır: Müstəqil ekspertin təyin etdiyi qiymət Sıra əlavə xərclər nəzərə Ölçü sayı Obyektin adı Miqdarı alınmaqla vahidi № Vahidin Qiyməti qiyməti (manatla) (manatla) 1 2 3 4 5 1 Əsas sahə Kv.m. 10,7 1500 16050 2 Köməkçi sahə Kv.m. 9,9 1500 14850 3 Cəmi: 30900 4 2 aylıq kirayə haqqı nəzərə alınmaqla 1000 Ümumilikdə cəmi: 31900 Eyni zamanda məhkəmə kollegiyası qeyd etməlidir ki, 1-ci instansiya məhkəməsi iddiaçının digər tələblərini təmin etməməklə düzgün nəticəyə gəlmişdtir. Belə ki, iddiaçı, evinin sökülməsindən sonra kirayədə qaldığı və bu məqsədlə müvafiq müqavilə üzrə 8.400 manat kirayə haqqını ödədiyini qeyd etsə də, həmin məbləğin ödənilməsini təsdiq edən hər hansı ödəniş sənədini məhkəmə baxışına təqdim edə bilməmişdir. Həmçinin iddiaçı vəkil xidmətindən istifadə etmək üçün vəkilə 3.000 manat məbləğin ödənilməsini göstərsə də, bu məbləğin də ödənilməsini təsdiq edən hər hansı rəsmi ödəniş sənədini məhkəməyə təqdim edə bilməmişdir. İşin materiallarında olan “Hüquqi xidmətlərin göstərilməsinə dair” 07.03.2017-ci il tarixli Tapşırıq müqaviləsinin və vəkələt alan hüquqşünas T.Teymurova 300 manatın verilməsi haqqında eyni tarixli “Kassa mədaxil orderin qəbzi”n göstərilməsi etimal olunan xidmətin məhz hazırki işlə bağlı olmalarını sübut etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə apelyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək belə nəticəyə gəlir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-1768/2019 saylı, 10.12.2019-cu il tarixli qərarı dəyişdirilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus payının (10,7 kv.m əsas sahə, 9,9 kv.m. köməkçi sahə) sökülməsi 31.900 manat kompensasiya cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qalan hissədə qərar dəyişidirilmədən saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1768/2019 saylı, 10.12.2019-cu il tarixli qərarı dəyişdirilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus payının (10,7 kv.m. əsas sahə, 9,9 kv.m. köməkçi sahə) sökülməsi 31.900 manat kompensasiya cavabdeh Bakı şəhəri Cavabdehndən İddiaçı xeyrinə tutulsun. Qalan hissədə qərar dəyişidirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar