Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3602/2023 16.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin icarəyə verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8349/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə (iddia ərizəsində Bakı Şəhər İcra Hakimiyyətinin aparatı göstərilmişdir.) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 0,02 ha torapq sahəsinin ayrılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Bakı Şəhər İcra Hakimiyyəti göstərilməklə, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində 326 nömrəli məktəbin qarşısında yerləşən 0,02 ha torpaq sahəsinin ona icarəyə verilməsi barədə sərəncam qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8349/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin icarəyə verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya apellyasiya şikayətini müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 85.2-ci maddəsinə əsasən şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Həmin Məcəlləsinin 85.3-cü maddəsində qeyd olunur ki, şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. İş materiallarında olan apellyasiya şikayətindən isə görünür ki, həmin şikayətdə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilmədən, yalnız iddia tələbi qeyd olunmuşdur. Apellyasiya şikayətində qeyd olunanlar isə iddia tələbi ilə əlaqəli olmamışdır. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək əsaslandırılmış apellyasiya şikayətinin 06 oktyabr 2023-cü il tarixdədək məhkəməyə təqdim edilməsi barədə bildiriş göndərilsə də, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, eyni zamanda əsaslandırılmış apellyasiya şikayəti də məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclası təxirə salınaraq iddiaçıya yenidən məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, iddiaçı sonuncu məhkəmə iclasında da iddiaçı iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə görə apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8349/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin icarəyə verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8349/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3602/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3602/2023
16.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver