Məhkəmə qərarları › İş №2-1(103)-3609/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3609/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3609/2023 15.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi X5 Cavabdehnə qarşı “şəxsiyyət vəsiqəsi ilə təmin edilmə” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X23 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X14 ibarət tərkibdə, X20-Yusiflinin katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi X5 Cavabdehnə qarşı “şəxsiyyət vəsiqəsi ilə təmin edilmə” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-755/2015 saylı 06 mart 2015-ci il tarixli qərarından iddiaçıların qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 15 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar övladları İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi üçün cavabdehə müraciət etmiş və cavabdeh 17 sentyabr 2014-cü il tarixli məktubu ilə bildirmişdir ki, iddiaçılar Əfqanıstan Respublikasının vətəndaşı olduqları üçün onların övladlarının Azərbaycan Respublikasının vətandaşı olubolmamalarını müəyyən etmək məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir. İddiaçılar həmin cavab məktubunu qanunsuz və əsassız hesab etdiyindən hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və övladları İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, X10 2005-ci ildə Kohistani Hamid ilə nikaha daxil olmuşdur. Həmin nikahdan onun Azərbaycan Respublikasının ərazisində 18 sentyabr 2006-cı il tarixdə İddiaçı1, 30 avqust 2008-ci il tarixdə İddiaçı2 adlı uşaqları doğulub və hər ikisi müvafiq qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edilib. İddiaçı və uşaqları BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının himayəsindədir və bu barədə himayə sənədi ilə onlar təmin edilmişdir. İddia tələbinin hüquqi əsasları kimi Azərbaycan Respublikası Konstitusiyasının 52, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 1-ci, 6-cı və 11-ci maddələrinə, “Azərbaycan Respublikasmm vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.5-ci bəndinə istinad edilmişdir. Birinci instansiya, apellyasiya və kassasiya instansiya məhkəmələrinin və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin gəldikləri nəticələr: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 mart 2015-ci il tarixli, 2-1(81)- 755/2015 saylı qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-968/2015 saylı, 14 iyul 2015-ci il tarixli qərarı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(102)- 1215/2015 saylı 03 noyabr 2015-ci il tarixli qərarı ilə iddiaçılar X5 və Kohistani Hamid oğlunun kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının 2-1(81)-755/2015 saylı, 14 iyul 2015-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi 2022-ci il 13 yanvar tarixli qərarında qeyd etmişdir ki, yerli məhkəmələr 2014-cü il 30 may tarixədək Azərbaycan ərazisində əcnəbi valideynlərdən doğulmuş uşağın Azərbaycan vətəndaşı sayılmaması barədə qərar çıxararkən hansı hüquqi əsasa istinad etdiklərini izah etməmişdir. Onlar həmçinin aidiyyəti olan uşaqların hamısının Azərbaycanın dövlət orqanları tərəfindən verilmiş doğum haqqında şəhadətnaməyə və bu sənədin 2014-cü il 30 may tarixədək qüvvədə olan 1998ci il 30 sentyabr tarixli Qanunun 6-cı maddəsinə və Konstitusiya Məhkəməsinin 2003-cü il 31 yanvar tarixli qərarına əsasən vətəndaşlığı təsdiq edən sənəd statusuna malik olmasını nəzərə almamışlar. Qərara əsasən “İnsan Hüquqlarının və X13 haqqında” Konvensiyasının 8-ci maddəsi pozulmuş hesab edilmiş, cavabdeh dövlət tərəfindən dəymiş mənəvi zərərə görə ərizəçilərin hər birinə 2100 avro kompensasiya ödənilməsi qərara alınmışdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 2022-ci il 13 yanvar tarixli qərarına əsasən hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat qaydasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 sentyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 25 iyun tarixli, 2-1(102)-821/2015 nömrəli; 2015-ci il 2 iyul tarixli, 2-1(102)- 851/2015 nömrəli; 2016-cı il 30 iyun tarixli, 2-1(102)-10/2016 nömrəli; 2015-ci il 22 sentyabr tarixli, 2-1 (102)-1040/2015 nömrəli; 2016-cı il 17 fevral tarixli, 2-1 (102)-12/2016 nömrəli; 2015-ci il 3 noyabr tarixli, 2-1(102)-1215/2015 nömrəli və bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2015-ci il 1 aprel tarixli, 2- 1(103)-449/2015 nömrəli; 2015-ci il 11 fevral tarixli, 2-1(103)-356/2015 nömrəli; 2015-ci il 5 may tarixli, 2-1(103)-690/2015 nömrəli; 2015-ci il 21 aprel tarixli, 2-1(103)-512/2015 nömrəli, 2015-ci il 30 iyun tarixli, 2-1(103)-896/2015 nömrəli; 2015-ci il 14 iyul tarixli, 2- 1(103)-968/2015 nömrəli qərarlarının ləğv edilməsi, iddiaçılar Məryəm Ehsani və Nəstaran Ehsaninin qanuni nümayəndəsi Ehsani X8; X3 və X4 qanuni nümayəndəsi Haidari X1; X6 və X12 qanuni nümayəndəsi X2; Qureshi X9 qanuni nümayəndəsi Qureshi X7; X21 qanuni nümayəndəsi X35; İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi X5 tələbləri üzrə işlərin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: İşin təkrar apellyasiya baxışı zamanı 15 noyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada məlumatlandırılmasına baxmayaq onlar iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə tərəflərin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13-1(102)-1(a)/2022 nömrəli, 30 sentyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 03 noyabr 2015-ci il tarixli, 2-1(102)-1215/2015 saylı qərarı və bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 968/2015 saylı, 14 iyul 2015-ci il tarixli qərarlarının ləğv edilməsi, iddiaçı X5 (İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi) tələbi üzrə işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin qərarında qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi 2014-cü il 30 may tarixədək Azərbaycan ərazisində əcnəbi valideynlərdən doğulmuş uşağın Azərbaycan vətəndaşı sayılıb-sayılmamasını Azərbaycan Respublikası Konstitusiyası və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanun əsasında araşdırmalı, iddiaçıların Azərbaycan Respublikası tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrinin mövcud olması faktını müəyyən etməli və qiymətləndirməli, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarında ifadə olunmuş hüquqi mövqeləri nəzərə almalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşdən görünür ki, iddiaçılar X10 və Kohistani Hamid 2005-ci il taixdə nikaha daxil olmuşlar. Həmin nikahdan onların Azərbaycan Respublikasının ərazisində 18 sentyabr 2006-cı il tarixdə İddiaçı1, 30 avqust 2008-ci il tarixdə İddiaçı2 adlı uşaqları doğulub və hər ikisi müvafiq qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edilib. Onlar Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi üçün Cavabdehnə müraciət etsələr də, vətəndaşlıq məsələlərinin həllinin onların səlahiyyəti daxilində olmadığı üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etməsi tövsiyyə edilərək İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, iddiaçıların qanuni nümayəndəsi olduğu övladlarının Azərbaycan Respublikası vətəndaşı sayılmasına dair sənəd Cavabdehnə təqdim edilmədiyindən və bununla bağlı cavabdeh inzibati orqanın imtinası əsaslı olduğundan iddia rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşdə olan AZ-İİİ № 256976 və AZ-İİİ № 204320 saylı doğum haqqında şəhadətnamələrin notarial təsdiqlənmiş surətlərindən görünür ki, 18 sentyabr 2006-cı il tarixdə İddiaçı1 və 30 avqust 2008-ci il tarixdə İddiaçı2 Azərbaycan Respublikasının ərazisində - Bakı şəhərində doğulmuşlar, valideynləri kimi atası Kohistani Hamid, anası X34 Baseer qeyd olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsinə əsasən Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2014-cü il tarixdə edilmiş dəyişikliyə qədər olan redaksiyasında 11-ci maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edir. Həmin Qanunun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2-1) 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; 3) Azərbaycan Respublikası vətəndaşının pasportu. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. 5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 2.5-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, vəsiqə verən orqan şəxsin bu Əsasnamənin 2.2-ci bəndində nəzərdə tutulan sənədlərinin surətlərini və "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı barədə məlumatları təsdiq edən rəsmi sənədini (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə) araşdırılmaq üçün dərhal Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərməlidir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həmin sənədlərə 10 gün müddətində baxaraq vəsiqə verən orqana şəxsin Azərbaycan Respublikasının vətəndaşı sayılıb-sayılmaması barədə yazılı cavab verir. Şəxs Azərbaycan Respublikasının vətəndaşı sayıldıqda, ona bu Əsasnamə ilə müəyyən edilmiş qaydada şəxsiyyət vəsiqəsi verilir (şəxsiyyət vəsiqəsinin verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin cavab məktubu vəsiqə verən orqana daxil olduğu andan hesablanır). İnsan hüquqları üzrə Avropa Məhkəməsi özünün 13 yanvar 2022-ci il tarixli qərarında göstərmişdir ki, “Konstitusiyanın 52-ci maddəsi və 1998-ci il 30 sentyabr tarixli Qanunun 11-ci maddəsi 2014-cü il 30 may tarixədək qüvvədə olan redaksiyada aydın şəkildə göstərilməklə və bu qaydaya əsasən hər hansı şərt və ya məhdudiyyət nəzərdə tutulmadan, Azərbaycan Respublikasının ərazisində doğulmuş şəxsin Azərbaycan vətəndaşı olduğunu qəbul etmişdir. Doğulduğu yer (Jus soli) əsasında Azərbaycan vətəndaşlığının qeyd-şərtsiz verilməsi Konstitusiya Məhkəməsinin 2003-cü il 31 yanvar tarixil qərarında da öz təsdiqini tapmışdır. Məhkəmə, həmçinin, hazırkı işlərdə daxili qanunvericiliyə verilən şərhin hökumət tərəfindən BMT qarşısında irəli sürülən Azərbaycan Respublikası ərazisində doğulan uşaqların heç bir əlavə şərt qoyulmadan Azərbaycan vətəndaşlığı almasına dair şərhinə zidd olduğunu qeyd edir. Bundan əlavə, Məhkəmə qeyd edir ki, yerli məhkəmələr 2014-cü il 30 may tarixədək Azərbaycan ərazisində əcnəbi valideynlərdən doğulmuş uşağın Azərbaycan vətəndaşı sayılmaması barədə qərar çıxararkən hansı hüquqi əsasa istinad etdiklərini izah etməmişdir. Onlar, həmçinin aidiyyəti olan uşaqların hamısının Azərbaycanın dövlət orqanları tərəfindən verilmiş doğum haqqında şəhadətnaməyə və bu sənədin 2014-cü il 30 may tarixədək qüvvədə olan 1998ci il 30 sentyabr tarixli Qanunun 6-cı maddəsinə və Konstitusiya Məhkəməsinin 2003-cü il 31 yanvar tarixli qərarına əsasən vətəndaşlığı təsdiq edən sənəd statusuna malik olmasını nəzərə almamışlar. Məhkəmə qeyd edir ki, daxili qanunvericiliyin müddəaları milli hakimiyyət orqanları tərəfindən düzgün şərh edilməmişdir və ərizəçilərin övladlarının Azərbaycan vətəndaşlığının rədd edilməsi nə qanuni, nə də zəruri prosessual təminatlara uyğun deyildir. Konvensiyanın 8-ci maddəsi pozulmuşdur”. Beləliklə, işin hallarına və qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən müəyyən edilmişdir ki, iddiaçıların övladları xx.xx.2006-cı il təvəllüdlü İddiaçı1 və xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçıların övladlarına Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilməsi barədə müraciətini vətəndaşlıq məsələlərinin həllinin səlahiyyətləri daxilində olmadığını əsas götürərək, təmin etməkdən imtinası qanunsuz olmuşdur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan redaksiyada) tələbləri baxımından, həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarında ifadə olunmuş hüquqi mövqeləri nəzərə alaraq belə nəticə hasil olunur ki, cavabdehin imtinası qanunsuz olmuş, iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçıların qanuni nümayəndəsi X5 apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-755/2015 saylı 06 mart 2015-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, iddiaçılar X5 və Kohistani Hamid oğlunun övladları xx.xx.2006-cı il təvəllüdlü İddiaçı1 və xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Nəticə hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-755/2015 saylı 06 mart 2015-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı X5 övladları xx.xx.2006-cı il təvəllüdlü İddiaçı1 və xx.xx.2008-ci il təvəllüdlü İddiaçı2 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar