Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-361/2021 12.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Valeh Məmməd oğlu Ağayevin sədrliyi ilə (məruzəçi); Afaq Bayram qızı Nuriyeva və Hüseyn Aida Əli qızından ibarət tərkibdə; İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Əmlak Məsələləir Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 1437/2019 saylı qərarından ərizəçi “Leyla” firması tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) məhkəmə iclasında yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri Nizami rayonu, 2405-ci məhəllə, Bəkir Çobanzadə küçəsi, 14 C saylı ünvanında yerləşən qeyri-yaşayış binasına dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və həmin mülkiyyətə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və həmin mülkiyyətə dair çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1437/2019 saylı qərarı ilə İddia tələbi təmin edilmiş, Bakı şəhəri Nizami rayonu, 2405-ci məhəllə, Bəkir Çobanzadə küçəsi, 14 C saylı ünvanında yerləşən qeyri-yaşayış binasına dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və həmin mülkiyyətə dair İddiaçı adına çıxarışın verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qət edilmişdir. Qərar xx xxxxx 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. xx.xx.2019-cu il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunması tələb olunmuşdur. xx.xx.2019-cu il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə məktub ünvanlayaraq bildirmişdir ki, Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2- 1(82)-1437/2019 saylı qərarının icrası təmin edilmiş, Bakı şəhəri Nizami rayonu, 2405-ci məhəllə, Bəkir Çobanzadə küçəsi, 14 C ünvanına dair İddiaçı adına ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli elektron çıxarış hazırlanmışdır. xx.xx.2020-ci il tarixdə “Leyla” firması ərizə ilə Məhkəməyə müraciət edərək inzibati işin nəticəsinin ərizəçinin maralarına toxunduğu üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1437/2019 saylı qərarının surətinin rəsmi qaydada ərizəçiyə verilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə Məhkəmə ərizəçiyə cavab ünvanlayaraq bildirmişdir ki, həmin iş üzrə proses iştirakçısı olmadığı üçün qərar ərizəçiyə təqdim edilə bilməz. xx.xx.2020-ci il tarixdə ərizəçi vəsatət ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı cavabdeh Əmlak Məsələləir Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə “Leyla” firmasının inzibati icraata cəlb olunmuş üçüncü şəxs qismində tanınmasının və işə qoşulmasının təmin edilməsini xahiş etmişdir. Ərizəçi vəsatətə apellyasiya şikayətini də qoşma kimi əlavə etmişdir. Məhkəmə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)- 1437/2019 saylı qərarından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətini inzibati işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, ərizəçinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-1437/2019 saylı qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş materiallarından görünür ki, ərizəçi iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmasına dair vəsatətlə Məhkəməyə müraciət etsə də, Məhkəmə vəsatətə baxmadan apellyasiya şikayətinə baxılması üçün şikayəti inzibati işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləir Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(82)-1437/2019 saylı qərarından ərizəçi “Leyla” firmasının verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. İnzibati iş üzrə ərizəçi “Leyla” firması tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş vəsatətə baxılması üçün 2-1(103)387/2021 saylı inzibati iş Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-361/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-361/2021
12.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver