Məhkəmə qərarları › İş №2-1(103)-361/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-361/2022

23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-361/2022 23.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (3-cü şəxslər X9, X7 və X8) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2-1(112)-5467/2021 saylı qərarından 3-cü şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər X9, X7 və X3 qarşı “mənzilə istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X9, X7 və X1 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 113 saylı evin, 54 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ərizədə cavabdeh qismində Bakı şəhəri Cavabdeh və üçüncü şəxslər qismində X9, X7 və X8 göstərilməklə, üçüncü şəxslər X4, X2 və X1 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 113 saylı evin, 54 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 113, mənzil 54-ü keçmiş mülkiyyətçidən alqı-satqı yolu ilə almışdır. Mənzili aldıqdan sonra qohumları 1989-cu il təvəllüdlü X9, 2012-ci il təvəllüdlü X7 və 2014-cü il təvəllüdlü X1 mülkiyyətçisi olduğu mənzilə müvəqqəti olaraq qeydiyyata alınmaları barədə razılıq vermişdir. Uzun müddətdir ki, həmin şəxsləri görmür və heç bir əlaqəsi yoxdur. Onların hal-hazırda harada yaşamaları barədə heç bir məlumatı yoxdur. Həmin şəxslərin qeydiyyatdan çıxmamaları mənzilin mülkiyyətçisi kimi mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Qeyd olunan şəxslər mənzildə qeydiyyatda olduqlarına görə onların yerinə mənzil və kommunal xidmət haqlarını da o, ödəməli olur ki, bu da ona maddi cəhətdən zərər vurur. Həmin şəxslər mübahisəli mənzildən heç vaxt istifadə etməmişlər. Bu səbəbdən üçüncü şəxslərin mülkiyyətçisi olduğu mənzildən pasport qeydiyyatından çıxarılmaları zəruridir. Üçüncü şəxs X9 məhkəməyə təqdim etdiyi iddiaya dair etirazda göstərmişdir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, o, X10 ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuş, bu nikahlarından iki övladları xx.xx.2012-ci il təvəllüdlü Aylin və xx.xx.2014-cü il təvəllüdlü Ayxan doğulmuşdur. Nikaha daxil olduqdan sonra ilk olaraq Maştağa ərazisində Savalan qəsəbəsində yerləşən yaşayış evini almışlar. Həmin evi notarial qaydada təsdiqlənmiş müqavilə ilə 05 il müddətinə ödəməklə tam şəkildə əldə etdikdən sonra sataraq, hazırki mübahisəli mənzilin yerləşdiyi ərazidə iki ay kirayədə qalaraq, həmin ərazidə almaq üçün mənzil axtarmışlar. Bu müddətdə satışa çıxarılan hazırki mübahisəli mənzili bəyənərək, 19 sentyabr 2017-ci il tarixdə iddiaçının ipoteka yolu ilə əldə etdiyi hazırki mübahisəli mənzili aralarında razılığa gəlməklə, daşınmaz əmlakın alqısatqısına dair ilkin müqavilə ilə ilkin dəyəri 45.000 (qırx beş min) manat ödəməklə əldə etmişlər. Həmin müqaviləyə əsasən iddiaçı mübahisəli əmlakı 89.000 manata qiymətləndirmişdir. Müqavilədən də göründüyü kimi həmin dəyərin 45.000 manatı ilkin müqavilə bağlanarkən nəğd şəkildə ödənilmiş, qalan 44.000 manatı isə mbahisəli mənzilin alqı-satqısına dair əsas müqavilə bağlanarkən ödənilməlidir. Aralarında razılaşmaya əsasən aylıq ipoteka ödənişi kimi Bəhruzun adından hər ay əvvəl 365 manat, daha sonra isə 380 manat şəklində (sığorta məbləği illik 180 manat idi, daha sonra həmin məbləğ aylıq ödənişin üzərinə əlavə olunduğu üçün aylıq ödəniş dəyişdi) ödənilməli olan 44.000 manat ipoteka borcu ödənilib qurtardıqdan sonra mənzil satıcı tərəfindən ipoteka yüklülüyündən azad olunmalı və mənzilin 89.000 manata satılması barədə alqı-satqı müqaviləsi bağlanmalı idi. Bundan sonra iddiaçı mübahisəli mənzilə olan hüquqlarının daha rahat həyata keçirə bilmələri üçün, eyni zamanda əldə etdikləri mənzilə qeydiyyata düşə bilmələri üçün ona həmin notariat kontorunda müvafiq etibarnamə verərək, mübahisəli mənzilə dair bütün hüquqları həvalə etmişdir. Həmin mənzildən ilkin alqı-satqı müqaviləsinə əsasən köçüb yaşamaqla, fasiləsiz istifadə ediblər. İki aya yaxındır ki, əri ilə aralarında yaranmış mübahisə ilə bağlı valideynlərinin yanında yaşayırlar. Mənzilin hazırda iddiaçının istifadəsində olmasından yalnız hazırki iddia ərizəsinin surətini aldıqdan sonra xəbər tutmuşlar. Bakı İnzibati Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli, 2-1(112)-5467/2021 saylı qərarı ilə iddia təmin edilərək, üçüncü şəxslər X9 və onun yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X1 İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 113 saylı evin, 54 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Bakı şəhəri, Cavabdehnə həvalə olunması qərara alınmışdır. 3-cü şəxs X9 apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti məhkəmənin icraatına qəbul olunmuş və inzibati iş apellyasiya şikayətinə baxılması üçün məhkəmə baxışına təyin olunmuşdur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş İddiaçı ilə, X10, üçüncü şəxs X9 arasında 19 aprel 2022-ci il tarixdə notarial təsdiq edilmiş barışıq sazişindən görünür ki, 1. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə dair X10 ilə bağlanmış 19 sentyabr 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqısına dair ilkin müqavilənin qüvvədə olmasını və həmin tarixdən hal-hazıradək həmin mənzilin aylıq ipoteka ödənişlərinin X10 tərəfindən həyata keçirildiyini qəbul edir. 2. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili X10 və X9 ilə razılaşdırılmış şəxsə və razılaşdırılmış qiymətə satmağı öhdəsinə götürür. 3. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin satışından əldə etdiyi pulun həmin mənzilin ipoteka borcu ödənildikdən sonra qalan hissəsinin yarısını X5, yarısını isə X6 ödəməyi öhdəsinə götürür.

4. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(103)-361/2022 saylı inzibati iş üzrə X4 qeydiyyatdan çıxarılma tələbinə dair iddiasından imtina edir. 8. Tərəflər bu sazişi imzalamaqla bir-birlərinə qarşı gələcəkdə hər hansı bir əmlak tələbi etməyəcəklərini öhdələrinə götürürlər. 10. Bu saziş Bakı Apellyasiya Məhkəməsinə təqdim edilərək tərəflər iş üzrə icraatın xitam verilməsini xahiş edirlər. Həmin barışıq sazişinin 9-cu bəndində barışıq sazişinin bir nüsxəsinin məhkəməyə təqdim edilməsi göstərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Həmin Məcəllənin 15.2-ci maddəsində qanunverici inzibati məhkəmə icraatında tərəflərə mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdırmaq imkanı yaratmışdır. Həmin Məcəllənin 55-ci maddəsində iddiaçının iddiadan imtina etmək hüququ və onun hüquqi nəticələri təsbit edilmişdir: 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçı birbaşa iddiadan imtina etməsi barədə ərizə ilə məhkəməyə müraciət etməmiş olsa da, notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişində iddiaçı hazırkı iş üzrə iddiadan imtina etməsi və icraata xitam verilməsi ilə bağlı iradə ifadəsini bildirmişdir. Odur ki, məhkəmə tərəfindən iddiaçının barışıq sazişində ifadə olunmuş iradə ifadəsi iddiadan imtina edilmə kimi qəbul edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı iddiadan imtina etdiyindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5, 80 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (3-cü şəxslər X9, X7 və X8) “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan, inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar