Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-361/2023 27.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X13 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X8 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “hüquqi yardıma görə xidmət haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinin təmin olunması üçün inzibati aktın qəbul edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-993/2022 saylı, 08 iyul 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istintaq orqanlarının müvafiq qərarları əsasında təqsirləndirilən şəxslərə göstərdiyi hüquqi yardıma görə 516 manat xidmət haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinin təmin olunması üçün inzibati aktın qəbul edilməsi barədə cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosu hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin noyabr ayından Bakı şəhəri “Mərkəz" Vəkil Bürosunda vəkil işləyir. 2019-cu ildə “Mərkəz” Vəkil Bürosunun yurisdiksiyasına aid olan ərazidə fəaliyyət göstərən ayrı-ayrı istintaq orqanlarının müvafiq qərarlarına əsasən müxtəlif maddələrlə olan cinayət işləri üzrə təqsirləndirilən şəxslərə haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi şərti ilə hüquqi yardım göstərib. Belə ki, X6 barəsində Azərbaycan Respublikası CM-nin 120.1 maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə Yasamal rayon prokurorluğunun xx.xx.2019 tarixli qərarı əsasında tərəfindən 50 saat müddətində, X2 barəsində CM-nin 306.1 maddəsi olan ********* nömrəli cinayət işi üzrə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin 09.2019-cu il tarixli qərarı əsasında 18 müddətində, X1 barəsində CM-nin 306.1 maddəsi olan ********* nömrəli cinayət işi üzrə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin xx.xx.2019-cu il tarixli qərarı əsasında 18 saat müddətində təqsirləndirilən şəxslərə hüquqi yardım göstərilmişdir. Qeyd olunan cinayət işləri üzrə təqsirləndirilən şəxslərə tərəfindən cəmi 86 saat müddətində hüquqi yardım göstərilmişdir ki, bu da ümumilikdə göstərilən hüquqi yardıma görə (86 x 6 manat=516 manat) 516 manat məbləğində xidmət haqqı təşkil edir. İbtidai istintaqın yekununda təqsirləndirilən şəxslərə onun tərəfindən göstərilmiş hüquqi yardımla bağlı müstəntiqlər tərəfindən qəbul edilmiş həmin qərarlar xidmət haqqının ödənilməsi üçün Bakı şəhəri “Mərkəz” Vəkil Bürosu tərəfindən 25 sentyabr 2019-cu il tarixli 04/79 nömrəli məktubla Cavabdehnə göndərilmişdir. Qeyd olunan qərarlar xidmət haqqının ödənilməsi üçün 2019cu ilin sentyabr ayında Cavabdehnə daxil olmasına baxmayaraq bu qərarlar üzrə xidmət haqqının 2019-cu ildə ödənilməsi təmin edilməmiş, nə də ki, həmin qərarlar ödəniş aparılmasa da, sonradan xidmət haqqının Azərbaycan Respublikasının Vəkilllər Kollegiyası tərəfindən ödənilməsi üçün geri qaytarılmamışdır. Hesab edir ki, Cavabdeh bu hərəkəti qanunaziddir, onun üzərinə tərəfindən istintaq orqanlarının müvafiq qərarları əsasında göstərilmiş hüquqi yardıma görə müəyyən olunmuş vəsaitin ödənilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul olunmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-993/2022 saylı, 08 iyul 2022-ci il qərardadı (hakim G.Sevdimalıyeva) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ödəniş edilməsi üçün “Mərkəz” Vəkil Bürosuna geri qaytarılmış 2019-cu il üzrə ödənilməmiş qərarların siyahısı cavabdeh tərəfindən saxtalaşdırılmışdır. Belə ki, həmin siyahının 20, 21 və 37-ci sıra nömrəsində göstərdiyi hüquqi yardıma görə xidmət haqqı tələb etdiyi cinayət işləri üzrə ödəniş qərarlarının Bakı Hərbi Məhkəməsinin ayrı-ayrı hakimləri tərəfindən tərtib edilməsi qeyd olunmuşdur. Halbuki həmin cinayət işlərinin Bakı Hərbi Məhkəməsinin hakimlərinə heç bir aidiyyəti olmamışdır və həmin cinayətlər hərbi xidmət əleyhinə törədilmiş cinayətlər və subyektləri hərbi qulluqçu olmadığından həmin cinayət işlərinə qeyd olunan məhkəmədə baxılmamışdır. Bundan başqa, məhkəmə hesab etmişdir ki, qaldırılan iddia ilə bağlı Cavabdeh heç bir cavabdehlik daşımır. Lakin Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərməmiş 1 ildən artıq məhkəmə araşdırmasını səmərəsiz uzatmışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iddianın cavabdehin iddiaya cavab verməli orqan olmaması əsası ilə mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bununla əlaqədar iddianın mümkünlüyü ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmamasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı tərəfindən təqsirləndirilən şəxslər X9, X7, X3 haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi şərti ilə hüquqi yardım göstərilmişdir. Həmçinin, həmin hüquqi yardımlar müqabilində iddiaçıya ödənişlər həyata keçirilməmişdir. Hazırda mübahisələndirilən məsələ Cavabdehlik daşıyıb-daşımaması ilə bağlıdır. İnzibati iş materiallarında olan sənədlərdən görünür ki: - Bakı şəhəri “Mərkəz" Vəkil Bürosu 31 may 2020-ci il tarixli 04/190 nömrəli məktubla Bakı şəhəri Cavabdehnə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri “Mərkəz” vəkil Bürosunun xx.xx.2020-ci ildən etibarən bütün qərarlar üzrə ödənişlər AR Vəkillər Kollegiyasının hesabına keçdiyindən 2019-cu il üzrə ödənilməmiş qərarların təqdim edilməsi xahiş edilir. - Qeyd edilən 31 may 2020-ci il tarixli 04/190 nömrəli məktuba cavab olaraq icra olunmayan qərarlara dair məlumatlar Bakı şəhəri “Mərkəz" Vəkil Bürosuna göndərilmişdir. - Azərbaycan Respublikası Vəkillər X12 və Tədris Mərkəzinin xx.xx.2021-ci il tarixli 823 nömrəli və xx.xx.2022-ci il tarixli 893 nömrəli məktublarından görünür ki, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili İddiaçı tərəfindən hüquqi yardım göstərilmiş ********* nömrəli, 02 sentyabr 2019-cu il tarixli, ********* nömrəli, 03 sentyabr 2019-cu il tarixli, ********* nömrəli, 12 sentyabr 2019-cu il tarixli qərarlar üzrə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına ödəniş edilməmişdir. - “Mərkəz" Vəkil Bürosunun xx.xx.2021-ci il tarixli 04/485 məktubundan görünür ki, “Mərkəz” Vəkil Bürosunun vəkili İddiaçı tərəfindən 2019-cu ildə təqsirləndirilən şəxslər X14, X11 və X3 göstərilmiş hüquqi yardıma görə dövlət büdcəsi vəsaiti hesabına Cavabdeh və Azərbaycan Respublikası Vəkilıər Kollegiyası tərəfindən əmək haqqına ödəniş olunmayıb. - “Mərkəz" Vəkil Bürosunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddia ərizəsində qeyd edilən X14 (iş № 1********), X11 (iş № 1********) və X1 (iş № 1********) təqsirləndirilmələrinə dair cinayət işləri üzrə iddiaçı tərəfindən təqsirləndirilən şəxslərə hüquqi yardım göstərilmişdir. Cinayət işləri üzrə dövlət hesabına təyinat üzrə hüquqi yardım göstərən vəkil İddiaçı ödənilməsi nəzərdə tutulmuş, hər hansı məbləğdə pul vəsaitinə dair qərar “Mərkəz” Vəkil Bürosuna daxil olmamış və büro tərəfindən bu qərarlar icra edilməmişdir. Hal-hazırda dövlət hesabına təyinat üzrə hüquqi yardıma görə ödənişlər Azərbaycan Respublikası Vəkillər X4 və Tədris Mərkəzi tərəfindən həyata keçirilir. - Cavabdeh həm birinci instansiya məhkəməsinə, həm də apellyasiya baxışı zamanı məhkəmə kollegiyasına ünvanlanmış 16 iyun 2022-ci il tarixli 144/g-11 saylı və 24 noyabr 2022-ci il tarixli 2314/d saylı məktublarında qeyd edilir ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Bakı şəhəri “Mərkəz” Vəkil Bürosu rayon İcra Hakimiyyətinə 04/190 saylı 31 may 2020-ci il tarixli məktubla müraciət edərək Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun 01.01 /2020-ci ildən etibarən bütün qərarlar üzrə ödənişlərin AR Vəkillər Kollegiyasının hesabına keçdiyini qeyd edərək 2019-cu il üzrə ödənilməmiş qərarların siyahısının onlara təqdim edilməsini xahiş etmişdirlər. Bundan sonra Cavabdeh tərəfindən 1056/d saylı xx.xx.2020- ci il tarixli məktubla xx.xx.2020-ci ildən etibarən bütün qərarlar üzrə ödənişlərin AR Vəkillər Kollegiyasının hesabına keçdiyini nəzərə alaraq 2019-cu il üzrə ödənilməmiş qərarların siyahısı Bakı şəhəri “Mərkəz” Vəkil Bürosuna göndərilmişdir. Eyni zamanda Cavabdeh tərəfindən Bakı şəhəri “Mərkəz” Vəkil Bürosuna göndərilmiş 2019-cu il üzrə ödənilməmiş qərarların siyahısında X10, X14 və X2 adları qeyd edilmişdir. Cavabdeh başçısı və baş mühasib tərəfindən imza edilməklə Mərkəz Vəkil Bürosuna göndərilmiş qərarlar siyahısından görünür ki, iddiaçının istinad etdiyi haqqı ödənilməmiş qərarlar 20, 21 və 37-ci sırada qeyd edilmişdir. Məhkəmə kollegiyası aşağıdakı qanunvericilik normasına diqqət yetirir: “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli 31 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin Qərarın yeni redaksiyada (31 yanvar 2020-ci il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yeni redaksiya əlavə edilmişdir) verilmiş 4-cü hissəsinə əsasən, bu Qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata uyğun olaraq cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsində həmin məqsədlər üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrıca sətirlə nəzərdə tutulmuş vəsait hesabına Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən vəkil qurumuna və ya fərdi qaydada fəaliyyət göstərən vəkilə nağdsız qaydada ödənilir. Məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, iddiaçı tərəfindən qeyd edilən haqqı dövlət büdcəsi hesabına ödənilməli olan hüquqi yardımlara dair qərarlar mövcuddur, mübahisələndirilmir, həmçinin bu haqqın iddiaçıya ödənilməməsi də iş üzrə mübahisəsiz haldır. Belə olan halda hazırda iddiaçı məhz qeyd edilən hüquqi yardımlara görə məbləği kimdən tələb etməli olması ilə bağlı məsələyə münasibətdə qeyd edilməlidir ki, Cavabdeh ilə “Mərkəz” vəkil Bürosu arasında yazışmalardan da aydın olur ki, qanunvericilikdə yuxarıda sadalanan dəyişiklikdən sonra vəkil bürosu müvafiq icra hakimiyyətinə müraciət edərək icra edilməmiş qərarların siyahısının göndərilməsini xahiş etmişdir. Məktublardan da aydın olur ki, 2019-cu ilə aid olan lakin icra edilməyən qərarlarla bağlı artıq Vəkillər Kollegiyası tərəfindən ödənişlərin həyata keçirilməsi ilə əlaqədar olaraq siyahı aidiyyəti üzrə göndərilmişdir. Odur ki, iddiaçının qaldırdığı məsələ, cavabdeh inzibati orqanın hər hansı inzibati icraat, yaxud inzibati orqanın fəaliyyət dairəsi üzrə hərəkətlərlə əlaqədar olmadığı üçün cavabdeh Bakı şəhəri Cavabdeh hazırki iddiaya cavab verməli olan orqan deyildir. Göründüyü kimi, bir haldakı hazırda qeyd edilən ödənişlərin həyat keçirilməsində səlahiyyətli qurum Azərbaycan Respublikasının Vəkillər Kollegiyasıdır və vəkil bürosu da məhz bu səbəbdən hətta 2020-ci ildən əvvələ dair icra edilməyən qərarların göndərilməsini xahiş etmişdir, bu halda hazırki iddiaya cavab verməli orqan məhz Azərbaycan Respublikasının Vəkillər Kollegiyası çıxış etməlidir. Bu əsasla da iddiaçının aidiyyəti üzrə müraciət etmək, müraciətinə imtina olunduğu halda həmin imtinanı məhkəmədə mübahisələndirmək hüququ mövcuddur. İddiaçının məhkəmə tərəfindən hüquqi yardım göstərilməməsi ilə bağlı dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, işin hallarından göründüyü kimi iddiaçı özü peşəkar hüquqi yardım göstərən vəkildir. Bundan əlavə iş üzrə ətraflı araşdırmalar zamanı həm məhkəmə iclas protokollarından, həm də hazırda baxılan apellyasiya şikayətindən göründüyü kimi ödənişlərin məhz Cavabdeh tərəfindən icra edilməsi tələb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-993/2022 saylı, 08 iyul 2022-ci il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-361/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-361/2023
27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver