Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3610/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əliliyin bərpa olunması” tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-915/2023 saylı 07 fevral 2023-cü il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə iddiaçının ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin bərpa olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-915/2023 saylı 07 fevral 2023-cü il tarixli ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2199/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-915/2023 saylı 07 fevral 2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayətin apellyasiya qaydasında icraata qəbulundan imtina olunsun. Apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmışdır. Qərardaddan kassasiya şikayəti verilməmiş və inzibati iş xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə və apellyasiya şikayəti təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin qərarının surətini xx.xx.2023-cü il tarixdə almışdır. Lakin maddi vəziyyəti ilə bağlı vəkil tuta bilməmiş, özünün isə hüquqi savadı olmadığı üçün həmçinin ölkədə Novruz Bayramı ilə əlaqədar olan qeyri-iş günləri səbəbindən vaxtında apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirak olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və ərizənin dəlilini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinə əsasən (bundan sonra - İPM) inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər (81.1. ). Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir (85.1.). İş materiallarından göründüyü kimi Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında iddiaçının məhkəmə qərarını xx.xx.2023-cü il tarixdə rəsmi qaydada almasını təsdiq edən məhkəmə qəbzi mövcuddur. Göründüyü kimi iddiaçının nümayəndəsi məhkəmə qərarını qeyd edilən tarixdə alsa da, qərardan apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüş və apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Qanunun qeyd edilən normasından göründüyü kimi prosessual müddətin bərpa edilməsinə o hallar əsas ola bilər ki, onlar tərəfin təqsiri olmadan meydana gəlsin. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müddətin bərpası barədə ərizədə göstərdiyi əsaslar ondan asılı olmayan səbəb kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı ərizəsində maddi imkanı olmadığından vəkillə müqavilə bağlaya bilmədiyini və özünün hüquqi savadı olmadığından apellyasiya şikayətini müddət ötürülməklə verdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası göstərilən əsasla bağlı qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan qanunvericilik normalarına əsasən peşəkar hüquqi yardıma ehtiyacı olan , lakin maddi vəziyyəti buna imkan verməyən şəxslərin dövlət vəsaiti hesabına vəkillə təmin edilmək hüququ mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 67-1.2-ci maddəsinə əsasən Birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün göstərdiyi səbəbi üzrlü hesab olunmadığından ərizə təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 22-24, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-915/2023 saylı 07 fevral 2023-cü il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası haqqında ərizəsi təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-915/2023 saylı 07 fevral 2023-cü il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və onun qəbulundan imtina edilsin. Apellyasiya şikayəti onu vermiş şəxsə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3610/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3610/2023
30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver