Məhkəmə qərarları › İş №2-1(103)-3612/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3612/2024

25.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3612/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X14 Asəf qızının katibliyi iştirakı ilə, İddiaçılar İddiaçı və digərlərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı “torpaq sahəsinin planı və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(82)-1447/2013 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçılar İddiaçı, X12, X11, Babaşova Nailə Ağahüseyn qızı, X7, X8 və X5 cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar X1 Birliyi tərəfindən 28 avqust 1990-ci il tarixli 17710 saylı icarə müqaviləsi ilə ayrılmış Suraxanı rayonu, Hövsan bağ massivində 20 “L” saylı 0,25 ha torpaq sahəsinə, X9 Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar X1 Birliyi tərəfindən 28 avqust 1990-ci il tarixli 17711 saylı icarə müqaviləsi ilə ayrılmış Suraxanı rayonu, Hövsan bağ massivində 20 “M” saylı 0,25 ha torpaq sahəsinə, X6 Azərbaycan Respublikası Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən 07 yanvar 2005-ci il tarixli 34022 saylı icarə müqaviləsi ilə Suraxanı rayonu, Hövsan bağ massivində 2643 “Q” saylı 0,06 ha torpaq sahəsinə, Babaşova Nailə Ağahüseyn qızına Azərbaycan Respublikası Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən 05 avqust 2005-ci il tarixli 8148 saylı icarə müqaviləsi ilə ayrılımış Suraxanı rayonu, Hövsan bağ massivində 60 “Q” saylı 0,12 ha torpaq sahəsinə, X3 Azərbaycan Respublikası Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən 05 avqust 2005-ci il tarixli 8147 saylı icarə müqaviləsi ilə ayrılmış Suraxanı rayonu, Hövsan bağ massivində 60 “V” saylı 0,12 ha torpaq sahəsinə, X4 Azərbaycan Respublikası Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən 07 yanvar 2005-ci il tarixli 34021 saylı icarə müqaviləsi ilə Suraxanı rayonu, Hövsan bağ massivində 2643 “V” saylı 0,06 ha torpaq sahəsinə, X2 Azərbaycan Respublikası Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən 07 yanvar 2005-ci il tarixli 34020 saylı icarə müqaviləsi ilə ayrılmış Suraxanı rayonu, Hövsan bağ massivində 2643 “b” saylı 0,06 ha torpaq sahəsinə dair plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddiaçıların iddia tələbi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 aprel 2013-cü il tarixli 2in(82)-1447/2013 nömrəli qərarı ilə təmin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə ünvanlanmış xx.xx.2013-cü il tarixli 2in(82)- 1447/2013 nömrəli məktubu ilə qərar icraya yönəldilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi Məhkəməyə ünvanlanmış xx.xx.2013-cü il tarixli, xx/xx-2492 nömrəli məktubunda bildirmişdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-1447/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qərarı tərəflərindən icra olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2013-cü il tarixli 2in(82)- 1447/2013 nömrəli qərardadı ilə Məhkəmənin xx.xx.2013-cü il tarixli qərarı icra edildiyinə görə həmin inzibati iş üzrə icra icraatına xitam verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 15 aprel 2013- cü il tarixli 2in(82)-1447/2013 saylı qərarının təkrar icra edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 aprel 2013cü il tarixli 2in(82)-1447/2013 saylı qərarına əsasən İddiaçı Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən 28 avqust 1990-cı il tarixli 17710 saylı icarə müqaviləsi ilə ayrılmış Suraxanı rayonu, Hövsan bağ massivində 20L saylı 0,25 ha bağ sahəsinə, X9 Bakı şəhəri İcrajyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən 28 avqust 1990-cı il tarixli 17711 saylı icarə müqaviləsi ilə ayrılmış Suraxanı rayonu, Hövsan bağ massivində 20M saylı 0,25 ha bağ sahəsinə və qeyrılərinə plan-ölçünün verilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilmiş və həmin qərar qanuni qüvvəsini aiaraq bu barədə müvafiq plan-ölçülər verilmiş, bundan sonra isə iddiaçıların hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə dövlət reyestrindən çıxarışlar və plan-ölçülər tərtib edilmişdir. Bundan əlavə, DƏDRX 1 saylı Bakı Ərazi idarəsi tərəfindən hələ 28 yanvar 2013-cü ildə torpaq sahəsinin planı da tərtib edilmişdir. Hüquqlar məhkəmə qərarının icrasına uyğun olaraq dövlət reyestrində təqdim olunmuş sənədlər əsasında qeydə alındıqdan sonra hər iki şəxsə məxsus plan-ölçülərin düzgün olmaması əsası ilə ləğv edilməsi barədə məhkəmə çəkişmələri olmuş, 2015-ci ildən sonrakı 6-7 il müddətində məhkəmə çəkişmələri davam etmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-578/2018 saylı, 25 iyun 2018-ci il tarixli qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin 2013-cü il 22 may tarixli 449907 və 449906 nömrəli “Torpaq sahəsinin plan və cizgisi” və həmin sənədlər əsasında cavabdehin 2013-cü il 07 iyun tarixli AA 049569 saylı, 2013-cü il 06 iyun tarixli AA049563 nömrəli və 2014-cü il 14 oktyabr tarixli AA0670029 saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədləri ləğv edilmişdir. İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə ərizə ilə müraciət edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, ümumi torpaq sahəsi 0,25 ha olan 20 L saylı bağın koordinatlarının və naturada yerinin müəyyən edilməsi və həmin torpaq sahəsinə dair yeni “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsini xahiş etmiş, ona imtina cavabı verildiyinə görə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən, ümumi torpaq sahəsi 0,25 ha olan 20 L saylı bağın koordinatlarının və naturada yerinin müəyyən edilməsi və həmin torpaq sahəsinə dair yeni “torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1 (112)-15740/2023 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan verdiyimiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)- 1757/2024 saylı qərardadı ilə təmin edilməmiş, məhkəmə kollegiyası izah etmişdir ki, hazırki iddia tələbinə dair artıq qüvvədə olan məhkəmə qərarı mövcuddur. Bu səbəbdən də eyni iddia tələbinə yenidən baxıla bilməz və iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə qərarının düzgün və ya tam icra edilməməsi eyni tələblə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə əsas vermir. Hazırki halda iddiaçı qeyd olunan qərarın icra edilməsini tələb etməlidir. Lakin göründüyü kimi müvafiq məhkəmə araşdırması iddiaçının hazırda mübahisə açdığı tələblə bağlı aparılmışdır və hazırki iddiasında iddiaçı həmin qərarın icrası ilə bağlı cavabdehin hərəkətlərinin qanuniliyini mübahisələndirir. Qüvvədə olan məhkəmə qərarının icrasının təmin edilməsi isə iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında həyata keçirilməlidir. İddiaçı icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayətlə müraciət etməli olduğu halda, ayrıca inzibati iddia vermişdir. Bu iş üzrə cavabdeh qismində cəlb edilmiş 1 saylı Bakı ərazi idarəsi isə birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti verməyərək, qərardadda göstərilənlərlə razılaşmış, hətta apellyasiya instansiyası məhkəməsində də verilmiş şikayəti qəbul etmədiklərini bildrimişlər. Sonda isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024 cü il tarixli qərardadı hazırda qanuni qüvvəsini almışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1447/2013 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 aprel 2013-cü il tarixli 2in(82)-1447/2013 nömrəli qərarının təkrar icraya yönəldilməsi barədə ərizəsi təmin edilməmişdir. Qərardaddan narazı qalan iddiaçılar apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti ərizəyə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İş materiallarında olan: - 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 2-1(82)- 578/2018 nömrəli qərarı ilə X10 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı (üçüncü şəxslər İddiaçı, X13, X12) “torpaq sahəsinin cizgilərinin və plan-ölçülərinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin xx.xx.2013-cü il tarixli 449907 və 449906 saylı “torpaq sahəsinin plan və cizgisi” və onların əsasında DƏDRX Bakı şəhər ərazi idarəsinin xx.xx.2013-cü il tarixli AA 049569 nömrəli və xx.xx.2013-cü il tarixli AA 049563 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü”, DƏDRX Bakı şəhər ərazi idarəsinin xx.xx.2014-cü il tarixli AA ******* saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədləri ləğv edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli, 2- 1(103)-84/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 iyun tarixli qərarı qismən – xx.xx.2013-cü il tarixli, N AA 049563 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçının cavabdehə qarşı xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsi tələbinə dair hissədə iddiası təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-1703/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı iddianın rədd edilən hissəsində - 20 L saylı bağ sahəsinə aid üçüncü şəxs İddiaçı adına olan xx.xx.2013-cü il tarixli, 049563 saylı torpaq sahəsinin planı və ölçüsünün ləğvinin rədd edilməsi hissəsində, habelə xx.xx.2013-cü il tarixli 049569 saylı, xx.xx.2013-cü il tarixli 449907 saylı və xx.xx.2014-cü il tarixli 067029 saylı torpaq sahəsinin plan və cizgisinin (ölçüsünün) ləğv edilməsi barədə iddianı təmin edən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilmiş, iş iddianın rədd edilən hissəsində, yəni 20 L saylı bağ sahəsinə aid üçüncü şəxs İddiaçı adına olan xx.xx.2013-cü il tarixli 049563 saylı torpaq sahəsinin planı və ölçüsünün ləğvinin rədd edilməsi hissəsində təkrar baxılması üçün apellyasiya instansiyası, məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmiş, kassasiya xx.xx.2013-cü il tarixli, 449906 saylı torpaq sahəsinin planı və cizgisinin ləğvinə dair birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması hissəsində mümkün sayılmamış, bu hissədə şikayətin qəbulundan imtina edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2- 1(103)-1991/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 25 iyun tarixli qərarı qismən - 2013-cü il 06 iyun tarixli, N AA 049563 nömrəli "Torpaq sahəsinin plan və ölçüsü"nün ləğv edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilmiş, iddiaçının cavabdehə qarşı 2013-cü il 06 iyun tarixli, N AA 049563 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsi tələbinə dair hissədə iddia təmin edilməmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 1(102)-653/20 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı “apellyasiya şikayətinin təmin olunması, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının xx.xx.2013-cü il tarixli, N AA 049563 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü”nün ləğv edilməsi və həmin hissədə yeni qərarın qəbul olunması, iddia tələbinin xx.xx.2013cü il tarixli, N AA 049563 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü”nün ləğv olunmasının təmin edilməməsi” hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2021-ci il 05 aprel tarixli, 2- 1(103)-81/2021 nömrəli qərarı ilə İddiaçı apellyasiya şikayəti təmiin edilməmiş, Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-578/2018 saylı 25 iyun 2018-ci il tarixli qərarı mübahisələndirilən – xx.xx.2013-cü il tarixli, N AA049563 nömrəli “Torpaq sahəsinin plan ölçüsü”nün ləğv edilməsi hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2-1(102)-1177/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 05 aprel tarixli, 2-1(103)- 81/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən hazırda təkrar icraya yönəldilməsi tələb edilən məhkəmə qərarı əsasında iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı həra hansı qərar qəbul edilməmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının da üçüncü şəxs qismində iştirak etdiyi digər məhkəmə icraatı çərçivəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə sözügedən məsələyə hüquqi qiymət verildiyindən iddiaçının qərarın təkrar icraya yönəldilməsi barədə ərizəsi əsassızdır və təmin edilməmişdir” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu möqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İPM-nin: 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. 117.1. İcra aşağıdakı sənədlər əsasında həyata keçirilir: 117.1.1. qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında; 117.1.2. müvəqqəti xarakterli müdafiəyə dair məhkəmə qərardadı əsasında; 117.1.3 məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişi əsasında; 117.1.4. prosessual xərclərin müəyyən edilməsi haqqında məhkəmə qərardadı əsasında. 117.2. Məhkəmə qərarının icrası ilə bağlı inzibati məhkəmə icraatının iştirakçılarına, onların ərizəsinə əsasən, təsviri və əsaslandırma hissəsi olmadan məhkəmə qərarının surəti verilə bilər. Belə qərar hüquqi qüvvəsinə görə tam formada təqdim olunmuş məhkəmə qərarına bərabər sayılır. Hazırkı işin hallarından görünür ki, İddiaçı digər iddiaçılarla birlikdə verilmiş iddia tələbinə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən baxılmış və iddiaçının tələbi təmin edilərək İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar X1 Birliyi tərəfindən 28 avqust 1990-ci il tarixli 17710 saylı icarə müqaviləsi ilə ayrılmış Suraxanı rayonu, Hövsan bağ massivində 20 “L” saylı 0,25 ha torpaq sahəsinə dair plan və ölçünün verilməsi vəzifəsi AR DTXK Bakı şəhər şöbəsinə həvalə edilmişdir. Qərar cavabdeh tərəfindən icra olunmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən İddiaçı adına Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, 20 L saylı bağ sahəsinə dair (reyestr nömrəsi: **********33) AA 049563 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 0,25 hektar sahəsi olan 20L saylı bağ sahəsi (reyestr nömrəsi: **********33) xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına ********** nömrəsi ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Lakin daha sonra iddiaçı X10 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı (üçüncü şəxslər İddiaçı, X13, X12) “torpaq sahəsinin cizgilərinin və plan-ölçülərinin ləğv edilməsi” tələbinə dair iddiası 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 2-1(82)- 578/2018 nömrəli qərarı ilə təmin edilmiş və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin xx.xx.2013-cü il tarixli 449907 və 449906 saylı “torpaq sahəsinin plan və cizgisi” və onların əsasında DƏDRX Bakı şəhər ərazi idarəsinin xx.xx.2013-cü il tarixli AA 049569 nömrəli və xx.xx.2013-cü il tarixli AA 049563 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü”, DƏDRX Bakı şəhər ərazi idarəsinin xx.xx.2014-cü il tarixli AA ******* saylı “Torpaq sahəsinin plan və ölçüsü” sənədləri ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2021-ci il 05 aprel tarixli, 2-1(103)-81/2021 nömrəli qərarı ilə İddiaçı apellyasiya şikayəti təmiin edilməmiş, Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-578/2018 saylı 25 iyun 2018-ci il tarixli qərarı mübahisələndirilən – xx.xx.2013-cü il tarixli, N AA049563 nömrəli “Torpaq sahəsinin plan ölçüsü”nün ləğv edilməsi hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2-1(102)-1177/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 05 aprel tarixli, 2-1(103)- 81/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qərarları ilə İddiaçı adına verilmiş mübahisəli torpaq sahəsinin planı və ölçüsü sənədi ləğv edilmişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya planı və ölçünün verilməsinə əsas olmuş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 aprel 2013-cü il tarixli 2in(82)-1447/2013 nömrəli qərarı ləğv edilməmiş, dəyişdirilməmiş və hazırda qüvvədədir. Həmçinin qeyd edilməlidir ki, hazırda cavabdeh inzibati orqan tərəfindən verilmiş çıxarışlar qüvvədə olsa da, iddiaçının və digər şəxslərin adına verilmiş plan-ölçülər ləğv edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə məhkəmə qərarının cavabdeh tərəfindən düzgün icra edilməməsi müəyyən edilir. “Daşınmaz Əmlkaın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 16.6-cı maddəsinə görə dövlət reyestrinin məzmununun qeyri- dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Beləliklə məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının əsassız olması ilə razılaşaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1447/2013 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, ərizə təmin edilməli və 2 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 15 aprel 2013- cü il tarixli 2in(82)-1447/2013 saylı qərarı icraya yönəldilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1447/2013 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Ərizə təmin edilsin. 2 saylı Bakı inzibati-iqtisadi Məhkəməsinin 15 aprel 2013- cü il tarixli, 2in(82)-1447/2013 saylı qərarı icraya yönəldilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar