Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3612/2025 13.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), Mədətli Fərid İlham oğlu və X3 ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4025/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli qərarına əsasən İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1964-cü il təvəllüdlüdür.
2. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra – cavabdeh) tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-236875/2024 nömrəli məktubla imtina edilmişdir.
3. İş materiallarına iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi bilet, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçası, “Şəxsin güzəştli şərtlə yaşa görə pensiya hüququ verrən işdə çalışmasına dair” arayışlar əlavə edilmişdir.
4. "xxxx" MMC tərəfindən verilmiş 06 PL/23 nömrəli, xx.xx.2023-cü il tarixli arayışa səasən İddiaçı xidməti müqavilə əsasında “mexanika üzrə təlimçi” kimi HAOR layihəsi üçün xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasında xidmət göstərmişdir.
5. Azərbaycan Respulikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş 06 oktyabr 2023-cü il tarixli, 3-48-4/2-M-21xx-xx/2023 nömrəli məktubla bildirilmişdir ki, sorğuda qeyd olunan “Azəravtotəmirtikintiquraşdırma” Trestinin 2 saylı Təmir-Tikinti İdarəsinin və “Təsərrüfat hesablı Nəqliyyat Sahəsi”nin, eləcə də, “Qazangöl” kiçik müəssisəsinin arxiv sənədləri mühafizə üçün Azərbayan Respublikası Dövlət Arxivə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
6. Bakı İnzibati Məhkəməsinin sorğusuna əsasən "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş 005-25 nömrəli, xx.xx.2025-ci il tarixli cavab məktubu ilə “Əmək haqqı cədvəli haqqında” arayış, işə qəbul edilmə və işdən azad olunma haqqında əmrlərin surəti, ƏMAS sistemindən çıxarış – məşğulluq təsnifatı qeyd edilməklə, vəzifə funksiyalarının təsvirinin surəti məhkəməyə təqdim edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin sorğusuna əsasən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş 12 fevral 2025-ci il tarixli, STA2025-002 nömrəli cavab məktubu ilə güzəştli arayış, əmək haqqı barədə arayış, işə qəbul edilmə əmri, işdən azad edilmə əmri məhkəməyə təqdim edilmişdir. “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” 11 fevral 2025-ci il tarixli arayışa əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən pəşədə (vəzifədə) X12 Kəməri layihəsində Mexaniki işlər üzrə Texnik (Neft, qaz xə qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər) peşəsində “Svift Texnikal Azərbaycan LTD şirkətində xx.xx.2007-ci il – 14 dekabr 2010-cu il tarixləri arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vzəifə üzrə sosial sığorta (əmək) stajı – 3 il 1 ay 14 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri: işçi çalışdığı peşə üzrə işləri Azərbaycanda X12 Kəməri boyunca çətin, açıq, isti və soyuq, qeyri-sabit, küləkli hava şəraitində, növbəli iş üsulu (gecə və gündüz vaxtında 12 saatlıq iş rejimi şəraitində) ilə yerinə yetirmişdir; metal boruların əhatəsində idarəetmə və elektron avadanlıqların, ölçü cihazlarının quraşdırılması, monitorinqin aparılması, sınaqdan çıxarılması, texniki xidmət və təmiri ilə məşğul olmuşdur; eyni zamanda X7, Qaz Kompressorları və Hava Kompressorları (avadanlıqların işlək vəziyyətində səsin tezliyi 100 dB-i keçir və orada işləyən zaman iki qat qulaqcıqdan istifadə olunur) olan ərazidə müxtəlif növ ölçü cihazlarına (təzyiq, tempratur, səviyyə, sərf ölçən, sürət ölçən) qulluq həmçinin onların carı və planlaşdırılmış təmiri, dəyişdirilməsi və monitorinqini aparmaqdan ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahısının 10.2 (a) yarımbəndinə və vəzifə koduna uyğundur.
8. Bakı İnzibati Məhkəməsinin sorğusuna əsasən BP Eksploreşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı 15 dekabr 2010-cu il tarixdən 18 iyun 2021-ci il tarixədək BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işləyib. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası haqqında tələb olunan məlumatlar tərəflərindən 1 fevral 2024-cü il tarixli arayış ilə təqdim edilmişdir. Qeyd edilən arayışın surəti bu məktuba qoşma olaraq əlavə edilir. İddiaçı xx.xx.2010-cu ildən xx.xx.2016-cı ilədək işlədiyi “Mexanika işləri üzrə texnik” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq ediliş Siyahının 10.2 (a) bəndində qeyd olunan (“neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər” vəzifə adı ilə müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə uyğunlaşdırılmışdır. Həmin Qərara 9 fevral 2024-cü il tarixində dəyişiklik edilərək, qeyd olunan vəzifə “əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmiri çilingərlər” adlandırılmışdır. İddiaçı xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək işlədiyi “Texniki xidmət üzrə planlaşdırıcı – Sahə” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2 (b) bəndində qeyd olunan “neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operatov istehsalat xidmətləri üzrə rəis müavini” vəzifə adı ilə müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə uyğunlaşdırılmışdır. İşlədiyi vəzifə üzrə güzəştli iş stajı ümumilikdə - 8 il, 2 ay, 6 gün təşkil edir.
9. Bakı İnzibati Məhkəməsinin sorğusuna əsasən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 011-25 nömrəli, 28 aprel 2025-ci il tarixli məktubla təqdim edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən” arayışa əsasən xx.xx.1964-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2021-ci il tarixində "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında TAR sahəsində Nəzarətçi mexanik vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixindən (X-35 nömrəli, xx.xx.2022ci il tarixli əmrlə) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işlədiyi TAR sahəsində nəzarətçi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.5.1-ci hissəsinin b) bndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verir. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında TAR sahəsində Nəzarətçi mexaniik vəzifəsi üzrə əmək stajı 11 il 07 gün təşkil edir. İşlədiyi vəzifənin xüsusiyyətləri: - Tikinti işləri sənəd toplusunu tərtib etmək mühəndislik sahəsinin/tələblərinin yerin yetirildiyini təsdiqləmək, yəni, dizayn və mühəndisliyin kontruktivliyi, təhlükəsizlik, iş kartlarının tərtib edilməsi, tikinti smetaları, ticarət intizamı profilləri, satıcı məlumatları, satıcı idarəçiliyi, materiallar və alətlər və s.; bütün işləri zəruri standarta əssən həyata keçirildiyinə, bütün cizgilərə, spesifikasiyalara, təftişlərə və sertifikatlaşdırmalara ciddi şəkildə riayət edildiyinə, eləcə də, Sifarişilərin bütün keyfiyyət təminatı sistemlərinə uyğun olduğunda təminat vermək; -Boru kəmərləri və NÖC sxemlərinin və digər cizgilərin Tikinti tələblərinə uyğun olaraq tərtibatına təminat vermək üçün Layihə Mühəndislik ofisi ilə əlaqə qurmaq; - Hər hansı işə başlamazdan əvvəl işçi qüvvəsinin uğursuz və qeyri-səmərəli istifadəsinə yol verməmək üçün Podratçının bütün lazımi materiallara, avadanlıqlar, ayaqaltı meydançalarına malik oluğuna təminat vermək; - Müntəzəm (gündəlik, həftəlik, aylıq) əsaslarla podratçıların tikinti işinin icra gedişinə nəzarət etmək və hesabat vermək, hər hansı məsələləri/narahatlıqları Sifarişçi və İdarəetmə qrupu qarşısında qaldırmaq; - Tikinti prosesi ilə əlaqədar bütün dəyişikliklərə nəzarət olunmasını idarə etmək/nəzərdən keçirmək; - Əsas əlaqələndirici şəxslər və Podratçılar və Təchizatçıların Tikinti obyekti üzrə nümayəndələri ilə yaxşı iş münasibətlərini qoruyub saxlamaq. Hər hansı əyani ziddiyyətləri həll etmək üçün onların inşaat metodları, planlaşdırma və prosedurları ilə hərtərəfli tanış olmaq və onların öz və məsuliyyətləri barədə tam məlumatlı olduqlarına təminat vermək. Göstərilən vəzifə xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2 (a) və (b) bəndinə vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.
10. "xxxx" MMC tərəfindən verilmiş 04 oktyabr 2023-cü il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən” arayışa əsasən xx.xx.1964-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2021-ci il tarixində "xxxx" MMC şirkətinin Texniki Xidmət üzrə planlaşdırma mühəndisi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 a) tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı "xxxx" MMC şirkətində işlədiyi Texniki Xidmət üzrə planlama mühəndisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istesalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2. “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” əsasən güzəştli şərtlərlə pensiya hüququ verir və vəzifə koduna uyğundur. "xxxx" MMC şirkətində Texniki Xidmət üzrə planlama mühəndisi vəzifəsi üzrə əmək stajı 3 ay 16 gün təşkil edir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
12. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı – xx.xx.2024-cü il tarixdən, yəni 60 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
13. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ünvanlanmış xx.xx.2024-cü il 3-171/2-H- 236875024 saylı məktubda müraciətinə cavab olaraq bildirilmişdir ki, güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı mümkün hesab edilməmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək hüququnun olması qeyd olunmuşdur. İmtinanın əsası kimi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə AR NK - nin xx.xx.2007–ci il 12 saylı Qərarına əsasən 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin fəhlələr yarımbəndində əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər b) rəhbərlər və mütəxəssislər yarımbəndində neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin nəzərdə tutulduğu qeyd olunur. Qeyd olunan qanunvericilik aktlarına istinad edən cavabdeh hesab etmişdir tərəfindən təqdim olunmuş arayışlarda göstərilən sahələr güzəştli şərtlərlə pensiya təyin olunması üçün AR NK-nin təsdiq edilmiş siyahıda öz əksini tapmadığından və ya halhazırda həmin siyahıda olmadığından ona güzəştli şərtlərə pensiyanın təyin olunmasından imtina olunmuşdur. Hesab edir ki, cavabdeh ümumiyyətlə ona güzəştli şərtlərə pensiyanın təyin olunması üçün təqdim olunmuş sənədləri araşdırmayaraq formal bir imtina məktubu vermişdir. Necə ola bilər ki, tərəfindən təqdim olunmuş arayışlarda güzəştli şərtlərlə pensiya təyin olunması üçün xüsusatlar aydın şəkildə öz əksini tapmışdır. Mərkəzi Filiala təqdim etdiyi "Svift Texnikal" LTD şirkətinin 25 sentyabr 2023-cü il tarixli arayışında xx.xx.2007- xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə mexaniki işlər üzrə texnik, "xxxx" MMC-nin 23 oktyabr 2023-cü il tarixli arayışında xx.xx.2021xx.xx.2021-ci tarixləri arasındakı dövr ərzində həmin müəssisədə texniki xidmət üzrə planlama mühəndisi "Vorley Europe Limited” şirkətinin 2 oktyabr 2023-cü il tarixli REF 041- 23 nömrəli arayışında isə xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində nəzarətçi (mexanik) vəzifələrində işlədiyi qeyd olunmuşdur. Cavabdehin imtina məktubuna əsasən işlədiyi sahələr sözügedən arayışlarda istinad edilən, yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan sahələrə aid deyil. Eyni zamanda, işlədiyi vəzifələr həmin sahələrdə nəzərdə tutulmadığı "BP Exploration" LTD-nin 1 fevral 2024-cü il il tarixli arayışında xx.xx.2010-xx.xx.2016 il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə mexaniki (texniki) işlər üzrə texnik, xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində texniki xidmət üzrə planlaşdırıcı vəzifələrində işlədiyi qeyd olunub. İmtina məktubunda mexaniki işlər üzrə texnik vəzifəsində işlədiyi müddətdə işlədiyi sahə yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan əsas istehsalat sahəsinə, vəzifə isə həmin sahədə neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə biləvasitə məşğul olan təmirçi-çilingərlərə uyğun deyil. Eyni zamanda, sözügedən arayışda istinad edilən, neft, qaz, və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçiçilingərlər vəzifəsi sözügedən neft, qaz, və qaz kondensatı hasilatı, qəbulu, və saxlanması sahəsi bəndində artıq mövcud deyil. Bundan başqa, texniki xidmət üzrə planlaşdırıcı vəzifəsində işlədiyi sahə yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan neft, qaz, və qaz kondensatının hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətləri sahəsinə, vəzifəsi isə həmin xidmətlərin rəisləri və onların müavinlərinə uyğun olmadığı qeyd olunmuşdur. Bildirmək istəyir ki, istinad etdiyi sahələrin güzəştli şərtlərlə pensiya təyinatı üçün AR NK-nin təsdiq etdiyi siyahıda öz təsdiqini tapmışdır, bundan başqa müəssisələr tərəfindən təqdim olunmuş arayışlarla da, təsdiq olunur. Arayışı təqdim etmiş müəssisələrin nə marağı ola bilərdi ki, bundan ona arayış təqdim etsinlər. Onun 60 yaşı tamam olduğundan və 12 il 6 aydan artıq müddətdə AR NK -nin təsdiq etdiyi güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması üçün qeyd olunmuş sahələrdə işlədiyindən “Əmək Pensiyaları haqqında” AR Qanunun 9.1-ci maddəsində əsasən ona güzəştli şərtlərlə pensiya təyin olunmalı idi. Çox təssüf olsun ki, cavabdeh Qanunun tələbini kobud şəkildə pozaraq onu pensiya almaq hüququndan məhrum etməyə çalışır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır
14. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-236875/2024 nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının güzəştli iş stajının olmamasıdır. Bundan narazı qalan iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (10.2) fəhlələr yarımbəndində (a) əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilinqərlər, rəhbərlər və mütəxəssislər bəndində isə neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifələri və neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndi (10.5) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq bildirirlər ki, iddiaçı tərəfindən təqdim edilmiş "Svift Texnikal" LTD şirkətinin 25 sentyabr 2023-cü il tarixli arayışında xx.xx.2007xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə mexaniki işlər üzrə texnik, "xxxx" MMC-nin 4 oktyabr 2023-cü il tarixli arayışında xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə texniki xidmət üzrə planlama mühəndisi və “Vorley Europe Limited" şirkətinin 2 oktyabr 2023-cü il tarixli REF 041-23 nömrəli arayışında isə xx.xx.2021- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində nəzarətçi (mexanik) vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi sahələr sözügedən arayışlarda istinad edilən, yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan sahələrə aid deyil. Eyni zamanda, iddiaçının işlədiyi vəzifələr həmin sahələrdə nəzərdə tutulmayıb. Bundan başqa, "BP Exploration" LTD-nin 1 fevral 2024- cü il tarixli arayışında xx.xx.2010- xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının həmin müəssisədə mexaniki (texniki) işlər üzrə texnik, xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində texniki xidmət üzrə planlaşdırıcı vəzifələrində işlədiyi qeyd olunub. İddiaçının mexaniki işlər üzrə texnik vəzifəsində işlədiyi müddətdə onun işlədiyi sahə yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan əsas istehsalat sahəsinə, vəzifə isə hamin sahədə neftməden avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirç içilingərlərə uyğun deyil. Eyni zamanda, sözügedən arayışda istinad edilən, neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər vəzifəsi sözügedən Siyahının neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndində artıq mövcud deyil. Bundan başqa, texniki xidmət üzrə planlaşdırıcı vəzifəsində iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan neft, qaz və qaz kondensatının hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətləri sahəsinə, vəzifə isə həmin xidmətlərin rəisləri və onların müavinlərinə uyğun deyil. Yuxarıda qeyd olunan səbəblərə görə, iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımında İddiaçı "qüzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4025/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.
17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Hazırki mübahisənin predmeti olan güzəştli iş stajına gəldikdə isə məhkəmə qeyd edir ki, işin hallarından görünür ki, iddiaçının 12 il 6 aydan çox güzəşli iş stajının olması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçının işlədiyi müəssisə tərəfindən məhkəməyə təqdim edilmiş güzəştli arayışlarda əmək funksiyaları və işlədiyi peşələrin güzəştli şərtlərlə əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri əks olunmuşdur.
18. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4025/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil etməklə əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş “Svift Texnikal” LTD şirkətinin 25 sentyabr 2023-cü il tarixli arayışında xx.xx.2007-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə mexaniki işlər üzrə texnik, "xxxx" MMC-nin 4 oktyabr 2023-cü il tarixli arayışında xx.xx.2021- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə texniki xidmət üzrə planlama mühəndisi və "xxxx" şirkətinin 2 oktyabr 2023-cü il tarixli REF 041-23 nömrəli arayışında isə xx.xx.2021- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində nəzarətçi (mexanik) vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi sahələr sözügedən arayışlarda istinad edilən, yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan sahələrə aid deyil. Eyni zamanda, iddiaçının işlədiyi vəzifələr həmin sahələrdə nəzərdə tutulmamışdır. Bundan başqa, “BP Exploration” LTDnin 1 fevral 2024- cü il tarixli arayışında xx.xx.2010- xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının həmin müəssisədə mexaniki (texniki) işlər üzrə texnik, xx.xx.2018xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində texniki xidmət üzrə planlaşdırıcı vəzifələrində işlədiyi qeyd olunub. İddiaçının mexaniki işlər üzrə texnik vəzifəsində işlədiyi müddətdə onun işlədiyi sahə yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan əsas istehsalat sahəsinə, vəzifə isə hamin sahədə neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçiçilingərlərə uyğun deyil. Eyni zamanda, sözügedən arayışda istinad edilən, neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər vəzifəsi sözügedən Siyahının neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndində artıq mövcud deyil. Bundan başqa, texniki xidmət üzrə planlaşdırıcı vəzifəsində iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan neft, qaz və qaz kondensatının hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətləri sahəsinə, vəzifə isə həmin xidmətlərin rəisləri və onların müavinlərinə uyğun deyil. Yuxarıda qeyd olunan səbəblərə görə, iddiaçının güzəştli iş stajı yoxdur. Bakı İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 2- 1(112)-4025/2024 nömrəli qərarında qeyd olunmuşdur ki, məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisələr tərəfindən verilmiş “Güzəştli iş stajına dair” arayışlara əsasən işin yuxarıda qeyd edilən halları ilə bir daha öz təsdiqini tapır ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan artıqdır. Lakin bildiririk ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən Svift Texnikal” LTD şirkətinin 25 sentyabr 2023-cü il tarixli və “BP Exploration” LTDnin 1 fevral 2024- cü il tarixli arayışında qeyd edilən sahələr Siyahıda göstərilən sahələrə aid olmamaqla çalışdığı vəzifələr həmin sahələrdə nəzərdə tutulmamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın:
1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
27. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun:
Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.
“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
28. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
30. Qüvvədən düşmüş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”:
3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
31. “İnzibati icraat haqqında” Qanunun:
15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam yoxlanılır.
35. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
38. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
39. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
40. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı 60 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır.
41. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən təmin edilməmişdir.
42. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda qeyd edilən səbəblərdən və istinad olunan normalara əsasən iddiaçıya 60 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz.
43. Belə ki, qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: a. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; b. 12 il 6 ay xüsusi (müvafiq arayışla təsdiq edilən) və 25 il ümumi iş stajı mövcud olmalı; c. 60 yaşı tamam olmalıdır.
44. İlk öncə qeyd edilməlidir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yarandığı dövrdə qüvvədə olan qanunvericilik normasının tələbinə görə, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının aparılması üçün o, 60 yaşını tamamlayanda azı 25 il ümumi və azı 12 il 6 ay güzəştli iş stajını toplamalı idi.
45. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının ümumi iş stajının ən azı 25 il təşkil etməsi və 60 yaşının tamam olması işin mübahisəsiz halıdır.
46. Kollegiya qeyd edir ki, hazırkı halda mübahisəli hal iddiaçının güzəştli iş stajının tələb olunan müddətdən az olmasıdır.
47. Belə ki, cavabdeh inzibati orqan bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş "Svift Texnikal" LTD şirkətinin 25 sentyabr 2023-cü il tarixli arayışında xx.xx.2007xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə mexaniki işlər üzrə texnik, "xxxx" MMC-nin 4 oktyabr 2023-cü il tarixli arayışında xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə texniki xidmət üzrə planlama mühəndisi və “Vorley Europe Limited" şirkətinin 2 oktyabr 2023-cü il tarixli REF 041-23 nömrəli arayışında isə xx.xx.2021- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində nəzarətçi (mexanik) vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi sahələr sözügedən arayışlarda istinad edilən, yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan sahələrə aid deyil. Eyni zamanda, iddiaçının işlədiyi vəzifələr həmin sahələrdə nəzərdə tutulmayıb. Bundan başqa, "BP Exploration" LTD-nin 1 fevral 2024- cü il tarixli arayışında xx.xx.2010- xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının həmin müəssisədə mexaniki (texniki) işlər üzrə texnik, xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində texniki xidmət üzrə planlaşdırıcı vəzifələrində işlədiyi qeyd olunub. İddiaçının mexaniki işlər üzrə texnik vəzifəsində işlədiyi müddətdə onun işlədiyi sahə yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan əsas istehsalat sahəsinə, vəzifə isə hamin sahədə neftmədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlərə uyğun deyil. Eyni zamanda, sözügedən arayışda istinad edilən, neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər vəzifəsi sözügedən Siyahının neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndində artıq mövcud deyil. Bundan başqa, texniki xidmət üzrə planlaşdırıcı vəzifəsində iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan neft, qaz və qaz kondensatının hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətləri sahəsinə, vəzifə isə həmin xidmətlərin rəisləri və onların müavinlərinə uyğun deyil. Yuxarıda qeyd olunan səbəblərə görə, iddiaçının güzəştli iş stajı yoxdur.
48. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarına görə iddiaçının 60 yaşının tamam olduğu vaxt onun 12 il 6 aydan artıq güzəştli iş stajının və 25 ildən artıq ümumi iş stajının olması sübuta yetirilmişdir.
49. Belə ki, iddiaçı "xxxx" Şirkətində xx.xx.2007-xx.xx.2010-cu il tarixlərində X12 Kəməri layihəsində Mexaniki işlər üzrə Texnik (Neft, qaz xə qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər) peşəsində işləmişdir. Təqdim edilmiş güzəştli arayışda göstərilən işlədiyi peşələrin güzəştli şərtlərlə əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərinə nəzər yetirdikdə müəyyən edilmişdir ki, iddiaçının işlədiyi peşənin adı (Neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər) və xüsusiyyətləri (Azərbaycanda X12 Kəməri boyunca çətin, açıq, isti və soyuq, qeyri-sabit, küləkli hava şəraitində, növbəli iş üsulu (gecə və gündüz vaxtında 12 saatlıq iş rejimi şəraitində) ilə yerinə yetirməsi; metal boruların əhatəsində idarəetmə və elektron avadanlıqların, ölçü cihazlarının quraşdırılması, monitorinqin aparılması, sınaqdan çıxarılması, texniki xidmət və təmiri ilə məşğul olması; eyni zamanda X7, Qaz Kompressorları və Hava Kompressorları (avadanlıqların işlək vəziyyətində səsin tezliyi 100 dB-i keçir və orada işləyən zaman iki qat qulaqcıqdan istifadə olunur) olan ərazidə müxtəlif növ ölçü cihazlarına (təzyiq, tempratur, səviyyə, sərf ölçən, sürət ölçən) qulluq həmçinin onların carı və planlaşdırılmış təmiri, dəyişdirilməsi və monitorinqi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2 (a) yarımbəndinə nəzərdə tutulmuş peşələrin xüsusiyyətlərinə (Qərara edilmiş xx.xx.2024-cü il tarixli dəyişikliyədək – “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər”)) uyğundur.
50. İddiaçı “BP Exporation (Caspian Sea) Limited” Şirkətində xx.xx.2010-xx.xx.2016- cı illərdə Mexanika işləri üzrə texniki (indiki Texniki xidmət üzrə texniki (neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər vəzifəsinə uyğundur)). xx.xx.2018-xx.xx.2021-ci illərdə - Texniki xidmət üzrə planlaşdırıcı – Sahə - (indiki Texniki xidmət üzrə mütəxəssis – Sahə (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) işləmişdir. Onun Təqdim edilmiş güzəştli arayışda göstərilən işlədiyi peşələrin güzəştli şərtlərlə əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərinə nəzər yetirdikdə müəyyən edilmişdir ki, iddiaçının işlədiyi peşələrin adları Mexanika işləri üzrə texniki (indiki Texniki xidmət üzrə texniki (neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər; Texniki xidmət üzrə planlaşdırıcı – Sahə - (indiki Texniki xidmət üzrə mütəxəssis – Sahə (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) və xüsusiyyətləri (Texniki xidmət üzrə mütəxəssis - tutduğu vəzifələr üzrə işləri “X11 Kəməri və Sənqəçal Terminalında” çətin şəraitdə, açıq havada, küləkli, qeyri-sabit, isti və soyuq haba şəraitində növbə metoru ilə (gecə və gündüz vaxtında 12 saat istirahət, 12 saatlıq əmək şəraiti), yerinə yetirir; metal boruların əhatəsində idarəetmə və elektron avadanlıqların, ölçü cihazlarının quraşdırılması, monitorinqin aparılması, sınaqdan çıxarılması, texniki xidmət və təmiri ilə məşğul olur; bundan başa X4, Gas Kompressrları və Hava Kompressorlarında (hansı ki, işlək vəziyyətdə səsin tezliyi 100 dB i keçir və orada işləyən aman iki qat qulaqcıqdan istifadə olunur) olan hissəsində olan müxtəlif növ siyirtmələrə, nəzarət ölçü cihazlarına (təzyiq, tempratur, səviyyə, sərf ölçən, sürət ölçən) qulluq cari və planlaşdırılmış təmiri, dəyişdirilməsi və monitorinqi aparır; Neftin qazdan, sudan ayrılması prosesslərin gedişində istifadə olunan bütün növ NOC (təzyiq, temperatur, səviyyə, sərf ölçn, radar, nucleonic səviyyə cihazları) qulluq cari və planlaşdırılmış təmiri, dəyişdirilməsi və monitorinqi, eləcə də, su və nefti bir yerdən başqa yerlərə ötürmək üçün istifadə edilən bütün növ motorların da qulluğu bura daxildir; Texniki xidmət üzrə mütəxəssis (sahə)- 2 həftəlik texniki xidmət qrafikini tamamlamaq üçün yetərli resurslar və materialların təmin olunması; hər hansı iş başlanmamışdan öncə nəzərdə tutulmuş aadanlıq izolyasiyalarının yoxlanımasının aparılması; yüksək prioritet təmirbərpa/nasazlıqların aradan qaldırılması işlərinin koordinasiya edilməsi və təhlükəsiz icra olunması; bütün texniki xidmət işlərinin idarə olunması standartlarına uyğun surətdə tamamlanmasının təmin olunması; texniki xidmət işlərinin tamamlanmasında BP şirkətinin və üçüncü tərəf resurslarının monitorinqinin aparılması, effeklilik və səmərəliliyinin yaxşılaşdırılması və razılaşdırılmış texniki xidmət işləri qrafikinin tamamlanmasına mane olan sistem məsələlərinin həll olunması və/və ya yüngülləşdirilməsi; avadanlıqların texniki xidmət işlərinə sahə əsaslı texniki dəstək verilməsi; Kvalifikasiyanın idarə olunması üzrə X5 uyğun olaraq obyektlərə texniki xidmət texniklərinin bacarıq və səriştələrinin inkişafına və texniki xidmət üzrə texniklərin gördüyü hər hansı iş üçün minimum kvalifikasiya standartlarına cavab verməsinə dəstək verilməsi; txniki xidmət işlərinin BP şirkətinin dəyərlərinə uyğun olaraq təhlükəsiz, keyfiyyətli və etibarlı şəkildə yetinə yetirilməsi.) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2 (a) və (b) yarımbəndlərində nəzərdə tutulmuş peşələrin (Qərara edilmiş xx.xx.2024- cü il tarixli dəyişikliyədək – “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər”) və neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidmət üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər) xüsusiyyətləri ilə eynidir.
51. İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına tərəfindən xx.xx.2021- xx.xx.2022-ci illərdə TAR sahəsində “Nəzarətçi mexanik” vəzifəsinə işə qəbul edilmişdir. Onun işlədiyi peşənin adı (mexanik) və xüsusiyyətləri (Tikinti işləri sənəd toplusunu tərtib etmək mühəndislik sahəsinin/tələblərinin yerin yetirildiyini təsdiqləmək, yəni, dizayn və mühəndisliyin kontruktivliyi, təhlükəsizlik, iş kartlarının tərtib edilməsi, tikinti smetaları, ticarət intizamı profilləri, satıcı məlumatları, satıcı idarəçiliyi, materiallar və alətlər və s.; - bütün işləri zəruri standarta əssən həyata keçirildiyinə, bütün cizgilərə, spesifikasiyalara, təftişlərə və sertifikatlaşdırmalara ciddi şəkildə riayət edildiyinə, eləcə də, Sifarişilərin bütün keyfiyyət təminatı sistemlərinə uyğun olduğunda təminat vermək; - Boru kəmərləri və NÖC sxemlərinin və digər cizhilərin Tikinti tələblərinə uyğun olaraq tərtibatına təminat vermək üçün Layihə Mühəndislik ofisi ilə əlaqə qurmaq; - Hər hansı işə başlamazdan əvvəl işçi qüvvəsinin uğursuz və qeyri-səmərəli istifadəsinə yol verməmək üçün Podratçının bütün lazımi materiallara, avadanlıqlar, ayaqaltı meydançalarına malik oluğuna təminat vermək; - Müntəzəm (gündəlik, həftəlik, aylıq) əsaslarla podratçıların tikinti işinin icra gedişinə nəzarət etmək və hesabat vermək, hər hansı məsələləri/narahatlıqları Sifarişçi və İdarəetmə qrupu qarşısında qaldırmaq; - Tikinti prosesi ilə əlaqədar bütün dəyişikliklərə nəzarət olunmasını idarə etmək/nəzərdən keçirmək; - Əsas əlaqələndirici şəxslər və Podratçılar və Təchizatçıların Tikinti obyekti üzrə nümayəndələri ilə yaxşı iş münasibətlərini qoruyub saxlamaq. Hər hansı əyani ziddiyyətləri həll etmək üçün onların inşaat metodları, planlaşdırma və prosedurları ilə hərtərəfli tanış olmaq və onların öz və məsuliyyətləri barədə tam məlumatlı olduqlarına təminat vermək) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.5.1-ci hissəsinin (İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: nefit məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri) b) bəndində (rəhbərlər və mütəxəssislər – mexanik) nəzərdə tutulmuşur.
52. İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində "xxxx" MMC-də Texniki xidmət üzrə planlama mühəndisi vəzifəsində işləmişdir. Onun "xxxx" MMC şirkətində işlədiyi Texniki Xidmət üzrə planlama mühəndisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istesalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2. “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” əsasən güzəştli şərtlərlə pensiya hüququ verir.
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
54. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
55. Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda vəya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
56. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş “Svift Texnikal” LTD şirkətinin 25 sentyabr 2023-cü il tarixli arayışında xx.xx.2007xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə mexaniki işlər üzrə texnik, "xxxx" MMC-nin 4 oktyabr 2023-cü il tarixli arayışında xx.xx.2021- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə texniki xidmət üzrə planlama mühəndisi və "xxxx" şirkətinin 2 oktyabr 2023-cü il tarixli REF 041-23 nömrəli arayışında isə xx.xx.2021- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində nəzarətçi (mexanik) vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi sahələr sözügedən arayışlarda istinad edilən, yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan sahələrə aid deyil. Eyni zamanda, iddiaçının işlədiyi vəzifələr həmin sahələrdə nəzərdə tutulmamışdır. Bundan başqa, “BP Exploration” LTD-nin 1 fevral 2024- cü il tarixli arayışında xx.xx.2010xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının həmin müəssisədə mexaniki (texniki) işlər üzrə texnik, xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində texniki xidmət üzrə planlaşdırıcı vəzifələrində işlədiyi qeyd olunub. İddiaçının mexaniki işlər üzrə texnik vəzifəsində işlədiyi müddətdə onun işlədiyi sahə yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan əsas istehsalat sahəsinə, vəzifə isə hamin sahədə neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçiçilingərlərə uyğun deyil. Eyni zamanda, sözügedən arayışda istinad edilən, neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər vəzifəsi sözügedən Siyahının neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndində artıq mövcud deyil. Bundan başqa, texniki xidmət üzrə planlaşdırıcı vəzifəsində iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan neft, qaz və qaz kondensatının hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətləri sahəsinə, vəzifə isə həmin xidmətlərin rəisləri və onların müavinlərinə uyğun deyil. Yuxarıda qeyd olunan səbəblərə görə, iddiaçının güzəştli iş stajı yoxdur. Bakı İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 2-1(112)-4025/2024 nömrəli qərarında qeyd olunmuşdur ki, məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisələr tərəfindən verilmiş “Güzəştli iş stajına dair” arayışlara əsasən işin yuxarıda qeyd edilən halları ilə bir daha öz təsdiqini tapır ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan artıqdır. Lakin bildiririk ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən Svift Texnikal” LTD şirkətinin 25 sentyabr 2023-cü il tarixli və “BP Exploration” LTD-nin 1 fevral 2024- cü il tarixli arayışında qeyd edilən sahələr Siyahıda göstərilən sahələrə aid olmamaqla çalışdığı vəzifələr həmin sahələrdə nəzərdə tutulmamışdır.
57. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı X1 güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələrdə işləməsi "xxxx" LTD, BP Eksploreşn (Kaspian Si) Limited Şirkəti, "xxxx" Şirkəti və "xxxx" MMC tərəfindən verilən arayışlarla, həmçinin, iddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur.
58. Məhkəmə hesab edir ki, bu hal, iddiaçının güzəştli pensiya hüququnun təmin olunması üçün tələb edilən iş stajına dair şərtin yerinə yetirildiyini göstərir. Əmək funksiyalarının məzmun və məqsəd baxımından eyniyyəti, işçinin faktiki olaraq güzəştli staj yaratmağa xidmət edən fəaliyyətlə məşğul olduğunu təsdiqləyir. Buna görə də, yalnız vəzifə adlarının uyğunluğu deyil, həm də işçinin icra etdiyi funksiyaların və istehsalat şəraitinin nəzərə alınması hüquqi baxımdan zəruri hesab olunur.
59. Beləliklə də, yuxarıda qeyd edilən peşələrdə güzəştli iş stajının olduğu nəzərə alındıqda iddiaçının 12 il 6 aydan çox güzəştli iş stajına malik olduğu müəyyən olunur.
60. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, işçinin əmək funksiyasını, yəni yerinə yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti işəgötürən müəyyən etdiyi üçün güzəştli arayış məhz iş yerindən tələb olunur.
61. Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1122/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının 45-ci bəndinə əsasən).
62. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli iş stajı mövcud olduğundan cavabdeh inzibati orqanın imtina üçün gətirdiyi dəlili əsassızdır.
63. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinaya əsas olan faktiki halların mövcudluğunu sübut edə bilməmişdir.
64. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün zəruri olan şərtlərin (60 yaş, azı 25 il ümumi iş stajı və 12 il 6 ay xüsusi iş stajının tamamlanması) ödənilməsi işin məhkəmə araşdırması ilə sübuta yetirilmişdir.
65. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
66. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
67. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4025/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4025/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.