Məhkəmə qərarları › İş №2-1(103)-3616/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3616/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3616/2024 02.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin hesablanmasının, şəxsi hesab vərəqəsinə işlənməsinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X16 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X14 və X15 ibarət tərkibdə, X11-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin hesablanmasının, şəxsi hesab vərəqəsinə işlənməsinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10739/2024 saylı 16 avqust 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən hesablanmış xx.xx.2023-cü il tarixində ARBP ********* təyinatı ilə mənfəət vergisi 2018- 308205,73 manat, mənfəət vergisi 308720,07 manat, ƏDV 2018/7- 21071,47 manat, ƏDV 2018/8-21071,47 manat, ƏDV 2018/9-21071,47 manat, ƏDV 20xx/xx-21071,47 manat, ƏDV 20xx/xx-21071,47 manat, ƏDV 20xx/xx-21071,47 manat, ƏDV 2019/1-23153,99 manat, ƏDV 2019/2-23153,99 manat, ƏDV 2019/3-23153,99 manat, ƏDV 2019/4- 23153,99 manat, ƏDV 2019/5- 23153,99 manat, ƏDV 2019/6- 23153,99 manat, ƏDV 2019/7-23153,99 manat, ƏDV 2019/8-23153,99 manat, ƏDV 2019/9-23153,99 manat, ƏDV 20xx/xx-23153,99 manat, ƏDV 20xx/xx-23153,99 manat, ƏDV 20xx/xx-23153,99 manat olmaqla, ümumilikdə 1021202,72 manat vergilərin hesablanmasının, şəxsi hesab vərəqəsinə işlənməsinin, tələb edilməsinin qanunsuz hesab edilməsi və yuxarıda qeyd edilən ümumilikdə 1021202,72 manat vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10739/2024 saylı 06 mart 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən hesablanmış xx.xx.2023-cü il tarixində ARBP ********* təyinatı ilə mənfəət vergisi 2018-308205,73 manat, mənfəət vergisi 308720,07 manat, ƏDV 2018/7- 21071,47 manat, ƏDV 2018/8-21071,47 manat, ƏDV 2018/9-21071,47 manat, ƏDV 20xx/xx-21071,47 manat, ƏDV 2018/11- 21071,47 manat, ƏDV 2018/\?-21071,47 manat, ƏDV 2019/1- 23153,99 manat, ƏDV 2019/2-23153,99 mandt, ƏDV 2019/3-23153,99 manat, ƏDV 2019/4- 23153,99 manat, ƏDV 2019/5\ 23153,99 manat, ƏDV 2019/6- 23153,99 manat, ƏDV 2019/7-23153,99 manat, ƏDV 2019/8-23153,99 manat, ƏDV 2019/9- 23153,99 manat, ƏDV20xx/xx-23153,99 manat, ƏDV 20xx/xx-23153,99 manat, ƏDV20xx/xx- 23153,99 manat olmaqla, ümumilikdə 1021202,72 manat vergilərin hesablanmasının, şəxsi hesab vərəqəsinə işlənməsinin, tələb edilməsinin qanunsuz hesab edilməsi və yuxarıda qeyd edilən ümumilikdə 1021202,72 manat vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən hesablanmış ARPB ********* təyinatı ilə ümumilikdə 102 202,72 manat vergilər hesablanaraq müəssisənin şəxsi hesab vərəqəsinə işlənmişdir. Cavabdeh müəssisənin şəxsi hesab vərəqəsini əsas gətirərək, sözügedən məbləğin Baş Prokurorluq tərəfindən hesablandığını və borcun silinməsi öhdəliyinin də məhz bu orqanda olduğunu iddia etmişdir. Lakin vergi orqanının əsasnaməsindən və (yenidən hesablama əsasında Dövlət Vergi Xidmətindən xx.xx.2021 tarixində Baş Prokurorluğa təqdim edilmiş aktdan) aydındır olur ki, bu öhdəlik Baş Prokurorluğun deyil, cavabdeh vergi orqanının səlahiyyətinə aiddir və həmin vergilər vergi orqanı tərəfindən uçota alınmış, hesablanmış və şəxsi hesab vərəqinə işlənmiş, müəssisə tərəfindən ödənişin tam yerinə yetirilməsindən sonra isə bu borc silinməmişdir. İnzibati orqana dəfələrlə müraciət olunmasına baxmayaraq, bu müraciətlərə baxılmamış, uyğun müvafiq qərar təqdim edilməmiş və bu hərəkətsizliyi ilə iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur. Verginin hesablanması üçün ayrıca inzibati akt cavabdeh vergi orqanı tərəfindən tərtib edilməli olsa da, belə bir akt tərtib edilməmişdir və mövcud deyildir. Məhkəmə öz üzərinə düşən işin hallarının araşdırılması prinsipini düzgün yerinə yetirməyərək İPM-in 12.1 maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Məhkəmə əsl həqiqətdə iddiaçının hüquqi marağı onun mövqeyinə görə Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırma zamanı müəyyən edilmiş onun tərəfindən vergidən yayınması halının düzgün müəyyən edilməməsindən ibarət olması barədə tamamilə yanlış mövqe göstərmişdir. Nəzərə alınmalıdır ki, vergi hesablanması üzrə inzibati akt qəbul etmədən müəssisənin şəxsi hesab vərəqəsinə vergi borcunu işləmiş, hesablama aparmış, vergini müəssisədən tələb etmiş və əmlakına həbs qoyaraq iddiaçıya qarşı vergi borcunun alınması tədbirlərini görən qurum məhz vergi orqanıdır. Apellyasiya şikayətinə etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etirazında göstərmişdi ki, iddiaçı vergi orqanı tərəfindən verginin hesablanmasına dair hər hansı inzibati akt qəbul edilmədən şəxsi hesab vərəqəsinə vergi məbləğinin işləndiyini göstərsə də, qeyd olunan məbləğin əsasını Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli Qərarı təşkil etmişdir. Belə ki, həmin qərarın “Müəyyən Etdim” başlığının 3-cü abzasından aydın olur ki, cinayət işi üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası üzrə əldə edilmiş AR ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli b9/6130 nömrəli rəyinə əsasən İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixədək olan müddətdə 1021202,68 manat vergilərin ödənilməsi yayındırıldığı müəyyən edilmişdir. Eyni başlığın 4-cü abzasından görünür ki, ümumilikdə ******* manat nağd pul vəsaitlərindən ibarət gəlirini vergi orqanına tam bəyan etməyərək qeyd edilən dövr üzrə 616925,80 manat mənfəət vergisini, 404276,88 manat ƏDV-ni, cəmi 1021202,68 manat məbləğində xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmışdır. Bununla da X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Xüsusilə 6-cı abzasa diqqət yetirdikdə aydın olur ki, “İstintaq dövrü ərzində müəssisənin vəzifəli şəxsləri tərəfindən vergidən yayınma xüsusatı üzrə dövlətə vurulmuş maddi ziyanın geri qaytarılması məqsədilə Baş Prokurorluğun depozit hesabına ümumilikdə 1021202,68 manat vəsait ödənmişdir. Eləcə də qərardan görünür ki, X2 ərizə ilə baş Prokurorluğa üraciət edərək xüsusilə külli miqdarda vergidən yayındığını etiraf etmiş və Baş Prokurorluğun depozit hesabına qoyduğu 1021202,68 manat pul vəsaitinin dövlət büdcəsinə ödənilməsini xahiş etmişdir. Buna görə də xx.xx.2022-ci il tarixdə Baş Prokurorluğun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı qəbul edilmişdir. Göründüyü kimi, Baş Prokurorluğun xx.xx.2022-ci il tarixli “Pul vəsaitinin dövlət büdcəsinə köçürülməsi haqqında” qərarından iddiaçı tərəfindən iddia tələbində qeyd olunmuş məbləğlərin nə üçün şəxsi hesab vərəqəsində əks olunduğu aydın olur. Yəni 1021202,68 manat məbləğin hesablanması, şəxsi hesab vərəqəsinə işlənməsinin əsası tamamilə aydın olmaqdadır. İddiaçının özünün də istinad etdiyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli Əsasnaməsinin 6.7.4-cü bəndində də aydın olduğu kimi, Kameral vergi yoxlaması ilə əlaqədar baş İdarənin iştirak etdiyi məhkəmə işləri üzrə qanuni qüvvəyə minmiş qərarların, cinayət təqibi üzrə cinayət prosesini həyata keçirən orqanların qanuni qüvvəyə minmiş qərarlarının, baş idarədə uçotda olan vergi ödəyiciləri barəsində inzibati icraat çərçivəsində qəbul edilmiş qərarların icrasını təmin etmək, o cümlədən həmin qərarların (hökmün) vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilməsini və müvafiq düzəlişlərin aparılmasını təmin etmək Baş İdarənin vəzifəsidir. Hazırkı iş üzrə cinayət təqibi üzrə cinayət prosesini həyata keçirən orqanların qanuni qüvvəyə minmiş qərarı dedikdə, Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli Qərarı nəzərdə tutulur. İddiaçının mübahisələndirdiyi məbləğ vergi orqanı tərəfindən hər hansı vergi nəzarət tədbiri çərçivəsində deyil, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi sübuta yetirildiyindən məhz sonuncu tərəfindən hesablanmışdır. Görünən odur ki, bütün bunlarla iddiaçının nümayəndəsi tanış olsa da cavabdehi müəyyən etməkdə çətinlik çəkmiş və yalnış olaraq cavabdeh qismində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsini müəyyən etmişdir. İddiaçının şəxsi hesab vərəqəsindən də aydın görünür ki, hazırkı iddia ilə silinməsi tələb edilən məbləğ vergi orqanı tərəfindən hesablanmamışdır. Belə olan halda həmin məbləğin silinməsi öhdəliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması da mümkün deyildir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək, onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “cavabdeh tərəfindən hesablanmış xx.xx.2023-cü il tarixində ARBP ********* təyinatı ilə mənfəət vergisi 2018-308205,73 manat, mənfəət vergisi 308720,07 manat, ƏDV 2018/7- 21071,47 manat, ƏDV 2018/8-21071,47 manat, ƏDV 2018/9-21071,47 manat, ƏDV 20xx/xx-21071,47 manat, ƏDV 20xx/xx-21071,47 manat, ƏDV 20xx/xx-21071,47 manat, ƏDV 2019/1-23153,99 manat, ƏDV 2019/2-23153,99 manat, ƏDV 2019/3-23153,99 manat, ƏDV 2019/4-23153,99 manat, ƏDV 2019/5- 23153,99 manat, ƏDV 2019/6- 23153,99 manat, ƏDV 2019/7-23153,99 manat, ƏDV 2019/8-23153,99 manat, ƏDV 2019/9-23153,99 manat, ƏDV 20xx/xx-23153,99 manat, ƏDV 20xx/xx-23153,99 manat, ƏDV 20xx/xx-23153,99 manat olmaqla, ümumilikdə 1.021.202,72 manat vergilərin hesablanmasının, şəxsi hesab vərəqəsinə işlənməsinin, tələb edilməsinin qanunsuz hesab edilməsi və yuxarıda qeyd edilən ümumilikdə 1021202,72 manat vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi” barədə olmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə hesab etmişdir ki, “iddia tələbində göstərilən vergi borcu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən hesablanmadığından, vergi ödəyicisinin vergidən yayınması halı Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırma zamanı müəyyən edildiyindən, araşdırma zamanı qəbul edilmiş qərar üzrə texniki baxımdan (vergi ödəyicisinin şəxsi hesab vərəqəsi başqa yerdə mövcud deyil) iddiaçının şəxsi hesab vərəqəsinə işlənildiyindən, iddiaçı tərəfindən 24 oktyabr 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar mübahisələndirilmədiyindən, həmçinin hazırda həmin vergi borcu mövcud olmadığından hazırkı iddia mümkün sayıla bilməz. Məhkəmə kollegiyası işə birinci instansiya qaydasında baxmış məhkəmənin iddianın mümkün sayılmaması barədə gəldiyi mövqeyi ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İddiaçının iddia tələbindən göründüyü kimi, onun iddiası “öhdəliyin icrası” haqqında iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddiaçı iddiasını onunla əsaslandırır ki, cavabdeh qurum tərəfindən 1021202,72 manat vergilər hesablanaraq müəssisənin şəxsi hesab vərəqəsinə işlənmiş, cavabdeh orqan sözügedən məbləğin Baş Prokurorluq tərəfindən hesablandığına əsaslanaraq borcun silinməsi öhdəliyinin də məhz bu orqan tərəfindən aparılmalı olduğunu bildirsə də, qanunla vergi ödəyicisinin şəxsi vərəqəsində Baş Prokurorluğun hər hansı borc işləmək və ya onu silmək kimi səlahiyyəti müəyyən edilməmişdir, ümumiyyətlə hansısa inzibati akt olmadan cavabdeh qurumun vergilər hesablamağa səlahiyyəti olmadığı üçün hesablanmış həmin vergilər cavabdeh tərəfindən silinməlidir. Cavabdeh qurum isə bildirir ki, iddiaçının silinməsini tələb etdiyi məbləğ vergi orqanı tərəfindən hesablanmamışdır, həmin hesablamanın əsasını Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli Qərarı təşkil edir, belə ki, həmin qərara əsasən cinayət işi üzrə keçirilmiş mühasibatlıq ekspertizasının rəyinə görə müəssisənin 1021202,68 manat vergilərin ödənilməsindən yayındığı müəyyən olunmuş, bu fakt etiraf edildiyindən və vergi ödəyicisi Baş Prokurorluğun depozit hesabına qoyduğu 1021202,68 manat pul vəsaitinin dövlət büdcəsinə ödənilməsini xahiş etdiyi üçün cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçının mübahisələndirdiyi məbləğ vergi orqanı tərəfindən hər hansı vergi nəzarət tədbiri çərçivəsində deyil, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan cinayət işi üzrə hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X17 tərəfindən qəbul edilmiş 08 iyul 2022-ci il tarixli “Pul vəsaitinin dövlət büdcəsinə küçürülməsi haqqında” qərarında göstərilir ki, “...Cinayət işi üzrə təyin edilmiş əlavə məhkəmə mühasibatlıq ekspertizası üzrə əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2021-ci il tarixli 9/6130 nömrəli rəyinə əsasən “Eurohome’’ MMC tərəfindən xx.xx.2018-cı il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə cəmi 1.021.202,68 manat vergilərin ödənilməsinin yayındırıldığı müəyyən edilmişdir. İstintaq zamanı müəyyən edilmişdir kı, X2 2014-cü il tarixdən etibarən ünvan 3 ünvanında mülkiyyətində olan ticarət sahələrinin müxtəlif növ tikinti materialları məhsullarının pərakəndə satışı üçün sahibkarlıq subyektləri olan ayrı-ayrı fiziki şəxslərə icarəyə verilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətini həyata keçirən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 02 iyul 1999-cu il tarixdə S-71 nömrəsi ilə qeydiyyata alınaraq Vergilər Nazirliyi tərəfindən 23 may 2004-cü il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna götürülmüş İddiaçı fəaliyyətinə birbaşa tapşırıq və göstərişləri, faktiki idarəçiliyi yerinə yetirməsi ilə rəhbərliyi həyata keçirərək xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmaqla xüsusilə külli miqdarda gəlir əldə etmək üçün müəssisənin direktoru vəzifəsinə təyin edilməsini təşkil etdiyi X9 və X18 vasitəsi ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində ticarət mərkəzində mağaza və anbarların inşaat materiallarının pərakəndə və topdan satışını həyata keçirməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə icarəyə verilməsini təşkil edib bu məqsədlə sahibkarlıq subyektləri ilə bağlanmış müqavilələrdə icarə haqqlarını az rəsmiləşdirməklə faktiki gəlirlərini suni surətdə az göstərərək dövlət büdcəsinə ödəməli olduğu vergiləri azaltmaqla özünün xüsusilə külli miqdarda gəlir əldə etmək niyyətini həyata keçirmək məqsədi ilə X4, X13, X10 və digərlərindən ibarət ümumilikdə 126 (yüz iyirmi altı) nəfər icarəçilərlə müqavilə bağlayaraq icarəyə verilmiş müxtəlif kommersiya obyektlərindən direktor və menecer kimi təyin edilməsini təşkil etdiyi şəxslər vasitəsi ilə icarə haqqı adı altında toplanmış ümumilikdə 5 077.438 ( beş milyon yetmiş yeddi min dörd yüz otuz səkkiz) manat nağd pul vəsaitlərindən ibarət gəlirini vergi orqanına tam şəkildə bəyan etməyərək qeyd edilən dövr üzrə 616.925,80 (altı yüz on altı min doqquz yüz iyirmi beş) manat mənfəət vergisini, 404.276,88 (dord yüz dörd min iki yüzyetmiş altı) manat əlavə dəyər vergisini, cəmi 1.021.202.68 manat (bir milyon iyirmi bir min iki yüz iki, altmış səkkiz) manat məbləğində xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmışdır. Bununla da, X2 Azərbaycan Respublikası CM-in 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İstintaq dövrü ərzində müəssisənin vəzifəli şəxsləri tərəfindən vergidən yayınma xüsusatı üzrə dövlətə vurulmuş maddi ziyanın geri qaytarılması məqsədilə Baş Prokurorluğun depozit hesabına ümumilikdə 1.021.202.68 (bir milyon iyirmi bir min iki yüz iki manat, altmış səkkiz) manat vəsait ödənilmişdir. 08 iyul 2022-ci il tarixdə X2 ərizə ilə Baş Prokurorluğa müraciət edib xüsusilə külli miqdarda gəlir vergisindən yayındığını etiraf etməklə dövlətə vurduğu zərərə görə Baş Prokurorluğun depozit hesabına qoyduğu 1.021.202,68 (bır milyon iyirmi bir min iki yüz iki manat, altmış səkkiz) manat pul vəsaitinin dövlət büdcəsinə ödənilməsini xahiş etmişdir.” Həmin qərarın nəticə hissəsində göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə X2 tərəfindən dövlətə vurduğu ziyana görə müvafiq qaydada Baş Prokurorluğun depozit hesabına müxtəlif tarixlərdə ödənilmiş ümumilikdə 1.021.202,68 manat (bir milyon iyirmi bır min iki yüz iki, altmış səkkiz) məbləğində pul vəsaiti dövlət büdcəsinə köçürülsün. Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X17 tərəfindən qəbul edilmiş 24 oktyabr 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında göstərilir ki, “...İş üzrə təyin edilmiş əlavə məhkəmə mühasibatlıq ekspertizası üzrə əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2021-ci il tarixli 9/6130 nömrəli rəyinə əsasən İddiaçı MMC tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə cəmi 1.021.202,68 manat vergilərin ödənilməsini yayındırdığı müəyyən edilmişdir. Müəssisəyə əlavə hesablanmış 1.021.202.68 manat vergilərin 825.679,51 manatı X5 müəssisənin direktoru olduğu dövrə, qalan 195.523,03 manatı isə X6 direktoru olduğu dövrə düşmüşdür. İstintaq zamanı vergidən yayınma xususatı üzrə dövlətə vurulmuş maddi ziyanın geri qaytarılması məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına müxtəlif tarixlərdə ümumilikdə 1.021.202,68 (bir milyon iyirmi bir min iki yüz iki, altmış səkkiz) manat vəsait köçürülməklə vurulmuş ziyan tam ödənilmişdir.” Həmin qərarın nəticə hissəsində göstərilir ki, “...Toplanmış ********* saylı cinayət işi üzrə vergidən yayınma xüsusatı ilə bağlı X2 barəsində Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.4-cü maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.3- cü maddəsi ilə cinayət işinin başlanması rədd edilsin. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinin tələblərinə əsasən X9 və X25 ogiu barələrində cinayət işininin başlanılması rədd edilsin.” Beləliklə, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən onun şəxsi vərəqəsindən silinməsi tələb olunan 1.021.202,72 manat vergi borcu Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış adı çəkilən cinayət işi üzrə keçirilmiş mühasibatlıq ekspertizası nəticəsində hesablansa da, həmin vergi borcunun ödənilməsi ilə bağlı iddiaçı müəssisə tərəfindən müvafiq hərəkətlər (konkret borcun depazit hesabındakı pul vəsaiti hesabına ödənişi) həyata keçirilsə də, vergi orqanı tərəfindən həmin vergi borcu iddiaçının şəxsi vərəqəsinə də işlənmişdir. Hazırki vəziyyətdə cavabdeh qurum həmin vergi borcunun hesablanması üçün hər hansı vergi nəzarəti tədbirinin aparılmadığını bildirsə də, bu vergi borcunun şəxsi vərəqəyə aparılmış cinayət işi ilə bağlı texniki cəhətdən vergi orqanı tərəfindən işləndiyini etiraf edir. Bu halda vergi orqanı hesablamanın onun tərəfindən həyata keçirilmədiyinə əsaslanaraq hesab edir ki, şəxsi vərəqədən həmin borcun silinməsini də məhz hesablamanı aparan prokurorluq orqanı həyata keçirməlidir. Cavabdeh vergi orqanının qeyd olunan mövqeyi ilə birinci instansiya məhkəməsi razılaşaraq iddiaçının silinməsini tələb etdiyi məbləğin məhz həmin məbləğin hesablamasını aparan prokurorluq orqanı tərəfindən həyata keçirilməli olduğunu, həmçinin iddiaçının şəxsi vərəqəsində silinməsi tələb olunan məbləğin əks olunmadığını göstərmişdir. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, əvvəla, iddiaçının şəxsi vərəqəsindən silinməsini tələb etdiyi məbləğ baxmayaraq ki, müvafiq cinayət işinin icraatı zamanı keçirilmiş mühasibatlıq ekspertizası nəticəsində hesablanmışdır, yekun olaraq həmin məbləğ iddiaçının şəxsi hesab vərəqəsinə həmin prokurorluq orqanı tərəfindən deyil, məhz cavabdeh qurum tərəfindən işlənilmişdir. Qanunla Prokurorluq orqanının vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə hər hansı vergi borcu ilə bağlı öhdəliyinin mövcudluğu səbəbindən həmin borcu göstərməyə nə səlahiyyəti var, nə də ümumiyyətlə texniki cəhətdən şəxsi vərəqəyə müdaxilə imkanı var. Lakin cavabdeh vergi orqanının vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə mövcud vergi borcları ilə bağlı hər hansı əməliyyatları işləmək səlahiyyəti qanunla ona verilmişdir. Hazırda cavabdeh qurum iddiaçı müəssisəyə cinayət işinin icraatında müəyyən olunmuş və hesablanmış vergi borcunun onun xahişi ilə depazit hesabından ödənilməsini, bununla da cinayət işinin başlanılmasının rədd edilməsi barədə müvafiq qərarın da qəbul edildiyini bildirsə də, həmin borcun həm də şəxsi vərəqədə göstərildiyinin səbəblərini açıqlaya bilməmişdir. Apellyasiya baxışı zamanı iddiaçıya məxsus şəxsi vərəqədə müəssisəyə 1.021.202,68 manat məbləğində vergi borcunun hesablanıb göstərildiyi müəyyən olundu. Həmçinin məhkəmə araşdırması zamanı məlum oldu ki, iddiaçının şəxsi vərəqəsində əks olunan 1.021.202,68 manat məbləğində vergi borcunun hesablanması ilə bağlı hər hansı inzibati icraat vergi orqanı tərəfindən aparılmamışdır. Bu fakt cavabdeh qurumun nümayəndəsi tərəfindən də təsdiq olunmuşdur. Halbuki hər hansı inzibati icraat aparılmadan vergi ödəyicisinə müvafiq vergi öhdəliyinin olması ilə bağlı şəxsi vərəqəsində məlumatın əks etdirilməsi qanunla yolverilməzdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə cavabdeh inzibati orqan iddiaçının şəxsi hesab vərəqəsində sözügedən vergi borcunu qeyd etməmişdən öncə inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, aparılan araşdırma onu deməyə əsas verir ki, inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamışdır. Belə olan halda qanunun tələblərinə riayət edilmədən aparılan icraat- şəxsi vərəqədə borc əks etdirilməsi iddiaçının hüquqlarına toxunduğu üçün iddiaçı haqlı olaraq həmin şəxsi vərəqədə ona münasibətdə hesablanmış və göstərilmiş borc məbləğinin silinməsi ilə bağlı iddia vermişdir. Buna baxmayaraq, işə birinci instansiya qaydasında baxan məhkəmə yuxarıda qeyd olunanları araşdırmadan, işin mahiyyəti üzrə baxılması əsaslarının mövcudluğunu nəzərə almadan tez-tələsik qərar qəbul edərək iddianı qeyri-mümkün saymışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin 2-1(112)-10739/2024 saylı 16 avqust 2024-cü il tarixli qərardadı ləğv edilməli və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla zəruri prosessual hərəkətlərin edilməsi məqsədilə həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10739/2024 saylı 16 avqust 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova X21 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar