Məhkəmə qərarları › İş №2-1(103)-3617/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3617/2023

17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3617/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X19 Səmədovun sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və X11 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Binəqədi rayonu Cavabdehnə qarşı (üçüncü şəxslər X12 və X6 üçüncü şəxslər qismində cəlb olunmaqla) “torpaq sahəsinə dair qərarın, alqı-satqı aktının və eskizin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6591/2023 saylı, 21 avqust 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Binəqədi rayonu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpaq sahəsinin sahiblik və istifadə hüquqlarının keçməsi qaydasında vətəndaş X7 adına və istifadəsinə verilməsi haqqında” Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyəsinin xx.xx.2004-cü il tarixli 900/1 nömrəli Qərarının və tarixi məlum olmayan və rayon torpaq şöbəsində qeydiyyata alınmayan “Torpaq sahəsinin alqı-satqısına dair akt”ın və X7 adına keçirilmiş 1 (bir) ha torpaq sahəsinin eskizinin etibarsız sayılaraq ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin 3 fevral 2003-cü il tarixli 131/1 nömrəli qərarı ilə Xırdalan-Binəqədi yolunun yanında 600 kv.m boş torpaq sahəsi alqısatqı qaydasında iddiaçının mülkiyyətinə ayrılmışdır. Bundan sonra iddiaçıya aldığı torpaq sahəsinin yanında olan, çirkab sularının yığıldığı digər 600 kv.m boş sahə də cavabdehin 20 fevral 2003-cü il tarixli 151/1 nömrəli qərarı ilə alqı-satqı qaydasında onun mülkiyyətinə verilmişdir. Həmin ərazidə qalan digər boş sahə faktiki olaraq iki şəxsin – X13 və X2 idi. Cavabdehin 26 iyul 2004-cü il tarixli 1026/1 nömrəli sərəncamı ilə həmin ərazidəki boş torpaq sahəsinin 6000 kv.m hissəsi sahibkarlıq fəaliyyəti üçün vətəndaş X8 mülkiyyətinə verilmişdir. Həmin ərazidə boş qalmış 700 kv.m torpaq sahəsi isə, cavabdehin 14 iyun 2007-ci il tarixli 898 nömrəli sərəncamı ilə faktiki sahibliyində olan vətəndaş X16 mülkiyyətinə ayrılmışdır. İddiaçı ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə X9 və X20 ayrılmış torpaq sahələrini almaq niyyətində olmuşdur. X3 ilə razılıq əldə etmiş və onun torpağını almışdır, cavabdehin 4 dekabr 2005-ci il tarixli 1796 nömrəli sərəncamı ilə X8 cavabdehin 26 iyul 2004-cü il tarixli sərəncamı ilə mülkiyyətinə ayrılmış 6000 kv.m torpaq sahəsi onun adına dəyişdirilmişdir. 2007-ci ilin dekabr ayında o, X23 ilə də razılaşaraq onunla cavabdehin 14 iyul 2007-ci il tarixli 898 saylı sərəncamı ilə mülkiyyətinə verilmiş 700 kv.m torpaq sahəsini almışdır. Bundan sonra iddiaçı yenə də cavabdehə müraciət edərək eyni ərazidə öz adına olan torpaq sahələri barəsindəki sərəncamları və həmin ərazidə aldığı torpaq sahələri barəsində sərəncamların bir sərəncamda birləşdirilməsi və bu torpaq sahələrinin birləşdirilmiş eskiz sahəsinin tərtib olunmasını istəmişdir. Torpaq sahələri arasındakı yollar həmin sahəyə birləşdirildiyindən, cavabdehin mütəxəssisləri sahəni yerində ölçərək eskiz xəritə tərtib etmişlər və müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsi 9.400 kv.m-dir. Cavabdehin 30 yanvar 2008-ci il tarixli 166 saylı sərəncamı ilə onun mülkiyyətində olan və aldığı torpaq sahələri bir sərəncam altında birləşdirilərək 9.400 kv.m torpaq sahəsi olmaqla iddiaçının adına keçirilmişdir. İddiaçı sahəni hasara almış, əraziyə çirkab suları axaraq bataqlıq yaratdığından oraya böyük həcmdə torpaq sahəsi daşıtdırmış və sahəni düzəltdirmişdir. Bu məsələyə xeyli xərc çəkdiyi üçün, mülkiyyətində sahəyə sahibkarlıq fəaliyyətinə görə vəsait qoya bilməmiş, bir müddət gözləmişdir. 2017-ci ilin iyul ayında Binəqədi RPİ-nin İstintaq Şöbəsinə dəvət olunmuşdur. Həmin Şöbədə onlara bildirilmişdir ki, torpaq sahəsinin zəbt olunması ilə bağlı X21 ərizəsi daxil olmuşdur. Ərizəyə Cavabdeh adından hazırlanmış, Bələdiyyə sədrinin imza etdiyi və Bələdiyyənin möhürü vurulduğu 900/1 nömrəli 3 iyun 2004-cü il tarixli qərar əlavə edilmişdir. Qərarda göstərilir ki, vətəndaş X24 30 yanvar 2004-cü il tarixdə Cavabdeh 636 nömrəli qərarı ilə onun adına rəsmiləşdirilmiş 1 ha torpaq sahəsini X7 adına verilməsinə razılıq vermişdir. Cavabdehin həmin qərarı ilə torpaq sahəsi X7 adına keçirilmişdir. Qərara torpağa dair alqı-satqı aktı və plan-çizgi əlavə edilmişdir. İddiaçı cizgisi çəkilərək ona təhvil verilmiş torpaq sahəsinin 10 ildən çoxdur ki, onun sahibliyində, istifadəsində olduğunu və şikayətçinin təqdim etdiyi qərarın saxta sənədlər əsasında hazırlandığını bildirmişdir. RPİ-nin İstintaq Şöbəsinin sorğusuna Cavabdeh cavab olaraq məktubunda göstərmişdir ki, bələdiyyənin 30 yanvar 2008-ci il tarixli 166 saylı sərəncamı ilə İddiaçı adına və istifadəsinə 9.400 kv.m torpaq sahəsinin verilməsi haqqında sənədlər aşkar olunmuşdur, digər 30 yanvar 2004-cü il tarixli 636 saylı qərarla X17 adına 8.000 kv.m torpaq sahəsi ayrılması barədə sərancam aşkar edilsə də, sözügedən torpaq sahəsinin X7 adına keçirilməsi haqqında bələdiyyə arxivində qeyd aşkar olunmamışdır, X7 adına Cavabdeh 24 sentyabr 2004-cü il tarixli 1187 savlı sərəncamı ilə 600 kv.m torpaq sahəsinin ayrılması barədə qeyd vardır. Cavabdehin 26 iyul 2017-ci il tarixli məktubunda göstərilir ki, 24 sentyabr 2004-cü il tarixli sərəncamla Əliyeva Tamaraya verilmiş 600 kv.m torpaq sahəsi hər biri 300 kv.m olmaqla digər sərəncamlarla başqa şəxslərin adına keçirilmişdir. X18 adına 636 saylı 30 yanvar 2004-cü il tarixli qərarla ayrılmış 8.000 kv.m torpaq sahəsinin eskiz planının, cizgisinin surətlərindən görünür ki, həmin torpaq sahəsi Binəqədi Novxanı şossesinin kənarında yerləşir. Göründüyü kimi, bələdiyyənin adından 03 iyun 2004-cü il tarixli 900/1 saylı saxta qərar və torpaq sahəsinin saxta eskiz planını hazırlanmış, həmin sərəncamda cavabdehin 30 yanvar 2004-cü il tarixli 636 saylı qərarının nömrəsindən isdifadə etməklə iddiaçının qanuni əsaslarla sahibliyində, istifadəsində olan torpaq sahəsinə X7 adına çıxarış alınmış, sonra isə həmin torpaq sahəsi X1. Bələdiyyə sədri 3 iyun 2004-cü il tarixli 900/1 saylı qərardakı imzanın ona məxsus olmadığını bildirmişdir. Reyestrdən çıxarışlar alınmış və torpaq sahəsi 700.000 manata satılmışdır. İddiaçı cavabdehə müraciət edərək, 3 iyun 2004-cü il tarixli 900/1 saylı qərarın ləğv edilməsini istəmişdir. Cavabdeh ona məhkəməyə müraciət olunmasını tövsiyə etmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək 3 iyun 2004-cü il tarixli 900/1 saylı qərarın etibarsız hesab edilməsini tələb etmişdir. İş üzrə məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, 3 iyun 2004-cü il tarixli 900/1 saylı qərar bələdiyyənin arxivində mövcud deyil və qeydiyyat kitablarında qeydiyyatdan keçməmişdir. Məhkəmə 31 oktyabr 2018-ci il tarixdə 2-1(81)-3975/2018 saylı qərardadla iddianı mümkün saymamışdır. İddiaçı Nərimanov Rayon Məhkəməsində X10 və digərlərinə qarşı reyestrdən çıxarışın və eskiz planının ləğv edilməsi, tikililərin sökülməsi və s. tələbləri irəli sürmüşdür. 24 avqust 2018-ci il tarixli məhkəmə qətnaməsi ilə iddia təmin edilməmişdir. Mübahisəyə yuxarı instansiya məhkəmələrində müvafiq şikayətlər üzrə qiymət verilmiş və sonda Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmiş və inzibati məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İddiaçı yenidən Bakı İnzibati Məhkəməsinə müraciət edərək X7 adına 27 iyul 2017-ci il tarixdə verilmiş, RX ******* nömrəli reyestrdən çıxarışın ləğv edilməsini istəmişdir. İşə baxılarkən iş üzrə üçüncü şəxs Cavabdeh məhkəməyə X17 adına 30 yanvar 2004-cü il tarixdə Cavabdeh 636 nömrəli qərarı ilə rəsmiləşdirilmiş 1 ha torpaq sahəsinin X7 adına dəyişdirilməsi barədə 900/1 saylı 3 iyun 2004-cü il tarixli qərarın mövcud olduğunu bildirmişdir. Cavabdehin adından hazırlanmış 3 iyun 2004-cü il tarixli 900/1 nömrəli saxta qərar, yəni vətəndaş X25 30 yanvar 2004-cü il tarixdə bələdiyyənin 636 saylı sərəncamı ilə onun adına rəsmiləşdirilmiş 1 ha torpaq sahəsinin X7 adına keçirilməsi barədə qərar hüquqlarını pozduğundan etibarsız hesab olunmalıdır. Göstərilənlərə əsaslanaraq, cavabdehin 3 iyun 2004-cü il tarixli 900/1 nömtrəli qərarının etibarsız sayılması məhkəmədən xahiş olunmuşdur. Üçüncü şəxs X4 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətində bildirilmişdir ki, onunla X12 (nümayəndəsi vasitəsilə) arasında 26 avqust 2017-ci il tarixdə sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi qəsəbəsi, 4 saylı ETK-nin yaxınlığında yerləşən 0,94 ha torpaq sahəsinin alqı-satqısına dair ilkin müqavilə bağlanmışdır. 28 avqust 2017-ci il tarixdə isə həmin torpaq sahəsinin alqı-satqısı barədə müqavilə bağlanmışdır. Bundan sonra Tamara Əliyevanın adına 22 avqust 2017-ci il tarixdə **********45 reyestr və ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. 15 noyabr 2017-ci il tarixdə RX ******* saylı reyestrdən çıxarışla sahə onun adına qeydiyyata alınmışdır. İddiaçı Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh 30 yanvar 2008-ci il tarixli 166 saylı sərəncamı ilə onun adına verilmiş və faktiki olaraq sahibliyində və istifadəsində olan 0,94 ha torpaq sahəsi barəsində həmin bələdiyyənin adından hazırlanmış saxta sənədlər əsasında torpaq sahəsi özəlləşdirilərək Tamara Əliyevanın adına, daha sonra İsfəndiyar Axundovun adına reyestrdən çıxarışın və eskiz planın etibarsız hesab edilməsi, tikintinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbini irəli sürmüşdür. Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya məhkəməsinin 4 dekabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və 24 avqust 2018-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 18 mart 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 4 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 12 oktyabr 2020-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş müvafiq göstərişlə yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışında qalmış hissədə, yəni “mübahisəli torpaq sahəsində aparılmış tikintinin cavabdeh İsfəndiyar Axundovun hesabına sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılması” tələblərinin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək həmin tələblər təmin edilməmişdir. 25 iyun 2021-ci il tarixli qətnamə maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən və Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarına zidd olduğundan ləğv edilib iş üzrə yeni qərar qəbul edilməsi üçün kassasiya şikayəti verilmişdir. Məhkəmə apellyasiya icraatı zamanı 25 iyun 2021-ci il tarixli qərardadı ilə Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qətnaməsini qismən, yəni iddia tələbinin “iddiaçının qanuni sahibliyinə və istifadəsinə verilmiş torpaq sahəsinə dair Cavabdeh adından hazırlanmış saxta sənədlər əsasında özəlləşdirilərək cavabdeh Tamara Əliyevanın adına, daha sonra isə digər cavabdeh İsfəndiyar Axundovun adına reyestr çıxarışın və torpaq sahəsinə dair verilmiş eskiz planın etibarsız hesab edilməsi” hissəsinin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardadla iddiaçıya izah edilmişdir ki, eyni iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Nərimanov Rayon Məhkəməsinin 24 avqust 2018-ci il tarixli qətnaməsinin 7-ci səhfəsinin 1-ci abzasında göstərilimişdir ki, İsfəndiyar Axundov Cavabdeh ərazisində yerləşən torpaq sahəsini əldə edərək, həmin əmlakın dövlət reyestrində Tamara Əliyevanın adına qeydə alındıqdan sonra, sonuncu ilə onun arasında 28 avqust 2017-ci il tarixli müqavilə bağlanarkən reyestrdə əmlak yüklü olmamış və Mülki Məcəllənin 141.3-cü maddəsinə əsasən reyestrdəki qeydə dair etiraz daxil olmamışdır. Buna görə də qanunla müəyyən edilmiş qaydada, yəni 900/1 saylı sərəncam əsasında verilmiş 15 noyabr 2017-ci il tarixli RX seriyalı ******* saylı reyestrdən çıxarış və torpaq sahəsinin eskiz planı etibarsız hesab edilməmişdir. Bundan başqa, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Göründüyü kimi, verilmiş reyestrdən çıxarış və torpaq sahəsinin eskiz planı Mülki Məcəllənin 339-cu maddəsində göstərilən əsaslara uyğun deyil, yəni qanuni əsaslarla verilmiş həm də qanunla müəyyən edilmiş iddia müddətini iddiaçı artıq ötürmüşdür. İddiaçı guya Cavabdeh adından hazırlanmış 3 iyun 2004-cü il tarixli 900/1 saylı qərarının etibarsız hesab edilməsi barədə iddiası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli 2-1(81)- 3975/2018 saylı qərardadı ilə mümkün sayılmamışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmaması barədə qərar çıxarılması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5386/2022 saylı iş üzrə 21 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6591/2023 saylı, 21 avqust 2023-cü il tarixli qərardadı ilə (hakim R.Kərimli) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qəbul edilmiş qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Tərəfindən məhkəməyə təqdim edilmiş “mübahisələndirmə haqqında” iddia tələbi üzrə iddia müddəti buraxılmamışdır. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçı və cavabdeh tərəfə və üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin və üçüncü şəxslərin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6591/2023 saylı, 21 avqust 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı üç tələb irəli sürür: - torpaq sahəsinə dair 3 iyun 2004-cü il tarixli 900/1 nömrəli qərarın etibarsız sayılaraq ləğv edilməsi; - torpaq sahəsinə dair qeydiyyata alınmayan alqı-satqı aktının etibarsız sayılaraq ləğv edilməsi; - torpaq sahəsinə dair eskizin etibarsız sayılaraq ləğv edilməsi. Göründüyü kimi, mübahisələndirilən 3 iyun 2004cü il tarixli 900/1 nömrəli qərar əlverişli inzibati akt sayılır, lakin digər iki tələb üzrə mübahisə predmeti olan akt və eskiz inzibati akt deyil. Həmin akt və eskiz inzibati akt olmasa da, mübahisələndirilən 3 iyun 2004-cü il tarixli qərarın hüquqi nəticəsi kimi mümkünlük şərti ödənilən vahid iddiada predmet ola bilər. Hazırkı iddia tələbi “qərarın etibarsız sayılaraq ləğv edilməsi” kimi irəli sürülməklə mürəkkəb şəkildə verilsə də, “mübahisələndirmə haqqında” iddia kimi təqdim edilmişdir. Çünki, iddia ilkin olaraq «qərarın etibarsız sayılması» kimi irəli sürülmüş, lakin sonradan dəyişdirilmişdir. Göründüyü kimi, hazırkı iddia 2018-ci ilin 31 oktyabr tarixindən əvvəl məlumatlı olan iddiaçı tərəfindən “mübahisələndirmə haqqında” iddia kimi 19 yanvar 2022-ci il tarixdə qaldırılmışdır. Bu isə, belə nəticə yaradır ki, iddia qaldırılarkən iddia müddəti buraxılmışdır. Odur ki, məhkəmənin qənaətinə görə iddia “3 iyun 2004-cü il tarixli 900/1 saylı qərarın ləğv edilməsi” hissəsində mümkünsüzdür. Həmçinin qeyd olunmalıdır ki, iddia “3 iyun 2004-cü il tarixli 900/1 nömrəli qərarın ləğv edilməsi” hissəsində mümkün sayılmadıqda, iddianın qalan (aktın və eskizin ləğv edilməsi) hissəsi də birinci hissədən asılı və törəmə olduğu üçün mümkün sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İddiaçının mübahisə açdığı inzibati akt 3 iyun 2004-cü il tarixdə qəbul edilmişdir. Həmin vaxt da qüvvədə olmuş qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ var idi. İddiaçı rəsmi fəaliyyət göstərdiyi vaxtdan cavabdehin qəbul etdiyi qərarı mübahisələndirməyə dair subyektiv hüququ yaranmasına baxmayaraq, məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı göstərilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddia yuxarıda qeyd olunan səbəblərdən mümkünlük şərtlərini ödəmir və bu baxımdan mümkün sayılmamalıdır. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları Azərbaycan Respublikası MPM-nin müddəaları əsasında həll olunurdu. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 1 ay təşkil edirdi. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası iddiaçı tərəfindən hüquqlarının pozulduğunu bildiyi vaxtdan bir ildən çox keçdikdən sonra müraciət olunmasını nəzərə alaraq, ona “müddətin bərpası” ilə bağlı ərizə verilməsi barədə hüquqi yardım göstərilməsinin və ya belə ərizə veriləcəyi təqdirdə onun əhəmiyyətsiz olduğunu hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6591/2023 saylı, 21 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Kamran Əkbərov Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar