Məhkəmə qərarları › İş №2-1(103)-3617/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3617/2025

16.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3617/2025 16.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7724/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi:, Müəyyən etdi: İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2024-cü il tarixli **********648500 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7724/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiа tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3333/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7724/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı nəticə hissəsində “xx.xx.2024-cü il tarixli, **********648500 nömrəli” ifadəsi “xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-133795/2025 nömrəli” ifadəsi ilə əvəz edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 741/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-3333/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır (vahid məhkəmə təcrübəsi mövcud olduğuna görə). İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək qərarın icra edilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Cavabdeh tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə göndərilmiş xx.xx.2025ci il tarixli məktubda bildirilmişdir ki, qeyd edilən məhkəmə qərarının icrası üçün Baş İdarə tərəfindən qanunamüvafiq tədbirlər görülür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7724/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəmə qərarının icra olunmaması səbəbilə 300 (üç yüz) manat miqdarında cərimə olunmuşdur. İş materiallarından görünür ki, cavabdeh apellyasiya şikayəti verərək cərimənin qoyulması barədə qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin cərimənin götürülməsinə dair ərizəsi təmin edilməli və məhkəmə qərardadı ləğv edilməli, cavabdehin üzərindən cərimə götürülməlidir. Belə ki, İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 126.1-ci maddəsinə görə məhkəmə cərimələri bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və miqdarda məhkəmə tərəfindən qoyulur. MPM-in 126.2-ci maddəsinə görə işin məhkəmə baxışında iştirak edən və iştirak etməyən dövlət orqanlarının, hüquqi şəxslərin və digər təşkilatların vəzifəli şəxslərinə qanunla nəzərdə tutulmuş vəzifələrini pozmağa görə məhkəmə tərəfindən qoyulan cərimə onların şəxsi vəsaitlərindən tutulur. MPM-in 126.3-cü maddəsinə görə cərimə qoyulması barədə qərardad cərimənin qoyulması barədə işə aiddir və həmin işə tikilir. MPM-in 126.4-cü maddəsinə görə cərimə qoyulması barədə qərardadın surəti cərimə qoyulan şəxsə göndərilir. MPM-in 127.1-ci maddəsinə görə üzərinə cərimə qoyulmuş şəxs, cərimə qoymuş məhkəmədən qərardadı aldıqdan sonra iyirmi gün ərzində cərimənin götürülməsini və ya onun miqdarının azaldılmasını xahiş edə bilər. MPM-in 127.2-ci maddəsinə görə bu ərizəyə məhkəmə iclasında baxılır və əlaqəli olduğu işin materiallarına tikilir. Üzərinə cərimə qoyulmuş şəxs iclasın vaxtı və yeri haqqında xəbərdar edilir. Onun gəlməməsi məhkəmənin ərizəyə baxmasına mane olmur. MPM-in 127.3-cü maddəsinə görə cəriməni götürməkdən və ya onun miqdarını azaltmaqdan imtina edilməsi barədə qərardaddan apellyasiya qaydasında şikayət verilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, cavabdehin cərimənin götürülməsinə dair ərizəsi təmin edilərək, məhkəmə qərardadı ləğv edilməli və onun üzərindən 300 (üç yüz) manat miqdarında cərimə götürülməlidir. Belə ki, iş materiallarında olan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 3-21-2-3/2-708416/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərara əsasən müəyyən edilmişdir ki, iddiaçının şəxsi hesab vərəqində müvafiq dəyişikliklər edilmiş, həmin qərara əsasən hesablanmış borcu şəxsi hesabdan silinmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 81ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7724/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərindən 300 (üç yüz) manat miqdarında cərimə götürülsün. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar