Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3619/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X5 cəlb olunmaqla) «iddiaçının mənzillə təmin olunması»na dair iş üzrə iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpasına dair ərizənin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı «iddiaçının mənzillə təmin olunması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-863/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı X3 xx.xx.2023-cü il tarixdə birinci instansiya məhkəməsinin həmin qərarından apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1945/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apelyasiya şikayəti mümkün sayılmamışdır. Daha sonra iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə yenidən apelyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2580/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-863/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilərək şikayətin qəbulundan imtina edilmişdir. Bundan sonra iddiaçı prosessual müddətin bərpasına dair ərizə ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək, ötürülmüş müddətin bərpa edilməsini və apelyasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirən məhkəmə kollegiyası hesab edir ki, prosessual müddətin bərpasına dair ərizə mümkün sayılmamlıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı X3 xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-863/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qərarından xx.xx.2023-cü il tarixdə apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1945/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apelyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından mümkün sayılmamışdır. İddiaçı tərəfindən qeyd edilən hal aradan qaldırılaraq xx.xx.2023-cü il tarixdə yenidən apelyasiya şikayəti verilsə də, apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə apelyasiya şikayətinə əlavə edilməmişdir. Bunu nəzərə alan məhkəmə kollegiyası xx.xx.2023-cü il tarixli bildirişlə Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, şikayətin verilməsi üçün prossesual müddətin ötürüldüyünü, bu müddətin bərpasına dair vəsatətin verilmədiyi və bununla bağlı müddətin bərpasına dair müvafiq ərizənin verilməsini təklif etmiş və apelyasiya şikayəti üzrə apelyasiyanın mümkünlüyü məsələsinə baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. İş materiallarından görünür ki, kollegiya iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan iddiaçı həmin iclasda iştirak etməmişdir. Teleqram ilə iclasın təxirə salınması xahiş olunsa da, həmin teleqram səlahiyyətli olmayan şəxs tərəfindən göndərilmişdir. Bu səbəbdən də Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 2580/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-863/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilərək şikayətin qəbulundan imtina edilmişdir. Hazırda iddiaçı prosessual müddətin bərpa edilməsini, apelyasiya şikayətinin mümkün sayılmasını xahiş edir. Kollegiya qeyd edir ki, iddiaçının prosessual müddətin bərpasına dair ərizəsi mümkün hesab edilə bilməz. Yuxardada qeyd edildiyi kimi prosessual müddətin ötürülməsi səbəbindən iddianın mümkünlüyü məsələsinə xx.xx.2023-cü il tarixdə baxılmış və müvafiq qərardad qəbul edilmişdir. Odur ki, iddiaçı tərəfindən prosessual müddətin bərpasına dair ərizə apelyasiyanın mümkünlüyü məsələsinə baxılması üçün təyin edilmiş iclasadək və ya iclas zamanı təqdim edilmədiyindən və bununla bağlı məhkəmə aktı qəbul edildiyindən, hazırkı halda iddiaçının ərizəsi mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizə mümkün sayılmasın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-3619/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3619/2023
25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver