Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-362/2022 18.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “fərdi şəxsi hesabının sığorta hissəsində toplanan kapitalın 72 aya bölməklə pensiyanın sığorta hissəsinin yenidən hesablanması öhədliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2636/2021 saylı 03.08.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 15-18 mart 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Fərdi hesabında 2012-ci ilin sosial sığorta haqlarının qeydə alınması barədə, fərdi hesabındakı kapitalın qanunvericiliyə müvafiq indeksləşdirilərək yenidən hesablanması barədə, əmək pensiyasının sığorta hissəsinin fərdi hesabının sığorta hissəsində toplanan kapitalı 72-yə bölmək üsulu ilə yenidən hesablanması barədə və əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, 2-1(81)-2237/2019 nömrəli 18.09.2019-cu il tarixli məhkəmə qərarı icra edilmiş və iddiaçının pensiyası 13.197,34 manat məbləğində kapitalı əsasında cəmi 44 manat artmışdır. İddiaçı aparılan hesablamanın səhv olduğunu hesab edir. Hərbi qulluqçu kimi işlədiyi üçün hərbi pensiya alır, pensiyaya çıxdıqdan sonra mülki işçi kimi işlədiyi üçün sosial sığorta kapitalı qazanmışdır, bunları iddiaçı 68 yaşına çatanadək əmək sərf edib qazanmışdır. İnzibati orqan onun əmək pensiyasını 01.01.2006 - 01.07.2017-ci il tarixləri arasındakı dövr ərzində fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalına əsasən yenidən hesablamışdır. Bu tamamilə yalnışdır, belə ki, iddiaçının iddiası 01.01.2006-cı il tarixdən 01.07.2017-cı il tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində “toplanan” pensiya kapitalına əsasən yenidən hesablanmanı nəzərdə tutur, “qeydə alınan yox”. Əgər iddiada “qeydə alınan kapital” yazılsaydı cavabdeh orqan haqlı olardı. 01.01.2006-cı il tarixdən 01.07.2017-cı il tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı sonradan indeksləşdirilmə nəticəsində toplanmanın davam etdiyini də təsdiq edir və həmçinin, vahid sosial reyestrdə məhz həmin illər göstərilməklə kapitalın toplanılmasının davam etdiyi aşkar görünür. Bundan başqa, vahid sosial reyestrdə iddiaçının 2012-ci ildəki gəlirləri və ödənilmiş sosial sığorta haqları qeyd olunmamışdır. Halbuki, iddiaçı 2012-ci ildə də işləmişdir. Həmçinin, fərdi hesabının sığorta hissəsində qeydə alınan kapital 144-ə bölünməklə hesablama aparılıb. Bu rəqəm inzibati orqanın cavab məktubunda istinad etdiyi 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanla təsbit olunan gözlənilən pensiya ödənişi müddəti aylarının sayını müəyyən edir. Həmin Fərmanla və ya həmin Fərmanda, fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı əsas götürülməklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması qaydası müəyyən edilmir. 20 il ərzində pensiyaya çıxdıqdan sonra hesabında toplanan kapitaldan 50%-i idarəetmə xərclərinə tutulub, yerdə qalan məbləğin 50%-i isə fərdi hesabın sığorta hissəsində qeydə alınıb və toplanmaqda davam edib. 2017-ci ilin 01 iyul tarixinə sığorta hesabında 6.664,7 kapital olub. 2018, 2019, 2020-ci illərdə niyə indeksləşdirmə və 80% artım aparılmayıb?! Hazırda vahid sosial reyestrdə 2006-2017 dövr üzrə hesabında 13.197 manat kapital olduğu görünür. 2018, 2019, 2020-ci illər üzrə indeksləşdirmə aparılmayıb. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, fərdi şəxsi hesabının sığorta hissəsində toplanan kapitalın 72 aya bölməklə pensiyanın sığorta hissəsinin yenidən hesablanması öhədliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2636/2021 saylı 03.08.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: M.Qarayeva) Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya 08.01.1997-ci il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 01.01.2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən adıçəkilən şəxsin əmək pensiyası həmin tarixdən etibarən cavabdeh tərəfindən ödənilir. İddiaçının əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 01.09.2019-cu il tarixindən vaxtilə sonuncu xidmət etdiyi orqan tərəfindən cavabdehə daxil olmuş vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 570,00 manat, rütbə maaşı 138,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 20 faizi miqdarında əlavəsi-141,60 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 913,60 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən 24 il 11 ay 25 gün xidmət müddətinə uyğun olaraq, 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; -20 ildən artıq xidmət müddətinin (4 il) hər ili üçün 3 faiz tətbiq edilməklə (4x3) təfninat xərcliyinin 12 faizi olmaqla ümumilikdə təminat xərcliyinin (913,60 manat) 62 faizi-566,43 manat məbləğində əmək pensiyası müəyyən edilərək 30.04.2020-ci il tarixinədək müvafiq kart hesabına köçürülmüşdür. Eyni zamanda bildirilir ki, 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 18.09.2019-cu il tarixli 2-l(81)-2237/2019 nömrəli qərarının icrası məqsədilə İddiaçı əmək pensiyasımn yenidən hesablanması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 01.07.2017-ci il tarixinədək qüvvədə olmuş 2.9-cu bəndinə əsasən məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə almır. Bununla əlaqədar olaraq İddiaçı fərdi hesabının sığorta hissəsində 01.07.2017-ci il tarixinədək ona münasibətdə ödənilmiş 12804,48 manat məcburi dövlət sosial sığorta haqlarının 50 faizi, yəni 6402,24 manat məbləğində pensiya kapitalı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, 01.07.2017-ci il tarixinədək toplanmış 6402,24 manat pensiya kapitalı yuxanda göstərilən Fərmanın 2.11-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylannın sayına (144 ay) bölünməklə (6402,24:144=44,46) əmək pensiyasımn (566,43 manat) üzərinə əlavə edilməklə (566,43+44,46=610,89 manat) hər ay müvafiq kart hesabına köçürülür. Göründüyü kimi, pensiyanın hesablanmasında heç bir yanlışlığa yol verilməmişdir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində toplanan kapitalın 72 aya bölməklə pensiyanın sığorta hissəsinin yenidən hesablanması öhədliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericilikdə edilmiş dəyişiklikləri, onların eyni anda edilməsini və qanunvericinin bununla bağlı güddüyü məqsədləri nəzərə almaqla hesab edir ki, pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməklə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı nəzərə alınmaqla təyin olunmuş pensiyanın yenidən hesablanmasını tələb edən şəxslərə münasibətdə hər iki dəyişiklik eyni anda tətbiq edilməlidir. Belə ki, qanunverici yeni yanaşma qəbul etmiş, 6 il və daha çox işləyən pensiyaçıların qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı nəzərə alınmaqla təyin olunmuş pensiyalarının yenidən hesablanmasını mümkün hesab etmiş, lakin bu zaman həm də, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayının ümumi qaydadan fərqli hesablanmalı olduğunu müəyyən etmişdir. Lakin Qanunun 37.3.1 və 45-ci maddələrindəki tənzimləmə iddiaçıya münasibətdə tətbiq edilməməlidir. Bu hal, iddiaçının hüquqlarının pozulması və ya onun vəziyyətinin ağırlaşdırılması kimi də qiymətləndirilə bilər. Belə ki, iddiaçı əmək pensiyası təyin edildikdən sonra işləməkdə davam etmiş və işləyən əmək pensiyaçısı kateqoriyasında olmuşdur. İddiaçının pensiya təyin olunduqdan sonra 01.01.2006-cı il tarixindən 01.07.2017-ci il tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən qanunvericiliyin müvafiq maddələri nəzərə alınmaqla pensiyanın sığorta hissəsinin hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddiası məhkəmə müstəvisində təmin edildiyinə baxmayaraq, cavabdeh orqan iddiaçının fərdi hesabının sığorta hissəsində 01.07.2017-ci il tarixinədək toplanmış pensiya kapitalını gözlənilən pensiya ödənişi müddəti aylarının sayına - 144 aya bölünməklə əmək pensiyasına üzərinə əlavə edilmişdir. Məlum olduğu kimi, şəxs yaşa görə ilkin pensiya hüququ əldə etdiyi zaman onun fərdi hesabında toplanan pensiya kapitalı 144 aya bölünməklə pensiyasını formalaşdırır. Pensiyadan sonra işlədikləri dövrdə isə toplam ayların sayı işdən çıxdığı tarixdən etibarən yenidən hesablanaraq həyata keçirilir. Odur ki, iddiaçının şəxsi hesabında toplanmış pensiya kapitalı 144 aya deyil, 72 aya bölünməklə iddiaçının pensiyasının məbləği hesablanmalı idi. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçıya hərbi qulluqçu kimi 08.01.1997-ci il tarixdə əmək pensiyası təyin edilsə də, o, 12.08.2017-ci il tarixədək Sumqayıt Şəhər 6 saylı orta məktəbində hərbi rəhbər vəzifəsində işləmişdir. İddiaçı ən azı 6 il işlədiyindən, 6 ilin tamamında formalaşan pensiya kapitalı 72 aya bölünməklə yenidən hesablanmalıdır. Buna görə də iddiaçının pensiya məbləği hesablanarkən cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi tətbiq edilərək, pensiya məbləği sığorta hissəsində toplanan pensiya kapitalının 72 aya bölünməsi yolu ilə hesablanmalı idi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan İddiaçı məxsus 010032 saylı pensiyaçının uçot vərəqindən görünür ki, ona 01.02.2016-cı il tarixdən ömürlük pensiya təyin edilmişdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.09.2019-cu il tarixli, 2-1(81)-2237/2019 nömrəli qərarından görünür ki, İddiaçı 19.05.1969-cu il tarixdən əmək fəaliyyətinə başlamış, 05.12.1971-ci il tarixdən 19.12.1973-cü il tarixədək hərbi xidmətdə olmuş, 15.01.1974-cü il tarixdən 13.04.1979-cu il tarixədək yenidən əmək fəaliyyəti ilə məşğul olmuş, 20.04.1979-cu il tarixdən 01.07.1982-ci il tarixədək daxili işlər orqanlarında qulluq keçmiş, 23.09.1996-cı il tarixdən 12.08.2017-ci il tarixədək Sumqayıt Şəhər 6 saylı orta məktəbində hərbi rəhbər vəzifəsində işləmişdir. Həmçinin, həmin qərarla İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” barədə iddiası təmin edilərək, iddiaçıya pensiya təyin olunduqdan sonra 01.01.2006-cı il tarixindən 01.07.2017-ci il tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən qanunvericiliyin müvafiq maddələri nəzərə alınmaqla pensiyanın sığorta hissəsinin hesablanması öhdəliyi cavabdehə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2020-ci il tarixli 2-1(102)-702/2020 nömrəli qərarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.09.2019-cu il tarixli, 2-1(81)-2237/2019 nömrəli qərarı ilə İddiaçı pensiya təyin olunduqdan sonra 01.01.2006-cı il tarixindən 01.07.2017-ci il tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən qanunvericiliyin müvafiq maddələri nəzərə alınmaqla pensiyanın sığorta hissəsinin hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12.12.2019-cu il tarixli, 2-1(103)- 2797/2019 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.09.2019-cu il tarixli, 2-1(81)- 2237/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12.12.2019-cu il tarixli, 2-1(103)-2797/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış 13.10.2020-ci il tarixli **********6 saylı məktubu ilə bildirilmişdir ki, “sizə 8 yanvar 1997-ci il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən əmək pensiyanız həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən ödənilir. Əmək pensiyanızdakı sonrakı artımlar nəzərə alınmaqla 1 sentyabr 2019-cu il tarixindən vaxtilə sonuncu xidmət etdiyiniz orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyiniz vəzifəyə uyğun vəzifə maaşınız 570,00 manat, rütbə maaşınız 138,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 20 faizi miqdarında əlavəniz - 141,60 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyiniz 913,60 manat təşkil etmişdir. ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən 24 il 11 ay 25 gün xidmət müddətinə uyğun olaraq - 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; - 20 ildən artıq xidmət müddətinin (4 il) hər ili üçün 3 faiz tətbiq edilməklə (4x3) təminat xərcliyinin 12 faizi olmaqla ümumilikdə təminat xərcliyinizin (913,60 manat) 62 faizi - 566,43 manat məbləğində əmək pensiyası müəyyən edilərək 30.04.2020-ci il tarixinədək müvafiq kart hesabınıza köçürülmüşdür. Eyni zamanda bildiririk ki, məhkəmədə qaldırdığınız iddianın Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2020-ci il tarixli 2- 1(102)- 702/2020 nömrəli Qərarına əsasən təmin edilməsi ilə əlaqədar əmək pensiyanız 01.01.2006-01.07.2017-ci il tarixləri arasındakı dövr ərzində fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalına əsasən yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 01.07.2017-ci il tarixinədək qüvvədə olmuş 2.9-cu bəndinə əsasən məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq fərdi hesabınızın sığorta hissəsində 01.07.2017-ci il tarixinədək sizə münasibətdə ödənilmiş 12804,48 manat məcburi dövlət sosial sığorta haqlarının 50 faizi, yəni 6402,24 manat məbləğində pensiya kapitalı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, 01.07.2017-ci il tarixinədək toplanmış 6402,24 manat pensiya kapitalınız yuxarıda göstərilən Fərmanın 2.11-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddəti aylarının sayına (144 ay) bölünməklə (6402,24:144=44,46) əmək pensiyanızın (566,43 manat) üzərinə əlavə edilərək (566,43+44,46=610,89 manat) müvafiq kart hesabınıza köçürülür”. “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş 37.3.1-ci maddəsinə görə işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 01 iyul 2017-ci il tarixdən dəyişdirilmiş 45-ci maddəsinə əsasən isə bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06.03.2006-cı il tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın: 5.3. Misal 49. 20 avqust 2011-ci il tarixdə 45 yaşlı təyyarəciyə 540 manat güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. Pensiya təyin edildikdən sonra o, işləməkdə davam edir və 31 avqust 2017-ci il tarixdə pensiyasının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 65420 manat pensiya kapitalına əsasən pensiyasının yenidən hesablanması barədə müraciət etmişdir. Onun pensiyası aşağıdakı qaydada yenidən hesablanır: 51 yaşlı təyyarəçinin pensiya ödənişi müddəti 150 ay (63,5 – 51 = 12 il 6 ay x 12 ay) artırılaraq 294 ay (150 + 144) hesablanır və sonra onun pensiya ödənişi müddəti aylarının sayı 72 ay azaldılaraq 222 ay (294 – 72) müəyyənləşdirilir. Beləliklə, pensiya 01 sentyabr 2017-ci il tarixdən 294,69 manat (65420 : 222) məbləğində yenidən hesablanaraq artırılır və pensiyanın ümumi məbləği 834,69 manat təşkil edir. 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsindəki dəyişikliyə əsasən işləyən əmək pensiyaçıları pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı nəzərə alınmaqla təyin olunmuş pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ əldə etmişlər. Qeyd edilməlidir ki, 01 iyul 2017-ci il tarixədək olan vəziyyətdə işləyən əmək pensiyaçıları yalnız işləməyən əmək pensiyaçıları kateqoriyasına keçdikdən sonra bu qaydada yenidən hesablamanı tələb edə bilərdilər. Eyni zamanda, 01 iyul 2017-ci il tarixdə paralel olaraq həm də Qanunun 45-ci maddəsində dəyişiklik edilmiş və maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır”. Göründüyü kimi yeni dəyişiklik Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərə münasibətdə gözlənilən pensiya ödənişi müddətinin hesablanmasının fərqli qaydasını təsbit etmişdir. Kollegiya qanunvericilikdə edilmiş dəyişiklikləri, onların eyni anda edilməsini və qanunvericinin bununla bağlı güddüyü məqsədləri nəzərə almaqla hesab edir ki, pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməklə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı nəzərə alınmaqla təyin olunmuş pensiyanın yenidən hesablanmasını tələb edən şəxslərə münasibətdə hər iki dəyişiklik eyni anda tətbiq edilməlidir. Belə ki, qanunverici yeni yanaşma qəbul etmiş, 6 il və daha çox işləyən pensiyaçıların qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı nəzərə alınmaqla təyin olunmuş pensiyalarının yenidən hesablanmasını mümkün hesab etmiş, lakin bu zaman həm də, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayının ümumi qaydadan fərqli hesablanmalı olduğunu müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işləyən əmək pensiyaçılarının əmək pensiyalarının bu qaydada yenidən hesablanması imkanı 01 iyul 2017-ci il tarixdən sonra əldə edilmiş hüquq olduğundan, onun hansı qaydada hesablanmalı olduğu məsələsi də həmin tarixdən qüvvədə olan normaya görə aparılmalıdır. Qanunun 37.3.1 və 45-ci maddələrindəki hər iki yeni tənzimləmə iddiaçıya münasibətdə bərabər tətbiq edilməlidir. Bu hal, iddiaçının hüquqlarının pozulması və ya onun vəziyyətinin ağırlaşdırılması kimi də qiymətləndirilə bilməz. Belə ki, iddiaçı əmək pensiyası təyin edildikdən sonra işləməkdə davam etmiş və işləyən əmək pensiyaçısı kateqoriyasında olmuşdur. O, müvafiq olaraq 01 iyul 2017-ci il tarixədək işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməklə Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalını 72-yə bölməklə əmək pensiyasının yenidən hesablanmasını tələb edə bilərdi. Lakin iddiaçı özünün bu hüququndan istifadə etməmişdir. İddiaçı hazırda da işləməkdə davam edən əmək pensiyaçısı olduğundan və Qanunun 37.3.1-ci maddəsində təsbit edilmiş yeni hüquqdan istifadə etmək istədiyindən onun pensiyasının yenidən hesablanması müvafiq olaraq Qanunun 45-ci maddəsinin müddəaları nəzərə alınmaqla aparılmalıdır. Məhkəmə Kollegiyası sadalanan normaların mübahisəyə tətbiqi ilə bağlı qeyd edir ki, iddiaçının əmək pensiyası 01.07.2017-ci il tarixdən sonra yenidən hesablandığından, «Əmək pensiyaları haqqında» AR Qanununun 37.3.1-ci maddəsinə istinadən aparılan bu hesablama sözügedən maddədə təsbit olunan şərtlərlə, amma bu dəfə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı xüsusi norma qismində çıxış edən «Əmək pensiyaları haqqında» AR Qanununun 45-ci maddəsinin 01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyasının tələbləri nəzərə alınmaqla həyata keçirilə bilərdi. Lakin işdən görünür ki, birinci instansiya məhkəməsi işin şərh olunan hallarına düzgün hüquqi qiymət verməmiş, «Əmək pensiyaları haqqında» AR Qanununun 37.3.1 və 45-ci maddələrini yanlış təfsir edib, maddi hüquq normalarını pozaraq, iddianı təmin etməklə, səhv qərar qəbul etmişdir Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən fərdi şəxsi hesabının sığorta hissəsində toplanan kapitalın 72 aya bölməklə pensiyanın sığorta hissəsinin yenidən hesablanmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2636/2021 saylı 03.08.2021-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı “fərdi şəxsi hesabının sığorta hissəsində toplanan kapitalın 72 aya bölməklə pensiyanın sığorta hissəsinin yenidən hesablanması öhədliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-362/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-362/2022
18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver