Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3621/2023 22.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “iddiaçıya müalicə ilə əlaqədar birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X5 ibarət tərkibdə, X9-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “iddiaçıya müalicə ilə əlaqədar birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 3829/N23 saylı 10 avqust N23-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 noyabr N23 il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 18 fevral N22-ci il tarixli 16/6103 nömrəli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin 18 avqust N08-ci tarixli 2991 nömrəli sərəncamına əsasən Cavabdeh hərbi qulluqçularının ərzaq payı əvəzinə verilən pul kompensasiyasının məbləği 2 dəfə artırılaraq 64,00 manat müəyyən edilmisdir. DSX-nin hərbi qulluqçularının hərbi geyim forması ve əşya əmlakı ilə təminat normaları Nazirlər Kabinetinin 31 may N04-cü il tarixli 80 nömrəli qərarı ila tənzimlənir. X1 xidmət etdiyi N nömrəli hərbi hissəyə şamil edilmiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti əlavələri DSX rəisinin xx.xx.N19-cu tarixli tam maxfi 0016 nömrəli əmrinə əsasən xx.xx.N19-cu tarixdən tam qüvvədən düşmüşdür. İddiaçı həmin imtina məktubundan narazı qalaraq cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «ona müalicə ilə əlaqədar birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 9 fevral N18-ci il tarixdən 1 noyabr N19-cu il tarixədək Dövlət Sərhəd Xidmətində zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. Xidmət müddəti dövründə Xidmətin Sərhəd Nəzarəti 3300 saylı Hərbi hissəsinin Biləsuvar X7 zabit nəzarətçi vəzifəsində xidmət keçmişdir. Həmin vəzifə də N yanvar N19-cu il tarixədək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə aid olan vəzifələr sıyahısında olmuşdur. Dövlət Sərhəd Xidməti rəisinin 15 fevral N19-cu il tarixli 0016 nömrəli əmrinə əsasən N yanvar N19-cu il tarixdən etibarən 3300 saylı Hərbi hissəyə şamil edilmiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti əlavələri qüvvədən düşmüşdür. Bununla bağlı digər məhkəmə mübahisəsi üzrə işdə DSXnın məhjkəmə sorğusuna 18 iyul N22-ci il tarixli cavab məktubu var. «Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun N.7-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavilət verilir. İddiaçı N18-ci ildə məzuniyyətə çıxarkən ona həmin müavinət ödənilməmişdir. İddiaçı 30 sentyabr N22-ci il tarixdə cavabdeh Dövlət Sərhəd Xidmətinə ərizə ilə müraciət edərək, N18-ci il üçün nəzərdə tutulmuş «Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında» Qanunun N.7-ci maddəsində qeyd olunmuş (kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq pul təminatı məbləğində) birdəfəlik müavilətin ödənilməsini xahiş etmişdir. Dövlət Sərhəd Xidmətinin 19 oktyabr N22-ci il tarixli məktubu ilə məsələnin həllindən imtina olunmuş və bildirilmişdir ki, Xidmət rəisinin 3 may N18-ci il tarixli əmrinin 3-cü bəndinə əsasən «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Qanunun N.7-ci maddəsi qeyd olunan vəzifələrə şamil edilməmişdir. Lakin həmin məktubda Xidmət rəisinin əmrinin nömrəsi qeyd edilməmiş və əmrin istinad olunan 4-cü bəndinin mətni əks olunmamışdır. İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinin imtinası ilə razılaşmır. Belə ki, «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Qanunda həmin Qanunun N.7-ci bəndində qeyd olunmuş birdəfəlik müavinətin hər hansı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinə, yaxud hər hansı konkret vəzifəyə şamil edilməməsi barədə istisna hal qeyd olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-308/N22 saylı iş üzrə 26 sentyabr N22-ci il tarixli qərarı ilə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti əlavələrinin onun (hazırkı iddiaçının) xidmət etdiyi vəzifəyə şamil olunması müəyyən olunmuş (sübuta yetirilmiş) və N18-ci il üçün kəşfiyyat və əks-kəşfiyyat subyektlərinə hər il məzuniyyətə çəxarkən 2 aylıq pul təminatı məbləğində verilən müavinətin müvafiq qaydada hesablanaraq ona birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə olunmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə, «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.6-cı bəndinə əsaslanaraq, N18-ci il üçün «Kəşfiyyat və əks-kəşfiyyat haqqında» Qanunun N.7-ci maddəsində nəzərdə tutulmuş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularına müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq pul təminatı məbləğində birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan yazılı etirazında bildirmişdir ki, iddiaya dair etiraz İddiaçı Sərhəd Nəzarəti “Biləsuvar” X7 xidmət etmiş olduğu zabit nəzarətçi vəzifəsinin «Kəşfiyyat və əks kəşfiyyat haqqında» Qanunun N.7-ci maddəsinin təsir dairəsinə düşməməsi və ona hesablanmış faiz əlavəsinin Qanunun N.10-cu maddəsinə əsasən vəzifə maaşına artım qismində nəzərə alınması kimi mötəbər sübutla əsaslandırılır. İddiaçı kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçusu kimi xidmətdə olduğu müvafiq dövrdə “müalicə olunması ilə əlaqədar iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət”in verilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq raportla müraciət etməsini təsdiq edən yetərli sübut təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçən hərbi qulluqçuların müxtəlif müavinət və pul təminatı kimi digər ödənişlər almaq hüquqları olsa da, mövcud inzibati praktikada bu hüquqlardan istifadə hərbi qulluqçuların xidmətinin müvafiq dövründə bununla bağlı aidiyyəti üzrə müraciəti tələb olunur. İddiaçı Sərhəd Nəzarətində xidmət etdiyi müddət ərzində «Kəşfiyyat və əks kəşfiyyat haqqında» Qanunun N.7-ci maddəsinə əsasən “müalicə olunması ilə əlaqədar iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət”in verilməsi ilə bağlı aidiyyəti üzrə raportla müraciət edibetməməsi barədə məlumatın, müraciət etdiyi halda isə raport əsasında görülmüş tədbirlərin nəticəsi barədə məlumatların təqdim olunması barədə DSXnın Sərhəd Nəzarətinə 26 aprel N23-cü il tarixdə sorğu göndərilmişdir. Qoşmaya əlavə olunmuş Sərhəd Nəzarətindən daxil olmuş 4 may N23-cü il tarixli cavab məktubunda İddiaçı xidmət etdiyi müddət ərzində həmin Qanunun N.7-ci maddəsinin şamil olunmadığı qeyd edilmişdir. Bunun başlıca səbəbi isə, yuxarıda qeyd olunduğu kimi, İddiaçı hesablanmış 25% vəzifə maaşına əlavə sözügedən Qanunun N.7-ci maddəsi üzrə hesablanan faiz əlavəsi deyil, həmin Qanunun N.10-cu maddəsinə əsasən vəzifə maaşına artım kimi nəzərə alınmışdır. Odur ki, İddiaçı xidmət etdiyi vəzifəyə həmin Qanunun N.7- ci maddəsi şamil olunmadığı üçün o, “müalicə olunması ilə əlaqədar iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət”in verilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq raportla müraciət etməmişdir. «Kəşfiyyat və əks kəşfiyyat haqqında» Qanunun N.7-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. Həmin Qanunun N.10-cu maddəsinə əsasən məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləyən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin vəzifə maaşlarına artımların miqdarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bu səbəbdən də, iddiaçı sabiq hərbi qulluqçu İddiaçı həmin Qanunun N.7-ci maddəsinə əsasən pul təminatının ödənilməsi tələbinə dair iddiası əsassız hesab olunur. Qeyd olunanlara əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3829/N23 saylı 10 avqust N23-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «iddiaçıya müalicə ilə əlaqədar birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati məhkəməsinin e-2- 1(112)-3829/N23saylı xx.xx.N23-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərarda iddianın təmin edilməməsinin əsası kimi 2 məsələ qeyd edilmişdir: 1) Xidmət dövrü ərzində sözügedən müavinətin verilməsi üçün müraciət ediləməsi. Belə ki, qərarda göstərilir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçən hərbi qulluqçuların ayrı-ayrı müavinət və pul təminatı qismində digər ödənişlər almaq hüquqları olmasına baxmayaraq, mövcud inzibati praktikada bu hüquqlardan istifadə hərbi qulluqçuların xidmətinin müvafiq dövründə aidiyyəti üzrə müvafiq müraciəti tələb olunur. Məhkəmə qeyd edir ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin hüquqi əsasını təşkil edən normativ hüquqi aktların müddəalarında bu xüsusat birbaşa qoyulmasa da, xidmətdə olan hərbi qulluqçunun müvafiq raportla müraciət etməsi, müavinətin təyinatı baxımından onun müalicəyə ehtiyacının və bununla bağlı istifadə olunacaq pul təminatına zərurətin olmasını bəyan edən hal kimi şərtləndirilir. Məhkəmə həmçinin diqqətə çəkir ki, hazırkı məhkəmə icraatında İddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçusu kimi xidmətdə olduğu müvafiq dövrdə “müalicə olunması ilə əlaqədar iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət”in verilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq raportla müraciət etməsi bu barədə yetərli sübut təqdim edilmədiyindən, öz təsdiqini tapmır. Məhkəmənin qərarda qeyd etdiyi bu səbəbi qanunsuz və əsassız hesab edir. Belə ki, o, xidmətdən ehtiyata buraxıldıqdan sonra Dövlət Sərhəd Xidmətinə müraciət edərək ona xidmət dövrümdə ödənilməli olan, lakin ödənilməmiş əşya-əmlakı əvəzinə pul kompensasiyasının ona ödənilməsini xahiş etmişdir. Ona xx.xx.NN-ci il tarixli 10/39 nömrəli məktubla cavab verilərək (surəti əlavə edilir) bank hesabını təqdim etdiyi təqdirdə ona həmin kompensasiyanın ödənəcəyi bildirilmiş və həmin ödəniş xx.xx.NN-ci il tarixdə onun bank hesabına köçürülmüşdür. Onun kompensasiyanın ödənilməsi üçün o, xidmət dövründə deyil, məhz hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra müraciət etmişdir. Əlavə olaraq o, ehtiyata buraxıldıqdan sonra xidməti yerdəyişmələrə görə yol xərci müavinətinin ona ödənilməsi üçün də Dövlət Sərhəd Xidmətinə müraciət etmişdir. Həmin müraciətə DSX xx.xx.NN-ci il tarixli 10/68 nömrəli məktubla cavab vermiş (surəti əlavə edilir) və onun xidməti yerdəyişmələrə görə yol xərci müavinətinin ona ödənilməsi üçün xidmət dövründə müraciət etməməyini əsas gətirərək imtina etmişdir. Lakin Ali Məhkəmənin xx.xx.N22-ci il tarixli 2-1(102)-748/N22 nömrəli qərarı ilə(surəti əlavə edilir) aşağı instansiyalarda qəbul edilmiş qərar ləğv edilmiş və həmin müavinətin ona ödənilməsi öhdəliyinin Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Sözügedən ödəniş DSX tərəfindən xx.xx.N22-ci il tarixdə onun bank hesabına köçürülmüşdür. Həmin müavinətin ödənilməsi üçün də o, xidmət dövründə heç bir müraciət etməmişdir. Bakı İnzibati Məhkəməsininin xx.xx.N22-ci il tarixli yekun qərarına əsasən N18-ci il üçün kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hər il məzuniyyətə çıxarkən 2 aylıq pul təminatı məbləğində verilən müavinətin müvafiq qaydada hesablanaraq ona birdəfəlik ödəmək vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilmişdir. Ali Məhkəmənin 2-1(102)-2179/N23 nömrəli qərarı ilə ilkin qərar dəyişdirilmədən saxlanılmışdır. Qərarda sözügedən ödəniş xx.xx.N23-cü il tarixdə Dövlət Sərhəd Xidməti tərəfindən onun bank hesabına köçürülmüşdür. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hər il məzuniyyətə çıxarkən 2 aylıq pul təminatı məbləğində verilən müavinətin ona ödənilməsi üçün də o, xidmət dövründə deyil, xidmətdən ehtiyata buraxıldıqdan sonra müraciət etmişdir. Məhz həmin işin gedişatı zamanı ona məlum olmuşdur ki, o, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin siyahısında olan vəzifədə hərbi xidmət keçmişdir. Onun xidmət etdiyim hərbi hissənin şəxsi heyətinin kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin siyahısına daxil edilməsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin xx.xx.N18-ci il tarixli 0049 nömrəli əmri şəxsi heyətə çatdırılmamışdır. Hərbi xidmət dövrümdə bu barədə heç bir məlumatı olmadığı üçün müalicə olunmaq ilə əlaqədar ildə bir dəfə verilən iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət ödənişini almaq üçün raportla müraciət etməmişdir. Halbuki inzibati orqan bundan məlumatlı idi və onun almağa hüququ yaranmış həmin müavinəti vaxtında ona ödəmək həmin inzibati orqanın vəzifəsi idi. Qərarda qeyd edilir ki, müalicəyə ehtiyacın və bununla bağlı istifadə olunacaq pul təminatına zərurətin olmasını şərtləndirən aidiyyəti tibb müəssisiəsinin müvafiq sənədi xidmət dövründə təqdim edilməli olan raporta əlavə olunmamışdır. Qərarın bu hissəsinə dair bildirmək istəyir ki, cavabdeh inzibati orqan imtina məktubunda və iddiaya yazılı etirazda bu məsələni mübahisələndirməmiş, həmçinin cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı ümumiyyətlə tibb müəssisəsinin rəyi barədə heç bir mülahizə ortaya qoymamışdır. Məhkəmə iclasında hakim tərəfindən də bu məsələyə heç vaxt toxunulmamışdır. Lakin qərar qəbul edərkən məhkəmə tibb müəssisəsinin müvafiq sənədinin olmamasına əsaslanmışdır. Həmin məsələ mübahisələndirilmədiyindən o, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularına müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə verilən iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin verilmə qaydalarını tənzimləyən normativ hüquqi aktın cavabdeh inzibati orqandan sorğu edilməsi barədə məhkəmə qarşısında vəsatət qaldırmamışdır. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun və iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv olunub iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən 18 fevral N22-ci il tarixli məktubla onun tələbinin təmin olunmasından imtina edilmişdir. Lakin həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınmasını təsdiq edən sübut iş materiallarında mövcud deyildir. İddiaçı iddia ilə məhkəməyə xx.xx.N22-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı tələbi «ona müalicə ilə əlaqədar birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Sonradan o, məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. İş materiallarında olan 18 fevral N22-ci il tarixli 16/6103 nömrəli məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin 18 avqust N08-ci tarixli 2991 nömrəli sərəncamına əsasən Cavabdeh hərbi qulluqçularının ərzaq payı əvəzinə verilən pul kompensasiyasının məbləği 2 dəfə artırılaraq 64,00 manat müəyyən edilmisdir. DSXnin hərbi qulluqçularının hərbi geyim forması ve əşya əmlakı ilə təminat normaları Nazirlər Kabinetinin 31 may N04-cü il tarixli 80 nömrəli qərarı ila tənzimlənir. X1 xidmət etdiyi N nömrəli hərbi hissəyə şamil edilmiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti əlavələri DSX rəisinin xx.xx.N19-cu tarixli tam maxfi 0016 nömrəli əmrinə əsasən xx.xx.N19-cu tarixdən tam qüvvədən düşmüşdür. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin 23 dekabr N22-ci il tarixli 16/11929 nömrəli məktubunun surətindən görünür ki, 2 (iki) aylıq pul təminatı məbləğində verilən müavinət üzrə ödəniş N23-cü ilin birinci rübü ərzində həyata keçiriləcəkdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 15 fevral N23-cü il 3-23/2-C-4-21- 102/N2 nömrəli məktubunun surətindən görünür ki, Dövlət Sərhəd Xidməti tərəfindən işçi qaydada verilmiş məlumata əsasən İddiaçı müraciətində qaldırılan məsələ ilə bağlı 15 fevral N23-cü il tarixdə 1527,36 manat məbləğində vəsaitin ödənişi təmin edilmişdir. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 2-ci maddəsinin birinci hissəsinə görə bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Qanunun N.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi «Hərbi qulluqçuların statusu haqqında», «Əmək pensiyaları haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. Həmin Qanunun N.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. Həmin Qanunun N.7-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. Həmin Qanunun N.10-cu maddəsinə görə məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləyən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyət isubyektləri əməkdaşlarının və işçilərinin vəzifə maaşlarına artımların miqdarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Hazırkı iş üzrə İddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti kimi çıxış etməsi tərəflər arasında mübahisələndirilən haldır, lakin bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Dövlət Sərhəd Xidmətinin (Xidmətin İstintaq və Təhqiqat İdarəsinin) digər məhkəmə mübahisəsi ilə bağlı xx.xx.N22-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissəyə şamil edilmiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti əlavələri DSX rəisinin xx.xx.N19-cu il tarixli əmrinə əssən xx.xx.N19-cu il tarixdən qüvvədən düşmüşdür. Nəzərə alınmışdır ki, cavabdeh inzibati orqan Dövlət Sərhəd Xidməti İddiaçı «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Qanunun N.10-cu maddəsində müəyyən edilmiş “məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və ya digər məlumat daşıyıcıları ilə işləyən kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının və işçilərinin vəzifə maaşlarına artımları” aldığını bəyan edir. Qeyd olunanlar İddiaçı xidmət etdiyi müvafiq hərbi hissədə xidmətinin N yanvar N19-cu il tarixədək olan dövründə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti olmasını təsdiq edir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçən hərbi qulluqçuların ayrı-ayrı müavinət və pul təminatı qismində digər ödənişlər almaq hüquqları olmasına baxmayaraq, mövcud inzibati praktikada bu hüquqlardan istifadə hərbi qulluqçuların xidmətinin müvafiq dövründə aidiyyəti üzrə müvafiq müraciəti tələb olunur. Hazırkı işin hallarına münasibətə gəldikdə də məhkəmə kollegiyası qeyd edir ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin hüquqi əsasını təşkil edən normativ hüquqi aktların müddəalarında bu xüsusat birbaşa qoyulmasa da, xidmətdə olan hərbi qulluqçunun müvafiq raportla (raporta aidiyyəti tibb müəssisiəsinin müvafiq sənədi əlavə olunmaqla) müraciət etməsi, müavinətin təyinatı baxımından onun müalicəyə ehtiyacının və bununla bağlı istifadə olunacaq pul təminatına zərurətin olmasını bəyan edən hal kimi şərtləndirir. İddiaçının kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçusu kimi xidmətdə olduğu müvafiq dövrdə “müalicə olunması ilə əlaqədar iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət”in verilməsi ilə bağlı aidiyyəti üzrə müvafiq raportla müraciət etməsini təsdiq edən hər hansı sübutun təqdim olunmadığına əsaslanaraq birinci instansiya məhkəməsi iddianın təmin olunmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Qeyd olunmalıdır ki, oxşar işlər üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi də qərarlarında belə əsaslandırılmışdır: “Nəzərə almaq lazımdır ki, istinad olunan norma və həmin normada nəzərdə tutulmuş müavinət hərbi xidmət dövründə müalicəyə və reabilitasiyaya ehtiyacı olan hərbi qulluqçuların səhhətinin bərpası, bunun üzərindən də hərbi xidmətin keyfiyyətinin təmin olunması məqsədlərinə xidmət edir. Bu baxımdan müalicəyə ehtiyacı olan hərbi qulluqçu bununla bağlı müavinətin ödənilməsi üçün aidiyyəti üzrə müvafiq qaydada müraciət etməli və müraciətə müvafiq tibbi sənədləri əlavə etməlidir. Müavinətin ödənilməsi həmin sənədlər əsasında müvafiq rəsmiləşdirmə aparılmaqla həyata keçirilir.” (2-1(102)-1646/N23 saylı xx.xx.N23-cü il tarixli qərar). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3829/N23 saylı 10 avqust N23-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3621/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3621/2023
22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver