Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3627/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və Nigar Xeyrulla qızı Nəbizadədən ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3078/2017 saylı 08 iyul 2024-cü il tarixli qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 noyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə 13 mart 2024-cü il tarixli, 3-17-1/2-60789/2024 saylı ərizə ilə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3078/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, araşdırma nəticəsində, xx.xx.1969-cu il təvəllüdlü, Sumqayıt şəhərində doğulmuş İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığı halda ona həmin növə görə əmək pensiyasının təyin edildiyi və ödənildiyi müəyyən edilmişdir. Bundan başqa, vətəndaşın pensiya işinə tikilmiş, daxili hissəsində “Azərkimya” İB “Səthi aktiv maddələr” zavodu kadrlar şöbəsi” qeyd edilmiş künc ştampı vurulmuş, eyni zamanda məhkəmə orqanına təqdim edilmiş xx.xx.2011-ci il tarixli 05/218 №-li təsdiq edilmiş arayışın surətinin də saxtalaşdırıldığına əsaslı şübhələr yaranmışdır. Belə ki, 2011- ci ilin sentyabr ayında vətəndaşın 42 yaşı var idi və həmin dövrdə onun qüvvədə olan qanunvericiliklə hər hansı bir növə görə əmək pensiyası almaq hüququ yaranmırdı. Hüququ yaranmadığı halda vətəndaşın güzəştli (izahlı) iş stajı barədə arayışın verilməsi üçün sözügedən müəssisəyə müraciət etməsi isə real görünmür. Qeyd edilənlər nəzərə alınmaqla pensiya işinin qanunauyğunluğunun araşdırılması zərurəti ilə əlaqədar İddiaçı 233,20 manat məbləğində aldığı pensiyanın ödənişi 01.11,2020-ci il tarixindən dayandırılmışdır. Ehtimal olunur ki, İddiaçı ötən dövrlərdən güzəştli şərtlərlə yaşa görə (47 yaşdan) əmək pensiyasının təyin edilməsi və ödənilməsi bu işdə maraqlı olmuş şəxslər tərəfindən əvvəlcədən planlaşdırılmış və sözügedən . vətəndaşla qabaqcadan razılaşdırılmaqla sövdələşmə aparılmış, habelə ötən dövrlərdən pensiya təyin edilməsindən, ötən dövrlərə görə hesablanmış fərq məbləğinin və aylıq pensiyanın uzun müddət ərzində pensiya plastik kartına köçürülməsindən vətəndaş məlumatlı olmuş, bankdan alınmış pensiya plastik kartı müəyyən müddətdə İddiaçı təhvil verilməmiş, həmin plastik kart hesabına köçürülmüş külli miqdarda pul vəsaiti bilavasitə bu işdə maraqlı olmuş şəxslər tərəfindən mənimsənilmişdir. Pensiya işinə tikilmiş, dublikat kimi yenidən doldurulmuş ******* №-li əmək kitabçasında qeyd edilmiş yazılara görə İddiaçı xx.xx.1987ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövr ərzində sonuncu adı “Səthi aktiv maddələr” İstehsal Birliyi olan müəssisədə kimyəvi analiz laborantı, əritmə aparatçısı, qaz təmizləyən və absorbsiya aparatçısı peşələrində işləmişdir. Dublikat əmək kitabçasının titul vərəqində qeyd edilənlərin düzgünlüyü araşdırılarkən kitabçanın doldurulduğu xx.xx.2002ci il tarixinin həftənin bazar (istirahət) günü olduğu aşkar edilmişdir ki, bu da yuxarıda qeyd edilən xx.xx.2011-ci il tarixli 05/218 №-li təsdiq edilmiş arayış kimi həmin sənədin də mötəbərliyinə əsaslı şübhələrin yaranmasına səbəb olmuşdur. Pensiya işinə tikilmiş sənədlərə əsasən müəyyən olunmuşdur ki, Fondun keçmiş Bakı şəhəri Suraxanı rayon şöbəsi (bundan sonraşöbə) ilk növbədə birinci instansiyanın müvafiq qərarını əsas götürərək pensiya təyinatı aparmışdır. Lakin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)- 3078/2017 nömrəli qərarında qeyd edilənlərin araşdırılması zamanı qüvvədə olan qanunvericiliklə ziddiyyət təşkil edən hallara yol verildiyi aşkar edilmişdir. Bu hallar aşağıdakılardır: Güzəştli arayışın əslini və ya notarial qaydada əsli ilə düzgünlüyü təsdiq edilmiş vəziyyətdə deyil, “Azərkimya” İ В “Səthi aktiv maddələr” zavodu kadrlar şöbəsi” qeyd edilmiş künc ştampı vurulmaqla xx.xx.2011-ci il tarixli 05/218 №-li güzəştli (izahlı) iş stajı barədə arayışın surətini qəbul edilərək iş materiallarına əlavə olunmuş, bilavasitə həmin arayışa istinad edilmiş, arayışın verilmə mənbəyi araşdırılmamışdır; məhkəmə orqanıtərəfindən vətəndaşın istinad edilən iş yerindən onun zərərli və ağır olan işlərdə işləməsini təsdiq edən və ya 1 Ns-li siyahıya uyğun olması barədə yeni güzəştli arayış tələb və təmin edilməmiş, peşəsi barədə zəruri tədqiqat işləri aparılmamışdır; məhkəmə orqanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin xx.xx.1997-ci il tarixinədək qüvvədə olan redaksiyasna - “qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin çalışarlarsa” bəndinə istinad edərək əsaslandırma aparsa da diqqətdən yayındırmışdır ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı 1997-ci ilin avqust ayınadək 28 yaşı var idi. Sonuncu tarixdən hər ilə görə 6 ay artırılma nəticəsində tələb olunan yaş həddi 2000-ci ildə 47 yaşına çatdırıldığı zamanı vətəndaşın yaşı 31-ə çatmış, 47 yaşa qarşı mövcud 31 yaş isə qanunvericiliklə vətəndaşa heç bir əmək pensiyası almaq hüququ verməmişdir; məhkəmə orqanı daha ciddi nöqsana vətəndaşın faktiki iş stajının müəyyən edilməsində yol vermişdir. Belə ki, qərarın “Qərara aldı” hissəsində belə qeyd edilmişdir: ’’İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1987-ci ildən xx.xx.2002-ci ilədək Sumqayıt Səthi aktiv maddələr zavodunda xüsusi zərərli 1 nömrəli siyahı üzrə işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilərək ona xx.xx.2016-cı il tarixindən yəni 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Aərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh1nə həvalə edilsin.” Yuxarıda qeyd edildiyi kimi, müvafiq qanunda vətəndaşa 47 yaşından pensiya təyin edilməsi üçün onun 15 il ümumi iş stajının qazanması ilk əsas tələblərdən biri kimi nəzərdə tutulsa da, riyazi hesablama nəticəsində, yəni xx.xx.1987-ci ildən xx.xx.2002-ci ilədək olan dövrün cəmi iş stajının ən azı 15 il deyil, 14 il 8 ay 3 gün təşkil etdiyi müəyyən edilmişdir;- əmək kitabçasının doldurulma tarixinin bazar günü olmasına da məhkəmə diqqət yetirməmişdir; -məhkəmə instansiyası vətəndaşın ümumi iş stajının yerində yoxlanılması istiqamətində də zəruri tədqiqat işləri həyata keçirməmişdir. Belə ki, ümumi və zərərli iş stajına şübhələr yarandığından Fondun qurumunun əməkdaşları tərəfindən İddiaçı əmək kitabçasında qeyd edilən əmək fəaliyyəti yerində ilkin sənədlərlə qarşılıqlı yoxlanılmış, yoxlamanın nəticəsi xx.xx.2023-cü il tarixli tərtib edilmiş aktla rəsmiləşdirilmişdir. Yoxlama nəticəsində İddiaçı xx.xx.1987-ci ildən 68 №-li sexin kimyəvi analiz laborantı, xx.xx.1989-cu ildən 8 №-li sexdə aparatçı, xx.xx.1991-ci ildən əritmə aparatçısı, 01,02.1996-cı ildən qaz təmizləyən absorbasiya aparatçısı işləməsi, xx.xx.2002-ci il tarixindən “Əmək Məcəlləsi”nin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilməsi aşkar olunmuşdur. Eyni zamanda, yuxarıda qeyd edilən dövr ərzində, yəni xx.xx.1995-xx.xx.1997-ci tarixləri arasındakı dövr ərzində uşağa qulluğa görə analıq məzuniyyətində, xx.xx.1997-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində yenidən analıq məzuniyyətində, xx.xx.1998-xx.xx.2002-ci tarixləri arasındakı dövr ərzində öz hesabına məzuniyyətdə olması müəyyən olunmuşdur. Beləliklə, yoxlama nəticəsində vətəndaşın 15 il ümumi iş stajının olması faktı öz təsdiqini tapmamış, onun uşağa qulluq üçün məzuniyyətdə olma müddətləri sosial sığorta stajına daxil edilməklə, 3 il 8 ay 7 gün öz hesabına məzuniyyətdə olma dövrü istisna olmaqla cəmi sosial sığorta stajı 10 il 11 ay 26 gün təşkil etmiş, bu isə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü və ya qüvvədə olan Qanunun 9.8-ci maddələrinin tələblərinə uyğun olmadığından əmək pensiyası təyinatını mümkünsüz etmişdir. Vətəndaşın uşağa qulluq üçün məzuniyyətdə olma müddətləri cəmi 2 il 3 ay 21 gün təşkil etmişdir. Sonuncu qeyd edilmiş müddətlər də nəzərə alınmadıqda vətəndaşın cəmi iş stajı 8 il 8 ay 05 gün olacaqdır. Məhkəmə ilə yanaşı şöbə tərəfindən də yuxarıda qeyd edilən ciddi nöqsanlara bilərəkdən yol verilmiş, müvafiq araşdırmalar aparılmamış, pensiya işinə ərizədən sonra tikilmiş vərəqdə şöbənin əməkdaşının əlyazma qaydasında riyazi hesablama yolu ilə vətəndaşa bilərəkdən qanunvericiliklə tələb olunan stajdan çox - 15 il 8ay 3 gün iş stajı hesablanmışdır. Qeyd edilməlidir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)- 3078/2017 nömrəli qərarı qərarın qəbul olunduğu 29 iyun tarixində şöbəyə daxil olmuş, 30 iyunda şöbə tərəfindən müvafiq qərar rəsmiləşdirilmişdir. Şöbə tərəfindən apellyasiya şikayəti verilməmişdir. Şöbəyə daxil olmuş məhkəmə qərarı və dublikat əmək kitabçası əsas götürülməklə xx.xx.1969-cu il təvəllüdlü, hazırda yaşayış yeri Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü mədən küçəsi, ev 44C olan İddiaçı şöbənin Pensiya təyin edən komissiyasının xx.xx.2017-ci tarixli 1552 №-li qərarı ilə xx.xx.2016-cı il tarixindən 47 yaşından Qanunun 9.8-ci maddəsinin və ya qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, 1 №-li Siyahıya istinad olunaraq təyin edilməklə hesablanmış pensiyanın aylıq miqdarı 152,63 manat, xx.xx.2017- ci il tarixindən 158,68 manat təşkil etmişdir. Təyin olunmuş pensiyanın ödənişinə xx.xx.2017-ci il tarixindən başlanılmış, şöbə tərəfindən ötən dövrlərə görə hesablanmış cəmi 2588,90 manat fərq məbləği cari ayın pensiyası ilə birlikdə olmaqla birdəfəlik vətəndaşın plastik kartına köçürülmüşdür. Eyni zamanda, aylıq pensiya məbləği avtomatlaşdırılmış qaydada ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun indeksləşdirilməklə 01.01,2020-ci il tarixindən 233,20 manata çatdırılmışdır. Ümumilikdə, ödənişə başlanıldığı xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək vətəndaşın plastik kart hesabına faktiki köçürülmüş cəmi vəsait 10040,37 manat təşkil etmişdir. Yuxanda sadalananlar, o cümlədən saxtalaşdırıldığı ehtimal olunan arayış və digər şübhəli hallar nəzərə alınmaqla İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmadığı, onun sosial ödənişlər almaq hüququnun qanunvericiliklə xx.xx.2034-cü il tarixindən 65 yaşından yaränacağı müəyyən edilmişdir. Vətəndaşın PAS-də adına mövcud olan pensiya kapitalı, habelə, vaxtilə şöbə tərəfindən verilmiş və pensiya işinə tikilmiş xx.xx.2017-ci il tarixli 63 №-li “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə Arayış”da qeyd edilmiş 2012-2016-cı illər üzrə 3 il sığorta stajı ümumi iş stajına əlavə olunduqda belə qüvvədə olan qanunvericiliklə ona hazırda hər hansı bir növə görə əmək pensiyası almaq hüququ vermir. Beləliklə, xx.xx.2016-cı il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığı halda məhkəmə qərarı və saxtalaşdırıldığı ehtimal olunan sənədlər əsas götürülməklə Fondun keçmiş Suraxanı rayon şöbəsinin müvafiq qərarı ilə İddiaçı 47 yaşından həmin növə görə əmək pensiyasının təyinatına və xx.xx.2020-ci il tarixinədək ödənilməsinə nail olunması nəticəsində plastik kart hesabına köçürülmüş cəmi əsassız məbləğ 10.040,37 manat təşkil etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3078/2017 saylı 08 iyul 2024-cü il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3078/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ərizəsinin mümkün hesab edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və ərizənin təmin olunması xahiş olunmuşdur. Apellyasiya şikayəti ərizənin məzmununa uyğun əsaslandırılmışdır. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial X3 rayon Şöbəsinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək iddiaçının xüsusi zərərli İ nömrəli siyahı ilə işlədiyi dövr nəzərə alınmaqla xx.xx.2016-cı il tarixindən yəni 47 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3078/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.1987- ci ildən xx.xx.2002-ci ilədək Sumqayıt Səthi Aktiv Maddələr zavodunda xüsusi zərərli 1 nömrəli siyahı üzrə işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilərək, ona xx.xx.2016-cı il tarixindən yəni 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Dövlət Sosial X3 rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Sosial X3 rayon Şöbəsi xx.xx.2017-ci il xx/xx-4308 nömrəli məktubu ilə bildirmişdir ki, İddiaçı adına çıxarılmış qərar icra olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “yeni açılmış hallarla bağlı ərizənin mümkün sayılmaması” barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə mübahisə edilən məhkəmə qərarı haqqında məlumat, icraatın təzələnməsi üçün əsaslar, məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat və ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat göstərilməlidir. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir (100, 103, 104,106). Sadalanan qanunvericilik normalarının məzmunundan görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsinə yalnız sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə yol verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 103-cü maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3078/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarın qanuni qüvvəsini alması barədə ərizəçi məlumatlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Dövlət Sosial X3 rayon Şöbəsi xx.xx.2017-ci il xx/xx-4308 nömrəli məktubu ilə bildirmişdir ki, İddiaçı adına çıxarılmış qərar icra olunmuşdur. Cavabdeh inzibati orqan iş üzrə məhkəmə qərarlarını rəsmi qaydada əldə etdiyindən ərizəsində yeni açılmış hal kimi istinad etdiyi məlumatlar barəsində həmin qərarları əldə etdiyi və ya ən geci icra etməyə başladığı vaxtdan məlumatlı olsa da, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni qanunla nəzərdə tutulmuş 3 illik müddət ötürülməklə, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir ki, bu da ərizə üzrə icraatın təzələnməsi barədə ərizənin verilməsini qeyri-mümkün edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin və “yeni açılmış hallarla” bağlı ərizənin dəlilləri qanunvericiliyin tələblərinə görə qanuni qüvvədə olan məhkəmə qərarının yeni açılmış hal üzrə icraat qaydasında ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(82)- 3078/2017 saylı 08 iyul 2024-cü il tarixli qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3078/2017 saylı 08 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən Xəyalə Cəmilova X6 Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2-1(103)-3627/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3627/2024
06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver