Məhkəmə qərarları › İş №2-1(103)-363/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-363/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-363/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəsifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X1-Yusiflinin katibliyi ilə, İddiaçı, 3-cü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5538/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edərək, ona xx.xx.1979-cu il tarixdən xx.xx.2001-ci il tarixədək Neftqaztikinti trestinin idarələrində işlədiyi dövrün əmək stajının dəniz şəraitində olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin siyahısına uyğun olaraq xüsusilə zərəli iş staji kimi nəzərə olınaraq və “X2 LTD” şirkətində (əvvəlki adı X4) xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan iş stajının sosial sığorta stajına daxil edilərək xx.xx.2007-ci il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004- 2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəsifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-2345/2017 saylı xx xxxx 2017-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərar apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış və qərar icraya yönəldilərək icra olunmuşdur. Sonradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Publik hüquqi şəxsi Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən vəsatətlə məhkəməyə müraciət edilərək, Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsin hazırki iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5538/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2345/2017 saylı qərarının ləğv edilməsi və Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar qanuni qüvvəyə minmiş, ona pensiya təyin edilmiş və həmin pensiya 3 il müddətinə ona ödənilmişdi. Lakin 2020-ci ilin fevral ayından ona təyin edilmiş pensiya məbləğinin ödənişi dayandırılmışdır. Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsi haızrki iş üzrə 3-cü şəxs qismində cəlb edilməsini, iş üzrə icraatın təzələnməsini xahiş edərkən xx xxxx 2017-ci il tarixli qərarın onun hansı maraqlarına toxunduğunu əsaslandıra bilməmişdir. Hesab edir ki, cavabdeh DSMF-nin Xətai rayon şöbəsi Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olduğundan sonuncunun işə cəlb olunmasına ehtiyac yoxdur. Ona təyin edilmiş pensiya 2020-ci ilin fevral ayından dayandırıldığı üçün Dövlət Sosial Müdafiə Fondunun ən azından həmin tarixdən onun pensiyası və məlum məhkəmə qərarları barədə məlumatı olmuşdur. Tərəflərin izahatları İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. 3-cü şəxsin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, vətəndaşa pensiya ödənilməsi ona görə dayandırılmışdı ki, hüquqi şəxsin əməkdaşları barəsində Korrupsiya İdarəsində cinayət işi başlanılmışdır. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs kimi yaradıldığından 3-cü şəxs qismində onun işə cəlb edilməsi barədə məhkəmənin gəldiyi nəticə düzgündür. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, iddiaçıya tələb etdiyi növdə pensiyasının yenidən hesablanması barədə yekun məhkəmə qərarı qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və iddiaçı son üç il müddətində ona məhkəmə qərarı ilə təyin olunmuş pensiya məbləğini 2020-ci ilin fevral ayına qədər almaqda davam etmişdir. Lakin sonradan cavabdeh orqanın bir sıra əməkdaşları barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılmış və aparılan araşdırma zamanı müəyyən olunmuşdu ki, həmin şəxslər əlbir olaraq 2017-2019-cu illərdə Bakı şəhəri, Binəqədi rayonunun ərazisində yerləşən “Elit” ticarət mərkəzində ofis açıb hüquqi xidmət göstərmək adı ilə neft sahəsində işləyən və ya əvvələr işləmiş şəxslərə, o cümlədən İddiaçı məhkəmə yolu ilə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasına nail olmuşlar. Bu hallar işə əlavə olunmuş adı çəkilən İdarənin “cinayət işinin başlanması haqqında” xx.xx.2020-ci il tarixli Qərarında da öz əksini tapmışdır. Qeyd olunanlarla bağlı Dövlət X3 publik hüquqi şəxsi məhkəmə qərarının onun hüquqlarını və qanunla qorunan maraqlarını pozduğuna istinad edərək iş üzrə üçüncü şəxs kimi işə cəlb olunmasını və bununla bağlı iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq sonuncunun işə cəlb olunması qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2017-ci il tarixi qərarında göstərilmişdi ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Plenum qərarında qeyd etmişdir ki, inzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır.......Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına və inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə xüsusi diqqət yetirməlidir. Belə olan halda məhkəmə kollegiyası qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış Dövlət X3 publik hüquqi şəxsinin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq sonuncunun işə cəlb olunması və icraatın təzələnməsi qənaətinə gəlmişdir. Apellyasiya şikyətinin dəlilləri formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsinə əsas vermir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5538/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5538/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar