Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3630/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “hərbi hissədə verilmiş intizam cəzalarının götürülməsi, Qüsürsuz xidmətə görə 1-ci dərəcəli medalla təltif olunma və s. tələblərinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7063/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı N nömrəli hərbi hissədə ona qərəzli verilmiş intizam cəzalarının götürülməsi, Azərbaycan Ordusunda 20 təqvim ili qüsursuz xidmət etməsini nəzərə alıb “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalla təltif olunması və kəsilmiş 13-cü əmək haqlarının 2023-cü il üzrə 100 %, 2024-cü il üzrə 50%-nin təmin olunmasının cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...217 saylı hərbi Azərbaycan Ordusunda 20 il xidmət etdikdən sonra, 20 iyul 2022-ci il tarixdə öz arzusu ilə ehtiyata buraxılması barədə raportla komandanlığa müracət etmiş, müraciətinə baxılmamış, N nömrəli hərbi hissəyə göndərilməsi barədə Ordu Komandiri tərəfindən xx.xx.2022-ci il tarixli 064 nömrəli əmr verilmişdir. N nömrəli hərbi hissənin komandiri ona qarşı qərəzli mövqe tutaraq xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərdə əsassız olaraq intizam cəzaları vermişdir. Eləcə də, onun “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalla təltif olunması barədə müraciətlərinə baxılmamışdır. Məhkəmədə iddia qaldırmış, məhkəmənin (Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin hakm Elnur Hüseynov) 29 dekabr 2023-cü il tarixli e-2-2(122)-431/2023 No-li sərəncamına əsasən X3 Komandirinin qərarı ilə xx.xx.2022-ci il tarixli 064 nömrəli əmr ləğv edilmiş və o, ehtiyata buraxılmışdır. Lakin N No-li hərbi hissədəki xidməti qüvvədən düşməsinə baxmayaraq orada verilmiş intizam cəzaları qüvvədən düşməmiş, hakimin qərarına layqeyd münasibət göstərilmişdir. Həmin cəzaların qərəzli verilmə səbəblərindən biri AR Müdafiə Nazirinin 03 .02.2003-cü il tarixli 40 nömrəli əmrinin 8-ci maddəsinə əsasən eyni vaxtda “Qüsursuz xidmətə görə” 1-ci dərəcə li medalla təltif olunmasına təqdim edilməli olduğa halda süni şəkildə bu hüququndan məhrum edilmsiş, digər səbəbi isə 2023-cü il üçün nəzərdə tutulmuş 13-cü əmək haqqının 100%, 2024-cü il üçün isə 50 % kəsilməsi idi. 20 illik xidməti dövründə qeyd etdiyi medalı almayacaq və maddi cəza alacaq qədər heç bir qüsuru olmayıb...” Cavabdeh iddiaçının hazırkı tələbi ilə bağlı iddiaçıının müraciətinə ünvanladığı 28 avqust 2023-cü il tarixli 1368 saylı cavab məktubunda aşağıakıları bildirmişdir: “...Qüsursuz xidmətə görə medalın verilməsi Əsasnamənin 1-ci maddəsində göstərildiyi kimi 20 təqvim ili tamam olmuş hərbi qulluqçulara şamil olunur. Onun 20 təqvim ili əvvəl xidmət etdiyi hərbi hissədə (217) tamamolmuş, hazırda xidmət etdiyi hərbi hissəyə 2022-ci ilin avqust ayının sonlarında gəlmiş, gəldikdən sonra bu medalın verilmədiyi barədə məlumat verməmişdir. 2023-cü ilin iyun ayında N No-li hərbi hissədə qüsursuz xidmətinə görə medalla təltif olunmaq üçün təqvim ili tamam olan hərbi qulluqçular olmadığından hərbi hissə ilə yuxarı qərargah arasında bu barədə dəqiqləşmə aparılmamış və hərbi hissədən təqdimat göndərilməmişdir. Xidmətini qüsursuz davam etdirəcəyi halda onun “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medala təqdimatı növbəti ilin iyun ayında göndərilə bilər...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7063/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya mümkündür. İddiaçı apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “...Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7063/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı iş üzrə maddi və prosessual hüquq normaların pozulması və düzgün tətbiq olunmaması ilə qəbul edilmişdir. Belə ki, onun tərəfindən təqdim edilmiş subutlara əhəmiyyət vermək istəməmiş və nəticədə prosessual hüquq normaların pozulması ilə nəticələnən qərardad qəbul edilmişdir (İPM-in 2.2.2, 14.3, 68.2, 73.1)." Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesaba gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəməyə verilən iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına müvafiq olan iddia növünə müvafiq olaraq, prosessual qanunvericiliyin tələbləri qaydasında (iddia müddətinə, forma və məzmununa və s. riayət olunmaqla), müvafiq cavabdehliyi qanunvericiliklə müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və bu zaman qanunla qorunan hüquq və azadlıqlarının pozulması (müvafiq sübutlar da əlavə edilməklə) formal olaraq əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayılsın. Konkret halda isə iddiaçının hazırkı iddia tələbinin mümkünlük şərtləri ödənilmir. Belə ki, iddiaçının qeyd olunan tələbindən göründüyü kimi, üç hissədən ibarətdir: 1) N nömrəli hərbi hissədə ona qərəzli verilmiş intizam cəzalarının götürülməsi; 2) Azərbaycan Ordusunda 20 təqvim ili qüsursuz xidmət etməsini nəzərə alıb “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalla təltif olunması; 3) kəsilmiş 13-cü əmək haqlarının 2023-cü il üzrə 100 %, 2024-cü il üzrə 50%-nin təmin olunması. İddiaçının 1-ci tələbi ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 əsasən:
96. intizam cəzaları bir qayda olaraq dərhal, müstəsna hallarda isə verildiyi gündən bir aydan gec olmayaraq icra edilir. ...;
98. ...zabitlərə, generallara və admirallara — şəxsən, yazılı göstərişlə və ya müşavirədə (baş zabitlərə — baş zabitlərin iştirak etdikləri müşavirədə, generallara və admirallara — generalların və admiralların iştirak etdikləri müşavirədə) elan edilməlidir.Adları çəkilən bütün hərbi qulluqçulara verilən intizam cəzaları şifahi surətdə, yaxud yazılı əmrlə elan oluna bilər.” “Eyni zamanda, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinin imperativ tələbinə görə ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur...Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqqhesabı aparmaq üçün göndərilir. “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. İddia ərizəsindən görünür ki, iddiaçıya intizam cəzaları xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərdə xidmət etdiyi hərbi hissə komandirinin inzibati aktları ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsi isə nəzərədə tutur ki, 38.1-ci maddəsi isə nəzərədə tutur ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər... 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı isə ona qeyd olunan intizam cəzalarını məhkəmədə 30 gün keçdikdən sonra yalnız, xx.xx.2024-cü il tarixdə hazırıkı iddia iddia ərisəsini məhkəməyə təqdim etməklə mübahisələndirmişdir. İddiaçının Azərbaycan Ordusunda 20 təqvim ili qüsursuz xidmət etməsini nəzərə alıb “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalla təltif olunması barədə 2-ci tələbinə gəldikdə, birincisi, işdən görünür ki, onun müvafiq raport və müraciətlərinə xidmət etdiyi hərbi hissə komandiri tərəfindən xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixli məktubları ilə verilmiş cavablarını da məcburetmə qaydasında mübahisələndirilməmiş, bu halda da İPM-in 38.2-ci maddəsi ilə müəyyən olunan 30 günlük iddia müddəti buraxılmışdır. İkincisi, iddiaçı Müdafiə Nazirinin xx.xx.2003-cü il tarixli 40 nömrəli əmrinin 8-ci maddəsinə əsasən, onun ehtiyata buraxılması barədə əmr verilərkən, eyni vaxtda “Qüsursuz xidmətə görə” 1-ci dərəcə li medalla təltif olunmasına təqdim edilməli olduğunu iddia etdiyi etsə də, hazırkı mərhələdə əldə olunmuş Naxçıvan MR İnzibati Məhkəməsinin e-2-1(122)- 431/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, istər qeyd edilən inticam cəzaları, istərsə də, “Qüsursuz xidmətə görə” 1-ci dərəcə li medalla təltif olunma məsələsi məhkəmənin araşdırma predimetini təşkil etməmiş, müvvafiq nəticə mövcud olmamışdır. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2000-ci il tarixli qərarında da qeyd edilmişdir ki, “...Tərəflər, onların üzərinə ağır yük qoyan və ya qanuni hüquq və mənafelərini poza bilən qərarlardan faktiki olaraq məlumatlandırıldıqları andan iddia qaldırmaq və ya apellyasiya şikayəti vermək hüququndan istifadə edə bilməlidirlər...” İddiaçının, öhdəliyin icrası haqqında iddia növünə uyğun gələn, “kəsilmiş 13-cü əmək haqlarının 2023-cü il üzrə 100 %, 2024-cü il üzrə 50%-nin təmin olunması barədə” 3-cü tələbinə gəldikdə isə onun tərəfindən işə əlavə olunmuş, məhkəməyə qədər cavabdeh orqana müraciətlərində belə bir predmetdə cavabdehə ünvanlanmış ərizəsinin mövcudluğu imüəyyən olunmur. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 28.1.1-ci maddəsinin təlləbinə görə inzibati icraatın başlanması üçün fiziki vəya hüquqi şəxsin ərizəsi tələb olunur. Həmçinin, onu da qeyd etmək lazımdır ki, iddiaçının qeyd olunan hər üçç iddia tələbi bir cavabdehə qarşı yönəlmiş olsa da, sözügedən iddia tələbləri bir-biri ilə əlaqəli olmayan, hər biri zamanında müstəqil şəkildə mübahisələndirlməli olan müxtəlif xarakterli iddia tələblərini özündə əks etdirir. İPM-in 37-ci maddəsi isə nəzərdə tutur ki, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Beləliklə də, iddiaçının hazırkı iddia tələblərinin İPM-in 35.1-ci maddəsinə uyğun gələn əsaslandırılmış iddia kimi qiymətləndirilə və məhkəmə icraatı mümkün sayıla bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələbindən isə görünür ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərardadında iddianın mümkün sayılmaması barədə gəldiyi son nəticə ilə ümumən, razılaşır. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsi tərəfindən təqdim edilmiş subutlara əhəmiyyət verilmədiyini, qəbul edilmiş qərardadın maddi və prosessual hüquq normaların pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7063/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d i:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7063/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.