Məhkəmə qərarları › İş №2-1(103)-3633/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3633/2025

29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(103)-3633/2025 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: çıxarışın verilməsi; üçüncü şəxsin cəlb edilməsi) Hakimlər Günel Məhərrəm qızı Abbasovanın sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, Ərizəçi X4 nümayəndəsi-vəkili vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması və digər” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından ərizəçi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin ## #### 2016-cı il tarixli **/* nömrəli sərəncamı əsasında icarəyə verilmiş, xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisinin adından çıxış edən *** saylı MKİS-lə iddiaçı arasında ## ###### 2020-ci il tarixli ** saylı “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə” müqaviləsi bağlanmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində yerləşən * saylı evin *** saylı mənzili üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı iddiaçıya çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində yerləşən * saylı evin *** saylı mənzili üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı ərazi idarəsinə həvalə edilməsi qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) qarşı “mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması və digər” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, ev 8, mənzil 221 üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir

4. X4 (bundan sonra - ərizəçi) məhkəməyə ərizə ilə müraciət edərək inzibati iş üzrə 3cü şəxs qismində icraata cəlb edilməsi və qərarın ləğv edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən verilmiş ##.##.2010-cu il tarixli, *** nömrəli orderə əsasən Bakı şəhəri, Səbail rayonu, S.Məmmədov küçəsi, * saylı evin, sahəsi 18 kv.m olan *** saylı otağı 4 nəfər ailə tərkibi üzrə (ərizəçi, həyat yoldaşı və iki uşağı) ərizəçiyə verilmişdir. Mənzil veriləndən sonra ərizəçi ailə üzvlərilə birlikdə həmin mənzil üzrə qeydiyyata alınmışdır və hazırkı vaxtadək ailə üzvlərilə birlikdə orada qeydiyyatdadır. Ərizəçi bir müddət işi ilə əlaqədar digər mənzildə yaşamışdır və bu səbəbdən mübahisəli mənzil boş qalmışdır. Mənzilin boş qalmasından istifadə edən iddiaçı həmin mənzilə qeyri-qanuni daxil olaraq orada məskunlaşmışdır. İddiaçı həmin mənzili öz adına rəsmiləşdirmək üçün qeyri-qanuni yollara əl atmış və bununla əlaqədar məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qərarı ilə onun iddiası təmin edilmişdir. Həmin qərar qəbul edilərkən məhkəmə mübahisəli mənzilin hüquqi vəziyyətini, həmin mənzilə dair başqa şəxslərin hüquqlarının olub-olmamasını və çıxarılacaq qərarın üçüncü şəxslərin hüquqlarına təsir edibetməyəcəyini araşdırmamışdır. Nəticədə, qanuni olaraq ərizəçinin istifadəsində və sahibliyində olan mənzil qanunsuz olaraq iddiaçının mülkiyyətinə verilmişdir. Mənzilin qanunsuz olaraq başqa şəxsin adına rəsmiləşdirilməsi həmin mənzilə baş çəkmək üçün ünvana gəldikdə ərizəçiyə məlum olmuşdur.

6. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** saylı qərardadı ilə İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması və digər” tələbinə dair iş üzrə Maraqlı şəxs 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmə barədə ərizəsi təmin edilməmişdir.

7. Qərardaddan ərizəçi X4 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı vəsatətin təmin edilməsini xahiş etmişdir.

8. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli *-**/*-*-F- ***/**** nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Qeyd edilənlərə əsasən, cavabdeh qismində iştirakçı olan ərazi idarələri müvafiq olaraq DƏDKR ilə əvəz edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən verilmiş ##.##.2010-cu il tarixli, 313 No-li orderə əsasən Bakı şəhəri, Səbail rayonu, S.Məmmədov küçəsi, * saylı evin, sahəsi 18,0 kv.m olan *** saylı otağı 4 nəfər ailə tərkibi üzrə (mən, həyat yoldaşım və iki uşağım) Maraqlı şəxs verilmişdir. Mənzil Maraqlı şəxs qanuni istifadəsinə və sahibliyinə veriləndən sonra o, ailə üzvləri ilə birlikdə həmin mənzil üzrə qeydiyyata alınmış və hazırkı vaxtadək ailə üzvləri birlikdə həmin mənzildə qeydiyyatdadır. Maraqlı şəxs bir müddət işi ilə əlaqədar digər mənzildə yaşamış və bu səbəbdən mübahisəli mənzil boş qalmışdır. Mənzilin boş qalmasından istifadə edən İddiaçı həmin mənzilə qeyri-qanuni daxil olaraq və oranı zəbt edərək ora məskunlaşmışdır. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qərarı ilə İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) qarşı “mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması və digər” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, ev 8, mənzil 221 üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Həmin qərar qəbul edilərkən məhkəmə mübahisəli mənzilin hüquqi vəziyyətini, həmin mənzilə dair başqa şəxslərin hüquqlarının olub-olmamasını və çıxarılacaq qərarın üçüncü şəxslərin hüquqlarına təsir edib-etməyəcəyini araşdırmamışdır. Nəticədə qanuni olaraq istifadədə və sahibliyimdə olan mənzil qanunsuz olaraq İddiaçı mülkiyyətinə verilmişdir. Mənzilin qanunsuz olaraq başqa şəxsin adına rəsmiləşdirilməsi həmin mənzilə baş çəkmək üçün ünvana gəldikdə məlum olmuşdur. Bundan sonra hüquqi yardım almaq üçün vəkil1 adlı vəkillə müqavilə bağlanılmış və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə verilmiş sorğu əsasında müəyyən edilmişdir ki, Maraqlı şəxs məxsus mənzil Bakı İnzibati Məhkəməsinin *-*(***)- ****/**** nömrəli, ##.##.2022-ci il tarixli qərarı ilə İddiaçı adına sənədləşdirildikdən sonra X5 adlı şəxsə satılmışdır. Beləliklə, göründüyü kimi, İddiaçı mübahisəli mənzilə dair Maraqlı şəxs hüquqlarının olduğunu məhkəmədən gizlətmiş, məhkəmə isə həmin mənzil üzrə üçüncü şəxslərin hüquqlarının olub-olmamasını araşdırmadan qərar qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qərarının ləğv edilməsi ilə bağlı 3-cü şəxs qismində məhkəməyə müraciət olunsa da, məhkəmə qanunsuz olaraq Maraqlı şəxs 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsindən imtina etmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı ilə İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması və digər” tələbinə dair iş üzrə Maraqlı şəxs 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmə barədə ərizəsi təmin edilməmişdir.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:

10. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi-vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə iddiaçı və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər.

12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

13. Cavabdehin ##.##.2021-ci il tarixli ************ saylı məktubunda iddiaçıya bildirilmişdir ki, mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 2130123657 daxil olma nömrəli, ##.##.2021-ci il tarixli müraciətinə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, * saylı evin, *** saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən, habelə əlavə etdiyi qeyd olunan mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin **/* saylı sərəncamı ##.##.2016-cı il tarixdə verildiyindən ərizəsinin icrasından imtina edilmişdir.

14. Cavabdehin ##.##.2021-ci il tarixli ************ saylı məktubunda iddiaçıya bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, * saylı evin, *** saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ##.## 2021-ci il tarixli ********** nömrəli təkrar müraciətinə baxılmışdır, qeyd olunan məsələ ilə bağlı müraciətinə ************ nömrəli ##.##.2021-ci il tarixli məktubda cavab verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır.

15. Cavabdehin ##.##.2021-ci il tarixli ************ saylı məktubunda iddiaçıya bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, * saylı evin, *** saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ##.##.2021-ci il tarixli ********** nömrəli təkrar müraciətinə baxılmış, qeyd olunan məsələ ilə bağlı müraciətlərinə ************ nömrəli ##.##.2021-ci il tarixli və ************ nömrəli ##.##.2021-ci il tarixli məktublarda cavab verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır.

16. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin ##.##.2016-cı il tarixli **/* saylı Sərəncamından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində yerləşən * saylı evin, yaşayış sahəsi 18,0 kv.metr olan 1 otaqlı *** saylı mənzilinə 4 nəfər ailə üzvü ilə (özü, arvadı və 2 oğlu) İddiaçı adına kirayə müqaviləsi bağlanılmış və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. Qeyd olunan mənzilə İddiaçı adına şəxsi maliyyə hesabının açılması * saylı Xüsusi Təyinatlı MKTB-nin *** saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılmışdır.

17. *** saylı MKİS-lə iddaçı arasında bağlanmış ## ###### 2020-ci il tarixli ** saylı “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”ndən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində yerləşən * saylı evin *** saylı mənzil iddiaçının istifadəsinə verilmişdir.

18. Mənzil-Kommunal Təsərrüfat Birliyi * saylı mənzil-kommunal istismar sahəsi tərəfindən verilmiş *** saylı arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində yerləşən * saylı evin *** saylı mənzilində iddiaçı və ailə üzvləri qeydiyyatdadırlar.

19. Asan 2 tərəfindən verilmiş ******* saylı ##.##.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində yerləşən * saylı evin *** saylı mənzil mənzilində iddiaçı və ailə üzvləri qeydiyyatdadırlar.

20. X2 ##.##.2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, o, ünvan 2 ünvanında yerləşən mənzilin əri İddiaçı adına özəlləşdirilməsinə ve reyestrdən çıxarış verilməsinə etiraz etmir.

21. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, ev 8, mənzil 221 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departamenti tərəfindən Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına qaytarılmışdır.

22. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən sorğuya cavab olaraq təqdim edilmiş ##.##.2026-cı il tarixli məktub ilə bildirilmişdir ki, SOCAR-da saxlanılan sənədlər arasında sorğunuzda qeyd etdiyiniz mənzilə dair vətəndaş X4 verilmiş ## #### 2010-cu il tarixli *** nömrəli order aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, SOCAR-ın və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının Respublikası Komitəsinin ## ###### 2010-cu il tarixli * nömrəli Protokoluna əsasən, X1 Donanması Gəmi təmiri zavodunun işçisi olmuş X4 yaşadığı və qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən yataqxanada, yaşayış sahəsi 18,0 kv.m olan, *** nömrəli otağı təhvil verməklə, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsi 4 ünvanında yerləşən ailəvi yataqxanada yaşayış sahəsi 18,97 kv.m olan, *** nömrəli otağın müvəqqəti məskunlaşması üçün ayrılması qərara alınmışdır. Həmin protokoldan çıxarış məhkəməyə təqdim edilir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ###### 2011-ci il tarixli ***s saylı Sərəncamına əsasən, SOCAR-ın Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri, o cümlədən sorğunuzda qeyd edilən mənzil bütün sənədlərlə bərabər Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı və Bakı İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilməli, X4 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmə ilə bağlı vəsatəti təmin edilməli və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır.

24. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi, SOCAR-ın və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının Respublikası Komitəsinin ## ###### 2010-cu il tarixli * nömrəli Protokoluna əsasən, X1 Donanması Gəmi təmiri zavodunun işçisi olmuş X4 yaşadığı və qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən yataqxanada, yaşayış sahəsi 18,0 kv.m olan, *** nömrəli otağı təhvil verməklə, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsi 4 ünvanında yerləşən ailəvi yataqxanada yaşayış sahəsi 18,97 kv.m olan, *** nömrəli otağın müvəqqəti məskunlaşması üçün ayrılması qərara alınmış olduğundan, hazırki iş üzrə qəbul ediləcək məhkəmə qərarının X4 qanuni maraqlarına toxunma ehtimalı vardır. Bu səbəbdən hazırki məhkəmə icraatına cəlb edilməli və iş üzrə ətraflı araşdırma aparılmalıdır.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. -28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir. - 28.3-cü maddəsinə əsasən üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. - 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz.

26. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, **/**** nömrəli qərardadında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır.

27. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2017ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların səmərəli müdafiəsinin vacibliyini dəfələrlə qeyd edərək bildirmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair" # ###### 2011-ci il tarixli Qərarı).... Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Qeyd olunduğu kimi, məhkəmələr tərəfindən xidməti vəzifəsinə əsasən zəruri cəlb edilməli olan şəxslərin məhkəmə icraatına cəlb olunmaması onların prosessual statusdan məhrum edilməsi ilə nəticələnir və məhkəmə qərarından apellyasiya şikayəti vermək hüququnu məhdudlaşdırır.

28. Yuxarıda göstərilənləri nəzərə alaraq Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbinin X4 maraqlarına toxunma ehtimalı olduğundan, hazırkı inzibati iş üzrə X4 məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmalıdır.

29. Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası

QƏRARA ALDI:

Ərizəçi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ## #### 2022-ci il tarixli, *-*(***)-****/**** saylı qərarı və Bakı İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. Ərizəçi X4 inzibati iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi barədə vəsatəti təmin edilsin. X4 inzibati iş üzrə adi cəlbetmə qaydasında 3-cü şəxs qismində cəlb edilsin. Hazırkı iş üzrə icraat təzələnsin. İş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Günel Abbasova Hakimlər Fuad Talışinski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar