Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3640/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “qeydiyyata alınma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10023/2023 nömrəli, 28 iyul 2023-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvana pasport qeydiyyatına alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon İcra Hakimiyyəti başçısının 26 may 1997-ci il tarixli 884 №li qərarı əsasında Yasamal Rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 030683 №li 26 avqust 1997-ci il tarixli orderinə əsasən İddiaçı1 Xaliq qızına 6 nəfər ailə üzvündən ibarət tərkibdə Həzi Aslanov qəsəbəsində 5-ci dairəvi küçədə ümumi sahəsi 24,4 kv.metr olan 2 otaqlı 74 saylı ev verilmişdir. X3 cavabdeh İddiaçı1 Xaliq qızına qarşı 2021-ci ildə “evdən çıxarılma və evin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 Xaliq qızının ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılmasını və evin boşaldılaraq ona təhvil verilməsini xahiş etmişdir. Həmin vaxt onlara məlum olmuşdur ki, sözügedən ev hazırkı iş üzrə üçüncü şəxs X1 adına dövlət qeydiyyatından keçmiş və çıxarış verilmişdir. Həmin ev İddiaçı1 altı nəfər ailə üzvü ilə birlikdə orderlə verilmişdir. Onların qeydiyyatı Xətai rayonu, 5-ci dairəvi küçəsi, ev 74, mənzil 2 kimi qeyd edilmişdir. Pasport qeydiyyatına alınmaq istədikləri S.Hümbətov küçəsi, ev 70 ünvanı həmin küçə ev 74 mənzili ilə bitişikdir, yəni bir mənzildir. Ev 74 mənzil 2 kimi göstərilmiş hissə cavabdeh tərəfindən öz adına özəlləşdirildiyindən Polis İdarəsi tərəfindən onların qeydiyyata alınmaqları təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10023/2023 nömrəli, 28 iyul 2023-ci il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia rədd edilmişdir. Qərardan narazı qalan iş üzrə iddiaçılar tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, onların mənzilə order verilərkən həmin mənzildən istifadə hüquqları yaranmışdır, orderin verildiyi tarixdən həmin mənzildən istifadə etmişlər, ona görə də hesab edirlər ki, qeyd olunan mənzilə qeydiyyata alınmalıdır. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsi tərəfindən məhkəmə dəftərxanası vasitəsilə təqdim edilmiş ərizə ilə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan işə baxılması xahiş edilmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İrəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlilini əsassız hesab edir və qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Apellyasiya şikayətinin dəlillərinə münasibət. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin mənasına görə, şəxs yaşadığı ünvanda qeydiyyata alınmalıdır, şəxsin qeydiyyata alındığı ünvan onun yaşayış yeridir. Bu baxımdan, əgər iddiaçılar ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakdan istifadə etdiklərini irəli sürərək, faktiki yaşayış yeri üzrə qeydiyyata alınmasını tələb edirsə, bu halda onun bu iddiasının sahəvi qanunvericiliyin tələblərinə cavab verməsi mütləqdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin dispozisiya şərtlərinə əməl olunmalıdır. Həmin normaya görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Lakin iddiaçı qeyd edilən maddənin 2-ci bəndində nəzərdə tutulan sənədləri, yaşadığı əmlak özbaşına tikili olduğu üçün, təqdim edə bilmədiyindən, sözügedən normanın şərtləri onun tərəfindən yerinə yetirilmir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, ünvan 4 ünvanda yerləşən mənzil (2 otaqlı, ümumi sahəsi 42 kv.m, yaşayış sahəsi 24.4 kv.m) X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarından da görünür ki, iddiaçıların hazırda qeydiyyata alınmaq istədikləri Bakı şəhəri, Xətai rayonu, Sahib Hümbətov küçəsi, ev 74 iş üzrə üçüncü şəxs Toğrul Əliyevin xüsusi mülkiyyətindədir. Həmin məktuba ünvan 4 mənzilin X1 adına qeydiyyata alınmasına dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surəti əlavə olunmuşdur. Üçüncü şəxs isə birinci instansiya məhkəməsində, eləcə də apellyasiya icraatı zamanı məhkəmə iclasında iddia tələbinə etiraz edərək iddiaçıların onun mülkiyyətində olan mənzilə qeydiyyata alınmalarına etiraz etdiyini bildirmişdir. Belə olan halda mülkiyyətçinin iradəsinə zidd olaraq iddiaçıların mübahisəli mənzilə qeydiyyata alınmaları mülkiyyətçi qismində üçüncü şəxs X1 mülkiyyət hüququnun pozulmasına səbəb ola bilər. Həmçinin iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-178/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən də müəyyən edilir ki, həmin iş üzrə iddiaçı X3 cavabdehlər İddiaçı1 və İddiaçı4 qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldıraraq cavabdehlər İddiaçı1 və İddiaçı4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, 74 saylı evdən məcburi şəkildə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-332/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-178/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-332/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin olunmuş, cavabdehlər İddiaçı1 və İddiaçı4 iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, S.Hümbətov küçəsi, 74 saylı evdən məcburi şəkildə çıxarılmaları qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qeyd edilən qətnaməsindən kassasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəyə minmiş, qətnamə üzrə icra vərəqəsi verilərək icra edilməsi üçün İcra şöbəsinə göndərilmişdir. Qeyd olunanlara əsasən, cavabdehin iddiaçını yaşayış yeri üzrə qeydiyyata almaqdan imtinası qanuni və əsaslıdır. Belə ki, İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan, cavabdeh yalnız “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində təsbit olunan hallarda iddiaçını yeni yaşayış yeri üzrə qeydiyyata almaq səlahiyyətinə malik olduğundan, iddiaçının həmin maddə ilə tələb olunan sənədləri cavabdehə təqdim etməsi zəruri idi ki, bu hallar da iş üzrə mövcud deyil. Odur ki, iddia tələbi əsassız olmaqla iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10023/2023 nömrəli, 28 iyul 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Məmməd Məmmədov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3640/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3640/2023
16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver