Məhkəmə qərarları › İş №2-1(103)-3641/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3641/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3641/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X26 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Ərizəçilər "xxxx" MMC, X27 və X7 nümayəndəsi və vəkili X13 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə ərizəçilər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, X27 və X7 “qərarın ləğv edilməsi, icraatın təzələnməsi və məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunma” barədə vəsatətlərinə münasibətdə qəbul edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1511/2017 saylı, 23 sentyabr 2022-ci il tarixli qərardadından ərizəçilər tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 749,0 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)1511/2017 nömrəli qərarına əsasən iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 650,0 kv.m. qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 4 ünvanlanmış xx.xx.2017-ci il tarixli, **********70 nömrəli məktubda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)1511/2017 nömrəli qərarının icra edildiyi bildirilmişdir. Ərizəçilər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və X27 xx.xx.2022-ci il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2-1(82)1511/2017 saylı işə yenidən baxılması, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 2-1(82)- 1511/2017 saylı qərarının ləğv olunması, X27 və "xxxx" MMC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri, İddiaçı iddia tələbinin rədd olunması və icraya dönüş edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 2-1(82)-1511/2017 saylı qərarı ilə İddiaçı iddiası təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 650,0 kv.m. qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qanunla qorunan maraqlarına toxunan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 21(82)-1511/2017 saylı qərarını xx.xx.2022-ci il tarixində rəsmi qaydada ala bilmişlər. Belə ki, İddiaçı bilərəkdən bu məhkəmə prosesi barədə onları məlumatlandırmamış, onlardan gizli saxlamışdır. Buna da səbəb o idi ki, xx.xx.2017-ci il tarixli, 2-1(82)-1511/2017 saylı qərarın qəbul edilməsi üçün məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi, 264 nömrəli maliyyə arayışı və həmin tarixə aid 580465 nömrəli kassa mədaxil orderi saxta idi. Sadalanan sənədlərin saxta olması 24 noyabr 2014-cü il tarixli, 1(101)-442/2014 saylı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə öz əksini tapmışdır. Həmin hökmə əsasən "xxxx" MMC-nin təsisçisi və rəhbəri olmuş X29 xx.xx.2011-ci il tarixli saxta müqavilə ilə binanın birinci girişində, zirzəmidə yerləşən 749 kv.metr qeyri-yaşayış sahəsini İddiaçı 80 000 (səksən min) manata satmaqla vəzifə saxtakarlığı törətməklə qulluq mövqeyindən istifadə edib aldatma yolu ilə zərərçəkmişlərin əmlaklarını ələ keçirərək təkrarən dələduzluq etdiyinə görə məhkəmənin hökmü ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş (ərizəçi) X27 bildirmişdir ki, siftə ona satılan qaraj sonradan saxta müqavilə əsasında qeyriyaşayış kimi İddiaçı satılmışdır. 2006-2010-cu illər ərzində ilkin olaraq satılan 18 qaraj sahiblərindən bir qismi Zəhra Hüseynova, Oqtay Əhmədov, Nigar Asdanəliyeva, Fizuli Hüseynov, Telman Güləliyev və digərləri zərərçəkmiş kimi, bir qisim qaraj sahibləri isə şahid qismində məhkəmədə dindirilmişlər. Dindirilənlərin hamısı, o cümlədən İddiaçı bir qayda olaraq bildirmişlər ki, ilkin olaraq 18 qaraj 2006-2010-cu illər ərzində satılandan sonra xx.xx.2011ci ildə saxta müqavilə əsasında ona ümumi qeyri-yaşayış kimi satılmışdır. Hökmdə o da qeyd olunub ki, İddiaçı 80 000 manat məbləğində maddi ziyan dəydiyindən o, qaraj yerləri ilə təmin olunmasına ya da bu məbləğdə pulun qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir, məhkəmə isə ona dəymiş 80 000 manat məbləğində maddi ziyana görə onu zərərçəkmiş qismində tanıdığından ona yalnız həmin məbləğin qaytarılmasını, qarajların isə əsil sahiblərinə qaytarılmasını hökmdə nəzərdə tutmuş və buna uyğun icra vərəqəsi vermişdir. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi də öz tərəfindən qanunu pozaraq Bakı Şəhər İcra hakimiyyəti tərəfindən təsdiq olunmuş layihədə Xətai rayonu, ünvan 3 ünvanında yerləşən yaşayış binasının zirzəmisində bina sakinləri üçün nəzərdə tutulmuş 18 qaraj sahəsini layihədən kənara çıxıb özbaşınalıq edərək ümumi bir qeyri-yaşayış sahəsi adı altında iddiaçının adına çıxarış vermişdir. Bəzi qaraj sahibləri "xxxx" MMC-yə qarşı iddia qaldıraraq ilkin müqavilələr əsasında onlara məxsus olan qarajların məcburi qaydada boşaldılaraq onlara təhvil verilməsi, qaraj üzərində hüquqlarının bərpa olunmasını məhkəmədən xahiş etmişlər, iddialar təmin olunmuş və icra vərəqəsi verilmişdir, lakin bütün icra vərəqələri icra olunmamış və dalana dirənmişdir. Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, yuxarıda sadalanan icra vərəqələri İddiaçı tərəfindən həmin qarajlara dair (18-20 qaraj) xx.xx.2017ci il tarixində çıxarışın alınması icra sənədlərinə aid olan tələblərin icra olunmasına maneçilik törətmişdir. Qaraj sahibləri olan tələbkarlar və borclu "xxxx" MMC icra işinin dalana dirənməsi barədə müxtəlif qurumlara dəfələrlə müraciət etsələr də bir nəticəsi olmamışdır. Nəhayət, vəkilə müraciət edəndən sonra 2022-ci ilin yanvar ayında bəlli oldu ki, X3 çıxarışı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı əsasında ala bilmişdir. 16 mart 2017-ci il tarixli 2-1(82)-1511/2017 saylı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı qanunla qorunan maraqlarına toxunduğu üçün hesab edirlər ki, işə yenidən baxılmalı, 16 mart 2017-ci il tarixli 2-1(82)-1511/2017 saylı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv olunmalı, X27 və "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməli, İddiaçı iddia tələbinə baxılaraq rədd edilməli və icraya dönüş edilməsinə dair qərar qəbul edilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 21(82)-1511/2017 saylı qərarı X27 ilə yanaşı 17 qaraj sahiblərinin də qanunla qorunan maraqlarına əhəmiyyətli dərəcədə pozmuş, onları qanuni əmlaklarından məhrum etmişdir. Eyni zamanda məhkəmənin hökmü ilə üzərinə öhdəlik qoyulmuş “Əzizbəy-КМ” ММС bu məhkəmə aktına görə icra vərəqəsini icra edə bilməmiş, 18 qarajı hal-hazıra kimi əsil sahiblərinə təhvil verə bilməmişdir. X2 xx.xx.2022-ci il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2- 1(82)-1511/2017 saylı işə yenidən baxılması, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 2-1(82)-1511/2017 saylı qərarının ləğv olunması, X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, İddiaçı iddia tələbinin rədd olunması və icraya dönüş edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 2-1(82)-1511/2017 saylı qərarı ilə İddiaçı iddiası təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 650,0 kv.m. qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qanunla maraqlarına toxunan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)1511/2017 saylı qərarının ləğv edilməsi məqsədi ilə "xxxx" MMC və X27 tərəfindən Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət olunmasından, habelə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)1511/2017 saylı qərarının mövcud olmasından 17 may 2022-ci il tarixində xəbər tutmuş və dərhal 3-cü şəxs qismində həmin məhkəmə baxışına qoşulmaq qərarına gəlmişdir. Belə ki, İddiaçı xx.xx.2017-ci il tarixli, 2-1(82)-1511/2017 nömrəli 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarını əldə etməsindən bir il əvvəl Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 mart 2016-cı il tarixli, 2(011)-209/2016 saylı qətnaməsi ilə cavabdehlər "xxxx" MTK və "xxxx" MMC-yə qarşı iddiası qismən təmin olunaraq Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48-ci məhəllədə inşa olunan yaşayış binasının 1-ci girişinin alt qatında yerləşən sahəsi 24 kv.metr olan qarajdan istifadə hüququnun bərpa edilməsi, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48-ci məhəllədə inşa olunan yaşayış binasının 1-ci girişinin alt qatında yerləşən sahəsi 24 kv.metr olan qarajdan təyinatı üzrə istifadə etməyinə manevr yaratmasının "xxxx" MMC-yə qadağan edilməsi qət edilmişdir. 31 mart 2016-cı il tarixli, 2(011)209/2016 saylı icra sənədi 16 may 2016-cı il tarixində Bakı şəhəri Xətai Rayon İcran şöbəsi tərəfindən icraya yönəlmişdir, İddiaçı siftə icraya mane olmuş, daha sonra isə icra məmuruna çıxarış təqdim edərək bütün qaraj sahəsini aldığını və mülkiyyətində olduğunu bildirmişdir. Lakin İddiaçı bu məqama kimi nə icra məmuruna, nə də onlara bildirməmişdir ki, o, onlara məxsus qarajlara dair öz adına çıxarış almaqdan ötəri məhkəməyə müraciət etmişdir. Həmin məhkəmə baxışından xəbər tutsaydı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 mart 2016-cı il tarixli, 2(011)-209/2016 saylı qətnaməsini təqdim edər, iddiasının rədd olunmasına nail ola bilərdi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 mart 2016-cı il tarixli, 2(011)-209/2016 saylı qətnaməsində qarajı necə aldığına dair ətraflı məlumat vardır. Məsələ ondadır ki, T.C.Güləliyevdən başqa xeyli qaraj sahibləri də dəfələrlə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə müraciət etsələr də bir nəticəsi olmamış, icra məmuru İddiaçı tərəfindən bütün qaraj sahəsinə çıxarış aldığına görə icra sənədini icra etmək mümkün olmadığını bildirmişlər. Halbuki, Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 05 iyun 2015-ci il tarixində verilmiş 1(101)-442/2014 saylı icra vərəqəsində payçıların əmlaklarının əsil sahiblərinə qaytarılması Bakı şəhəri Xətai rayon İcra şöbəsinə və "xxxx" MMC-nin rəhbərliyinə tapşırılmışdır. İddiaçı məhkəməni aldatması, həqiqəti məhkəmədən gizli saxlaması, məhkəməyə saxta müqavilə, maliyyə arayışı və kassa mədaxil orderi təqdim etməklə qanunsuz və əsassız məhkəmə qərarı əldə edərək qanunla və məhkəmənin hökmü ilə 18 şəxsə məxsus olan qaraj sahəsinə ümumi qeyri-yaşayış sahəsi kimi öz adına çıxarışın əldə etməsi olmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi də öz tərəfindən qanunu pozaraq Bakı Şəhər İcra hakimiyyəti tərəfindən təsdiq olunmuş layihədə Xətai rayonu, (Telnov) ünvan 3 ünvanında yerləşən yaşayış binasının zirzəmisində bina sakinləri üçün nəzərdə tutulmuş 18 qaraj sahəsini layihədən kənara çıxıb özbaşınalıq edərək ümumi bir qeyri-yaşayış sahəsi adı altında iddiaçının adına çıxarış vermişdir. 16 mart 2017-ci il tarixli 2-1(82)-1511/2017 saylı 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qərarı qanunla qorunan marağına toxunduğu üçün işə yenidən baxılmalı, 16 mart 2017-ci il tarixli 2-1(82)-1511/2017 saylı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv olunmalı, X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməli, İddiaçı iddia tələbinə baxılaraq rədd edilməli və icraya dönüş edilməsinə dair qərar qəbul edilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 2-1(82)-1511/2017 saylı qərarı X12 ilə yanaşı 17 qaraj sahiblərinin də qanunla qorunan maraqlarına əhəmiyyətli dərəcədə pozmuş, onları qanuni əmlaklarından məhrum etmişdir. Eyni zamanda məhkəmənin hökmü ilə üzərinə öhdəlik qoyulmuş “Əzizbəy-КМ” ММС bu məhkəmə aktına görə icra vərəqəsini icra edə bilməmiş, 18 qarajı hal-hazıra kimi əsil sahiblərinə təhvil verə bilməmişdir. İddiaçı ərizəçilərin məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaları barədə ərizələrinə yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 6 ünvanında yerləşən yaşayış binasının 1-ci giriş zirzəmi sahəsində yerləşən 624,9 kv.m olan qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Mülkiyyətində olan qeyri-yaşayış sahəsi xx.xx.2011-ci il tarixdə "xxxx" MMC ilə aralarında bağlanmış müqavilə əsasında dəyəri tam ödənilməklə alınmışdır. Şirkət tərəfindən iddiaçıya qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənilməsi barədə 580465 nömrəli kassa mədaxil orderi verilmişdir. Müvafiq sənədlərlə ilkin olaraq Azərbaycan Respublikası DƏDRX Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək mülkiyyət hüququnun təsdiq edilməsi xahiş edilmiş, lakin hüquqmüəyyənedici sənədlərin olmaması səbəbindən sonuncu tərəfindən iddiaçıya formal imtina məktubu verilmişdir. Bununla bağlı iddiaçı tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmiş, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi xahiş edilmişdir. Məhkəmənin 16 mart 2017-ci il tarixli 2-1(82)-1511/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, qeyd edilən qeyri-yaşayış sahəsinə çıxarışın verilməsi öhdəliyi DƏDRX Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeyri-yaşayış sahəsinə mülkiyyəti təsdiq edən xx.xx.2017-ci il tarixli ********* saylı çıxarış verilmişdir. Artıq uzun zamandır (11 ildən çoxdur) ki, mülkiyyətində olan qeyriyaşayış sahəsindən istifadə edir və bu zamanadək digər payçılar (sakinlər) tərəfindən ona heç bir müraciət olunmamış və hər hansı bir narazıçılıqla üzləşməmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20 may 2005-ci il tarixli, 126 saylı sərəncamı əsasında Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48 məhəllədə 3 girişli hündürmərtəbəli yaşayış binasının tikintisi "xxxx" MMC sifarişi əsasında Cəmiyyətin adına verilmişdir. Maliyyə çətinliyi səbəbindən 03 may 2006-cı il tarixdə "xxxx" MMC "xxxx" MTK ilə “Podrat müqaviləsi” bağlanmış və müqaviləyə əsasən hündür mərtəbəli binanın tikintisinin “tikinti norma və qaydalarına” riayət etməklə başa çatdırılması sonuncuya tapşırmışdır. 13 avqust 2008-ci il tarixdən "xxxx" MTK öz fəaliyyətini müvəqqəti olaraq dayandırmış və bu səbəbdən tikilməkdə olan binada aparılan tikinti quraşdırma işləri qənaətbəxş olmamış, bu da payçıların haqlı narazıçılıqlarına səbəb olmuşdur. 29 sentyabr 2009-cu il tarixdə "xxxx" MTK üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün 03 may 2006-cı il tarixdə "xxxx" MMC ilə aralarında bağlanmış “Podrat müqaviləsi” ləğv edilməklə "xxxx" MTK-nın fəaliyyəti dayandırılmış, yenidən tikinti işlərinin "xxxx" MMC davam etdirilməsi qərara alınmışdır. X5 və X12 ilə bağlanmış müqavilələr tamamilə qanunsuzdur və iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə heç bir aidiyyəti yoxdur və bu səbəbdən də qanuni qüvvəyə minmiş və icra olunmuş məhkəmə qərarını mübahisələndirmələrini tam əsassız hesab edir. Həmçinin qarajın hansı sənədlər əsasında rəsmləşdirildiyi, dəyərinin ödənilməsi ilə bağlı maliyyə arayışı və s. əsas sənədlər mövcud deyildir. İş materiallarına X12 ilə bağlanmış 2 fərqli müqavilələr təqdim edilmişdir. Belə ki, sonuncu ilə bağlanmış müqavilələrin birində qarajın hansı girişdə olması və ümumi sahəsi qeyd olunsa da, məhkəmə prosesində "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş eyni məzmunlu digər müqavilədə fərqli qeydlər öz əksini tapmışdır (qarajın hansı girişdə olması və ümumi sahəsi ümumiyyətlə göstərilməmişdir). Nəzərə almaq lazımdır ki, lahiyədə binanın hər 3 girişində zirzəmi sahəsi nəzərdə tutulub. Hal-hazırda lahiyədə nəzərdə tutulan 2-ci binanın (girişin) zirzəmi sahəsi qeyri-yaşayış sahəsi kimi (obyekt kimi) və həmçinin binanın həyətində tikilən digər iaşə obyektləri məhz "xxxx" MMC-nin istifadəsindədir. Qeyd edilənləri nəzərə alaraq "xxxx" MMC, X27 və X12 tərəfindən 3-cü şəxs qismində işə cəlb olunmaları ilə bağlı verilmiş ərizələrin təmin edilməməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1511/2017 saylı, 23 sentyabr 2022-ci il qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan ərizəçilər "xxxx" MMC, X27 və X12 tərəfindən apellyasiya şikayətləri verilərək, ləğv edilməsi və vəsatətin təmin olunması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: X11 tərəfindən verilmiş apellyasiya şikayəti ərizəyə uyğun yazılmış və onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli, 01/2022№-li “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” qərardadın 42ci bəndində göstərilmişdir ki, Zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPM-in 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. X27 hazır ki işdə zəruri cəlbetmə halında olmalıdır, çünki, qəbul edilmiş 16 mart 2017-ci il tarixli, 2-l(82)-1511/2017 saylı qərar onun hüquqlarını pozması açıqaydın görünməkdədir. Məhkəmə ərizəni təmin etməmək üçün işə qərəzli yanaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-442/215 saylı, 05 iyun 2015-ci il tarixli hökmündə araşdırılmış və hüquqi qiymət verilmiş halları təhrif edir. Belə ki, həmin hökmdə artıq qarajın necə alındığı və “Əzizbəy-КМ’’ММС tərəfindən X18 təhvil verilmədən saxta müqavilə əsasında İddiaçı satıldığı və sonuncunun qarajlar sahəsinə dair təhvil-təslim aktının olmaması və faktiki olaraq həmin sahəni zəbt etməsi öz əksini tapsada məhkəmə bunu yenidən qabardaraq məlum hala əsassız əks mövqe bildirmişdir. Bununla yanaşı hakim məhkəməyə tərəfimizdən təqdim olunmuş sənədlərlə ümumiyyətlə tanış olmamış vəkilin məhkəmə çixişlarında qabartdığı faktlara əhəmiyyət verməmişdir. Vəkil çıxışında isə göstərilmişdir ki, hələ 25 dekabr 2013-cü il tarixində 02/165 nömrəli məktubla "xxxx" MMC tərəfindən AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq X33 X34 Elxan Əbdülrəhimova ünvanlanmış cavab məktubunda mübahisəli zirzəmidə avtomobillərin saxlanılması üçün qaraj almış vətəndaşların siyahısı təqdim olunmuşdur. Həmin siyahıda adları qeyd olunan 15 qaraj sahiblərinin qarajlara dair alqı-satqı müqavilələrinin, maliyyə arayışlarının və digər sənədlərinin surətləri də təqdim olunmuşdur. Ən əsası da odur ki, 15 alqı-satqı müqavilələrinin surətindən X9 dair müqavilədə qarajın İ-ci girişdə, X24 dair müqavilədə qarajın İ-ci girişdə 06 №li, X19 dair xx.xx.2009-cu il tarixli müqavilədə qaraj №-si 7 (ödəniş arayışlarında isə 07 göstərilmişdir), X15 dair iki müqavilənin birində qarajın №-si 9 qeyd olunmuşdur,(xx.xx.2006-cı il tarixli və 9№-li xx.xx.2009-cu il tarixli müqavilə, səh. 66), X18 dair müqavilədə qarajın №-sil0, (xx.xx.2009-cu il., səh 67) göstərilmişdir ki, bunlarda mübahisəli qarajların İ-ci girişə aid olduğu üçün 18 qaraja kimi nömrələr 1-dən başlanmışdır. Ərizəçi "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti ərizəyə uyğun yazılmış və onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli, 2-1(82)-1511/2017 saylı qərardadda, İddiaçı tərəfindən mübahisəli əmlaka dair aldığı çıxarış və əsasən də 16 mart 2017-ci il tarixli, 2-l(82)-1511/2017 saylı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının "xxxx" MMC-yə və ya hər hansı bir qaraj sahibinə və yaxud Xətai rayon İcra Şöbəsinə məlumat verməsinə, təqdim etməsinə dair heç bir sübut yoxdur. Lakin saxta müqavilə əsasında çıxarılmış məhkəmə qərarının gizli saxlanılmasında nədənsə günahkar "xxxx" MMC olmuşdur ki bunun nəticəsində məhkəmənin qənaətinə görə hüququnun pozulduğunu bilməli olduğu vaxtı “keçirmişdir”. O ki qaldı məhkəmənin AR Konstitusiya Məhkəməsinin qərarına istinadən şəxsin öz hüququnin pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinin əhəmiyyətinə istinad edilməsinə, məhkəmə burada düzgün qənaətə gəlməmişdir, çünki iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 05 iyun 2015-ci il tarixində verilmiş 1(101)-442/2014 saylı İcra Vərəqəsində payçıların əmlaklarının əsil sahiblərinə qaytarılması göstərildiyindən hüquqlarımızın həmin icra vərəqəsi qüvvədə olduğu müddətdə pozulmaması qənaətində idik. Həmin icra vərəqəsi hal-hazıra kimi icradadır icra işinə xitam verilməyib. X2 tərəfindən verilmiş apellyasiya şikayəti ərizəyə uyğun yazılmış və onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli , 01/2022№-li “ İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” qərardadın 42bəndində göstərilmişdir ki, Zəruri cəlbetmə halının mövcudluğu üçün üçüncü şəxsin mübahisəli hüquq münasibətində bilavasitə iştirakı tələb olunur. Çünki İPM-in 28.2-ci maddəsinin tələblərinə əsasən zəruri cəlbedilən mübahisəli hüquq münasibətinin bilavasitə iştirakçısı olmalıdır. Bundan başqa, çıxarılacaq məhkəmə qərarı həm icraatın tərəflərinə, həm də üçüncü şəxsə münasibətdə vahid qərarın qəbul edilməsini şərtləndirməlidir. Adi cəlbetmə ilə zəruri cəlbetməni fərqləndirmək üçün əsas meyar zəruri cəlbetmədə vahid qərarın qəbul olunmasının vacibliyidir. Burada əsas fərq ondan ibarətdir ki, cəlb edilməsi zəruri olan üçüncü şəxslərin daxil olduğu mübahisəli hüquq münasibəti ilə əlaqədar məhkəmə yalnız belə şəxslər cəlb edildikdən sonra işə baxa və həmin şəxslər daxil olmaqla prosesin bütün tərəflərinə münasibətdə yekun və ədalətli qərar verə bilər. Zəruri cəlbetmə halında üçüncü şəxslər mübahisəli hüquq münasibətinin elə tərəfi olmalıdırlar ki, məhkəmə qərarı prosesin tərəfləri ilə birlikdə üçüncü şəxslərin də mütləq iştirakı ilə bütün tərəflərə münasibətdə vahid formada qəbul edilə bilsin. Bu hal o zaman mövcud olur ki, məhkəmə qərarını bir başa olaraq üçüncü şəxslərin hüquqlarına müdaxilə etmədən effektiv şəkildə qəbul etmək mümkün olmur. X12 hazır ki işdə zəruri cəlbetmə halında olmalıdır, çünki, qəbul edilmiş 16 mart 2017-ci il tarixli, 2-l(82)-1511/2017 saylı qərar onun hüquqlarını pozması açıq aydın görünməkdədir. xx.xx.2022-ci il tarixli, 2-l(82)-l 511/2017 saylı qərardadda, İddiaçı tərəfindən mübahisəli əmlaka dair aldığı çıxarışı əsaslı sayaraq məhkəmə qanuni qüvvəsini almış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 mart 2016-cı il tarixli, 2(011)-209/2016 saylı qətnaməsində göstərilənləri şübhə altına almışdır. Belə ki, həmin qətnamədə qarajın X12 tərəfindən qanuni yolla alması və qaraja dair alqı-satqı müqavilələrin qanuni olmasını əsas gətirərək iddiasının qismən təmin olunmasına baxmayaraq Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-l(82)-1511/2017 saylı qərardadında həmin alqı-satqı müqavilələrində qarajın ölçüsü və yerləşdiyi giriş barədə məlumatın öz əksini tapmaması göstərilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən ərizəçilərin nümayəndəsi və vəkili apellyasiya şikayətlərini müdafiə edərək, apellyasiya şikayətlərində qeyd edilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, vəsatətin təmin olunaraq "xxxx" MMC, X27 və X7 üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qanunla qorunan maraqlarına toxunan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2- 1(82)-1511/2017 saylı qərarını xx.xx.2022-ci il tarixində rəsmi qaydada ala bilmişlər. Belə ki, İddiaçı bilərəkdən bu məhkəmə prosesi barədə onları məlumatlandırmamış, gizli saxlamışdır. Buna da səbəb o idi ki, xx.xx.2017-ci il tarixli, 2-1(82)-1511/2017 saylı qərarın qəbul edilməsi üçün məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi, 264 nömrəli maliyyə arayışı və həmin tarixə aid 580465 nömrəli kassa mədaxil orderi saxta idi. Sadalanan sənədlərin saxta olması 24 noyabr 2014-cü il tarixli, 1(101)-442/2014 saylı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə öz əksini tapmışdır. Həmin hökmə əsasən "xxxx" MMC-nin təsisçisi və rəhbəri olmuş X29 xx.xx.2011-ci il tarixli saxta müqavilə ilə binanın birinci girişində, zirzəmidə yerləşən 749 kv.metr qeyri-yaşayış sahəsini İddiaçı 80 000 (səksən min) manata satmaqla vəzifə saxtakarlığı törətməklə qulluq mövqeyindən istifadə edib aldatma yolu ilə zərərçəkmişlərin əmlaklarını ələ keçirərək təkrarən dələduzluq etdiyinə görə məhkəmənin hökmü ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası ərizəçilərin nümayəndəsi və vəkilini dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız və birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 01/2022 nömrəli qərardadında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3 və 28.5ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır. Həmin qərardadın 48-ci bəndində qeyd olunur ki, adi və ya zəruri cəlbetmə ya prosesə qoşulmaq istəyən, lakin həmin vaxt icraat iştirakçısı statusuna malik olmayan şəxsin özünün vəsatəti əsasında, ya məhkəmə icraatı iştirakçılarından (iddiaçı, cavabdeh və ya artıq cəlb edilmiş digər üçüncü şəxsin) birinin vəsatəti üzrə, yaxud da məhkəmənin özünün təşəbbüsü əsasında həyata keçirilə bilər. Şəxsin özü və ya məhkəmə icraatının iştirakçıları cəlbetmə barədə verdikləri vəsatətlərində hansı qaydada (adi və ya zəruri cəlbetmə) icraata qoşulmanın həyata keçirilməsini istədiklərini dəqiq göstərməli, eləcə də vəsatətlərini lazımi qaydada əsaslandırmalı, yəni qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağına dair dəlil və sübutlarını təqdim etməlidirlər. Həmin qərardadın 52-ci bəndində qeyd olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı olaraq isə “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı və həmin qərardakı hüquqi mövqelər nəzərə alınmalıdır. Həmin qərara görə: “1. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarındakı hüquqi mövqelərə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir. Başqa sözlə, əgər adi qaydada cəlbetmə həyata keçirilməlidirsə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, “qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır.”

Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir ki:

İlk öncə qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin icraata qoşulma barədə müraciət etmək hüququ olsa da, bu hüquq hüquqi müəyyənliyin təmin edilməsi üçün istənilən vaxt deyil, müəyyən müddətlərdə həyata keçirilə bilən hüquqdur. Təsadüfi deyildir ki, Konstitusiya Məhkəməsinin qərarında da buna işarə edilərək inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinin əhəmiyyətinə xüsusi olaraq vurğulamışdır. Hazırki işin araşdırılmış hallarından müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 126 saylı, 20 may 2005-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347-48-ci məhəllədə 0,3 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi və tikintisi üçün "xxxx" MMC-yə icazə verilmişdir. "xxxx" MMC "xxxx" MTK arasında bağlanmış 03 may 2006-cı il tarixli müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20 may 2005-ci il tarixli 126 saylı sərəncamı ilə Xətai rayonu, Xocalı küçəsi 2347-48-ci məhəllədə ona ayrılmış 0,3 ha sahədə hündür mərtəbəli binanın tikilməsi ilə bağlı maddi imkanı olmadığı üçün "xxxx" MTK ilə razılığa gəlmişdir. Müqavilənin predmeti ilə bağlı vergi qarşısında bütün məsuliyyət "xxxx" MTK-nın öhdəsindədir. "xxxx" MMC göstərilən ünvanda tikinti işlərinin aparılması üçün lazım olan inşaat pasportu, eskiz layihəsi, işçi layihəsini və tikintiyə başlamaq aktını Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş qaydada həll etdikdən sonra "xxxx" MTK-nın sərəncamına verməyi öz öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə "xxxx" MTK-nın birgə yığıncağının xx.xx.2009-cu il tarixli protokoluna əsasən "xxxx" MTK ilə bağlanmış müqavilənin ləğv edilməsi, "xxxx" MTK-nın fəaliyyətinin tam olaraq dayandırılması, tikintidə qalıq işlərinin aparılmasının "xxxx" MMC-nin öhdəsində saxlanılması, bu məqsədlə müəssisənin tərkibində təmir-tikinti sahəsinin yaradılması və keçmiş "xxxx" MTK-nın funksiyasının həmin sahəyə həvalə edilməsi, tikintinin bu günə olan texniki vəziyyəti, maliyyə-təsərrüfat fəaliyyəti və bütün sənədləşməkargüzarlıq işlərinin ciddi olaraq araşdırılıb aktlaşdırılması, bu məqsədlə "xxxx" MMC və "xxxx" MTK-nın səlahiyyətli şəxslərindən ibarət müvafiq tərkibdə komissiyanın yaradılması qərara alınmışdır. xx.xx.2009-cu il tarixli akta əsasən "xxxx" MMC ilə "xxxx" MTK-nın birgə yığıncağının xx.xx.2009-cu il tarixli protokolunun müddəalarına əsasən tikilməkdə olan Xəzər rayonu, ünvan 7 ünvanda yerləşən 3 girişli, hündürmərtəbəli yaşayış binası ilə bağlı maliyyə, texniki və s. sənədlərin "xxxx" MMC-yə təhvil-təslimi aparılmışdır. X6 apellyasiya şikayətinin dəlillərinə cavab olaraq qeyd olunur ki, "xxxx" MTK ilə X27 arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347-48-ci məhəllədə tikilməkdə olan binasında qarajı X18 verməyi öhdəsinə götürmüş, qarajın dəyəri 10.000(on min) AZN məbləğində müəyyən olunmuşdur. Təqdim edilmiş müqavilə xx.xx.2009-cu il tarixdə, yəni xx.xx.2009-cu il tarixli protokol ilə binaya dair təhsil-təslim işlərinin yenidən "xxxx" MMC-yə təqdim edildiyi tarixdən sonra "xxxx" MTK ilə bağlanmışdır. Həmin müqavilədə qarajın ölçüsü, binanın hansı girişində yerləşməsi barədə məlumat mövcud olmamışdır. Belə olan halda ərizəçiyə satılmış qarajın məhz qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında iddiaçıya çıxarış verilmiş sahədə yerləşməsini müəyyən etməyin mümkün olmaması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır. X1 apellyasiya şikayətinin dəlillərinə cavab olaraq qeyd olunur ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(011)-209/2016 nömrəli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, X7 Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48-ci məhəllədə inşa olunan yaşayış binasının 1-ci girişinin alt qatında yerləşən sahəsi 24 kv.m olan qarajdan istifadə hüququnun bərpa edilməsi, X7 Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2347-48-ci məhəllədə inşa olunan yaşayış binasının 1-ci girişinin alt qatında yerləşən sahəsi 24 kv.m olan qarajdan təyinatı üzrə istifadə etməsinə manelər yaratmasının "xxxx" MMC-yə qadağan edilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. "xxxx" MTK ilə payçı X12 arasında qarajın verilməsinə dair məhkəməyə iki nüsxədə müqavilə təqdim edilmişdir. Hər iki müqavilə xx.xx.2009-cu il tarixdə, yəni xx.xx.2009-cu il tarixli protokol ilə binaya dair təhsil-təslim işlərinin yenidən "xxxx" MMC-yə təqdim edildiyi tarixdən sonra "xxxx" MTK ilə bağlanmışdır. Mülki məhkəmə icraatı zamanı təqdim olunmuş və məhkəmə qətnaməsində istinad edilən "xxxx" MTK ilə payçı X12 arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən kooperativ Bakı şəhəri Xətai rayonu Xocalı küçəsi 2347-48-ci məhəllədə "xxxx" MTK-nın inşa etdiyi binanın 1-ci girişində sahəsi 24 kv.m olan qarajı payçıya verməyi, payçı isə həmin qarajı qəbul etməyi öhdəsinə götürmüşdür. Hazırkı məhkəmə icraatında "xxxx" MMC tərəfindən eyni tarixli xx.xx.2009-cu il tarixli "xxxx" MTK arasında bağlanmış müqavilədə payçıya verilməli olan qarajın ölçüsü, yerləşdiyi giriş barədə məlumat öz əksini tapmamışdır. Ərizəçi "xxxx" MMC-nin apellyasiya şikayətinin dəlillərinə cavab olaraq qeyd olunur ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin təsisçisi olmuş X20 və "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş X25 Cinayət Məcəlləsinin 178.3.2, 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə qəbul edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-442/2014 nömrəli hökmündən görünür ki, X12 və X27 məhkəmə iclasında şahid qismində, İddiaçı isə zərərçəkmiş şəxs qismində dindirilmişlər. X27 cinayət işi üzrə məhkəmədə şahid qismində verdiyi ifadəsində göstərmişdir ki: (......) 2009-cu ilin oktyabr ayında Ziyafət binanın bir hissəsinin əvvəldən qaraj yeri olmuş şəxslərin qaraj yerlərinə düşdüyünə görə qayınatası Famil Rəsulovun qarajının yerinə təzə tikilən binanın altından ona qaraj yeri verməsini, bunun üçün əlavə 2.500 (iki min beş yüz) ABŞ dolları ödəməli olduğunu bildirmiş, qayınatası yeni tikilən binadan qaraj yeri almağa razılaşmış, lakin həmin binadan mənzil aldığına, payçı olduğuna görə onun qarajının da öz adına rəsmiləşdirilməsini xahiş etmiş, o da buna etiraz etməmiş və bundan sonra həmin qaraj yerinə görə 21 oktyabr 2009-cu il tarixdə onunla Ziyafətin arasında alqı-satqı müqaviləsi bağlanılmışdır. 2010-cu ilin sonlarında ona məlum olmuşdur ki, "xxxx" MTK tikinti sahəsindən kənarlaşdırılmış və binanın tikintisi torpağın sahibi kimi "xxxx" MMC tərəfindən davam etdirilir. 2013-cü ilin yayında onlara məlum olmuşdur ki, "xxxx" MMC-nin təsisiçisi Fuad Mirzəyev digər şəxslərlə birlikdə onun adına olan qayınatasına məxsus qarajı ikinci dəfə qanunsuz olaraq İddiaçı adlı şəxsə satmışdır. Cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə vermiş X21 bildirmişdir ki: (.....)2012-ci ilin təxminən dekabr ayında atası orada olarkən ona məlum olmuşdur ki, aldıqları qarajın yerində ticarət mərkəzi tikilmişdir. Bununla əlaqədar ofisə gedib məsələni dəqiqləşdirərkən ona, narahat olmamağı, binanın yaxınlığında qarajlar tikiləcəyini, həmin yerdən onlara qaraj veriləcəyini bildirmişlər. Ziyafətin harada olduğunu soruşduqda, onun tikinti apara bilmədiyi üçün kənarlaşdırıldığını, hazırda tikintinin "xxxx" MMC tərəfindən davam etdirildiyini demişlər. 17 dekabr 2013-cü il tarixdə tikinti sahəsinə gedib ofisdə olarkən MMC-nin Elbrus Hətəmov adlı işçisi ona Ziyafət və digərlərinin bir mənzili, qarajları bir neçə şəxsə aldatma yolu ilə satmaqla dələduzluq etmələri faktına görə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində cinayət işinin istintaqının aparıldığını, onların qaraj yerinin də ikinci dəfə satıldığını deyib oraya müraciət etməyi bildirdiyi üçün istintaqa müraciət etməyi qərara almışdır. Məhkəmədə şahid qismində dindirilmiş (...) X4 Məmmədzadənin ifadəsindəki xüsusatları təsdiq etmişlər. Zərərçəkmiş İddiaçı (....) məhkəməyə təqdim olunmuş ərizələrdə (ərizəsində) göstərilmişdir ki, İddiaçı təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur, satılan obyekt hal-hazırda özündədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-442/2014 nömrəli sözügedən hökmünün nəticə hissəsində payçıların əmlaklarının əsil sahiblərinə qaytarılması Bakı şəhəri Xətai rayon İcra şöbəsinə və "xxxx" MMC-nin rəhbərliyinə tapşırılması hökm edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş 1(101)- 442/2014 nömrəli icra vərəqəsinə əsasən, payçıların əmlaklarının əsil sahiblərinə qaytarılması Bakı şəhəri Xətai rayon İcra şöbəsinə və "xxxx" MMC-nin rəhbərliyinə tapşırılmalıdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsi Bakı Ağır Cinayətlər Məhkəməsinə xx.xx.2016 və xx.xx.2016-cı il tarixlərdə ərizələr ünvanlayaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-442/2014 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsində payçıların kimlər olması, hansı əmlakların kimə qaytarılması aydın göstərilmədiyi qeyd edilməklə icra vərəqəsinin aydın olmayan hissəsinə izah verilməsi xahiş edilmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən araşdırma zamanı təqdim edilmiş və iş materiallarına əlavə edilmiş icra işinin sənədlərindən icra məmurunun izah barədə ərizəsinə izah verilməsi barədə qərarın qəbul edildiyi müəyyən olunmamışdır. Həmçinin, ərizəçilərin nümayəndəsi və vəkili də məhkəmə araşdırması zamanı bununla bağlı hər hansı bir məhkəmə aktının mövcudluğuna istinad etməmişdir. Həmçinin, "xxxx" MMC-nin Bakı şəhəri Xətai rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2015-ci il tarixli, 02/90 nömrəli məktubda bildirilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-442 saylı, 05 iyun 2015-ci il tarixli hökmünə əsasən hələlik dəqiqləşdirdikləri 7 nəfər payçılardan ibarət olan qaraj sahiblərinin adları, o cümlədən Bakı şəhəri, Xətai rayonu, məhəllə 2347-48-də yaşayan X16 adı çəkilsə də qeyd edilən siyahıda nə X16 əsl payçı olmasını təsdiq edən müqavilə sənədi əlavə edilməmiş, nə də həmin siyahıda X8 adı qeyd olunmamışdır. Bundan başqa, ərizəçi "xxxx" MMC tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş məhkəmə qətnamələri (Nizami rayon Məhkəməsinin 2(007)-151/2015 saylı, xx.xx.2015-ci il tarixli, 2(007)-3353/2017 saylı, xx.xx.2017-ci il tarixli və Xətai Rayon Məhkəməsinin 2(011)-2862/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnamələri) ilə yalnız qaraj sahələrinə görə ödənilmiş pul vəsaitlərinin "xxxx" MMC-dən tutulması qət edilmişdir. Göründüyü kimi, "xxxx" MMC qeyri-yaşayış sahəsinin iddiaçının faktiki istifadəsində olduğunu bildiyi vaxtdan (hökmə əsasən) 8 ilə yaxın müddət keçdikdən sonra İddiaçı qeyri-yaşayış sahəsinə çıxarış aldığını bilməli olduğu vaxtdan isə 5 ilə yaxın müddət keçdikdən sonra məhkəmədə qərarın ləğv edilməsi, icraatın təzələnməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Apellyasiya icraatı zamanı ərizəçilərin nümayəndəsi və vəkili Xətai Rayon İcra şöbəsinə xx.xx.2022-ci il tarixli müraciətindən sonra şöbənin icra məmuru tərəfindən verilmiş cavab məktubundan sonra mübahisəli qaraj sahələrinə İddiaçı tərəfindən çıxarışın alınmasını bildiyini və çıxarış barədə məlumat əldə edildiyi vaxtdan ağlabatan müddət ərzində də ərizə ilə müraciətlər edildiyini qeyd etmişdir. Lakin məhkəmə kollegiyasının suallarına cavab olaraq istinad edilən hökm və məhkəmə qətnamələrinin keçən illər ərzində icra olunmamasının səbəbləri barədə daim maraqlandıqlarını, lakin icra məmurları tərəfindən qarajların məhz məhkəmə qərarı nəticəsində Məmmədov Allahverdinin mülkiyyətinə keçməsi barədə məlumat verilmədiyini qeyd etmişdir. Lakin məhkəmə kollegiyası deyilənlərlə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırmadan və iş materiallarında olan sənədlərdən göründüyü kimi hazırki halda X5 və X12 xx.xx.2014-cü il tarixdə yekunlaşmış cinayət mühakimə icraatında iddia etdikləri qarajların onların sahibliyində olmadıqlarını, qaraj yerinin İddiaçı satıldığını, hazırda onun sahibliyində olduqlarını bildikləri halda həmin qaraj sahələrinin İddiaçı naturada alınaraq onlara verilməsi ilə bağlı nə cinayət mühakimə icraatında mülki iddia irəli sürmüş, nə də müstəqil mülki məhkəmə icraatında iddia qaldırmışlar. İş materiallarından müəyyən olunur ki, X16 birinci instansiya məhkəməsində məhkəmə icraatında da verdiyi izahatda 2009-cu il tarixdə MTK ilə bağladığı müqavilə ilə eyni ünvanda "xxxx" MTK-ya aid binadan aldığı mənzildə yaşadığını, iddia etdiyi qarajın yerləşdiyi sahənin İddiaçı tərəfindən hissələrə bölünərək qeyri-yaşayış sahəsi kimi istifadə edildiyini bildiyi halda keçən müddət ərzində qarajın ona verilməsi ilə bağlı sonuncuya və ya MTK-ya qarşı hər hansı iddia qaldırmadığını bildirmişdir. Eyni zamanda X12 xx.xx.2015-ci il tarixdə cavabdehlər "xxxx" MTK-ya və "xxxx" MMC-yə qarşı Xətai rayon məhkəməsində iddia qaldırarkən iddia ərizəsində ona təhvil verilməli olan qarajın İddiaçı verildiyi, hazırda onun sahibliyində olduğu, MTK rəhbərliyi barədə 2014-cü ildə məhkəmə hökmünün çıxdığını, cinayət işinə baxılarkən özünün də şahid qismində dindirildiyi barədə məhkəməyə məlumat verməmiş, ümumiyyətlə İddiaçı mülki məhkəmə icraatına müstəqil tələb irəli sürən şəxs qismində cəlb edilməsi ilə bağlı hər hansı tələb irəli sürməmişdir. Həmçinin, sözügedən mülki məhkəmə icraatına cavabdeh qismində cəlb olunmuş "xxxx" MMC X7 iddiasına etiraz edərkən təhvil verilməli olan qarajın İddiaçı sahibliyində olduğu, bu əsasdan təqdim edilə bilmədiyi ilə bağlı hər hansı fikir bildirməmiş, əksinə 2014-cü ildə çıxmış məhkəmə hökmündən MMC-yə tanış olan X10 qarajın verilməsi və ya qaraja görə onun tərəfindən pul ödənilməsi barədə "xxxx" MMC-də heç bir məlumatın olmadığına istinad etmişdir. Qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası belə bir qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Qərarında diqqət edilməsi tələb olunan şərtlər hazırki ərizələr üzrə ödənilməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizəçilərin apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadıı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ:

Ərizəçilər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1511/2017 saylı, 23 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar