Məhkəmə qərarları › İş №2-1(103)-3643/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3643/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3643/2023 14.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı «sənədlərin götürülməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7313/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı «sənədlərin götürülməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdərəsinin “səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 29 dekabr 2022-ci il tarixli **********166807 nömrəli qərarı ilə Cavabdeh MMC-də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr 1 dekabr 2019-cu il tarixdən 1 dekabr 2022-ci il tarixədək) təyin edilmişdir. Vergi Məcənəsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada 30 dekabr 2022-ci il tarixli **********166867 nömrəli tələbnamə göndərilmişdir. Lakin səyyar vergi yoxlaması zamanı "xxxx" MMC-nin rəhbəri sənədləri tam təqdim etməmişdir və yoxlama iləəhatə olunan dövrə aid olan sənədlər yoxlamaya qismən təqdim edildiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır. Həmin sənədlər yoxlamanın predmetinə aid olan 1 yanvar 2019-cu il tarixdən 30 noyabr 2019-cu il tarixədək olan dövr üzrə aşağıdakılardır (imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş formada): vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilati-struktur dəyişiklikləri barədə məlumat və sənədlər, vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar, yoxlama ilə əhatə edilən dövr üzrə elektron formada nağd dövriyyələrin hərəkəti, vergi ödəyicisi ilə bağlı şirkətlər qrupunun təşkilati strukturu, iştirak payı göstərilməklə Azərbaycan Respublikası hüqdudlarından kənarda yerləşən hər hansı törəmə müəssisə(lər) barədə məlumat, ipoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti, Vergi Məcəlləsinin 18-ci maddəinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı, vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti, yoxlama ilə əhatə olunan dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər, ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektlərinin) siyahısı, dəyəri 10.000 manatdan yuxarı olan bütün borc və kredit müqavilələri, dəyəri 2.000 manatdan yuxarı olan bütün sığorta polisləri, qeydiyyatda olan bütün NKA üzrə Zhesabatları, yoxlanılan dövr üzrə bütün gəlir və xərc hesabatlarının hərəkəti (excel falyda), yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda), yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda), yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin göründüyü uçot hesabları göstərilməklə), yoxlama dövrünün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammalmaterial hərəkəti barədə məlumat (excel faylda), siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin reyestri (excel faylda), müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri, Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və nümayəndəliyin baş ofisi tərəfindən təsdiq edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri, yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitlərin siyahısı, yoxlama ilə əhatə olunan dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda), yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni SSH-ı göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsada excel faylda), yoxlanılan dövrlər üzrə debitor və kreditorların siyahısı, yoxlanılan dövrlər üzrə nəqliyyat və daşınma xərclərinin siyahısı, tələbnamədə göstərilən yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə). Yoxlama dövrünün əvvəlinə və sonuna qalıalar göstərilmələ xammal-material hərəkəti barədə məlumat (excel fayda), yoxlanılan dövrlər üzrə nəqliyyat və daşınma xərclərinə aid sənədlər təqdim edilmədiyi üçün 26 yanvar 2023cü il tarixdə Vergi Məcəlləsinin 42.2-ci maddəsinə uyğun olaraq sənədlərin qismən təqdim edilməsi barədə akt (iki nüsxədə) tərtib olunmuşdur. Yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən Vergi məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında 27 yanvar 2023-cü il tarixli **********167802 nömrəli qərar çıxarılmışdır. Lakin, vergi ödəyicisi həmin qərarda qeyd olunan sənədlərdən yoxlamaya zəruri hesab edilən sənədləri təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq 31 yanvar 2023-cü il tarixli və 14 fevral 2023-cü il tarixli Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən iki nüsxədən ibarət sənədlərin təqdim olunmasından imtina barədə akt tərtib olunmuşdur. Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisi bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda, həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Yuxarıda qeyd olunanları, Vergi Məcəlləsinin 43.11-ci maddəsini əsas tutaraq, məhkəmədən 1 yanvar 2019-cu il tarixdən 30 noyabr 2022-ci il tarixədək olan dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirilməsi üçün 1) vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilati-struktur dəyişiklikləri barədə məlumat və sənədlər, 2) vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar, 3) yoxlama ilə əhatə edilən dövr üzrə elektron formada nağd dövriyyələrin hərəkəti, 4) vergi ödəyicisi ilə bağlı şirkətlər qrupunun təşkilati strukturu, 5) iştirak payı göstərilməklə Azərbaycan Respublikası hüqdudlarından kənarda yerləşən hər hansı törəmə müəssisə(lər) barədə məlumat, 6) ipoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti, 7) Vergi Məcəlləsinin 18-ci maddəinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı, 8) vergi ödəyicisinin ən son nizamnamı və ya əsasnaməsinin surəti, 9) yoxlama ilə əhatə olunan dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər, 10) ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektlərinin) siyahısı, 11) dəyəri 10.000 manatdan yuxarı olan bütün borc və kredit müqavilələri, 12) dəyəri 2.000 manatdan yuxarı olan bütün sığorta polisləri, 13) qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları, 14) yoxlanılan dövr üzrə bütün gəlir və xərc hesabatlarının hərəkəti (excel falyda), 15) yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda), 16) yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda), 17) yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin göründüyü uçot hesabları göstərilməklə), 18) yoxlama dövrünün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (excel faylda), 19) siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti, 20) yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyrimaddi aktivlərin reyestri (excel faylda), 21) müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri, 22) Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və nümayəndəliyin baş ofisi tərəfindən təsdiq edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri, 23) yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitlərin siyahısı, 24) yoxlama ilə əhatə olunan dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda), 25) yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri-rezidentlə bağlanmış müqavilələr (PDF faylda), 26) yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni SSH-ı göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsada excel faylda), yoxlanılan dövrlər üzrə debitor və kreditorların siyahısının imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surətinin Cavabdeh MMC-dən götürülərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunmasına dair qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7313/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən dəyəri 10.000 manatdan yuxarı olan bütün borc və kredit müqavilələri, dəyəri 2.000 manatdan yuxarı olan bütün sığorta polisləri, vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar, vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar, yoxlama ilə əhatə edilən dövr üzrə elektron formada nağd dövriyyələrin hərəkəti, ipoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti, yoxlanılan dövr üzrə bütün gəlir və xərc hesabatlarının hərəkəti, yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda), yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti, yoxlama dövrünün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat, siyahısı əlavə edilmiş müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti, yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin reyestri yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitlərin siyahısı, yoxlama ilə əhatə olunan dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri, yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri-rezidentlə bağlanmış müqavilələr, yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar göstərməklə əmək haqqı cədvəlləri, yoxlanılan dövrlər üzrə debitor və kreditorların siyahısı elektron və ya kağız daşıyıcılarda götürülməsi qərara alınaraq, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qərarının qismən – iddianən rədd edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli və həmin hissədə iddia təmin edilməlidir. İşin faktiki hallarından müəyyən edilir ki, vergi orqanının qərarı ilə vergi ödəyicisi olan hazırkı Cavabdeh MMC-də 1 dekabr 2019-cu il tarixdən 30 noyabr 2022-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama zamanı tələb edilən sənədlər vergi orqanına tam təqdim edilmədiyindən, yoxlamanın keçirilməsi mümkün olmamışdır. MMC-yə Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada 30 dekabr 2022-ci il tarixli tələbnamə verilmişdir. Lakin tələbnamə üzrə tələb olunan sənədlər vergi orqanına tam təqdim edilməmişdir. AR Vergi Məcəlləsinin 23 və 43-cü maddələrinə əsasən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 27 yanvar 2023-cü il tarixli qərar qəbul edilmişdir. Bundan sonra hazırkı iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə sənədlərin götürülməsi tələbi ilə hazırkı iddianı qaldırmışdır. İlk növbədə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi qismən təmin edilmiş, iddia qalan - 2019- 2021-ci illər üzrə mənbələri göstərilməklə gəlirin və xərcin açılışı, o cümlədən alınmış malların alış sənədləri qeyd edilməklə mədaxili və həmin malların satış sənədləri qeyd edilməklə məxarici, göstərilmiş xidmətlərin adlı siyahısı, qeyri-rezidentə ödənilmiş vəsaitə uyğun olaraq iş və xidmətlərin adları və hər bir əməliyyat üzrə ödəmə tarixi qeyd olunmaqla işin, xidmətin dəyərinin ödənilməsi barədə məlumatlar təqdim edilməsi hissəsində təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin təmin edilmiş hissəsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyindən, məhkəmə birinci instansiya məhkəməsinin qərarını mübahisələndirilən (iddianın rədd edilmiş) hissədə yoxlayır. Məhkəmə kollegiyası iddia tələbinin rədd edilmiş hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir.Vergi ödəyicisi tərəfindən vergilərin hesablanmasına təsir edən və yoxlama dövründə təqdim edilən sənədlərdən fərqli sənədlər əlavə vergi yoxlamasının təyin edildiyi tarixdən 30 iş günü müddətində təqdim edilməlidir.Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir.Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. 42.2. Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci və üçüncü hissəsində göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. 42.3. Səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən vergi orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 42.1-ci maddəsində göstərilən müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Bu maddədə göstərilən qaydada sənədlərin və ya elektron faylların təqdim edilməsindən imtina edildikdə, səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada sənədlərin götürülməsini həyata keçirə bilər. 42.4. Vergi nəzarətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri olan sənədlər və ya onların lazımi qaydada təsdiq edilmiş surətləri vergi orqanının müraciətinə əsasən 10 iş günü müddətində təqdim edilməlidir. 43.1. sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. 43.2. səyyar vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda, həmçinin təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları müəyyən edildikdə və ya bu pozuntular bilavasitə əşyalarla bağlı olduqda, səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 42- ci maddəsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər. Vergi ödəyicisi tərəfindən yoxlamanı bilavasitə həyata keçirən vəzifəli şəxsə verilən sənədlərin və nümunə kimi əşyaların götürülməsi vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarı ilə həyata keçirilir. 43.3. sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq olunmuş surətləri götürülür. 43.4.sənədlər və nümunə kimi əşyalar vergi ödəyicisinin iş vaxtı (faktiki iş vaxtı) ərzində götürülür. 43.5. səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. 43.6.sənədlərin və nümunə kimi əşyaların götürülməsi sənədləri və əşyaları götürülən şəxslərin və (və ya) onların nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Zəruri hallarda sənədlərin və nümunə kimi əşyaların götürülməsində iştirak etmək üçün mütəxəssis dəvət oluna bilər. 43.7. vergi orqanının vəzifəli şəxsi sənədlərin və nümunə kimi əşyaların götürülməsinə qədər götürülmə barədə vergi orqanının rəhbərinin (onun müavininin) əsaslandırılmış qərarını təqdim edir və iştirak edən şəxslərə onların hüquq və vəzifələrini izah edir. 43.8. sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə bu Məcəllənin 48-ci maddəsinin tələblərinə riayət etməklə protokol tərtib edilir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi vergi orqanı tərəfindən vergi ödəyicisinə müəyyən edilmiş qaydada xx.xx.2022-ci il tarixli **********166867 nömrəli “SVYnın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmiş, cavabdeh isə tələb olunan sənədləri tam təqdim etməmişdir. İddiaçı yoxlamanın aparılması üçün zəruri olan sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında xx.xx.2023-cü il tarixli **********167802 nömrəli Qərar çıxarmışdır. Lakin vergi ödəyicisi xx.xx.2023-cü il tarixli **********167802 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında Qərarda qeyd olunan sənədlərdən yoxlamaya zəruri hesab edilən sənədləri təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli Vergi Məcəlləsinin 43.10cu maddəsinə əsasən iki nüsxədən ibarət Sənədlərin təqdim olunmasından imtina barədə “Aktlar” tərtib edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43.11-ci maddəsinə əsasən vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı tərəfindən tələb edilən sənədlər - 2019- 2021-ci illər üzrə mənbələri göstərilməklə gəlirin və xərcin açılışı, o cümlədən alınmış malların alış sənədləri qeyd edilməklə mədaxili və həmin malların satış sənədləri qeyd edilməklə məxarici, göstərilmiş xidmətlərin adlı siyahısı, qeyri-rezidentə ödənilmiş vəsaitə uyğun olaraq iş və xidmətlərin adları və hər bir əməliyyat üzrə ödəmə tarixi qeyd olunmaqla işin, xidmətin dəyərinin ödənilməsi barədə məlumatlar səyyar vergi yoxlamasının həyata keçirilməsi üçün zəruri olduğundan göstərilən sənədlər də iddiaçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlili əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7313/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı qismən ləğv edilməli, iddia tələbi tam təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7313/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı qismən – iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilsin. 2019- 2021-ci illər üzrə mənbələri göstərilməklə gəlirin və xərcin açılışı, o cümlədən alınmış malların alış sənədləri qeyd edilməklə mədaxili və həmin malların satış sənədləri qeyd edilməklə məxarici, göstərilmiş xidmətlərin adlı siyahısı, qeyri-rezidentə ödənilmiş vəsaitə uyğun olaraq iş və xidmətlərin adları və hər bir əməliyyat üzrə ödəmə tarixi qeyd olunmaqla işin, xidmətin dəyərinin ödənilməsi barədə məlumatların iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar