Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3647/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ceyhun Bəşir oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh X1rşı “hüquq pozuntularının müəyyən edilməsi və sair tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11721/2023 nömrəli iş üzrə xx.xx.2023cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2022-ci il sentyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul şöbəsində onun qutuya ərizə atmasının müşahidə kamerası vasitəsilə qeydə alınan görüntüsünün əldə olunmasına və hər 2 ərizənin kargüzarlıqda qəbulu zamanı aparılan ilkin qeydiyyatlarının üzə çıxarılaraq, bu müraciətin qanuna zidd olaraq imtina edilməsi/gizli saxlanılması faktının aşkarlanmasına və eyni zamanda müraciətlərinə verilən qeyri-adekvat məzmunlu cavabların inzibati qaydada araşdırılaraq hüquq pozuntusunun təsbit edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11721/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasia şikayəti verərək, həmin qərardadın ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin iş apellyasiya icraatına daxil olduqdan sonra, iddiaçı məhkəməyə ərizə təqdim edərək və apellyasiya şikayətindən imtina etdiyini bildirərək icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ərizəsini müdafiə etdiyini və apellyasiya şikayətinin geri qaytarılmasını və şikayət üzrə icraata xitam verilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi etirazı olmadığını bildirmişdir. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının ərizəsi təmin olunmalı, apellyasiya şikayəti geri qaytarılmalı, şikayət üzrə icraata xitam verilməlidir. Belə ki, İPM-in 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi, apellyasiya şikayətini geri götürmək işdə iştirak edən şəxslərin qanunla müəyyən edilən hüququdur və konkret halda cavabdehin apellyasiya şikayətini geri götürməsi, hər iki tərəfin qarşılıqlı mənafeyinə uyğundur və üçüncü şəxslərin hüquqlarını pozmur. İddiaçıya izah edilir ki, İPM-in 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. İPM-in 86.4-cü maddəsindən isə görünür ki, şikayətin geri götürüldüyü hallarda, həmin şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edilir. Beləliklə də qeyd edilənlərə əsasən və İPM-in 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayətini geri görürməsi barədə ərizəsi təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11721/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadından verdiyi apellyasiya şikayəti geri qaytarılsın. Şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-3647/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3647/2024
24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver