Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3649/2024 17.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı iş üzrə (Açar sözlər: kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsi; apellyasiya şikayətinin mümkün sayılmaması) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızından və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı və Maraqlı şəxs nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2-1(112)- 8116/2022 saylı qərarından Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2-1(112)-8116/2022 saylı qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi, 8 saylı evin 1 otaqlı, yaşayış sahəsi 21,42 kv. metr, ümumi sahəsi 24,63 kv. metr olan 531 saylı mənzilinə dair İddiaçı ilə daimi kirayə müqaviləsinin bağlanması üçün sərəncam qəbul edilməsi öhdəliyinin cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan Maraqlı şəxs apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi K.Rəsulova apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Maraqlı şəxs Bakı İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2-1(112)-8116/2022 saylı qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. - 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdir. İş materiallarından görünür ki, Maraqlı şəxs iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmamışdır. Beləliklə, Maraqlı şəxs hazırki inzibati iş üzrə ümumiyyətlə tərəf olmamaqla, mübahisələndirilən qərarla onun üzərinə hər hansı öhdəlik qoyulmamışdır, bu halda birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar Maraqlı şəxs qanunla qorunan maraqlarına toxunmur, habelə onun tələbinin təmin olunmama halı mövcud deyildir. Odur ki, Məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya mümkün sayılmamalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Maraqlı şəxs Bakı İnzibati Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2-1(112)-8116/2022 saylı qərarından verdiyi apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-3649/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3649/2024
17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver