Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3649/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Sosial Ödənişlərin X1rşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Nəbizadə Nigar Xeyrulla qızı və X3 ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Sosial Ödənişlərin X1rşı “qərarın ləğv edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2-1(112)-4624/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X1rşı xx.xx.1971-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək Zəngilan şəhər 1 nömrəli məktəbdə olan əmək fəaliyyətinin sosial sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2010-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli, № 3-17- 1/2-M-203019/2024 saylı məktubla bildirilmişdir ki, ilkin pensiya təyinatı zamanı xx.xx.1971-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan Zəngilan şəhər 1 nömrəli məktəbdə olan əmək fəaliyyəti şahidçilik aktı əsasında sığorta stajında nəzərə alınmışdır. Bu səbəbdən sözügedən dövrlərin şahidçilik aktı əsasında sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyası məbləğində xx.xx.2021-ci il tarixindən (xx.xx.2024-cü il tarixli müraciətindən 3 il əvvələ) xx.xx.2024-cü il tarixinədək artıq ödəmə müəyyən olunmuşdur. xx.xx.1971-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək Zəngilan şəhər 1 nömrəli məktəbdə əmək fəaliyyəti dövrü məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında öz təsdiqini tapdıqdan sonra təkrar müraciəti əsasında həmin dövrün sığorta stajına daxil edilməsinə baxıla bilər. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli, № 3-17-1/2- M217171/2024 saylı məktubla bildirilmişdir ki, əmək pensiyasının məbləğində "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tərixinədək 1560,66 manat artıq ödəmə aşkar edilmiş və həmin vəsaitin geri qaytarılması zərurəti yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, 1560,66 manat məbləğində təşkil edən artıq ödənilmiş vəsaitin qanunvericiliyə uyğun olaraq onun razılığı ilə əmək pensiyasından hər ay tutularaq bərpa olunması üçün Fondun müvafiq regional filialına və ya “DOST” Mərkəzlərinə yaxınlaşaraq ərizə ilə müraciət etməsi və yaxud həmin vəsaiti aşağıdakı rekvizitlərlə Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialın hesabına bərpa etməsi xahiş edilmişdir. Eyni zamanda, iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Elm və Təhsil nazirliyinin X6 Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, № 3-29-33/2-М150-1/2024 saylı məktubundan müəyyən olunur ki, o, həqiqətən 1971-ci ildən 1993-cü il tarixədək (Zəngilan rayonunun işğalınadək) Zəngilan şəhər 1 saylı məktəbdə rus dili müəllimi vəzifəsində çalışmış və 1993-cü ildən 16 fevral 2016-cı il tarixədək məcburi işsiz kimi orta aylıq əmək haqqı almışdır. Hesab edir ki, cavabdeh inzibati orqanın mövqeyi yanlışdır və onun konstitusion hüquqlarını pozur.
3. Sonradan iddiaçının nümayəndəsi-vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması və ona ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2-1(112)-4624/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı X7 həvalə edilməsi qərara alınmışdır.
6. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
7. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi K.Mikayılov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
10. Cavabdeh tərəfindən iddiaçıya “Yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” 24 avqust 2024-cü il tarixli, 3-17-1/2-M-203019/2024 nömrəli məktub ünvanlanmışdır.
11. İddiaçı tərəfindən iş materiallarına əmək kitabçasının surəti və işləməsinə dair arayışlar əlavə edilmişdir.
12. Məhkəmənin sorğusuna əsasən 23 yanvar 2025-ci il tarixli, 3-17-1/2-14234/2025 nömrəli məktubla iddiaçının pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
13. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi X6 Təhsil İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-29-33/2-195/2025 nömrəli məktubla bildirilmişdir ki, aparılmış araşdırma nəticəsində İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan Zəngilan şəhər 1 nömrəli məktəbdə rus dili müəllimi vəzifəsində çalışdığı illərə dair yalnız Zəngilan Rayon Təhsil Şöbəsinin 1993-cü il üzrə tarifləşmə cədvəli sənədinin mövcud olduğu, bu vəziyyətin qeyd edilən tarixdə işğal dönəmi ilə əlaqədar sənədlərə əlçatanlığın mümkün olmaması ilə izah olunduğu müəyyən edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
14. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
15. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
16. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarında (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)- 531/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2- 1(102)-2146/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)- 2132/2023 nömrəli qərarları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur.
17. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda qeyd edilir ki, iddiaçıya xx.xx.2010-cu il tarixdə ilkin pensiya təyinatı zamanı xx.xx.1971-ci il tarixdən xx.xx.1993cü il tarixədək olan Zəngilan şəhər 1 nömrəli məktəbdə olan əmək fəaliyyəti şahidçilik aktı əsasında sığorta stajında nəzərə alınmışdır. Halbuki, həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb.
18. Kassasiya instansiyası məhkəməsinin sözügedən qəbildən olan işlər üzrə mövqeyi ondan ibarətdir ki: ““Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Hazırki iş üzrə iddiaçıya məxsus əmək kitabçası işğal zonasında qaldığından və bu sənədin bərpa edilməsi mümkün olmadığından şahid ifadələrindən istifadə etməklə kitabçanın doldurulması qanuni qəbul edilməlidir. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-195/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-652/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)- 1115/2023 nömrəli qərarları).
19. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir.
14. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
20. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hazırki iş üzrə iddiaçıya məxsus əmək kitabçası işğal zonasında qaldığından və bu sənədin bərpa edilməsi mümkün olmadığından şahid ifadələrindən istifadə etməklə kitabçanın doldurulması qanuni qəbul edilməli və sözügedən illərin iddiaçının sığorta stajına daxil edilməməsi ilə bağlı cavabdehin dəlili və bununla bağlı qəbul etdiyi qərar (inzibati akt) qanunsuz və əsassız hesab edilməlidir. 21.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 22.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 23.Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2-1(112)-4624/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Nigar Nəbizadə Emin Əliyev