Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3654/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Məmmədov Ceyhun Bəşir oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının, onun nümayəndəsi Vəkil1 Müşviq oğlunun və cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunması tələbinə dair" Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8341/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı iddia ərizəsi, daha sonra iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru X2 tərəfindən verilmiş “Səbail RMl-nin polis nəfərləri, polis serjantları Elşad və İddiaçıların DlO-da xidmətdən xaric edilmələri barədə” 23 iyul 2022-ci il tarixli Ə234-038-22 saylı əmrin İddiaçı DİO-da xidmətdən xaric edilməsinə dair olan 2-ci bəndinin ləğv edilməsi və polis serjantı İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Mühafizə İdarəsinə polis nəfəri qismində xidmətə bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: «…27 iyul 2022-ci il tarixdə heç bir hüquqi əsas olmadan Baş Mühafizə İdarəsinin rəisi X1 27 iyul 2022-ci il tarixli Ə1065Ş/H-038-22 saylı əmri ilə Bakı Şəhəri Səbail rayonu Mühafizə İdarəsinin polis nəfəri vəzifəsindən xaric edilmişdir. Sözügedən əmr “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamən”in 135-ci maddəsinin 9-cu bəndinə istinad edilərək qəbul edilmişdir. Lakin 27 iyul 2022-ci il tarixli əmrdə hansı hüquqazidd hərəkətləri nəticəsində onun xidmətə xitam verməkləri barədə heç bir məlumat qeyd ediməmişdir, inzibati (daxili) araşdırma aparılmamışdır və bunun nəticəsində həmin əmr Azərbaycan Respublikasının qanunvericiliyə zidd olaraq qəbul edilmişdir …» Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən buraxılmış iddia müddəti bərpa edilmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «… İddiaçı xx.xx.2008-ci il tarixdən DİN BMİ-nə xidmətə qəbul edilmişdir. Xidmətdə olduğu dövrdə “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”ni pozduğuna görə iki dəfə intizam məsuliyyətinə cəlb edilmişdir. Belə ki, xidməti fəaliyyət zamanı yol verdiyi nöqsanlara görə xx.xx.2015-ci il tarixli, 15 nömrəli əmrlə “xəbərdarlıq”, xx.xx.2018-ci il tarixli, 98 nömrəli əmrlə ona “töhmət” elan edilmişdir. xx.xx.2022-ci il tarixdə sabiq polis serjantı Elşad Qasımov qardaşı İddiaçı arasında əmlak mübahisəsi ilə bağlı münaqişə yaranmış, münaqişə zamanı Elşad Qasımov İddiaçı evinin pəncərələrini sındırmış, cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etmədən dalaşaraq bir-birlərinin ünvanlarına nalayiq ifadələr işlətmişdirlər. İddiaçının daha sonra “102” xidmətinə müraciəti əsasında faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində aparılan araşdırma zamanı yazılı izahatları alınmış, bu barədə xidmət etdikləri hissə rəhbərliyinə və tabeliyində olduqları komandir heyətinə məlumat verməmişlər. Araşdırma zamanı iddiaçının atasının xx.xx.2020-ci il tarixdə vəfat etməsi ilə bağlı anket məlumatlarını yeniləmədikləri müəyyən edilmişdir. Xidmətdə mənfi xarakterizə olunan və məsuliyyətdən yayınmaq məqsədilə yoxlama prosesində qeyri-səmimi mövqe tutan polis serjantı barəsində daxili işlər orqanlarından xidmətdən xaric olunmaları barədə vəsatət qaldırılmışdır. Cavabdeh Ə234-038-22 saylı xx.xx.2022-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən polis əməkdaşları adına ləkə gətirən hərəkətə yol verdiyinə görə xidmətdən xaric edilmişdir…» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8341/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir və məhkəmə icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Azərbaycan Respublikasının “Polis haqqında” Qanununun 33-cü maddəsinə əsasən, Polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: 1) xidmət apararkən hüquqa zidd hərəkət etdikdə; 2) xidmət və icra intizamını pozduqda; 3) polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə. 4) “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda). Polis əməkdaşına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 1) məzəmmət; 2) töhmət; 3) şiddətli töhmət; 4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; 6) xüsusi rütbənin bir pillə aşağı salınması; 7) xidmətdən xaric edilmə. Məhkəmə aşağıda qeyd edilən məsələləri, İddiaçının nümayəndəsinin yazılı vəsatətlərinə baxmayaraq, araşdırmamışdır: 1) İddiaçı tərəfindən hansı hüquqazidd əməl törədilmişdir. 2) Həmin hüququzidd əməli mövculuğunu təsdiq edən subutların Cavabdehdən tələb edilməsi (sübutetmə vəzifəsi İXM-nin 14-cü maddəsinə əsasən Cavabdeyə aiddir) ediləmsi. 3) Ehtimal olan və sübut edilən hüququzidd əməl İddiaçının DİO-dan xariç edilməsi üçün hüquqi əsasın mötəbərliyi. 4) Ehtimal olunan və sübut edilmiş hüququzidd əməl üçün qanunvericilikdə (Polis haqqında AR Qanununun 33-cü maddəsi) digər, alternativ cəza mövcuddurmu və iddiaçının DİO-dan xaric edilməsi onun ehtimal edilən əməlinə uyğunluğu. Məhkəmə tərəfindən iddiaçının hüquqazidd əməli müəyyən edilməmişdir, həmin hüquqazidd əməli təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, ehtimal edilən hüquqa zidd əməl üzrə verilmiş cəzanın məqsədəuyğunluğu yoxlanılmamışdır. İddiaçının ehtimal edilən hüquqazidd əməlinin tərkibini və mövcudluğunu təsdiq edən sübutların olmamasına baxamayaraq, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə öz qərarını kifayət qədər əsaslandırmamışdır. Belə ki, Məhkəmə tərəfindən iddiaçının hüquqazidd əməli müəyyən edilməmişdir, həmin hüquqazidd əməli təsdiq edən sübutlar cavabdeh tərəfindən Məhkəməyə təqdim edilməmişdir, ehtimal edilən hüquqazidd əməl üzrə verilmiş cəzanın məqsədəuyğunluğu yoxlanılmamışdır...» Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı tərəfindən daxili işlər orqanlarının əməkdaşının adına xələl gətirən hərəktlərə yol verdiyi üçün onun «Daxili işlər orqanlarında xidmətkeçmə haqqında» Əsasnamənin 135-ci maddəsiin 9-cu bəndinə əsasən xidmətdən xaric edilməsinin əsaslı olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh orqan tərəfindən mübahisələndirilən əmrin qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Səbail Mühfizə İdarəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi əsas məzuniyyətə buraxılmış, idarənin əmri ilə xx.xx.2022-ci il tarixdə məzuniyyətdən geri çaırılmış, xx.xx.2022-ci il tarixdə məzuniyyətin qalan hissəsinə buraxılmış, daha sonra, xx.xx.2022-ci il tarixli əmrlə enidən məzuniyyətin qalan hissəsindən geri çağrılmışdır. Səbail Mühafizə İdarəsinin 03.fevral 2023-cü il tarixli arayışna əsasən isə müəyyən olunur ki, idarənin polis nəfəri İddiaçı xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində qardaşı E.Qasımovla münaqişəli vəziyyət yaradaraq dalaşmış və ona bədən xəsarəti yetirmiş, 102 xidmətinə hadisə barədə məlumat vermiş, lakin bu barədə xidmət etdiyi hissənin rəhbərliyinə və tabeliyində olduğu komandir heyətinə məruzə etməmiş, bundan başqa atasının vəfat etməsi ilə bağlı anket məlumatlarını yeniləməməmiş, bütün bu qeyri səmimi hərəkətləri nəzərə alınaraq, xidmətdən xaric edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Eyni zamanda, cavabdeh Baş Mühafizə İdarəsinin işə əlavə olunmuş, “Səbail RMİnin polis nəfərləri, polis serjantları Elşad və İddiaçıların barələrində aparılmış xidməti yoxlamaların nəticəsinə dair” xx.xx.2022-ci il tarixli rəyindən görünür ki: «…iddiaçının daxili işlər orqanlarının əməkdaşı adını uca tutmalı, davranışı ilə digərlərinə nümunə olmalı, vətəndaşların hüquqlarını qorumalı və hər kəsi hüquqa zidd əməllərdən müdafiə etməli olduğu halda, cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalanna riayət etməyərək xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində qardaşı E.Qasımovla münaqişəli vəziyyət yaradaraq dalaşdığına və ona bədən xəsarəti yetirdiyinə, Səbail RPİ-nin 8-ci PB də aparılan araşdırma zamanı yazılı izahat verməsi barədə xidmət etdiyi hissənin rəhbərliyinə və tabeliyində olduğu komandir heyətinə məruzə etmədiyinə, atasının vəfat etməsi ilə bağlı anket məlumatlarını yeniləmədiyinə, eləcə də yoxlama prosesində qeyri səmimi mövqe tutduğuna, habelə xidmətdə mənfi xarakterizə olunduğuna, həmin hərəkətləri ilə «Daxili işlər orqanlan əməkdaşlarının etik davranış Kodeksi»nin 1, 2, 3, 12, 15, 16, 17 və 22-ci maddələrinin, «Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam Nizamnaməsinin 3.1, 3.2, 3.9 və 60-cı bəndlərinin tələblərini kobud surətdə pozduğuna, bununla da daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə Səbail Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı İddiaçı xidmət etdiyi hissənin sıravi və kiçik rəis heyətinin yığıncağının qərarı da nəzərə alınmaqla ciddi intizam tənbehinə cəlb olunmasına layiq olması barədə barədə rəy verilmişdir.» Cavabdehin işə əlavə olunan mübahisələndirilən Səbail Rayon Mühafizə İdarəsinin “İdarənin polis nəfəri, polis serjantı İddiaçı inzitam tənbehinə cəlb olunması barədə” xx.xx.2015-ci il tarixli 15 №-li əmrinin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı İ.Qasmovun: - ailəsinin, o cümlədən, uşaqlarının qayğısına qalmaq əvəzinə ailə-məişət qaydalarına riayət etmədiyi, - ailəsində münaqişəli vəziyyət yaratmaqla həyat yoldaşı və qayınatası tərəfindən polis orqanlarına şikayət etməsinə şərait yaratdığı, - ailə-məişət normalarına riayət etməyənək qardaşı ilə dalşıb bir-birinə müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiyi, - 102 xidmətinə müraciət edərək münaqişə barədə məlumat veridiyi; - qeyd olunanlar barədə xidmət etdiyi hissə rəhbərliyi və tabeliyində olduğu komandir heyətinə məlumat vermədiyi - bununla bağlı həm də barəsində aparılmış xidməti araşdırma zamanı həmçinin, atasının xx.xx.2020-ci il tarixdə vəfat etməsi ilə bağlı anket məlumatlarını yeniləmədiyi, - araşdırma zamanı qeyri-səmimi mövqe tutduğu – bununla da, Azərbaycan Respublikasının daxili işlər orqanlarının İntizam Nizamnaməsi»nin 3.1; 3.2; 3.9 və 60-cı bəndlərinin tələblərini kobud surətdə pozaraq daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gtirdiyinə görə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İddiaçının Baş Mühafizə İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən də görünür ki, xx.xx.2022-ci il tarixdə məzuniyyətdə olduğu vaxtda qardaşı (Elşad) ilə aralarında münaqişə olduğunu və bu barədə 102 xidmətinə məlumat verdiyini etiraf edərək, etdiyi həmin hərəkətə görə peşmançılıq hissi çəkdiyini bildirmişdir. Qeyd olunmalıdır ki, iş materitalları üzrə Səbail Rayon Mühafizə İdarəsinin xx.xx.2018-ci il tarixli, 98 №-li əmrinin təsdiq olunmuş surətinə əsasən müəyyən olunur ki, iddiaçının əvvəllər də etik davranış qaydalarını pozan hərəkətləri mövcud olmuş, vətəndaşla ünsiyyətdə diqqətli və nəzakətli olmaq, səbir və təmkin nümayiş etdirmək əvəzinə, mübahisəli şərait yaratdığına, baş vermiş yol nəqliyyat hadisəsi barəsində keçirilən xidməti təhqiqatla bağlı idarə rəhbərliyinə vaxtında məlumat verməməklə məsuliyyətdən yayınmağa çalışdığına, bununla da DİN-in xx.xx.2001-ci il tarixli 212 nömrəli əmri ilə təsdiq edilmiş “PPX Nizamnaməsi”nin və xx.xx.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin tələblərini pozduğuna görə, ona “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 114-cü maddəsinin 2-ci bəndinə əsasən ona “Töhmət” elan edilmişdir. Tədqiq olunan sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, iddiaçının qeyd olunan hərəkətləri onun polis əməkdaşı aldına xələl gətirən hərəkətlər kimi qiymətləndirilərək, kobud intizam pozuntusuna yol verdiyi üçün «Polis orqanlarında xidmətkeçmə haqqında» Əsasnamənin 135-ci maddəsinin 9-cu hissəsinə əsasən xidmətdən xaric edilmişdir. Qanunvericiliyin aşağıda qeyd olunan tələbəlrindən də görünür ki, cavabdeh həmin əmri qəbul etməkdə haqlıdır. “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”inə əsasən polis əməkdaşı:
1. Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır.
2. Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər.
3. Dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır. Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir. ...” 6-1. Xidməti vəzifələrin icrası ilə bir araya sığmayan və polis əməkdaşı adına xələl gətirə biləcək, habelə xidmət keçdiyi və başqa dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir(3-cü abz). Maddə 6-2. Fəaliyyətini səmərəli, ictimai maraqlara uyğun, habelə cəmiyyətdə polis əməkdaşına olan etimadın artırılması məqsədləri üzərində qurmalıdır.
11. ... Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, şərəf və ləyaqəti alçaldan, eləcə də ertəsi gün xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır(2-ci cümlə).
12. Cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməli, ailəsinin, o cümlədən, uşaqlarının və valideynlərinin qayğısına qalmalı, nigahda sədaqətli olmalı, qadın-kişi münasibətlərində riyakarlığa və pozğunluğa yol verməməli, başqalarını da buna sövq etməməlidir. ...;
15. Yaşayış yeri və anket məlumatlarında dəyişikliklər baş verdikdə, dərhal bu barədə xidmət etdiyi orqanın rəisini məlumatlandırmalıdır. Müəyyən edilmiş qaydada icazə almadan yaşadığı (işlədiyi) inzibati rayonu tərk etməməli, məzuniyyətə çıxarkən məzuniyyətini keçirəcəyi yeri bildirməlidir. ...; 17.Müxtəlif məsələlərlə bağlı keçirilən xidməti təhqiqat və ya yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir. ...; Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir.
“ Polis haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə polis əməkdaşı intizam məsuliyyətinə cəlb edilir. Həmin maddənin 2-ci hissəsinin 7-ci bəndinə, habelə, həmin Qanunun 34-cü maddəsinin 1-ci hissəsinin 9-cu bəndinə əsasən polis əməkdaşına “xidmətdən xaric edilmə” intizam tənbehi tətbiq edilə bilər. Həmin (34) maddənin 3-cü hissəsinə əsasən polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 114-cü maddəsinin birinci hissəsinin 7-ci bəndinə əsasən xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına - xidmətdən xaric edilmə intizam tənbehləri tətbiq edilə bilər. Həmin Əsasnamənin 120-ci maddəsinə əsasən intizam tənbehi xidməti intizam qaydalarının pozulması məlum olan gündən on gün ərzində verilir. Xidməti yoxlama keçirildiyi və ya cinayət işi başlandığı halda isə onun başa çatdırıldığı gündən bir aydan gec olmayan müddətdə verilməlidir. Təqsirkarın xəstəliyi və məzuniyyətdə olduğu müddət nəzərə alınmır... Həmin Qanunun 135-ci maddəsinə əsasən daxili işlər orqanlarının əməkdaşı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər: Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, daxili işlər orqanları əməkdaşı etik davranış qaydalarını pozduqda, o cümlədən, onun daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etməsi - intizam qaydasında məsuliyyətə cəlb edilərək xidməti araşdırmanın nəticələrinə görə xidmətdən xaric edilə bilər Konkret halda da, işin tədqiq olunan sübutlarla müəyyən olunan hallarından göründüyü kimi, iddiaçının polis əməkdaşının adına ləkə gətirən hərəkətlərə yol verdiyi, o cümlədən, qardaşı ilə rüsvayçı şəkildə dalaşaraq bir-birinə xəsarət yetirməsi, həm də bu zaman onun 102 xidmətinə zəng etməsi və bu barədə öz rəhbərliyinə belə məlumat verməməsi, kobud intizam pozuntusu olduğu sübuta yetirilir. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə hesab edir ki, cavabdehin mübahisələndirilən əmri ilə iddiaçının xidmətdən xaric edilməsi qanuni və əsaslıdır. Belə olan halda həmin əmr onun hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati akt, inzibati və maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməsi ilə qəbul edildiyi halda qanunsuz sayılır. İPM-in 70.1-ci maddəsinin mənasından isə görünür ki, inzibati akt o halda ləğv oluna bilər ki, qanuna zidd olduğu sübuta yetirilsin. Beləliklə də, mübahisələndirilən əmrinin ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mahiyyəti üzrə düzgün olan nəticəyə gəlmişdir. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasyia şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsaslandırılmadığını, qanunsuz olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8341/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8341/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.