Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3655/2023 16.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinat X8na qarşı “güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1699/2023 nömrəli, 24 iyun 2023-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin Xüsusi Şərtlərlə Təyinat X8na qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2009-cu il tarixdən hazırkı vaxtadək "xxxx" MMC-nin uçuş dəstəsinin İL-76 hava gəmisi üzrə uçuş istehsalat qrupunun İL-76 tipli hava gəmisinin bortoperatoru vəzifəsində işləyir. Uçuş saatlarının sayı xx.xx.2022-ci il tarixə 5.628 saat 24 dəqiqə təşkil edir. Onun ümumi əmək fəaliyyəti xx.xx.2001-ci ildən başlayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarının 21.3-cü maddəsinə əsasən hava gəmilərinin bort operatorları güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər. Buna əsasən iddiaçı güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin DSMF-nun Xüsusi Şərtlərlə Təyinat X8 xx.xx.2022-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən və ona güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmiş, bunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 231 nömrəli qərarı ilə təsdiqlənmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nda bortoperator vəzifəsinin nəzərdə tutulmaması ilə əsaslandırmışdır. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 231 saylı Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuşsınaq heyətlərində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”na istinad edərək bildirir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3- cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri). Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarının “Mülki aviasiya” adlanan 23.1-ci maddəsinə əsasən hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçıbortoperator güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən peşələrin, vəzifələrin siyasına daxil edilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qrar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsinin əsasları kimi xx.xx.2007- ci il tarixindən ümumi əmək fəaliyyətinə başladığını, xx.xx.2009cu il tarixindən hazırki vaxtadək isə "xxxx" MMC-nin uçuş dəstəsinin İL-76 hava gəmisi üzrə uçuş istehsalat qrupunun İL-776 tipli hava gəmisinin bortoperatoru vəzifəsində çalışdığını qeyd edir. Həmçinin bildirir ki, uçuş saatlarının sayı xx.xx.2022-ci il tarixə 5.628 saat 24 dəqiqə təşkil edir. İddiaçı daha əvvəl ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh quruma müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubla İddiaçı 10 dekabr 2001-ci il tarixdə tərtib olunmuş əmək kitabçasına və əlavə olunmuş sənədlərə əsasən onun xx.xx.2009-cu il tarixindən bugünədək adıçəkilən müəssisənin Uçuş dəstəsində işlədiyi bortoperator vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli qərarı ilə təsdiqlənmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları”nda nəzərdə tutulmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” AR Qanunun 9.3-ci maddəsinə əsasən Mülki aviasiya uçuş və uçuşsınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx.xx.1979-cu il tarixində doğulmuşdur və hazırda 43 yaşı vardır. Yuxarıda qeyd olunmuş normanın tələbindən görünür ki, yaş həddi 15 il azaldılmalıdır. Buna görə də iddiaçıya münasibətdə yaş həddi 50 olacaqdır. Belə ki, iddiaçının müraciət etdiyi tarixdə kişilər üçün pensiya yaşı 65 yaş müəyyən olunmuş və bu da 15 il azalaraq 50 yaşla məhdudlaşmışdır. Həmçinin, həmin Qanunun 22.3-cü maddəsinə əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il 231 №li qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydalan"nın 3.2-ci bəndinə əsasən avia-kimyəvi işlərdə, aerofotoçəkilişlərdə, keşikçəkmə, atmosferi zondla tədqiqetmə zamanı və digər xüsusi xarakterli iş növlərində vertolyotların sıravi ekipaj üzvləri, təyyarələrin sıravi ekipaj üzvləri, habelə komanda-uçuş, inspektor, təlimatçı heyətlərinin üzvləri və uçuş heyətində digər mütəxəssislər üçün ümumi sığorta stajı - uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 10-a, alınan nəticə isə 12 aya bölünür. İş materiallarına əlavə olunmuş Silk Way Aviaşirkəti” MMC-nin iddiaçıya dair 13 may 2022-ci il tarixli 75-22/HR/SWA nömrəli arayışında qeyd olunmuş xx.xx.2009-cu il tarixinədən hal-hazıradək adıçəkilən müəssisənin uçuş dəstəsində işlədiyi bortoperator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il 231 №li qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaların"nda nəzərdə tutulmamışdır. Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçının işlədiyi vəzifə (bortoperator) Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il 231 №li qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya ucus və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları"nda güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin sırasında göstərilməmişdir. İş materiallarına əlavə olunmuş iddiaçının güzəştli iş stajını təsdiq edən arayışda 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarın 21.3-cü maddəsinə istinad olunmuşdur. Ancaq qanunvericiliyə nəzər saldıqda aydın olur ki, müvafiq icra hakimiyyəti orqanının qərarı Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə şamil edilir. Yəni iddiaçıya münasibətdə qanunun 9.3-cü maddəsi tətbiq olunmalıdır ki, qanunun həmin hissəsinə də yuxarıda sadalanmış müvafiq icra həmiyyəti orqanının qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il 231 №li qərar) tətbiq olunur. Bu səbəbdən ddiaçı qanunverciliyin tələblərinə cavab vermədiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin olunması mümkün deyildir. Yuxanda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan islərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də, iddiaçının çalışdığı vəzifənin güzəştli is stajı verən vəzifələrin siyahısında nəzərdə tutulmadığı ücün ona güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, İddiaçı xx.xx.2021-ci il tarixdən (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququnun yarandığı vaxtdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı öhdəliyin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X8na həvalə olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1699/2023 nömrəli, 24 iyun 2023-ci il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin ona dair 13 may 2022-ci il tarixli 75- 22/HR/SWA nömrəli arayışında qeyd olunmuş xx.xx.2009-cu il tarixindən bugünədək adıçəkilən müəssisənin Uçuş dəstəsində işlədiyi bortoperator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiqlənmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nda nəzərdə tutulmamışdır. Eyni zamanda, sözügedən məktubda bort operatorlarının Qanunun 9.3-cü maddəsinə və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarına deyil, Qanunun 9.1-ci maddəsinə əsaslanaraq Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq siyahıya uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olduqları göstərilib. Bununla əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə tərəflərindən aidiyyəti üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və "xxxx" MMC-yə sorğular ünvanlanıb. Cavab olaraq uçuş heyəti üzvü və heyət üzvü anlayışlarının fərqli mənalara malik olduğu, bort operatorların hava gəmisinin idarə edilməsi ilə məşğul olmadıqları və buna görə də uçuş heyəti üzvləri hesab edilmədikləri bildirilib. Həmçinin “Silkway Aviaşirkəti" MMC-nin Mərkəzi Filiala ünvanladığı xx.xx.2022-ci il tarixli 753- ÇS/SWA/FD nömrəli məktubunda hesab edir ki, hava gəmilərinin bort operatorları ( geniş anlamda) aviasiya personalına daxildir. Lakin, “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.14-cü maddəsinə əsasən hava gəmisinin ekipajına daxildir. Qeyd edilən ekipaj (uçuş heyəti) isə, öz növbəsində, iki tərkib hissədən ibarətdir: 1. Kabina heyəti (pilotlar, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri) 2. Salon heyəti (bort bələdçiləri, stüard və stüardessalar, və s.) Vəzifələrinə aid tələblərə uyğun olaraq bort operatorlar aidiyyəti treninqlərdə iştirak edərək müvafiq sertifikatlara malik olmalıdırlar. Sözügedən sertifikatlara malik olan bort operatorlar yükləmə operasiyaları zamanı hava gəmilərinin mürəkkəb texniki qurğularından istifadə edilməsinə buraxılırlar. Bu tələblər yüklərin daşınması üçün nəzərdə tutulan mülki hava gəmilərinin istənilən növü üçün eynidir və bort operatorlar tərəfindən həyata keçirilən işlərin mürəkkəbliyi və bununla bağlı məsuliyyət, onların fəaliyyəti ilə bağlı mövcud yüksək milli və beynəlxalq tələblər, hava gəmilərinin idarə olunmasında dolayısı ilə iştirak edilməsi məsələləri bort operatorların “digər uçuş mütəxəssisləri" sırasına daxil olmalarını labüdləşdirir. Belə ki, "xxxx" MMC-nin direktoru X5 Filiala göndərdiyi məktubun məzmunundan da göründüyü kimi, bort operator vəzifəsi uçuş heyəti ekipajı siyahısında göstərilməyib və “digər uçuş mütəxəssisləri” sırasına daxil olduğunu yox, daxil olmasının labüd hesab edildiyi qeyd olunur. Həmçinin, Məhkəmənin rəsmi sorğusuna cavab olaraq həmin qurumun İnsan resursları şöbəsinin rəisi Nərgiz Əsədova bort operator vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malik olduğunu qeyd edir. Bundan başqa, bort operatorların treninqlərdə iştirak edərək müvafiq sertifikatlara malik olması qeyd edilir, lakin İddiaçı tərəfindən birinci intansiya məhkəməsində heç bir sertifikat təqdim edilməmişdir. Göründüyü kimi, "xxxx" MMC-nin iki məsul şəxsi tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixində və məhkəmə gedişində fərqli məzmunda arayış təqdim etməsi şübhə doğurur və birinci instansiya məhkəməsi qərar qəbul edərkən bu hissəni araşdırmamış və heç bir münasibət bildirməmişdir. Belə ki, həmin Təlimat ilə istehsalçı tərəfindən müəyyən olunmuş tələblər nəzərə alınmaqla "xxxx" MMC tərəfindən istismar olunan “İL 76" tipli hava gəmilərinin uçuş heyətinə (ekipajına), o cümlədən “hava gəmisinin bort operatoru" vəzifəsi daxil olunduğu göstərilmişdir. Bununla bağlı bildirirlər ki, qeyd olunan Təlimat normativ hüquqi akt deyil, texniki normativ hüquqi aktdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı isə normativ hüquqi aktdır və texniki normativ hüquqi aktdan daha üstündür. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -9.1.-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -xx.xx.2022-ci il tarixə qədər qüvvədə olmuş həmin Qanunun 9.3-cü maddəsinə əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır. -22.3-cü maddəsinə əsasən, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 231 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı ilə mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydalarının: -1-ci bəndinə əsasən, bu Qaydalar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanına əsasən hazırlanmışdır və mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması mexanizmini müəyyən edir. -2.1-ci bəndinə əsasən, hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər. -3-cü bəndinə əsasən, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: -3.1-ci bəndinə əsasən təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarına nəzər salaraq ilk öncə diqqətə çatdırır ki, iddiaçı hazırda ona xx.xx.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini tələb etdiyindən “Əmək pensiyaları haqqında” Qanunun həmin dövrdə qüvvədə olan 9.3-cü maddəsinin tələblərinə əsasən iddiaçının mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə azı 25 il stajı və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı olmalıdır. Cavabdeh inzibati orqan imtinasında, iddia tələbinə etirazında, eyni zamanda apellyasiya şikayətinin dəlillərində iddiaçının işlədiyi bortoperator vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli qərarı ilə təsdiqlənmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları”nda nəzərdə tutulmamasına istinad etmiş, eyni əsasla da iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Hazırki işdə mübahisə iddiaçının tutduğu bortoperator vəzifəsinin “mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrə” və ya "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 21.3-cü bəndinin 9-cu hissəsinə əsasən hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bortoperatora aid olması ilə bağlıdır. Belə ki, həmin Qərarın qeyd edilən bəndinin 7-ci hissəsində hava hərəkətini idarə edən işçilərin hava gəmilərinin uçuşlarının idarə edilməsi və mühəndis-texniki heyətə daxil olan işçilərin hava gəmilərinə xidmət üzrə iş stajlarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində göstərilən işlər də aid edilməsinə dair qeyd vardır. İddiaçının müraciəti üzrə aparılmış inzibati icraat materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.2009-cu ildən hazıradək "xxxx" Aviaşirkətində yükdaşıma növlü İL-76 HG-nin bortoperatoru işləyir. Arayış əmək və uçuş kitabçaları əsasında, Azərbaycan Respublikası uçuş heyətinin təqaüdə çıxması barədə qanuna uyğun olaraq tərtib olunub, vəzifəli şəxslərin imzaları və möhürləri ilə təsdiq olunmuşdur. İddiaçı ucuş işində xidməti illərinə görə xx.xx.2022-ci il tarixinədək 5628 saat 24 dəqiqə olmaqla (beş min aitı yüz iyirmi səkkiz saat iyirmi dörd dəqiqə) sığorta stajı, 26 il təyin olunmuşdur. Arayış "xxxx" MMC-nin direktoru, Həmkarlar Komitəsinin sədri və İnsan Resursları idarəsinin Əmək mübahisələrinin İdarəetmə şöbəsinin rəisi tərfindən imza və möhürlə təsdiq edilmişdir. İddiaçının işlədiyi bortoperator vəzifəsinin əmək funksiyaları və onların uçuş heyətinə aid olub-olmaması barədə məlumatların təqdim edilməsi barədə "xxxx" MMC-yə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, xx.xx.1985-ci ildə qüvvəyə minmiş İL-76 T (TD) X10 Təlimatının ikinci nəşrinin 1.1-ci bəndinin – “Təyyarə haqqında qısa məlumat”, ikinci yarımbəndinin redaksiyasına uyğun olaraq İL-76 T (TD) Hava Gəmisinin ekipajı 7 (yeddi) nəfərdən ibarətdir: hava gəmisinin komandiri; ikinci pilotu, naviqatoru, bortmühəndisi, bortradisti, böyük bortoperatoru, bortoperatoru. "xxxx" Aviaşirkəti İL-76 T (TD) X10 Təlimatının yuxarıda göstərilən nüsxəsi, Hava Gəmisinin konstruktor bürosu olan X3 Açıq Səhmdar Cəmiyyətinin istinad nüsxəsi ilə xx/xx/2022-ci il tarixində uzlaşdırılaraq təsdiq edilmişdir. Məktuba həmçinin "xxxx" Aviaşirkətinin İL-76T (TD) X10 təlimatının uzlaşdırma vərəqəsi və İL-76T (TD) X10 təlimatı əlavə edilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış 12 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı həqiqətən "xxxx" MMC-də bortoperatoru vəzifəsində uçuş heyəti qismində fəaliyyət göstərir. "xxxx" MMC-nin Uçuş heyətinin vəzifələrində uçuş saatları barəsində iddiaçıya verilmiş arayışdan görünür ki, İL-76 HG-nin bortoperatoru İddiaçı uçuş işində xidməti illərinə görə xx.xx.2021-ci il tarixədək 5400 saat, 24 dəqiqə olmaqla (beş min dörd yüz saat iyirmi dörd dəqiqə) sığorta stajı 25 il təyin olunub. İddiaçının xx.xx.2021-ci il tarixə qədər toplanmış pensiya kapitalının məbləği barədə məlumat verilməsi və həmin dövr üçün minimum əmək pensiyasının təyin edilməsi üçün zəruri olan pensiya kapitalı haqqında məlumat verilməsi ilə bağlı məhkəmənin sorğusuna cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 1043,46 manat, həmin tarixdən xx.xx.2021-ci il tarixinədək olan dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 117666,61 manat olmaqla cəmi pensiya kapitalı 118710,07 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 1 il 1 ay 26 iş gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 1043,46 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında xx.xx.2021-ci il tarixinədək 117666,61 manat pensiya kapitalı qeydə alınmışdır. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli məhkəmənin sorğusuna cavab məktubunda bildirilmişdir ki, “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.14-cü yarımbəndinə əsasən, hava gəmisinin ekipajı - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyətdir. Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 6 saylı Əlavəsinə əsasən, ekipaj heyətinin üzvü uçuş vaxtı hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin istismarçısı tərəfindən təyin olunan şəxsdir. Ekipaj üzvü uçuş heyəti və kabinə heyəti üzvlərindən ibarətdir. Müvafiq Əlavəyə əsasən uçuş heyəti üzvü uçuş xidməti müddətində hava gəmisinin idarə edilməsi ilə bağlı üzərinə vəzifələr qoyulmuş sertifikatı olan şəxsdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 24 fevral tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X1”na əsasən hava gəmisinin bort operatoru hava gəmisinin ekipajı qismində bir sıra funksiyaları yerinə yetirir. Sorğuda əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007- ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyusı hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operatoru nəzərdə tutulmuşdur. Həmin siyahıda nəzərdə tutulmuş şəxslər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən müəyyən edilmiş qaydada pensiya təminatı hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətirdə işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”da mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması mexanizmi tənzimlənərkən uçuş və uçuş-sınaq heyətində işləyən şəxslərin siyahısında bort operatorları müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən bildirilmişdir ki, beynəlxalq və milli qanunvericilik normalarına əsasən, hava gəmisinin bort operatoru uçuş heyəti kimi təsnifləşdirilmir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, “Aviasiya haqqında” Qanunun 1.0.14-cü maddəsinə əsasən hava gəmisinin ekipajı - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, hava gəmilərinin bort operatorunun yerinə yetirdiyi funksiyalar yük və sərnişin gəmilərində fərqlidir. “ИЛ-76Т” X10 istismarı ilə bağlı rəhbər təlimata əsasən hava gəmisi iriqabaritli texnikanın və yüklərin magistral hava xətlərində daşınması üçün nəzərdə tutulmuşdur. "xxxx" MMC tərəfindən təsdiq olunmuş əmrə əsasən xx.xx.1985-ci ildən qüvvəyə minmiş “İL-76 T (TD)” hava gəmisinin “Uçuş təlimatının” ikinci nəşrinin 1.1-ci bəndinin “Təyyarə haqqında qısa məlumat”, ikinci yarımbəndinin redaksiyasına uyğun olaraq “İL-76 T (TD)” hava gəmisinin ekipajı 7 (yeddi) nəfərdən ibarətdir: -hava gəmisimim komandiri; -hava gəmisinin pilotu; -naviqatoru; -bortmühəndisi; -bortradisti; -böyük bortoperatoru; bortoperatoru. “Aviasiya haqqında” Qanunun 1.0.14-cü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarının 2-ci bəndinin təhlili onu deməyə əsas verir ki, uçuş heyət üzvlərinin dairəsi qeyd edilən siyahı ilə məhdudlaşmamaqla hava gəmisinin sahibi və istismarçısı tərəfindən də əlavə olaraq müəyyən edilə bilər. Analoji iş üzrə vəkil sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən bildirilmişdir ki, uçuş ekipajı sayına və tərkibinə görə uçuş istismarı üzrə rəhbərlikdə (təlimatda) və uçuşlara yararlılıq sertifikatlarına aid olan digər sənədlərdə göstərilmiş tələblərdən aşağı olmayan tələblərə cavab verməlidir (“Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”ya 6 nömrəli Əlavə, Hissə İİ, bənd 2.7.1 – “Təyyarənin uçuş ekipajı”). “İL-76” tipli hava gəmisinin “Uçuş istismarı üzrə Təlimatı” ilə istehsalçı tərəfindən müəyyən olunmuş tələblər nəzərə alınmaqla "xxxx" MMC tərəfindən stismar olunan “İL 76” tipli hava gəmisnin uçuş heyətinə (ekipajına), o cümlədən “hava gəmisinin bort operatoru” vəzifəsi daxil olmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, hava gəmisinin bort operatoru “uçuş istismarı təlimatı”nın tələblərinə uyğun olaraq, hətta belə qalxma enmə zamanı uçuş heyyətinin rəhbəri (hava gəmisinin kapitanı) tərəfindən hava gəmisinin idarə edilməsi və ya iştirakı ilə bağlı müvafiq göstərişlərin və komandaların yerinə yetirir. Göstərilənləri nəzərə alaraq hesab edilmişdir ki, bort operatorlar tərəfindən həyata keçirilən işlərin mürəkkəbliyi və bununla bağlı məsuliyyət, onun fəaliyyəti ilə bağlı mövcud yüksək milli və beynəlxalq tələblər, hava gəmilərinin idarə edilməsində iştirak edilməsi məsələləri bu işçinin uçuş heyyətinin üzvü kimi tanınmasını birmənalı təsbit edir. Bununla da, məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, hava gəmisinin ekipajı - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyət hesab olunduğundan və hazırkı işin hallarına əsasən “İL-76 T (TD)” hava gəmisinin sahibi (təlimata əsasən) və istismarçısı ("xxxx" MMC) tərəfindən bort operatoru uçuş heyətinin “digər uçuş mütəxəssisləri”nə aid edilmişdir. Belə olan halda iddiaçının işlədiyi bort operator vəzifəsinin xüsusiyyətləri onun gördüyü işin xarakteristikası və yerinə yetirməli olduğu funksiyalar həmin vəzifənin uçuş heyəti üzvlərinə aid olmasını birmənalı şəkildə təsbit edir. Belə ki, istər İl 76 tipli yük X10 istismar təlimatı, istərsə də işəgötürən "xxxx" avia şirlkəti MMC tərəfinən təsdiq edilmiş uçuş istismarı təlimatına əsasən həmin vəzifə konkret olaraq uçuş heyəti üzvlərindən biri kimi qeyd olunmuşdur. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 231 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nda mülki-aviasiya uçuş heyətində çalışanlar üçün ümumi sığorta stajının hesablanmasını onların uçuş saatlarına əsasən müəyyən edilmişdir. İddiaçının hazırkı tələblə iş yeri tərəfindən təqdim edilmiş arayışdan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixə iddiaçı 5400 saat 24 dəqiqə uçuş saatına malikdir. Belə olan halda göstərilən tarixə iddiaçının 25 il stajı tamamlanır (5400 uçuş saatı : 18 :12= 25 il) Həmçinin iş materiallarından məlum olmuşdur ki, iddiaçının qeyd olunan tarixə 117666,61 manat pensiya kapitalı toplanmışdır və cavabdeh iddiaçının pensiya kapitalı ilə bağlı şərtin ödənilməməsini mübahisələndirməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla nəzərdə tutulmuş şərtlər ödənildiyindən cavabdehin imtinası qanunauyğun sayıla bilməz, iddia əsaslı olduğundan təmin edilməlidir Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1699/2023 nömrəli, 24 iyun 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Məmməd Məmmədov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3655/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3655/2023
16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver