Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3656/2025 04.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), X11 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Fərdi yaşayış evinə aid Texniki pasportun ünvan bölməsinə dəyişiklik edilməklə, məxsusluq barədə arayışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6808/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1963-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu”na dəyişiklik edilərək, həmin pasportda qeyd edilən ünvanın ünvan 2ına dəyişdirilməsi və bu barədə mərhumun adına çıxarışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1963-cü il tarixli ‘'Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportuma əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 2, ev 5 ünvanında yerləşən fərdi yaşayış yeri “X17 Əli” qızına məxsus olmuşdur. Bakı şəhəri 33 saylı notariat ofisinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 76 saylı məktubu ilə xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 8 , ev 4-ə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi olan İddiaçı ərizəsi qəbul edilmiş və vərəsə kimi tanınmışdır. Həmin vaxt Xəzər Rayon Məhkəməsinin icraatında olan vərəsəlik işi ilə əlaqədar olaraq miras qalmış əmlaka dair mərhum X2 adına çıxarış verilməsinə etiraz edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021- ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişinə əsasən, İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdə uyğunsuzluq aşkar olunmuşdur. “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu”nda fərdi yaşayış evinin ünvanı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 2, ev 5 və X8 qeyd edilsə də, 33 saylı notariat ofisinin məktubunda hüquq obyektinin ünvanı ünvan 4humun adı fərqli qeyd edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, hüquqların qeydiyyatından imtina edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 4032/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən X5 adına verilmiş Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1963-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu”nun X3 aid olması faktı müəyyən edilmişdir. Cavabdeh orqanın imtina məktubunda əsas olaraq göstərdiyi hal Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1963-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu”nda göstərilən ünvanla iddiaçının hal- hazırda texniki pasportda dəyişiklik edilməsini tələb etdiyi ünvan arasında uyğunsuzluğun olmasıdır. Lakin yuxarıda adı çəkilən məhkəmə qətnaməsi ilə də ünvan 2ında yerləşən fərdi yaşayış yerinin mərhum X3 məxsus olması faktı təsdiq edilmişdir. Hesab edirik ki, cavabdeh orqanın imtina məktubu əsassızdır. Çünki yuxarıda göstərilən imtina sırf formal mülahizələrə əsaslanır və məhkəmə qətnaməsinin preyudisial əhəmiyyəti nəzərə alınmamışdır. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, İddiaçıl qeyd ediən məsələ ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024cü il tarixli, **********44 nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş və idarənin arxivində mövcud olan texniki pasportda fərdi yaşayış evinin ünvanı döngə 2, ev 5 qeyd edilmiş, iddia olunan fərdi yaşayış evinin ünvanı isə döngə 8, ev 4-dür. Belə ki, “Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin 1963- cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu”na dəyişiklik edilərək həmin pasportda qeyd edilən ünvanın ünvan 2ına dəyişdirilməsi” tələbi idarənin fəaliyyət istiqamətinə aid deyildir. Həmçinin müvafiq əmlakın miras qoyan X3 məxsus olması barədə arayışın verilməsi tələbi üzrə məhkəmə işi mövcud olmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-116/2024 saylı qərarı ilə iddiaçının iddiası təmin edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6808/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti təqdim edərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə iş üzrə əvvəlki tələbi yəni texniki pasporta dəyişiklik etmədən mülkiyyət hüququnun qeydə alınması iddiasını əsas götürərək iddia tələbini rədd etmişdir. Odur ki, məhkəmənin sözügedən qərardadı qanunsuz və əsassızdır, məhkəmə iş üzrə faktiki halları düzgün araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, yeni araşdırma aparılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62-ci maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı mümkünsüz hesab edərkən qeyd etmişdir ki, irəli sürülən iddia tələbi ilə bağlı inzibati məhkəmə hüquqi mövqe nümayiş etdirərək həmin iddianın təmin edilməməsi barədə yekun məhkəmə aktı qəbul etdiyindən və həmin qərar qüvvədə olduğundan, iddia tələbi mümkünlük şərtlərini ödəməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan dəlili ilə razılaşmır. Belə ki, işdə olan Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktına əsasən arxiv texniki pasport 1963-cü il tarixli arxiv texniki pasportda ünvan Dəmiryolçular küçəsi, döngə 2, ev 5 kimi qeyd olunmuş, 1992-ci il tarixli texniki pasportda isə ünvan Dəmiryolçular küçəsi, döngə 8, ev 4-dür. Faktiki olaraq ünvan Dəmiryolçular küçəsi, döngə 8, ev 4-dür. Bundan başqa iş materiallarına əlavə edilmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsində saxlanılan 1992ci ilin aprel ayında tərtib edilmiş texniki pasportun surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 2 otaqlı yaşayış evinə X4 adına texniki pasport tərtib edilmişdir. Göründüyü kimi 1992-ci ildə tərtib edilmiş texniki pasport eyni şəxsin adına tərtib edilmiş iyul 1963-cü və may 1983-cü il tarixli texniki pasportlar kimi öncəki məhkəmə çəkişmələrinin predmeti olmamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş materillarında olan 1992-ci il tarixli texniki pasportla bağlı hər hansı bir araşdırma aparmamışdır. Halbuki, Bakı İnzibati Məhkəməsi iddiaçıya qeyd olunan texniki pasport əsasında hüquqlarının müdafiəsi barədə hüquqi yardım göstərməli idi. Ona görə də, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya hüquqi yardım göstərilərək 1992-ci ildə tərtib edilmiş texniki pasport əsasında daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması məsələsi araşdırılaraq iddia tələbinə mahiyyəti üzrə baxılmalıdır. Ona görədə məhkəmə kolleqiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6808/2025 saylı xx.xx.2025-ci il tarixl qərardadı ləğv edilməli, iş, qeyd olunan hallar ətraflı araşdırılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6808/2025 saylı xx.xx.2025-ci il tarixl qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-3656/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3656/2025
04.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver