Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3658/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X6 və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 355/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1958-ci il tarixdə doğulmuşdur. 1975-ci ildən əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müəssisələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib və təsdiq edilmiş siyahıya əsasən “əmək şəraiti xüsusiilə zərərli və ağır olan müəssisələr” sırasına aiddir. 63 yaşının tamam olması ilə əlaqədar zərərli və ağır əmək şəraiti olan müəssisədə işlədiyinə görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədi ilə tələb olunan sənədlərlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalı 10 iyun 2021-ci il tarixli, **********7 saylı müraciətinə cavab olaraq bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsisilə zərərli və ağır olan işlərdə qadınlar (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin ən azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşlədiyi işlərin qarşılıqlı yoxlaması zamanı problemlər olduğunu nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmadığına görə ona yaşa görə əmək pensiyasının təyinatından imtina edilmişdir. İmtinanı qəbul etmir və qeyd etdiyi hallara və əsaslara görə hesab edir ki, ona yaşa görə əmək pensiyası təyin olunmalıdır. Göründüyü kimi, fərdi hesabında onun pensiya kapitalı onun günahı ucbatından yaranmamışdır. Lakin bütün bunlara baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yuxarıda göstərdiyi işin həqiqi hallarını ətraflı araşdırmamış və əsaslandıraraq nəzərə almamışdır. Ona görə də o “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 10 iyun 2021-ci il tarixli, **********7 saylı imtina məktubundan məhkəməyə şikayət etmək məcburiyyətində qalmışdır.
3. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 34400,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 25376,02 manat təşkil edir. Həmçinin iddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.2020-ci il tarixli ******* nömrəli əmək kitabçasında aşağıdakı mövcud olan uyğunsuzluqlar ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yaradır: -0091846 nömrəli dublikat əmək kitabçasında aparılan qeydlər yuxarıda adıçəkilən Qaydalara uyğun aparılmamışdır. Belə ki, əmək kitabçasının titul vərəqində məlumatlar tam əksini tapmamış (peşəsi, ixtisası, əmək kitabçasının doldurulduğu tarix, əmək kitabçası sahibinin imzası, əmək kitabçası verən məsul şəxsin imzası qrafalarında müvafiq qeydiyyatlar aparılmamışdır), həmiçinin onun işlədiyi dövrlərə aid məlumatlar hansı sənədlərin əsasında aparıldığı qeyd olunmamışdır. -xx.xx.1976-cı il tarixli əmək kitabçasında xx.xx.1975-xx.xx.1976-cı il tarixləri arasındakı dövr ərzində Zəngilan rayon Kalinin adına üzümçülük sovxozunda fəhlə işlədiyi qeyd edilmişdir. Lakin ******* nömrəli dublikat onun əmək kitabçasında xx.xx.1975xx.xx.1977-ci il tarixləri arasındakı dövr ərzində Zəngilan rayon Rabitə şöbəsində poçtalyon işlədiyi qeyd edilmişdir. -0091846 nömrəli dublikat onun əmək kitabçasının 4-18ci səhifələrində xx.xx.1979-xx.xx.1983-cü il tarixləri arasındakı dövr ərzində Sumqayıt “Kimyasənayə” İstehsalat Birliyində, xx.xx.1983-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində 3 №-li Evtikmə Kombinatında, xx.xx.1991-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində Bakı Baş Tikinti İdarəsində müxtəlif peşə və vəzifələrdə işlədiyi ardıcıl olaraq qeyd edilməsinə baxmayaraq 20-23-cü səhifələrdə xx.xx.2005-xx.xx.2007- ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MTK-da və xx.xx.2007-xx.xx.2010- cu il tarixləri arasındakı dövr ərzində "xxxx" MTK-da iş icraçısı vəzifəsində işlədiyi qeyd edilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Eləcə də, həmin icmal məktubunda qeyd olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirilməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
4. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı “ona 60 yaşından, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın üzərinə qoyulması” barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-355/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia tələbi təmin edilməmişdir.
6. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-106/2024 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-355/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmiş, İddiaçı 60 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilmişdir.
8. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)- 1633/2024 saylı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 fevral 2024-cü il tarixli, 2-1(103)- 106/2024 nömrəli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və ədalətsiz olaraq olaraq qəbul edildiyi üçün onun hüquqlarını pozur, əgər işlədiyi iş yerləri ona aid olan sosial sığorta xərclərini ödəməmişsə, bu onun təqsiri deyildir və onun müdaxilə edə bilmək ehtimalı da yoxdur. Bundan başqa Məhkəmə qərarın 11-ci səhifəsinin 6-cı abzasında “Əmək Pensiyaları haqqında Qanun”un 13-cü bəndini təhrif edərək göstərmişdir ki, 57 yaşlı kişilərə 12 il 06 aydan az olmayan xüsusi staja və 25 ildən az olmayan ümumi staja mail olması tələb olunsa da iddiaçının həmin tarixə nə ümumi, nə də xüsusi stajı toplanmır. Belə çıxır ki, Qanunda nəzərdə tutulan tarixə mənim 37 il 06 ay staj tələb olunur. Əslində isə Qanunun nəzərdə tutduğu cəmi 25 ildir və həmin 25 ilin 12 il 06 ayı xüsusi staja aid olmalıdır. Qanunda nəzərdə tutulmuş stajı toplamasına baxmayaraq məhkəmə düzgün araşdırma aparmamışdır. "xxxx" MMC-də işlədiyi illərin hesabatını mühasib Naxçıvan Muxtar Respublikasına verirdi. Sosial Müdafiə Nazirliyinin və Nazirliyin tabeliyində olan Sosial Müdafiə Fondunun Nazirlər Kabinetinin sərəncamını dəyişməyə səlahiyyəti çatmır. Məhkəmə iclasında bu barədə izahat versə də, həmin sözlər nə izahatına salınmış, nə də məhkəmə bu barədə araşdırma aparmışdır. Bundan başqa 1998-2000-ci illərdə “WİRTGEN” company / “VİRTGEN” firmasında və 2000-2005-ci illərdə “Çinar” firmasında işlədiyi illər də nəzərə alınmamışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
9. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ona xx.xx.2022-ci il tarixdən əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. 10.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
11. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1976-cı il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1975-ci ildə Zəngilan rayonu, Kalinin adına üzümçülük sovxozunda fəhlə vəzifəsinə qəbul edilmişdir. xx.xx.1976-cı ildə başqa idarədə işə girdiyinə və ərazisinə əsasən Kalinin adına üçümçülük sovxozunda fəhlə vəzifəsindən azad edilmişdir.
12. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ******* nömrəli, xx.xx.2020-ci il tarixli əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci ildə Zəngilan rabitə qovşağına poçtalyon təyin edilmişdir. xx.xx.1977-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1977-ci ildə Kalinin adına Sovxoza fəhlə qismində qəbul edilmişdir. xx.xx.1977-ci ildə Əsgərliyə getdiyinə görə fəhlə vəzifəsindən azad edilmişdir. Sovet Ordusu sıralarında xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək xidmət etmişdir. xx.xx.1979-cu il tarixində Sumqayıt İB M.Əzizbəyov adına “Kimyasənaye” Təmir-Tikinti sexinə 2-ci dərəcəli rəngsaz vəzifəsinə qəbul edilmişdir. xx.xx.1980-ci ildə Layihə Konstruktor şöbəsinə (LKS) tikinti sektoru mühəndisi keçirilmişdir. xx.xx.1983-cü ildə işdən azad edilmişdir. xx.xx.1983cü ildə “Başbakıtikinti” İripanelli evlərin tikintisi istehsalat quraşdırma birliyinin 3 saylı evlər tikintisi kombinatı. İstehsalat şöbəsinə mühəndis vəzifəsinə qəbul olmuş, Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1984-cü il tarixli, 65/1648 saylı qərarı ilə, Baş Bakı tikinti üzrə xx.xx.1984-cü il tarixli, 197 saylı əmrinə və PSLO –nun xx.xx.1984-cü il tarixli, 645 saylı Əmrinə əsasən İPET İQB-nin adı dəyişdirilmişdir. xx.xx.1984-cü ildə TİŞ-nə baş mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.1984-cü ildə Hazır məhsul anbarına usta keçirilmişdir. xx.xx.1985-ci ildə TİŞ-ə rəis müavini vəzifəsinə keçirilmişdir. xx.xx.1989-cu ildə 3 saylı Evlər tikintisi Kombinatının TİŞ-nin rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.1991- ci ildə Azərbaycan Respublikası Əmək qanunları Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən (SKS Trestinin Tİ-19 keçməsi ilə əlaqədar) tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1991-ci ildə 11 nömrəli İMT-nin 19 nömrəli Tİ TİM-nə birinci dərəcə mühəndis təyin edilmişdir. xx.xx.1992-ci ildə TİŞ-nin rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.1992-ci ildə 3№li ETK-nin köçürmə yolu ilə keçdiyindən azad edilmişdir. xx.xx.1992- ci ildə 11 nömrəli İMTnin 19 nömrəli Tİ-dən köçürmə yolu ilə KNŞ-nə şöbə rəisi vəzifəsinə qəbul olunub. xx.xx.1992-ci ildə 4 nömrəli ETK-na keçməsi ilə əlaqədar olaraq işdən azad olunmuşdur. xx.xx.1992-ci ildə “Bakıbaştikinti” İnşaat Konstruksiyaları zavodu 3№li ETKdan köçürmə yolu ilə texniki-istehsalat şöbəsinə aparıcı mühəndis vəzifəsinə işə qəbul edilib. Bakı şəhər X5 Rəyasət Heyətinin 8/11 saylı xx.xx.1990-cı il tarixli qərarına, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli xx-xx/3672 saylı məktubuna əsaslanaraq. “Bakıbaştikinti” İnşaat Konstruksiyaları zavodu xx.xx.1996-cı il tarixdən etibarən “Bakıbaştikinti” SEİB Aydın və Fəxrəddin Quluyev qardaşları adına 4 saylı Evtikmə kombinatı adlandırılıb. xx.xx.2002-ci ildə 3 saylı ETK-ya köçürmə yolu ilə getməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək qanunları Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2002-ci ildə SEİB 3 saylı Evtikmə kombinatında TİŞ-nin rəisi vəzifəsinə köçürmə yolu ilə işə qəbul edilmişdir. xx.xx.2011-ci ildə işdən azad edilmişdir. xx.xx.2005-ci ildə ”Əlincə qalası” MTK-da iş icraçısı vəzifəsində işə qəbul edilmişdir. xx.xx.2007-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2007-ci ildə "xxxx" MTK-da iş icraçısı vəzifəsinə təyin edilmişdir. xx.xx.2010-cu ildə işdən azad edilmişdir. xx.xx.2012-ci ildə "xxxx" MMC-də iş icraçısı vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci ildə işdən azad edilmişdir. xx.xx.2020-ci ildə "xxxx" MMC-də iş icraçısı vəzifəsinə təyin edilmişdir. xx.xx.2021-ci ildə işdən azad edilmişdir. xx.xx.2021-ci ildə "xxxx" MMC-də mühəndis vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci ildə "xxxx" MTK-da Texniki nəzarət üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci ildə "xxxx" MTKda texniki nəzarət üzrə mütəxəssis vəzifəsindən inşaat mühəndisi vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci ildə "xxxx" MTK-da inşaat mühəndisi vəzifəsindən iş icraçısı vəzifəsinə keçirilmişdir.
13. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Zəngilan Rayon İcra Hakimiyyəti Zəngilan Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 4 nömrəli məktubunda qeyd olunmuşdur ki, Zəngilan rayonu 1993-cü il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Zəngilan Rayon Dövlət Arxivinin həmin olan sənədləri işğal bölgəsində qalmışdır. Qeyd edilən səbəbdən rayonun heç bir idarə müəssisəsinin o cümlədən Zəngilan Rayon “Kalinin” adına üzümçülük sovxozunun eləcə də Zəngilan Rayon Poçt idarəsinin sənədləri Arxivə daxil olmadığı üçün sorğu cavablandıra bilməmişdir.
14. X1 Birliyi 3 № ETKnin xx.xx.2020-ci il tarixli, 01 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötrü ki, o həqiqətən xx.xx.1983-cü il tarixində 458 saylı Əmrlər “Bakıbaştikinti” idarəsi 3 saylı Evtikmə kombinatına mühəndis vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1984-cü il tarixində 278 saylı X3 şöbəsinə böyük mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.1984-cü ildə 562 saylı X7 sexinə usta vəzifəsinə keçirilmişdir.xx.xx.1985-ci ildə 478 saylı X3 şöbəsinə şöbə rəisinin müavini vəzifəsinə keçirilmişdir. xx.xx.1989-cu ildə 04 saylı Əmrlə 3 saylı X4 İstehsalat şöbəsinə şöbə rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.1991-ci ildə 413 saylı Əmrlə “Bakıbaştikinti”MMT tresti 19 saylı Tİ-nə köçürmə yolu ilə keçməsi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1992-ci ildə 45k saylı Əmrlə 11 saylı MMT trestinin 19 saylı Tİ-dən köçürmə yolu ilə 3 saylı Evtikmə kombinatına KNŞ-nə şöbə rəisi vəzifəsinə qəbul olmuşdur. xx.xx.1992-ci ildə 388 saylı Əmrlə 4 saylı Evtikmə kombinatına keçməsi ilə əlaqədar olaraq (AR ƏM-nin maddə 36, 56) işdən azad olunub. xx.xx.2002-ci il tarixli 66 saylı Əmrlə İEİB 3 saylı Evtikmə Kombinatına TİŞ-nin rəisi vəzifəsinə köçürmə yolu ilə işə qəbul olub. xx.xx.2003-cü ildən iş ahənginin olmaması ilə əlaqədar öz hesabına məzuniyyətə göndərilmişdir. xx.xx.2011-ci il tarixində 14 saylı Əmrlə AR ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilib. Arayış tələb olunan yerə təqdim etmək üçün verilir.
15. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki: -“Qranit – R” Mənzi-Tikinti Kooperativində işlədiyi müddətdə 2007-ci ilin sentyabrdekabr, 2008-ci ilin yanvar- dekabr, 2009-cu ilin yanvar-dekabr, 2010-cu ilin yanvar-dekabr ayları üçün sığorta ödənişləri edilmişdir. -"xxxx" ASC-da işlədiyi müddətdə 2011-ci ilin fevral-dekabr, 2012-ci ilin yanvar-iyun, 2013-cü ilin noyabr- dekabr ayları üçün sığorta ödənişləri edilmişdir. -"xxxx" Mənzi-Tikinti Kooperativində işlədiyi müddətdə 2012-ci ilin iyul-dekabr, 2013cü ilin yanvar-dekabr, 2014-cü ilin yanvar-fevral, iyul-dekabr, 2015-ci ilin yanvar-dekabr, 2016-cı ilin yanvar-dekabr, 2017-ci ilin yanvar-dekabr, 2018-ci ilin yanvar-dekabr, 2019-cu ilin yanvar-dekabr, 2020-ci ilin yanvar-mart, dekabr, 2021-yanvar-sentyabr ayları üçün sığorta ödənişləri edilmişdir. -"xxxx" MMC-də işlədiyi müddətdə 2016-cı ilin aprel-iyul ayları üçün sığorta ödənişləri edilmişdir. -"xxxx" MMC-də işlədiyi müddətdə 2020-ci ilin yanvar-iyun ayları üçün sığorta ödənişləri edilmişdir. -"xxxx" MTK-da işlədiyi müddətdə 2020-ci ilin aprel-dekabr, 2021-ci ilin yanvarsentyabr ayları üçün sığorta ödənişləri edilmişdir.
16. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq “Azərikimya” istehsalat Birliyi “Etilenpolietilen" zavodunun xx.xx.2022-ci il tarixli 3104/AC-15-423 nömrəli məktubu ilə göndərilmiş “Azərikimya” istehsalat Birliyi “Etilen-polietilen" zavodunun xx.xx.2022-ci il tarixli 63 nömrəli Arxiv arayışında qeyd olunmuşdur ki, SOCAR “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen" zavodunun 3-cü arxiv fondunda yerləşən keçmiş “Səthi aktiv maddələr" zavodunun sənədlərinə əsasən xx.xx.1958-ci il təvəllüdlü İddiaçı əmək fəaliyyəti aşağıda qeyd olunduğu kimi göstərilir: -3822 nömrəli xx.xx.1979-cu il tarixli əmrlə xx.xx.1979-cu il tarixdən RSÇ 2-ci dərəcə malyar vəzifəsinə qəbul edilmiş, -2182 nömrəli xx.xx.1982-ci il tarixli əmrlə xx.xx.1980-ci il tarixdən PKO tikinti sektoruna mühəndis keçirilmiş, -2563 nömrəli xx.xx.1983-cü il tarixli əmrlə xx.xx.1983-cü il tarixdən öz arzusu ilə işdən azad edilmişdir.
17. İş materiallarında olan “Azərikimya” istehsalat Birliyi “Etilen-polietilen" zavodunun xx.xx.2022-ci il tarixli 64 nömrəli Əmək haqqı və digər gəlirlər haqqında Arayışında qeyd olunmuşdur ki, İddiaçı 1979-cu ilin dekabr, 1980-ci ilin yanvar-dekabr ayları, 1981-ci ilin yanvar-dekabr, 1982-ci ilin yanvar-noyabr, 1983-cü ilin yanvar-oktyabr ayları, cəmi 6810,01 (altı min səkkiz yüz on rubl bir qəpik) gəlir əldə edib.
18. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasi Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli, BA02201-22 nömrəli məktubunda qeyd olunmuşdur ki, həqiqətən BBTİ 3 saylı X8 natamam arxiv sənədlərinin əmr kitablarında 1958-ci il təvəllüdlü vət. İddiaçı xx.xx.1983-cü il tarixli, 458 saylı əmrlə xx.xx.1983-cü il tarixdən mühəndis vəzifəsinə işə qəbul olunması və 1983, 1984, 1985, 1986-cı illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar Dövlət Arxivinin Bakı filialında mövcuddur. Həmin arayışla təqdim olunmuş əmək haqqı cədvəlinə əsasən İddiaçı 1983cü ilin noyabr, 1984-cü ilin yanvar- dekabr, 1985-ci ilin yanvar-dekabr, 1986-cı ilin yanvardekabr ayları üçün əmək haqqı ödənilmişdir. BBTİ 3 saylı X8 1986-cı ildən sonrakı dövr üçün, 4 saylı X8 və 19 saylı Tikinti İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
19. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 8674,19 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 16247,44 manat olmaqla cəmi pensiya kapitalı 24921,63 manat təşkil edir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 01 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 01 yanvar tarixindən 2017-ci il 01 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 01 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 01 yanvar 2006cı il tarixinədək olan 11 il 3 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 8674,19 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində 16247,44 manat pensiya kapitalı qeydə alınmışdır. Bundan başqa hazırda adıçəkilən şəxsin əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 34560,00 manat təşkil edir. Soltan X2 təqdim etdiyi əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumata əsasən, onun ümumi iş stajının 11 il 3 gün (xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1977- xx.xx.1977-ci il, (xx.xx.1977- xx.xx.1979-ci il hərbi xidmət) xx.xx.1979- xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1986- ci il tarixləri arasındakı dövrlər) olduğu müəyyən edilmişdir.
20. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 19 il 1 ay 20 gün (xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1977- xx.xx.1977-ci il, xx.xx.1977xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1983-cü il, xx.xx.1983- xx.xx.1991-ci il, xx.xx.1992- 11.11,1992-ci il, xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) olduğu müəyyən edilmişdir. Həmçinin adıçəkilən şəxsin 01 yanvar 2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 15080,33 manat, həmin tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 16478,42 manat olmaqla xx.xx.2021-ci il tarixinə cəmi pensiya kapitalı 30521,03 manat təşkil edir. ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006- cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq, İddiaçı 01 yanvar 2006-cı il tarixinədək olan 19 il 1 ay 20 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 15080,33 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 16478,42 manat pensiya kapitalı qeydə alınmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MƏHKƏMƏNİN MÖVQEYİ
21. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
22. Apellyasiya baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ona xx.xx.2022-ci il tarixdən əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.
23. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin ediməli, Bakı İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli, 2-1(112)-355/2023 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir.
24. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.
25. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, iddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının tələb olunandan az olmasına münasibətdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün “pensiya kapitalı” tələb olunmur. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə istinadla belə hesab etmişdir ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixə onun ümumi və xüsusi iş stajının tamamlandığı nəzərə alınmalı, hazırda qüvvədə olan qanunvericiliyin tələbinə görə güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün bu kateqoriya şəxslərə münasibətdə “pensiya kapitalının tələb olunmaması” ilə bağlı şərt “qazanılmış hüquq konsepsiyası” baxımından iddiaçıya da şamil olunmalıdır. İddiaçıya münasibətdə qazanılmış hüququn mövcudluğu müəyyən olunmur. Çünki, ona 60 yaşdan pensiya təyin edilə bilməsi üçün həmin vaxt qüvvədə olan qanunverici həm də pensiya kapitalı şərtinin ödənilməsini tələb edirdi. İşin hallarından isə müəyyən edilir ki, sözügedən şərt ödənilməmiş, beləliklə, 60 yaşdan pensiya hüququ yaranmamış, qazanılmamışdır. Bununla yanaşı, kollegiya hesab edir ki, təkrar apellyasiya baxışında iddiaçıya yardım edilərək 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmiş yeni redaksiyanın tələbləri nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkünlüyü müzakirə edilə bilər.
26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
27. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı.
28. Cavabdehin imtina və etirazının əsas dəlili əmək kitabçısının mötəbərliyi ilə bağlı olsa da, iş materiallarından görünür ki, iddiaçının 01 yanvar 2006-cı il tarixinədək 19 il 1 ay 20 gün iş stajının olması cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir, belə ki, iş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktubuna əsasən iddiaçının əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 19 il 1 ay 20 gün (xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1991-ci il, xx.xx.1992-11.11,1992-ci il, xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) olduğu müəyyən edilmişdir.
29. Həmçinin iş materiallarından görünür ki, iddiaçının 2006-cı il tarixdən sonraya məcburi dövlət sığorta haqları ödənilən müəssisələr üzrə -“Qranit – R” Mənzi-Tikinti Kooperativində işlədiyi müddətdə 2007-ci ilin sentyabr-dekabr, 2008-ci ilin yanvar- dekabr, 2009-cu ilin yanvar-dekabr, 2010-cu ilin yanvar-dekabr ayları üçün olmaqla, ümumilikdə 40 ay, "xxxx" ASC-da işlədiyi müddətdə 2011-ci ilin fevral-dekabr, 2012-ci ilin yanvar-iyun, 2013-cü ilin noyabr- dekabr ayları üçün olmaqla, ümumilikdə 19 ay, "xxxx" Mənzil-Tikinti Kooperativində işlədiyi müddətdə 2012-ci ilin iyul-dekabr, 2013-cü ilin yanvar-dekabr, 2014-cü ilin yanvar, fevral, iyul-dekabr, 2015-ci ilin yanvar-dekabr, 2016-cı ilin yanvardekabr, 2017-ci ilin yanvar-dekabr, 2018-ci ilin yanvariyun ayları üçün olmaqla ümumilikdə 68 ay sığorta ödənişləri edilmiş, beləliklə iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2018ci ilə qədər məcburi dövlət sığorta haqları ödənilən dövr üzrə 10 il 7 ay sığorta stajı mövcud olmuşdur.
30. Kollegiya həmçinin güzəştli iş stajına münasibətdə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur.
31. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir.
32. İş materiallarına əlavə edilmiş Qranit-R MTK-nın xx.xx.2022-ci il tarixli, 01/20 nömrəli imtiyazlı arayışında göstərilmişdir ki, verilir, İddiaçı ondan ötəri ki, o, həqiqətən xx.xx.2007-ci ildən xx.xx.2010-cu il tarixə qədər "xxxx" MTK-da iş icraçısı vəzifəsində işləmişdir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə 29-cu bənddə bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası ə təmirində göstərilən iş icraçısı.
33. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nın xx.xx.2022-ci il tarixli, 07/20 nömrəli imtiyazlı arayışında göstərilmişdir ki, verilir, İddiaçı ondan ötəri ki, o, həqiqətən xx.xx.2012-ci il tarixdən hal-hazıra qədər "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləyir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə 29-cu bənddə bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmirində göstərilən iş icraçısı.
34. İş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, iddiaçının iş icraçısı işlədiyi dövr üzrə 2006-cı il tarixdən sonraya məcburi dövlət sığorta haqları ödənilən müəssisələr üzrə mübahisəsiz 9 il onun güzəştli iş stajını təşkil edir.
35. İş materiallarına əlavə edilmiş "xxxx" MTK-nın xx.xx.2022-ci il tarixli, 01/20 nömrəli imtiyazlı arayışında göstərilmişdir ki, verilir, İddiaçı ondan ötəri ki, o, həqiqətən xx.xx.2005-ci ildən xx.xx.2007-ci il tarixə qədər "xxxx"MTK-da iş icraçısı vəzifəsində işləmişdir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə 29-cu bənddə bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmirində göstərilən iş icraçısı.
36. "xxxx" MTK-nın xx.xx.2020-ci il tarixli, 02/20 nömrəli arxiv arayışından görünür ki, həmin arayışa iş icraçısı vəzifəsində çalışan İddiaçı barəsində 2006-ci il yanvar-dekabr ayları üzrə DSMF-yə köçürülən məbləğ barədə məlumatlar əlavə edilmişdir.
37. Həmçinin, əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2005-ci ildən xx.xx.2007-ci ilədək "xxxx" MTK-da iş icraçısı vəzifəsində işləmişdir. İddiaçının xx.xx.2006cı ilədək olan stajı ilə bağlı mübahisəli məqam mövcud deyildir. Belə ki, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Deməli, Əlincə Qalası MTK-də işlədiyi xx.xx.2006-cı ilədək olan 3 aylıq müddət mübahisəsiz nəzərə alınır.
38. Bundan əlavə iddiaçıya məxsus digər əmək kitabçasındakı məlumatlara əsasən iddiaçı xx.xx.2003-cü il tarixindən xx.xx.2005-ci il tarixədək “Çinar-Araz” çoxsahəli firmasında iş icraçısı vəzifəsində işləmişdir. Qeyd edilən dövr də mövcud qaydalara, qanunvericiliyə əsasən güzəştli iş stajı kimi nəzərə alınmalıdır.
39. Belə olan halda iddiaçı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsindəki iş icraçısı vəzifəsi güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələrdə çalışmaqla 11 il 2 ay 16 gün iş icraçısı kimi güzəştli iş stajına malik olmuşdur.
40. Bununla yanaşı iddiaçının Əlincə Qalası MTK-da işlədiyi xx.xx.2006-cı ildən xx.xx.2006-cı ilədək olan dövrlər üzrə müddətin xüsusi staja daxil edilməsi ilə bağlı Məhkəmə kollegiyasının mövqeyi o istiqamətdədir ki, həmin müddət də nəzərə alınmalıdır. Belə ki, "xxxx" MTK-nın 07 dekabr 2023-cü il tarixli 01/23 saylı məktubuna əlavə edilmiş sənədlərdən aydın görünür ki, 2005-2007-ci illər üzrə MTK-da əsas işçilərin sırasında hazırki iddiaçının adı qeyd edilmişdir. Həmçinin, həmin sənədlərdən aydın olur ki, Əlincə Qalası MTK tərəfindən AR DSMF Şərur rayon şöbəsinə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqq-hesab cədvəl cədvəlləri tərtib edilərək təqdim edilmişdir. Həmin haqq-hesab cədvəlləri 01 aprel 2006-cı il tarixli olmaqla 2006-cı ilin İ rübünü, 01 iyul 2006-cı il tarixli olmaqla 2006-cı ilin İİ rübünü, 01 oktyabr 2006-cı il tarixli olmaqla 2006-cı ilin İİİ rübünü, 01 yanvar 2007-ci il tarixli olmaqla 2006-cı ilin İV rübünü, 01 aprel 2007-ci il tarixli olmaqla 2007-ci ilin İ rübünü, 01 iyul 2007- ci il tarixli olmaqla 2007-ci ilin İİ rübünü, 01 oktyabr 2007-ci il tarixli olmaqla 2007-ci ilin İİİ rübünü əhatə edir. Həmin təqdim edilmiş haqq-hesab cədvəlləri MTK-nın rəhbəri, baş mühasib tərəfindən imzalanmış, MTK-nın möhürü ilə təsdiq edilmişdir.
41. Bundan başqa, Məhkəmə kollegiyası bir məsələni də vurğulamağı zəruri hesab edir ki, iddiaçının məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərin, o cümlədən, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatların fərdi şəxsi hesabında əks olunmamasında, iddiaçının hər hansı bir təqsirli hərəkəti olmamışdır.
42. Belə ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına ilk dəfə əmək fəaliyyətinə başlayan sığortaolunan barədə məlumatları bir ay müddətində, eləcə də sığortaolunanlar haqqında bu Qanunla nəzərdə tutulmuş məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir.
43. Göründüyü kimi, dövlət sosial sığorta sistemində fərdi uçotun həyata keçirilməsi sığortaolunanın deyildə, sığortaedənin vəzifəsinə aid edilir. Hazırki, iddia tələbi üzrə iddiaçının “Əlincə Qalası MTK-da işlədiyi 2005-2007 illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatların onun fərdi şəxsi hesabında əks olunmaması, həmçinin onun Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Sığorta” (Monitorinq) altsisteminin Sığortaolunanların reyestr bölməsində sığortaolunan kimi qeydiyyatda olmaması, iddiaçının sığortaolunan kimi çıxış etməsini, həmçinin onun pensiya kapitalının mövcud olmasını istisna etmir.
44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarındakı əmək kitabçasından və “Azərikimya” istehsalat Birliyi “Etilen-polietilen" zavodunun arxiv arayışından aydın olur ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1983-cü ilədək keçmiş “Səthi aktiv maddələr" malyar, tikinti sektoruna mühəndis vəzifələrində işləmişdir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında “Kimya istehsalatı” bölməsindəki fəhlə, mütəxəssis kimi güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələrdə çalışmaqla 3 il 11 ay 10 gün güzəştli iş stajına malik olmuşdur.
45. Göründüyü kimi, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çox olmaqla qanunvericiliklə müəyyən edilmiş şərtləri ödəyir. 46.Cavabdeh inzibati orqan həmçinin imtinasında əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinin qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 34400,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 25376,02 manat təşkil etməsinə istinad etmişdir. 47.13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmiş ƏPQ-nun qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 48.Həmin Qanunun 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 49.İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsi məhz iddia tələbinə də uyğun olaraq xx.xx.2022-ci ildən qüvvədə olan qanunun tələbinə əsasən yuxarıda qeyd edilən şərtlər daxilində baxılmalıdır. 50.Eyni zamanda məhkəmə tətbiq edilən hüquq normasını seçərkən o halı da nəzərə alır ki, iddiaçının ƏPQ-nun 9.8-ci maddəsi ilə nəzərə tutulmuş qaydada güzəştli pensiya hüququ ümumi iş stajının 25 il tamam olmaması (iddiaçı “Vətəndaşların pensiya təminatı” haqqında Qanunla tələb olunan xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamamışdır) və xx.xx.2017-ci il tarixdən qüvvədə olmuş ƏPQ-nun 9.1-ci maddəsinə əsasən 60 yaşı tamam olduğu vaxt topladığı pensiya kapitalı pensiya təminatı üçün kifayət etməməməsi əsasları ilə mümkün olmamışdır. 51.Beləliklə, 29 iyun 2022-ci il tarixindən qüvvədə olan Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən güzəştli şərtlələr yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş 60 yaşın tamam olması (Qanunun 7-ci maddəsi ilə nəzərdə tutulmuş 01 iyul 2020-ci il tarixdən kişilər üçün 65 yaş həddi 5 il azaldılmaqla), 25 il ümumi iş stajı və 12 il 06 ay güzəştli iş stajı toplaması tələb olunur. 52.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1–9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. 53.Qeyd edilməlidir ki, iddiaçının iddiasına xx.xx.2022-ci il tarixdən qüvvədə olan ƏPQnun 9.1-ci maddəsinin tələbi əsasında baxıldığından, iddiaçının isə həmin qanunla tələb olunan 60 yaşını 2021-ci ildə, yəni hazırkı qanunun maddəsinin yeni redaksiyası qüvvədə olmadığı vaxt tamam olduğundan və Qanunun keçid müddəlarına əsasən yeni redaksiyada verilmiş 9.1-ci maddəsinin Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi hallarına tətbiq edilmədiyini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 60 yaşdan deyil, məhz Qanunun 9.1-ci maddəsinin yeni redaksiyada qüvvəyə mindiyi xx.xx.2022-ci il tarixdən yaranmışdır. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla iddiaçının xx.xx.2022-ci ildə yaşı 63 yaş 11 ay olmuşdur. 54.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 55.Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, şikayət təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-355/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. 56.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-355/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Elvin Əliyev Cahangir Yusifov