Məhkəmə qərarları › İş №2-1(103)-3660/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3660/2025

04.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3660/2025 04.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), X4 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əmənova Türkan Kamran qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin digər şəxsin adına sənədləşdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10005/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş 36/04 saylı, 30 dekabr 2014-cü il tarixli qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə iddiaçının adına sənədləşdirilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfindən, Baksol massivindən 3000 kv.m torpaq sahəsinin eyni təyinatla ünvan 1 ünvanında qeydiyyatda olan X2 adına sənədləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81)-4939/2014 saylı, 28 noyabr 2014-cü il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən verilmiş 23 noyabr 2006-cı il tarixli, 237/65 saylı qərarla sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə M.İsmayılzadənin adına sənədləşdirilmiş 3000 kv.m torpaq sahəsinin eyni təyinatla iddiaçının adına sənədləşdirilməsi vəzifəsinin Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə həvalə edilməsi qərara alınmışdır. Torpaqların alqı-satqısına dair 17 yanvar 2015-ci il tarixli akta əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfindən, Baksol massivindən 3000 kv.m torpaq sahəsi iddiaçının adına sənədləşdirilmişdir. Hazırda həmin torpaq sahəsi iddiaçı tərəfindən X1. Göstərilənlərə əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesinin sağ tərəfindən, Baksol massivindən 3000 kv.m torpaq sahəsinin X2 adına sənədləşdirilməsinə dair ərizə ilə cavabdehə müraciət edilmiş, lakin cavabdeh tərəfindən imtina edilmişdir. İmtinanı əsassız hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya dair hər hansı münasibət bildirməmiş və etiraz təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10005/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilərərək işə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, həmin torpaq sahəsi Azərbaycan Respublikası 1 saylıBakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-4939/2014 saylı 28 noyabr 2014-cü il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən verilmiş 23 noyabr 2006-cı il tarixli, 237/65 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə M.İsmayılzadənin adına sənədləşdirilmiş 3000 kv.m torpaq sahəsinin eyni təyinatla İddiaçı adına sənədləşdirilməsi vəzifəsinin Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinə həvalə edilmişdir. Hazırda eyni məsələyə dair iki fərqli mövqe bildirilməsi düzgün deyildir. Azərbaycan Respublikası 1 saylıBakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-4939/2014 saylı 28 noyabr 2014-cü il tarixli qərarı qanuni qüvvəsini almış və icra edilmişdir. Həmin qərarın qanunsuzluğunu sübut edən bir hal olmadığı təqdirdə iddia ərizəsinin mümkün sayılmaması əsassızdır. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddətləri çərçivəsində, qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Konkret halda isə iddianın mümkünlük şərti yerinə yetirilmir. Belə ki, iddiaçı hazırkı iddia tələbində cavabddeh tərəfindən onun mülkiyyətinə verilmiş torpaq sahəsinin digər şəxsin adına sənədləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İş materaiallarından göründüyü kimi, həmin torpaq sahəsi cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli alqı-satqı aktına əsasən iddiaçıya satılsa da, həmin sahə üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyələrin səalhiyyətlərinə aiddir (4.0.1). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (6.2) Belə olan halda kollegiya qeyd edir ki, torpaq sahəsi ilə bağlı iddiaçı ilə cavabdeh arasında müqavilə bağlansa da, iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığından iddiaçının həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququ yoxdur. Digər tərəfdən həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmasa da, xx.xx.2015-ci il tarixli alqı-satqı aktı əsasında iddiaçıya satılmışdır. Həmin alqı-satqı aktı qüvvədə olduğu halda torpaq sahəsi bələdiyyə tərəfindən digər şəxsə satıla bilməz. Odur ki, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ mövcud olmaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinin tələbi qaydasında, iddiaçının cavabdehə qarşı qaldırdığı hazırkı mübahisələndirmə haqqında iddiasının həmin Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış iddia kimi qiymətləndirilməsi və məhkəmə icraatının mümkün sayıla bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsi isə nəzərədə tutur ki, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekunda belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10005/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10005/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar