Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3661/2025 04.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Üçüncü şəxs X2 və onun vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (3-cü şəxslər: X2, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi) “sərəncamın və onun əsasında verilmiş orderin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7016/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Cavabdeh xx.xx.1993-cü il tarixli, 131/47 saylı sərəncamının və həmin sərəncam əsasında X1 adına verilmiş 020815 saylı, xx.xx.1993-cü il tarixli orderin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7016/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan iddiaçı tərəfindən şikayət verilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7016/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. İş materiallarında mövcud olan elektron çıxarışdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7016/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı xx.xx.2025-ci il tarixində iddiaçının elektron kabinetinə yerləşdirilmiş, həmin qərardaddan apellyasiya şikayəti xx.xx.2025-ci il tarixində verilməklə qanunla müəyyən edilən 10 günlük müddət ötürülmüşdür. Bundan əlavə iddiaçı Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmişdir. Göründüyü kimi, iddiaçı müvafiq qərardadı lazımi qaydada əldə etməsinə baxmayaraq, apellyasiya şikayəti prosessual müddət ötürülməklə vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Lakin hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və buna baxmayaraq apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hazırki apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlük məsələsinə baxılması xx.xx.2025-ci il tarixə təyin edilmiş və iddiaçının nümayəndəsi və vəkilinin elektron kabinetinə xx.xx.2025-ci il tarixində İPM-in 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım məktubu göndərilmiş, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmişdir. İddiaçı ərizə ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh xx.xx.1993-ci il tarixli 131/47sayl sərəcam və onun əsasında 020815saylı xx.xx.1993-cü il tarixli verilmiş orderləğv olunmasına dair İddianın mümkünlüyü ilə bağlı Bakı İnzibatin məhkəməsi №2l(112)-7016/2025 iş üzrə 02 aprel 2025-ci il tarixə məhkəmə iclasımda baxilmış icraata qəbul edilməməsi barədə (hakim Emin Abdullayev) qərərdad qəbul edilmişdir. Məhkəmə iclasında qərardadı aldıqdan 10 gün müddətində yuxarı instansiya məhkəməsin şikayət verilməsinə dair məlumatlandırıldıq. Bizim elektron kabinetimiz olsa da istifadə edə bilmədiyimizi məlumat verməklə həm məhkəmənin dəftərxanasına, həm də məhkəmənin köməkiçi xanıma dəfələrlə xahiş etmişdik ki, bizə qərardadı ya kağız daşıyıcıda, SMS, ya da poçt vasitəsi ilə çatdı rı İsin ki qanunvericilyə uyğun hüquqlarımızı ala bilək. Uzun müddət biz həmin qərardadın surətini ala bilmədik. Dəfələrlə müraciətimizə həm şəxsən, həm də terlefon vasitəsi ilə həm məhkəmə dəftərxasından, həm də Hakimin köməkçisi xanım hazır olmadığını və hazır olanda məlumt veriləcəyim, ya da SMS vəya poçtla göndəriləcəyini bildirmişdirlər. Tərəfimizdən iddia ərizəsi kağız daşıyıcıda verilmiş, Hakimin Emin Abdullayevin xx.xx.2025-ci lə məhkəmə iclaası təyin edilməsi barədə xx.xx.2024-ciil tarixli sərəncamı və qərardadı həm SNS, həm də kağız daşıyıcıda çatdırıldığından, elektron kabinetin olması və orada yerləşdirilmısi hər hansı razılığın verilmədiyindən, inadıq ki, biz xahişimiz nəzərə alıb məlumatlandırılacağıq.Uzun müddətqeyd edilən qərardadın alabiləməyimiz vədigər səbəblərdən Səhətimdə yaranmış problemlə bağlı bir müddət zəng edib maraqlana bilmədim.Ancaq axırıncı dəfə zəng edəndə hakimin köməkçisi xanım cavablandırdılarki,qərardad bizim elektron kabinetə yerlləşdirilib, şikayət verilməsi müddəti artıq buraxılıb. Qərardadın surətini versələr də, orada götürülmə müddəti barədə qəbz verməyəcəklər və ona görədə qərardadan yuxrı instansiyalara artıq şəikayət edə bilmyəcəyik. Lakin iddiaçı ərizədə qeyd etdiklərini hər hansı dəlillə sübuta yetirə bilməmişdir. Belə ki, iş materiallarında qərardadın iddiaçının elektron kabinetinə yerləşdirilməsinə dair çıxarış mövcuddur. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X2 və onun vəkili Nümayəndə müddətin ötürülmüş hesab edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından ərizəçinin apellyasiya qaydasında mübahisələndirdiyi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7016/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından apellyasiya şikayətini qanunla müəyyən edilmiş 10 günlük müddət ərzində verdiyini təsdiq edən sübutları və ya həmin müddətin ötürüldüyü təqdirdə həmin müddətin üzrlü sayılması ilə bağlı mötəbər sübutları təqdim etməməsini nəzərə alaraq hesab edir ki, şikayət qeyrimümkün sayılmalı və onun qəbulundan imtina edilməlidir. Həmçinin, məhkəmə kollegiyası oxşar mövqe ilə bağlı diqqətə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-677/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadında qeyd edilmişdir ki, obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu qayda eynilə apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın mümkünlüyünün və əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin apellyasiya şikayətinin mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Apellyasiya şikayətinin İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi apellyasiyanın mümkünlüyü əsaslarına aiddir. Hazırkı halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən, apellyasiya şikayətinin İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsində müəyyən olunmuş müddət ötürülməklə verildiyi müəyyən edilmişdir. Qeyd edilməlidir ki, İnzibati Prosessual Məcəllənin 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7016/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3661/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3661/2025
04.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver