Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3669/2022 25.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “dayandırılmış əmək pensiyasının bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3671/2021 saylı, 12 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Bakı şəhəri 2 saylı Xidmət Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək PAS-da elektron qaydada qeyd olunmuş əlilliyin müddətini əlavə etdiyi sənədə əsasən düzəliş edib pensiyasının bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci ildən dayandırılmış əlilliyə görə pensiyanın həmin tarixdən bərpa edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3671/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2020-ci il tarixdən dayandırılmış əlilliyə görə əmək pensiyasının həmin tarixdən bərpa edilməsi və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-383/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(112)-3671/2021 nömrəlı qərarı dəyişdirilmdən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1297/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-383/2022 nömrəli qərarı dəyişdirilmdən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3671/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini aldığından xx.xx.2022-ci il tarixli məktubla icra edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmiş, həmçinin qərarın icraya yönəldilməsi barədə iddiaçıya məlumat verilmişdir. Azərbaycan Respublikası Əmək və Əalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli, **********5 №-li məktub ünvanlayaraq Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3671/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının tərəflərindən icra edildiyini bildirmişdir. Həmin məktuba əlavə edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qərardan görünür ki, İddiaçı xx.xx.2005-ci ildən təyin edilmiş əliliyə görə əmək pensiyası xx.xx.2020-ci ildən bərpa edilərək xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək 233,20 manat, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək 259,78 manat, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək 268,61 manat, ödənilməli olan məbləğin 6.898,64 manat olması müəyyən edilmişdir. Yenidən hesablanmış əmək pensiyasının məbləği 268 manat 61 qəpik, yenidən hesablamanın ödəniş tarixi xx.xx.2022-ci ildən müddətsiz müəyyən edilmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə qərarının cavabdeh tərəfindən icra olunmamasına görə qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3671/2021 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəmə qərarının icra edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli, **********5 №-li məktubu barədə iddiaçıya məlumat verilmişdir. İddiaçı yenidən məhkəməyə ərizə ilə müraciət edərək qərarın cavabdeh tərəfindən tam icra edilmədiyi üçün qanunamüvafiq məcburi icra tədbirinin görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir . İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə qərarı tam olaraq icra olunmur. Belə ki, qərarın hisə-hissə ödəniləcəyi barədə ona rəsmi olaraq cavabdeh qeyd edir, lakin məhkəmə qərarının hissə-hissə ödəniləcəyi barədə qərar yoxdur. Məlumat üçün ona bildirilib ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Lakin ona pensiya təyin olunmayıb, əslində bərpa edilib. Bu qanun ona şamil oluna bilməz. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3671/2021 saylı, 12 oktyabr 2022-ci il tarixli qərardadı ilə cərimənin tətbiq edilməsindən imtina edilmişdir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3671/2021 saylı, 12 oktyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsi, ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti ərizəyə uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, vətəndaşın xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək alınmamış 6898,58 manat pensiya məbləği bu Qanunun 32.1-1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən əmək pensiyasına hər ay 265.33 manat əlavə edilməklə xx.xx.2024-cü il tarixədək ödəniləcəkdir. Əlavə olaraq bildiririk ki, məhkəmə qərarında alınmamış pensiya məbləğinin birdəfəlik ödənilməsi nəzərdə tutulmadığından qeyd olunan məbləğ ona qanunvericiliyə uyğun olaraq hissə-hissə ödəniləcəkdir. Bu isə məhkəmə qərarının icrasına əksdir. Tərəflərin məhkəmə icraatında iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək qeyd etdi ki, məhkəmə qərarı cavabdeh tərəfindən düzgün icra edilmişdir. Məhkəmə qərarında birdəfəlik ödəniş nəzərdə tutulmamışdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçıərizəçi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə ərizəçinin (iddiaçı) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3671/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixdə icra edilərək İddiaçı xx.xx.2005-ci ildən təyin edilmiş əliliyə görə əmək pensiyası xx.xx.2020-ci ildən bərpa edilmiş, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək 233,20 manat, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək 259,78 manat, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək 268,61 manat, ödənilməli olan məbləğin 6.898,64 manat, yenidən hesablanmış əmək pensiyasının məbləği 268 manat 61 qəpik, yenidən hesablamanın ödəniş tarixi xx.xx.2022-ci ildən müddətsiz müəyyən edilmişdir. İddiaçıya ötən dövr üzrə ödənilməli olan 6.898,64 manat pensiya məbləği isə cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022- ci il tarixdən əmək pensiyasına hər ay 265,33 manat əlavə edilməklə xx.xx.2024-cü il tarixədək ödəniləcəkdir. Hazırda iddiaçı 6.898,64 manat pensiya məbləğinin hissə-hissə ödənilməsinin məhkəmə qərarının icrasına əks olmasını qeyd edərək məhkəmə qərarının tam icrasını tələb edir. Məhkəmə Kollegiyası ilk növbədə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə iddiaçının dayandırılmış əmək pensiyasının bərpa edilməsi və ödənilməsi öhdəliyi cavabdeh inzibati orqana həvalə edilmiş, bərpa edilmiş pensiya məbləğinin ödənilmə qaydası məhkəmə qərarında müəyyən edilməməmişdir. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda pensiyanın ödənilməmiş hissəsinin birdəfəlik şəkildə ödənilməsi müddəası mövcud deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32-1.1-ci maddəsinə əsasən isə bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir ki, hazırki iş üzrə də İddiaçı ötən dövr üçün hesablanan 6.898,64 manat pensiya məbləği cavabdeh inzibati orqan tərəfindən ötən dövrdəki ayların sayına (xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək) bölünərək 265,33 manat əmək pensiyasına hər ay əlavə edilməklə xx.xx.2022-ci il tarixdən ödənilir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən qanuni qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3671/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarının icrası ilə bağlı hər hansı pozuntuya yol verilməmişdir. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli, 10 nömrəli qərarının: -18-ci bəndinə əsasən İPM-in 118.3, 118.4, 121-ci və “İnzibati icraat haqqında” Qanunun 83-cü maddələrinə əsasən hakim və ya məhkəmə məcburi icra tədbirlərinin tətbiqi ilə bağlı məsələni tərəfləri lazımi qaydada məlumatlandırmaqla məhkəmə iclasında həll etməli və məcburi icra tədbirlərinin müəyyən olunması haqqında qərardad çıxarmalıdır. Məcburi icra tədbirlərinin tətbiqi ilə bağlı məsələni həll etmək üçün təyin edilmiş məhkəmə iclası ilə bağlı tərəflərə göndərilmiş bildirişdə tətbiq olunması nəzərdə tutulan məcburi icra tədbirinin müvafiq növü konkret göstərilməli və yalnız iclasda həmin növün tətbiqinin mümkünlüyü ilə bağlı məsələ həll olunmalıdır. Buna görə, məhkəmə əvvəlcədən tərəflərə ünvanlandığı bildirişdə göstərmədiyi məcburi icra tədbirinin növünü tətbiq edə bilməz. Məhkəmələr həmçinin nəzərə almalıdırlar ki, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbiri tətbiq edilə bilər. Odur ki, yeni icra tədbirinin tətbiqi məsələsinə yalnız əvvəlki icra tədbiri nəticə vermədikdə baxıla bilər. Məcburi icra tədbirləri məhkəmə qərarı icra olunana qədər təkrarlana, sərtləşdirilə və ya dəyişdirilə bilər. Borclu tərəfindən məhkəmə qərarı icra edildiyi halda isə məcburi icra tədbirləri dərhal dayandırılmalıdır. - 28-ci bəndinə əsasən cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərarı cavabdeh inzibati orqan tərəfindən icra edildiyindən cavabdeh barəsində məcburi icra tədbirləri kimi cərimənin tətbiq edilməsindən imtina edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən, inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanunidir, apellyasiya şikayətinin dəlilləri qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bu səbəbdən qərardad dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3671/2021 saylı, 12 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-3669/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3669/2022
25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver