Məhkəmə qərarları › İş №2-1(103)-367/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-367/2025

18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-367/2025 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X3rşı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 220 ünvanında yerləşən yaşayış məntəqələri kateqoriyasına aid istifadəsində olan digər 0,03084 ha hissəsi və həmin torpaq sahəsinin yerləşdiyi cizgi (sxemi) koordinatları daxilində inşa etdiyi, 211,0 kv.m-dən ibarət, 2 mərtəbəli digər yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(112)-5161/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X3rşı yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli, 298 saylı Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsasən 2005-ci ildə hazırda mülkiyyətində olan torpaq sahəsini və bir otaqdan ibarət yaşayış evini X1 notariat kontorunda alqı-satqı etməklə almış və həmin vaxtdan daşınmaz əmlak onun istifasindədir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 180 saylı Sərəncamına əsasən yaşayış evinin texniki göstəriciləri təsdiqlənmişdir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 220 ünvanında (yeni qaydalara: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Abbasqulu Abbaszadə küçəsi 78) yerləşən yaşayış məntəqələri kateqoriyasına aid 0,0342 ha torpaq sahəsi üzərində 28,70 kv.m-dən ibarət tikilmiş yaşayış evi ünvanında rəsmi qeydiyyatdadır. Cavabdeh tərəfindən 0,0034 torpaq sahəsi və yaşayış evinə dair mülkiyyət hüququ qeydə alınmış və ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Torpaq sahəsinin faktiki istifadəsində olan digər 0,03084 hissəsinin və torpaq sahəsinin yerləşdiyi cizgi (sxemi) koordinatları daxilində inşa etdiyi, 211,0 kv.m-dən ibarət, 2 mərtəbəli digər yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi ilə əlaqədar cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 1 saylı Bakı Ərazi İdarəsinə yazılı müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli **********85 nömrə ilə qeydiyyatdan keçmiş cavab məktubu ilə ona ünvan 2 ünvanında inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini əsas gətirməklə imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və torpaq sahəsinin, onun üzərində inşa etdiyi yaşayış sahəsinin dövlət qeydiyyatına alınması, müvafiq hüquq müəyyənedici sənədin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda 0,0034 ha torpaq sahəsi və 28,70 kv.m. fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma aparılarkən məlum olmuşdur ki, qeydiyyata alınmış fərdi yaşayış evindən əlavə 2 mərtəbəli fərdi yaşayış evi inşa edilmiş və həmin fərdi yaşayış evinin 20,0 kv.m. hissəsi texniki pasportda göstərilən sahədən kənarda inşa edilmişdir. Yeni inşa edilmiş fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 saylı Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən, torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Bakı İnzibati Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, e-2-1(112)-5161/2024 saylı qərarı ilə (hakim L.S.Musayeva) iddia tələbi təmin edilməmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, e-2-1(112)-5161/2024 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 1993-cü ildən 2004-cü ilədək X2 istifadəsində olan torpaq sahəsi və onun üzərində tikilmiş yaşayış evinə müvafiq texniki göstəricilər nəzərə alınmaqla daşınmaz əmlakın qeydiyyata alınmasına verilmiş Sərəncama əsasən cavabdeh 0,0342 ha torpaq sahəsinin yalnız bir hissəsinə tikilinin altında olan hissəyə mülkiyyət çıxarışı vermişdir. Lakin 2008-ci il 14 iyun tarixli bağışlama müqaviləsinə əsasən mülkiyyət sərəncamına keçmiş, həmin zaman hazırda da istifadəsində olan 0,0342 ha torpaq sahəsi texniki pasport göstəriciləri daxilində dörd tərəfdən daş hasarla çəpərlənmiş formada olmuşdur. Cavabdeh isə etirazında göstərir ki, texniki pasport ölçülərindən 20 kv.metr kənara çıxılmış və yeni ev inşa etmişdir. Bu mümkün hal hesab edilə bilməz. Daş hasar daxilində tikilmiş yaşayış evi texniki pasport göstəricilərinə uyğun inşa edilmişdir. Uzun illər istifadədə olan torpaq sahəsinin bir hissəsinə mülkiyyət çıxarışı verilirsə, torpaq sahəsinin qalan hissəsi zəbt olunmuş hesab oluna bilməz, qanunun tələbləri əsasında istifadəsində olan şəxsə verilməlidir. Məhkəmə tərəfindən torpağın təyinatını dəqiqləşdirmək yönümündə heç bir tədbir görülməmişdir (dövlət, yaxud bələdiyyənin sərəncamında olan torpaqlar). Cavabdehin nümayəndəsi isə arxiv sənədlərində bələdiyyəyə aid olub-olmması barədə rəsmi məlumatın olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, torpaq sahəsi 40.1 kv.m. artıq ola bilməz. Çünki bundan əvvəl texniki pasportun perimetrik ölçüləri var. Texniki pasportdan göstərilən ölçülərdə ola bilər ki, 20.kv.m. artıq ola bilər. Cavabdeh tərəf isə izahatlarında və etirazında qeyd edir ki, texniki pasport ölçülərindən 20 kv.m. kənara çıxılmış və orada yeni ev inşa etmişdir. Amma bununla belə yenə ölçülər dəqiq göstərilməmişdir. Eyni zamanda sorğuya cavabda qeyd olunub ki, ərazinin təqribi 17 metr məsafəsində ləğv edilmiş neft quyusu mövcuddur. Bu da həmi ərazinin boş və istifadəsiz qalmış torpaq sahəsi olduğunu göstərir. Məhkəmə iclasında iştirak edən Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, apellyasiya şikatəyinin dəlilləri əsassızdır. Hazırda həmin torpaq sahəsinə başqaların iddiası olmasa da, nəticədə iddiaçının həmin topraq sahəsinə hüququnu müəyyən edən sənədlər olmadığından çıxarışın verilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - ünvan 2 (Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 28.7 kv.metr fərdi yaşayış evi, 0,0034 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin tikinti altı sahəsi 0,0034 ha, sənəd üzrə torpaq sahəsi 0.0034 ha, faktiki sahəsi isə 0,03424 ha təşkil edir. - "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-39985/2023 **********85 saylı iddiaçıya ünvanlanan məktubu ilə bildirilmişdir ki, “...“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin bir hissəsi texniki pasportun baş planında göstərilən sahədən kənarda yerləşir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir”. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/300 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, “... göstərilən torpaq sahəsi sənəd üzrə 342.4 kv.m. olsa da, faktiki olaraq 382.5 kv.m. təşkil edir (əlavə sahə 40.1 kv.m təşkil edir). Torpaq sahəsində ikimərtəbəli yaşayış evi inşa edilmişdir. Arxiv texniki pasportun baş planının perimetrik ölçüsünə əsasən yaşayış evinin təxminən 20.0 kv.m hissəsi əlavə istifadə olunan torpaq sahəsinə düşür. Göstərilən torpaq sahəsinin yerləşməsini əks etdirən baş plan rəyə əlavə olunur. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatları əlavə olunur…Vahid elektron kadastr baza məlumatlarına əsasən texniki pasportla faktiki vəziyyət arasında perimetrik ölçü fərqi var. Fərdi yaşayış evinin bir hissəsi texniki pasportda qeyd olunan ərazidən kənarda yerləşir. Əlavə istifadə olunan sahə "Yaşayış məntəqələrinin torpaqları" kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır”. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubdan aşağıdakılar müəyyən edilir: “ ... idarənin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi 220 ünvanında yerləşən əmlaka baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi 40.1 kv.m artıqdır. Həyətyanı sahədə ikimərtəbəli fərdi yaşayış evi inşa edilmişdir. Fərdi yaşayış evinin mövcud vəziyyəti ********** nömrəli, xx.xx.2023-cü il tarixli müraciət zamanı təqdim edilmiş layihəyə uyğundur. Texniki pasportun baş planın perimetrik ölçülərinə əsasən evin təxminən 20.0 kv.m hissəsi əlavə torpaq sahəsində yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən 20.0 kv.m torpaq sahəsinin qeydiyyatı barədə məlumat yoxdur. Həmçinin digər şəxslər tərəfindən əraziyə müraciət edilməmişdir. Ərazinin təqribi 17 metr məsafəsində ləğv edilmiş neft quyusu mövcuddur”. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı: "... 2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar". “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 saylı Fərmanında dəyişiklik edilməsi haqqında xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı: "... 3. Yerli icra hakimiyyəti orqanları üç ay müddətində: 3.1. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlarla bağlı məlumatların (yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunmasını təmin etsinlər; 3.2. müvafiq dövlət arxivinə təhvil verilməmiş qaytanlanmış torpaq kitablarının (o cümlədən kolxoz və sovxozun qaytanlanmış torpaq kitablarının) Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin tabeliyindəki dövlət arxivlərinə təhvil verilməsini təmin etsinlər". Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı istifadəsində olan 0,03084 ha torpaq sahəsinə və yeni inşa edilmiş fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 saylı Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün təsdiq edən sənədlərə malik deyildir. Daşınmaz əmlak reyestrində isə qeydiyyat hüquqyaradıcı yox, hüquqtəsdiqedici xarakter daşıyır. Yəni, qeydiyyat orqanı hüquq yaratmır, yalnız hüquqmüəyyənedici sənədlər əsasında mövcud hüququ dövlət tərəfindən tanıyır və rəsmiləşdirir. Əgər əlavə torpaq sahəsinə və ya həmin sahədə yerləşən tikilinin mübahisəli hissəsinə dair hüquqmüəyyənedici sənəd mövcud deyilsə, inzibati orqanın həmin əmlakı reyestrdə mülkiyyət obyekti kimi qeydiyyata alması hüquqi baxımdan mümkün deyil. Qanunvericilik qeydiyyat üçün torpaq sahəsinin sərhədlərinin, hüquqi statusunun və kadastr göstəricilərinin müəyyən edilməsini tələb edir. Hüquqi əsası olmayan, sərhədləri təsdiq edilməmiş və ya əlavə istifadə nəticəsində formalaşmış sahə üzərində mülkiyyət hüququnun birbaşa reyestr yolu ilə tanınması dövlət reyestrinin hüquqi sabitliyi prinsipinə zidd olardı. İddiaçı tərəfindən əsas gətirilən faktiki istifadə halı, sahənin hasar daxilində olması və ya uzunmüddətli istismar kimi arqumentlər mülkiyyət hüququnun yaranması üçün kifayət etmir. Faktiki istifadə hüquqi titul demək deyil. Torpaq münasibətlərində hüququn yaranması yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı, torpaqayırma aktı, mülkihüquqi müqavilə və ya qanunda nəzərdə tutulmuş digər hüquqi əsasla mümkündür. Əgər tikilinin bir hissəsi hüquqi sərhədlərdən kənarda yerləşirsə və həmin hissə üzrə qeydiyyat aparılmayıbsa, bu hal qeydiyyat üçün deyil, əksinə, hüquqi vəziyyətin əvvəlcə normativ qaydada tənzimlənməsini tələb edir. Torpaq sahəsinin ölçülərinin dəyişdirilməsi, əlavə hissənin qanuniləşdirilməsi və ya sərhədlərin yenidən müəyyən olunması ayrıca inzibati prosedur və səlahiyyətli orqanın qərarı əsasında mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, e-2-1(112)-5161/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, e-2-1(112)-5161/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar