Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3671/2025 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X8 və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X3, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1873/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********292100 saylı kameral qərar əsasında hesablanılaraq şəxsi hesab vərəqəsinə işlənilmiş 169336 manat məbləğində kameral hesablama məbləğinin və məbləğ üzrə hesablanılan günlük 0.1 faiz miqdarında faiz borclarının müəssisənin şəxsi hesab vərəqəsindən geri çəkilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-114324/2024 saylı, xx.xx.2023-cü il tarixli **********292100 saylı kameral qərarların ləğv edilməsi və qərarların nəticələrinin aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-1873/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı MMC barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********292100 nömrəli qərarının və xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-114324/2024 nömrəli qərarının ləğv edilməsi və həmin qərarların icrasının nəticələrinin aradan qaldırılması qərara alınmışıdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıda göstərilən səbəblərə görə cavabdeh hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)- 1873/2025 saylı qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. xx.xx.2024-cü il tarixli, **********758300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla bağlı: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-114324/2024 nömrəli qərar qəbul edilərək asandoc.az saytında müvafiq xanaya əlavə edilməklə portala əlavə edilmişdir. Həmin qərar iddiaçı tərəfindən elektron qutuda xx.xx.2024-cü il tarixində oxunmuşdur. Lakin iddiaçı "xxxx" MMC yalnız xx.xx.2024-cü il tarixində Bakı İnzibati Məhkəməsində xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-114324/2024 nömrəli qərarı mübahisələndirmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən prosessual müddət ötürülmüşdür. İşin mahiyyəti ilə əlaqədar aparılmış araşdırılma zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2021-ci ilin mənfəət vergisi bəyannaməsində uçot-baza məlumatlarına əsasən 315591,4 manat təsdiqini tapmayan xərc müəyyən edilmişdir. Qeyd edilən kənarlaşmalar ilə bağlı təqdim ediilmiş bəyannamənin xərc hissəsinin 221.4-cü sətrindən 315591,4 manat məbləğ vergi orqanı tərəfindən silinmişdir. Hesablama qaydası 315591,4 manat xərcdən silinmiş 315591,4*20%=63118,28 manat vergi məbləği hesablanmışdır. Yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********252400 nömrəli məktub göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər və dəqiqləşdirilmiş bəyannamə təqdim edilərək kənarlaşma aradan qaldırılmağından 63118,28 manat vergi məbləği hesablanmış və xx.xx.2024-cü il tarixli **********758300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Uçot-baza məlumatlarına əsasən 315591,4 manat təsdiqini tapmayan xərcin 134349 manat hissəsi riskli vergi ödəyiciləri ilə aparılmış əməliyyatlara aiddir. Belə ki, EBBL seriyalı, 343181 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 420294 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 778343 nömrəli, xx.xx.2021ci il tarixli, EBBE nömrəli, 693722 nömrəli, xx.xx.2021-ci il tarixli və EBBK seriyalı, 264892 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə fakturalar üzrə aparılmış əməliyyatlar riskli vergi ödəyiciləri ilə aparıldığdan vergi orqanı tərəfindən nəzərə alınmamışdır. EBBL seriyalı, 343181 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə faktura üzrə əməliyyat vergi orqanının xx.xx.2021-ci il tarixli, **********188600 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilən "xxxx" MMC ilə aparılmışdır. EBBE seriyalı, 420294 nömrəli, xx.xx.2021-ci il tarixli və EBBE nömrəli, 693722 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə fakturalar üzrə əməliyyatlar vergi orqanının xx.xx.2021-ci il tarixli, **********359900 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab olunan "xxxx" MMC ilə aparılmışdır. Müvafiq əməliyyatlar "xxxx" MMC riskli vergi ödəyicisi hesab olunduğu qərarın tarixindən sonrakı dövrlərdə aparılmışdır. EBBJ seriyalı, 778343 nömrəli, xx.xx.2021-ci il tarixli və EBBK seriyalı, 264892 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə fakturalar üzrə əməliyyatlar vergi orqanının xx.xx.2021-ci il tarixli, **********340100 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab olunan "xxxx" MMC ilə aparılmışdır. Uçot-baza məlumatlarına əsasən 315591,4 manat təsdiqini tapmayan xərclərin 181242,4 manat məbləğ hissəsi isə heç bir sənəd əsasında öz təsdiqini tapmamışdır. Bu xərclərin nəyə xərclənməsi ilə bağlı vergi ödəyicisinə uyğunsuzluq məktubu vasitəsilə müraciət edilsə də, ödəyici tərəfindən heç bir açıqlama verilməmiş, sənədlər təsdiq edilməmişdir. xx.xx.2023-cü il tarixli, **********292100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla bağlı: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********292100 nömrəli qərar qəbul edilərək asandoc.az saytında müvafiq xanaya əlavə edilməklə portala əlavə edilmişdir. Həmin qərar iddiaçı tərəfindən elektron qutuda xx.xx.2023-cü il tarixində oxunmuşdur. Lakin iddiaçı "xxxx" MMC yalnız xx.xx.2024-cü il tarixində Bakı İnzibati Məhkəməsində xx.xx.2023-cü il tarixli, **********292100 nömrəli qərarı mübahisələndirmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən prosessual müddət ötürülmüşdür. İşin mahiyyəti ilə əlaqədar aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş 2023-cü ilin mart ayı üzrə əlavə dəyər vergisinin bəyannaməsində ƏDV-yə cəlb edilmiş əməliyyatların dəyəri 0 manat məbləğ olaraq qeyd edilmişdir. Lakin kameral vergi yoxlaması dövründə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC-nin depozit hesabına 169336 manat məbləğ daxil olmuşdur, yəni hesabat dövründə iddiaçı tərəfindən ƏDV-yə cəlb edilən və ümumi dəyəri 940755,56 manat məbləğində əməliyyatlar aparılmışdır. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli, **********469900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə kameral vergi yoxlaması ilə 2023-cü ilin mart ayı üçün ƏDV bəyannaməsi üzrə 169336 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli, **********292100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Məhkəmə tərəfindən şadid ifadələri əsasında əməliyyatların əmtəəsiz olmadığı qənaətinə gəlinməsi yalnız fərziyyə xarakteri daşıyır. Belə ki, şahid qismində ifadə verən X5 və X4 müvafiq dövrlər üzrə "xxxx" MMC-də işləməsi sübuta yetmir. Belə olduğu təqdirdə isə həmin şəxslərin ifadəsi nəzərə alınmamalıdır. X1 həmin MMC-də işləməməsi özü tərəfindən də məhkəmənin diqqətinə çatdırılmışdır. Məhkəmə prosesində ilkin olaraq həmin şəxsin ifadəsinin nəzərə alınmayacağı qeyd edilsə də, hazırkı məhkəmə qərarının əsaslandırma hissəsində bu ifadəyə yer verilmiş, nəticədə prosessual qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Bu istiqamətdə Dövlət Vergi Xidmətinin uçot baza sistemində aparılan araşdırma zamanı "xxxx" MMC-nin işçilərinin siyahısında X9 və X12 adlarına rast gəlinməmişdir. Bundan başqa, şahid ifadəsi alınmış X14 "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, **********359900 nömrəli qərarla riskli vergi ödəyicisi hesab edilməsindən məlumatsız olduğunu, vergi orqanı tərəfindən sonralar MMC-yə məlumat verildiyini qeyd etmişdir. Lakin cavabdeh tərəfindən məhkəmə prosesində tələb edilməsinə baxmayaraq, qeyd olunan ifadə ilə bağlı müvafiq maddi sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Halbuki müvafiq qərar xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə göndərilmiş və həmin MMC tərəfindən müvafiq qərar xx.xx.2021-ci il tarixdə saat 10:28-də oxunmuşdur. Bu isə onu göstərir ki, şahid tərəfindən məhkəməyə yalan məlumat verilmişdir. Göründüyü kimi, əməliyyatlar aparılan zaman "xxxx" MMC artıq xx.xx.2021-ci il tarixli, **********359900 nömrəli qərardan məlumatlı idi. Buna baxmayaraq, əməliyyatlar aparılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 və iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında şahid qismində dindirilən X10 bildirmişdir ki, o, "xxxx" MMC-nin təsisiçisi və direktorudur. İddiaçı ilə onların arasında müqavilə 2021-ci ilin yaz aylarında bağlanılıb. Onlar mişar daşının istehsalı ilə məşğul olur. Həmçinin xarici ölkələrdən tikinti materialları gətirirlər. Tikinti materiallarının topdan və pərakəndə satışı ilə məşğul olurlar. Gətirdikləri bütün mallar rəsmi qaydada gömrük sənədləri ilə təsdiq edilən mallardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********292100 nömrəli qərarından görünür ki, İddiaçı MMC-yə kameral yoxlama nəticəsində 2023-cü il mart ayı üçün əlavə dəyər vergisi üzrə 169.336,00 manat əlavə vergi məbləği hesablanmışdır. Əsas: Təqdim edilmiş bəyannamənin 301-ci ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 0.00 manat məbləğ, hesabat dövrü ərzində ƏDV depozit hesabına 169.336 manat məbləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 940.755,56 manat daxil olmuş məbləği (ƏDV DH-na daxil olmuş 169336 manat ƏDV/0,18) ilə bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1-ci) hesabat dövrü (ay) üzrə yaranan və xx.xx.2020-ci il tarixə olan debitor borclar sətrinin (307-1.1-ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəminin fərqi olan 940.755,56 manat məbləğdən 940.755,56 manat az göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-114324/2024 nömrəli qərarından görünür ki, İddiaçı MMC-yə kameral yoxlama nəticəsində 2021-ci il üçün mənfəət vergisi üzrə 63.118,28 manat əlavə vergi məbləği hesablanmışdır. Əsas: Təqdim edilmiş Mənfəət vergisinin bəyannaməsinin “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin 221.2-ci (Sığorta haqları) sətrindəki 6678.15 manat məbləğ, həmin hesabat il üzrə təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinin (hesabatları) üzrə cəmi hesablanmış 6536.27 manat sığorta haqqlarının məbləğindən 141.88 manat artıq olması nəticəsində kənarlaşma yaranmışdır. İş materiallarında olan “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********188600 nömrəli Qərara əsasən vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********359900 nömrəli Qərara əsasən vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********340100 nömrəli Qərara əsasən vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən qərarların iddiaçıya hansı tarixdə rəsmi olaraq tam şəkildə təqdim olunmasını təsdiq edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçı tərəfindən müddətin ötürülməsi barədə cavabdehin dəlilləri əsassız hesab edilir. Bundan başqa, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən verilmiş ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatəti təmin edərək iddianı mümkün saymışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri istisna olmaqla digər fəaliyyət növləri üzrə nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.1-1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nəzarət-kassa aparatı tətbiq edilməli olan fəaliyyət növləri üzrə ödənişlə (nağd və ya nağdsız) bağlı nəzarət-kassa aparatı çekinin vurulduğu tarix. 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2020-ci ildən qüvvəyə minmişdir) 166-cı maddənin mətni yeni redaksiyada verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********292100 nömrəli qərarına əsasən iddiaçıya kameral yoxlama nəticəsində 2023-cü il mart ayı üçün əlavə dəyər vergisi üzrə 169.336,00 manat əlavə vergi məbləği hesablanmışdır. Həmin qərarla əlaqədar mübahisənin yaranma səbəbi vergi tutulan əməliyyatın vaxtının düzgün müəyyən edilməməsi ilə bağlı olmuşdur. Qeyd olunan qərara əsasən təqdim edilmiş bəyannamənin 301-ci ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan) sütununda göstərilmiş 0.00 manat məbləğ, hesabat dövrü ərzində ƏDV depozit hesabına 169.336 manat məbləğində mədaxilin olması nəticəsində müəyyən edilmiş 940.755,56 manat daxil olmuş məbləği (ƏDV DH-na daxil olmuş 169336 manat ƏDV/0,18) ilə bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar sətrinin (307.1-ci) hesabat dövrü (ay) üzrə yaranan və xx.xx.2020-ci il tarixə olan debitor borclar sətrinin (307-1.1-ci) hesabat dövrü (ay) ərzində silinən debitor borc məbləğlərinin cəminin fərqi olan 940.755,56 manat məbləğdən 940.755,56 manat az göstərilmişdir. Belə olan təqdirdə cavabdeh vergi orqanı iddiaçının depozit hesabına 169.336 manat məbləğində mədaxilin daxil olmasını nəzərə alaraq vergi ödəyicisinin ƏDV-yə cəlb olunan əməliyyatlarının ümumi həcminin 940.755,56 manat olması qənaətinə gəlmiş (ƏDV üzrə vergi dərəcəsinin 18% olmasını əsas götürərək) və 940.755,56 manat məbləğə münasibətdə ƏDV hesablamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən müvafiq əməliyyatın vergiyə cəlb edilməsi anı kimi vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallar (işlər və xidmətlər) üçün ödəmənin həyata keçirildiyi vaxt - pul vəsaitinin vergi ödəyicisinin bank və digər ödəniş hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesabına daxil olduğu vaxt nəzərə alınır. Odur ki, müvafiq əməliyyatın vergiyə cəlb edilməsi üçün ilkin şərt əməliyyat üzrə təqdim edilmiş malın (işin və xidmətin) dəyərinin vergi ödəyicisinə ödənilməsidir. Qeyd edilməlidir ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri ərzində İddiaçı MMC-nin bank hesabına hər hansı mədaxil daxil olmamış, faktiki olaraq müvafiq dövr üzrə təqdim edilmiş mallar (işlər və xidmətlər) üçün ödəmə həyata keçirilməmişdir. Təqdim edilmiş malın (xidmətin və işin) dəyərinə münasibətdə əsas məbləğ üzrə ödəniş vergi ödəyicisinin bank hesabına daxil edilmədiyi müddətdə məhz ƏDV-nin depozit hesabına ödənilmiş məbləğ nəzərə alınmaqla müvafiq əməliyyatın vergiyə cəlb edilməsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, ƏDVnin depozit hesabı vergi ödəyiciləri arasında aparılmış əməliyyatların dəyərinin birbaşa ödənilməsi məqsədilə nəzərdə tutulmamışdır. Müvafiq hesab yalnız həmin əməliyyatlar üzrə əlavə dəyər vergisinin (ƏDV) mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə köçürülməsi məqsədilə istifadə olunur. Odur ki, vergi orqanı vergi tutulan əməliyyatların vaxtını müəyyən edərkən vergi ödəyicisinin ƏDV-nin depozit hesabına köçürülmüş məbləği əsas götürməməli, müvafiq əməliyyat üzrə əsas vəsaitin vergi ödəyicisinin bank hesabına faktiki daxilolma vaxtını nəzərə almalıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-114324/2024 nömrəli qərarına əsasən iddiaçıya kameral yoxlama nəticəsində 2021-ci il üçün mənfəət vergisi üzrə 63.118,28 manat əlavə vergi məbləği hesablanmışdır. Həmin qərara əsasən mübahisənin yaranmasının səbəbi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) ilə aparılmış qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin dəyərinin nəzərə alınmamasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********188600 nömrəli Qərara əsasən vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********), “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********359900 nömrəli Qərara əsasən vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) və “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********340100 nömrəli Qərara əsasən vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Həmin əməliyyatlar vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır. Belə ki, cavabdehin mövqeyinə görə EBBL seriyalı, 343181 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBE seriyalı, 420294 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 778343 nömrəli, xx.xx.2021-ci il tarixli, EBBE nömrəli, 693722 nömrəli, xx.xx.2021-ci il tarixli və EBBK seriyalı, 264892 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə fakturalar üzrə aparılmış əməliyyatlar riskli vergi ödəyiciləri ilə aparıldığdan vergi orqanı tərəfindən nəzərə alınmamışdır. EBBL seriyalı, 343181 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə faktura üzrə əməliyyat vergi orqanının xx.xx.2021-ci il tarixli, **********188600 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilən "xxxx" MMC ilə aparılmışdır. EBBE seriyalı, 420294 nömrəli, xx.xx.2021-ci il tarixli və EBBE nömrəli, 693722 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə fakturalar üzrə əməliyyatlar vergi orqanının xx.xx.2021-ci il tarixli, **********359900 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab olunan "xxxx" MMC ilə aparılmışdır. Müvafiq əməliyyatlar "xxxx" MMC riskli vergi ödəyicisi hesab olunduğu qərarın tarixindən sonrakı dövrlərdə aparılmışdır. EBBJ seriyalı, 778343 nömrəli, xx.xx.2021-ci il tarixli və EBBK seriyalı, 264892 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə fakturalar üzrə əməliyyatlar vergi orqanının xx.xx.2021-ci il tarixli, **********340100 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab olunan "xxxx" MMC ilə aparılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Göründüyü kimi, iddiaçının "xxxx" MMC və "xxxx" MMC ilə əməliyyatlar apardığı vaxt onlar riskli vergi ödəyicisi olmamışlar. İddiaçının "xxxx" MMC və "xxxx" MMC ilə aparılmış əməliyyyatlar üzrə aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatları qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyiciləri ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC və "xxxx" MMC riskli vergi ödəyicisi olması barədə müvafiq qərarlar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicilərinin digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl iddiaçı ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla qanuni olmamışdır. "xxxx" MMC ilə aparılmış qarşılıqlı əməliyyatlara münasibətdə qeyd edilməlidir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir, cavabdeh vergi orqanı "xxxx" MMC tərəfindən riskli vergi ödəyicisi hesab edildiyi tarixdən sonra iddiaçıya təqdim edilmiş elektron qaimə fakturalar (EBBE seriyalı 420294 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə-faktura və EBBE seriyalı 693722 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə faktura) üzrə malların və ya xidmətlərin dəyərini nəzərə almamışdır. Lakin iddiaçı ilə həmin MMC arasında aparılmış qarşılıqlı əməliyyatlar üzrə müvafiq sənədlərdə məbləğlər arasında uyğunsuzluq halları müəyyən edilməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində şahid qismində iştirak edən "xxxx" MMC-nin işçisi X14 (baş mühasib), müvafiq malların təhvil-təslim prosesini həyata keçirmiş X12 (İddiaçı MMC-nin anbardarı qismində) və X9 ("xxxx" MMC-nin rəhbəri tərəfindən verilmiş etibarnamə üzrə səlahiyyətli şəxs qismində) EBBE seriyalı 420294 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə-faktura və EBBE seriyalı 693722 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimə faktura üzrə malların İddiaçı MMC-yə təhvil verildiyini təsdiq etmişlər. Bundan başqa, apellyasiya baxışı zamanı şahid qismində dindirilən "xxxx" MMC-nin direktoru X10 iddiaçı ilə aralarında müqavilənin olduğunu və müvafiq malların təhvil verildiyini təsdiq etmişdir. Göründüyü kimi, "xxxx" MMC və İddiaçı MMC arasında bağlanmış müqavilə üzrə malların (mərmər, mişar daşı, qranit) faktiki olaraq təhvil verilməsi qənaətini təkzib edən hər hansı şübhə yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əməliyyat apardığı vergi ödəyicisindən ona təqdim olunan malların müəssisələrin idxal zamanı və ya e-qaimə üzrə alışlarında olub-olmadığını yoxlamaq iddiaçının məsuliyyət sferasına aid deyil və bu hal onun apardığı mal alışı ilə bağlı əməliyyatlarının şübhə altına alınmasına və ya bununla bağlı hər hansı məhdudlaşmaya məruz qalmasına əsas vermir. Vergi orqanı iddiaçının apardığı əməliyyatları əmtəəsiz əməliyyat olduğunu iddia edirsə, bu halda həmin əməliyyatların əmtəəsiz əməliyyat olduğunu sübut etmək yenə də vergi orqanının üzərinə düşür. Vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz olması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, malın satıcısının idxalında və eqaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz olması kimi qiymətləndirilməməlidir. Başqa sözlə, elektron qaimə-fakturanın əmtəəsiz əməliyyat hesab edilməsi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Bir sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərarlar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərarlar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirdiyi cavabdehin xx.xx.2024-cü il tarixli qərarının nömrəsi «3-21-2-3/2-114324/2024» olduğu halda, birinci instansiya məhkəməsinin qərarında «3-21-2-3/114324/2024» göstərilmişdir. Məhkəmə kollegiyası bunu texniki yanlışlıq kimi qiymətləndirir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qərarı - qərara aldı hissədə cavabdehin mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarının nömrəsi «3-21-2-3/2-114324/2024» göstərilməklə, dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1873/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qərarı - qərara aldı hissədə cavabdehin mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarının nömrəsi «3-21-2-3/2-114324/2024» göstərilməklə, dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3671/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3671/2025
18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver