Məhkəmə qərarları › İş №2-1(103)-3673/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3673/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3673/2022 25.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı X1 Cavabdehnə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə baxılması üçün ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi ilə bağlı mübahisəyə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X2 Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1153/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati mübahisə ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsi 2-1(112)-13071/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı X1 Cavabdehnə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə məhkəmələr arasında aidiyyətlə bağlı fikir ayrılığı olduğuna görə işin məhkəmə aidiyyətinin həll edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsi qərara alınmışdır. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən hazırkı inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-in 9.1.3-cü maddəsində qeyd olunub ki, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. Sumqayıt İnzibati Məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə verilmiş sorğuya cavabdan görünür ki, iddiaçı X2 Bakı şəhəri, Xəzər rayonu, Albalılıq stansiyası, keçid 1349, yataqxana 2-də qeydiyyatdadır. İddiaçının qaldırdığı iddia tələbi öhdəliyin icrası növündə baxılan iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının Bakı şəhərində qeydiyyatda olmasını nəzərə alaraq hesab edir ki, hazırki iddiaya iddiaçının yaşayış yeri üzrə Bakı İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Bakı İnzibati Məhkəməsi isə hesab etmişdir ki, hazırkı işə Cavabdeh yerləşdiyi ərazi vahidi üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. hazırkı mübahisə üzrə məhkəmələr arasında işin ərazi aidiyyəti ilə bağlı fikir ayrılığı yarandığından inzibati iş məhkəmə aidiyyətinin müəyyən edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinin tələbindən göründüyü kimi, qanunverici inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerə görə müəyyən etmişdir. İş materiallarından da müəyyən edilir ki, iddiaçı seçimi əsasında öncə Cavabdehnə müraciət etmiş, sonuncu 10 sentyabr 2021-ci il tarixli, 05/4-921/15 saylı məktubla onun müraciətini şəxsiyyət vəsiqəsinin təqdim edilməməsi səbəbi ilə təmin etməkdən imtina etmişdir. Cavabdeh ərazi yurisdiksiyası isə birdən çox məhkəməni əhatə etmir. Qeyd olunanlara əsasən, iddia tələbi üzrə cavabdeh orqan Cavabdeh olduğundan hazırkı iddia tələbinə baxılması Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM-in) 8.1.2-ci maddəsinin birinci cümləsinə uyğun həll edilməlidir (inzibati orqanın yerləşdiyi yer üzrə) aidiyyətin təsir dairəsinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işə Cavabdeh yerləşdiyi ərazi vahidi üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Şamaxı rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8, 9, 80, və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı X1 Cavabdehnə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar