Məhkəmə qərarları › İş №2-1(103)-3676/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3676/2025

22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3676/2025 22.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müalicə müavinətinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2320/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xidmət illərində hər il üçün ödənilməli olan müavinətin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əsl olmayan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsini əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edərək, 20 aprel 2000-ci il tarixdən 19 iyul 2019-cu il tarixədək Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşı kimi müalicə olunması üçün ildə bir dəfə bir aylıq əməkhaqqı məbləğində müavinətin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmiş, əsl olmayan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1996-cı ildən DİN-də kiçik rəis heyətinə xidmətə qəbul olunmuşdur. Sonuncu dəfə DİN-in Abşeron rayon mühafizə polisi idarəsində kiçik rəis heyətində xidmətini ilə görə tamamlayıb 2019-cu ildə təqaüdə çıxmışdır. Xidmət müddətinə ildə bir dəfə almalı olduğu müalicə müavinətini almamışdır Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2320/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək olan hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-2320/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “müalicə müavinətinin ödənilməsi” tələbinə dair iddiası xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə müavinətlərin ödənilməsi hissəsində təmin edilməmişdir. Hazırda həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarında maddi və prosesual qanun pozuntularına yol verilmişdir. Məhkəmə onun təqdim etdiyi sübutları tam və hərtərəfli araşdırmamış, araşdırmanı birtərəfli aparmış, qanunsuz və əsassız qərar qəbul etmişdir. İddiaçı DİN-də 1997-ci ildən işə qəbul edilərək xidmət etməyə başlamış, Abşeron rayon mühafizə idarəsində kiçik rəis heyətində xidmətini tamamlamışdır. O, 2019cü ildən pensiyaya çıxmışdır. Abşeron rayon mühafizə idarəsində olarkən ildə bir dəfə almalı olduğu müalicə pulunu almamışdır. Belə ki, xidmət etdiyi dövrdə o və onunla birlikdə işləyən polis əməkdaşları hər il müalicə pulunun alınması ilə bağlı raportla rəhbərliyə müraciət etmişlər. Lakin rəhəbrlik onların raportunu qəbul etməkdən imtina edib onunla əsaslandırmışdır ki, onlar mühafizə polisi olduqlarından təsərrüfat hesablı xəttə keçmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli 73 nömrəli qərarına əsasən daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir. Xidmət etdiyiniz dövrdə qüvvədə olan Daxili İşlər Nazirliyinin xx.xx.2005-ci il tarixli 35\xiü nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar pul müavinətinin verilməsi Qaydası”na əsasən daxili işlər orqanlarının əməkdaşlarına müalicə olunma ilə əlaqədar pul müavinəti əməkdaşın raportu, müalicənin zəruriliyini və ya müalicə olunmanı təsdiqləyən sənəd əsasında xidmət keçdikləri orqanda yaradılmış müvafiq komissiyanın rəyi ilə verilirdi. DİN-in xx.xx.2019-cu il tarixli Ə893-001-19 nömrəli əmrinə əsasən xx.xx.2020-ci ildən əməkdaşlara müalicə olunmaları ilə əlaqədar bir aylıq əmək haqqı məbləğində pul müavinəti bir qayda olaraq məzuniyyət vəsiqəsinə əsasən, digər hallarda onların xidmət etdiyi qurumun rəisinin (komandirinin) adına yazdığı raport əsasında əlavə sənəd tələb edilmədən, ildə bir dəfə verilir. Qeyd olunanlar baxımından, xidmət müddətiniz ərzində müvafiq sənədlər təqdim edilmədiyindən müalicə müavinəti Sizə ödənilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli 73 nömrəli qərarına əsasən daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir. Sabiq əməkdaşın xidmət etdiyi dövrdə qüvvədə olan DİN-in xx.xx.2005-ci il tarixli 35\xiü nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarına müalicə olunmaları ilə əlaqədar pul müavinətinin verilməsi Qaydası”na əsasən daxili işlər orqanlarının əməkdaşlarına müalicə olunma ilə əlaqədar pul müavinəti əməkdaşın raportu, müalicənin zəruriliyini və ya müalicə olunmanı təsdiqləyən sənəd əsasında xidmət keçdikləri orqanda yaradılmış müvafiq komissiyanın rəyi ilə verilirdi. DİN-in xx.xx.2019-ci il tarixli Ə893-001-19 nömrəli əmrinə əsasən xx.xx.2020-ci ildən əməkdaşlara müalicə olunmaları ilə əlaqədar bir aylıq əmək haqqı məbləğində pul müavinəti bir qayda olaraq məzuniyyət vəsiqəsinə əsasən, digər hallarda onların xidmət etdiyi qurumun rəisinin (komandirinin) adına yazdığı raport əsasında əlavə sənəd tələb edilmədən, ildə bir dəfə verilir. Qeyd olunanlar baxımından, İddiaçı xidmət müddəti ərzində müvafiq sənədlər təqdim edilmədiyindən müalicə müavinəti ona ödənilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarına əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 2004-cü il tarixli 185 nömrəli Qərarına əsasən daxili işlər orqanları əməkdaşlarına məzuniyyətə çıxarkən ildə bir dəfə bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. Qərarın imzalandığı gündən qüvvəyə minməsi baxımından ödəniş yalnız həmin tarixdən etibarən ödənilir. İddiaçı xidmət etdiyi dövr ərzində qüvvədə olan Daxili İşlər Nazirliyinin xx.xx.2005-ci il tarixli 35/xiü nömrəli əmri ilə təsdiq edilmiş “Daxili İşlər orqanları əməkdaşlarına müalicə olunmaları ilə əlaqadar pul müavinətinin verilməsi Qaydası”na əsasən daxili işlər orqanlarının əməkdaşlarına müalicə olunma ilə əlaqədar pul müavinəti əməkdaşın raportu, müalicənin zəruriliyi və ya müalicə olunmanı təsdiqləyən sənəd əsasında xidmət keçdikləri orqanda yaradılmış müvafiq komissiyanın rəyi ilə verilirdi. DİN-in xx.xx.2019-cu il tarixli Ə893-001-19 nömrəli əmrinə əsasən xx.xx.2020-ci ildən əməkdaşlara müalicə olunmaları ilə əlaqədar bir aylıq əmək haqqı məbləğində pul müavinəti bir qayda olaraq məzuniyyət vəsiqəsinə əsasən, digər hallarda onların xidmət etdiyi qurumun rəisinin (komandirinin) adına yazdığı raport əsasında əlavə sənəd tələb edilmədən ildə bir dəfə verilir. Qeyd olunanlar baxımından, İddiaçı tərəfindən xidmət etdiyi müddət ərzində müvafiq sənədlər təqdim edilmədiyindən ona müalicə olunması ilə əlaqədar pul müavinəti ödənilməmişdir. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»:

97. Daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində pulsuz tibb xidməti göstərilir. Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”nın 9-cu bəndinin ikinci hissəsinə görə Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. Məhkəmə kollegiyası qeyd edir ki, Daxili İşlər Nazirliyinin xx.xx.2005-ci il tarixli, 35/XİÜ nömrəli əmri ilə təsdiq edilmiş “Daxili İşlər orqanları əməkdaşlarına müalicə olunmaları ilə əlaqadar pul müavinətinin verilməsi Qaydası”na əsasən xx.xx.2020-ci il tarixədək polis əməkdaşına sözügedən müavinət yalnız DİN-in Hospitalı və ya müvafiq poliklinikası tərəfindən müalicəyə dair verilmiş arayış həmin inzibati orqana rəsmi olaraq raportla təqdim edildiyi təqdirdə ödənilirdi. Müalicəyə ehtiyacı olan hərbi qulluqçu bununla bağlı müavinətin ödənilməsi üçün aidiyyəti üzrə müvafiq qaydada raportla müraciət etməli və müraciətə müvafiq tibbi sənədləri əlavə etməli idi. Müavinətin ödənilməsi həmin sənədlər əsasında müvafiq rəsmiləşdirmə aparılmaqla həyata keçirilirdi. Lakin hazırki iş üzrə iddiaçının müalicə ilə bağlı müavinətin ödənilməsi üçün qeyd olunan qaydada və xidmət dövründə müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmır, iddiaçı tərəfindən də bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı xidmət etdiyi dövr ərzində qüvvədə olan Daxili İşlər Nazirliyinin xx.xx.2005-ci il tarixli 35/xiü nömrəli əmri ilə təsdiq edilmiş “Daxili İşlər orqanları əməkdaşlarına müalicə olunmaları ilə əlaqadar pul müavinətinin verilməsi Qaydası”na əsasən daxili işlər orqanlarının əməkdaşlarına müalicə olunma ilə əlaqədar pul müavinəti əməkdaşın raportu, müalicənin zəruriliyi və ya müalicə olunmanı təsdiqləyən sənəd əsasında xidmət keçdikləri orqanda yaradılmış müvafiq komissiyanın rəyi ilə verilirdi. Lakin iddiaçı tərəfindən xidmət etdiyi müddət ərzində müvafiq sənədlər təqdim edilmədiyindən ona müalicə olunması ilə əlaqədar pul müavinəti ödənilməmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2320/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar