Məhkəmə qərarları › İş №2-1(103)-3678/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3678/2025

18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3678/2025 18.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızıının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-754/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. Ukrayna Respublikası "xxxx" tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş b17 № 207007 nömrəli diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı 2017-ci ildə Ukoopspilka Ali Təhsil Müəssisəsi "xxxx"nin tam kursunu bitirmiş və “Beynəlxalq iqtisadiyyat” istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. Diplom Kiyev şəhərinin Ukrayna Təhsil və Elm Nazirliyi tərəfindən xx.xx.2017-ci ildə A-40954-17 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir.

2. "xxxx"nin xx.xx.2023-cü il tarixli, 35-10/354 saylı məktubunda göstərilmişdir ki; Azərbaycan Respublikası vətəndaşı İddiaçı 15 noyabr 2013-cü il 674-C №li əmrə əsasən "xxxx" Ali Təhsil Müəssisəsinin Bakalavriat səviyyəsinin əyani şöbəsi üzrə “Beynəlxalq İqtisadiyyat” ixtisasının 1-ci kursuna qəbul olunub. 15 noyabr 2013-cü il tarixindən 30 iyun 2017-ci il tarixədək universitetdə təhsil aldığı müddətdə 15 noyabr 2013-cü il tarixində distant texnologiyalardan istifadə imkanı ilə aşağıdakılar fərdi təhsil cədvəlinə keçirilmişdir: 1-ci kurs (2013-2014-cü tədris ili) - 02.12.13-cü il, əmr № 706-C. 2-ci kurs (2014-2015-ci tədris ili) - 01.09.14-cü il, əmr № 512-C. 3-cü kurs (2015-2016-cı tədris ili) - 16.09.15-ci il, əmr № 546-C. 4-cü kurs (2016-2017-ci tədris ili) - 31.08.16-cı il, əmr № 528a-C. Tələbənin fərdi cədvəl üzrə qalması zamanı distant təhsil texnologiyalarından istifadə biliyin tam həcmini, müstəqil işin həcmini, tədris saatlarının sayını, fənlərdən kreditləri, yekun modul və kurs işlərinin, imtahanların hazırlanmasını Dövlət Təhsil Standartı və Poltava İqtisadiyyat və Ticarət Universitetinin standartlarına, əyani bakalavr pilləsinin təhsil ixtisas səviyyəsinin müvafiq ixtisasını almaq üçün təsdiq edilərək nəzərdə tutulub və tələblərə cavab verir. İddiaçı 30 iyun 2017-ci il tarixində “Beynəlxalq İqtisadiyyat” ixtisası üzrə (30 iyun 2017ci il tarixli, əmr № 434-C) əsas ali təhsil almış və imtahan komissiyasının qərarı ilə “Beynəlxalq İqtisadiyyat” hazırlıq istiqaməti üzrə Bakalavr dərəcəsi almışdır və ona 30 iyun 2017-ci il tarixində “Beynəlxalq İqtisadiyyat” ixtisası üzrə Bİ7 No.207007 saylı Bakalavr diplomu və onun əlavəsi təqdim edilmişdir. Ukrayna Nazirlər Kabinetinin 20 yanvar 1998-ci il tarixli 65 nömrəli “Təhsil ixtisas səviyyələri (dərəcə təhsili) haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Qərarı ilə bakalavr hazırlığının normativ müddəti 3 il 10 aydır.

3. "xxxx"nin xx.xx.20254-cü il tarixli, 35-07/32 saylı məktubunda göstərilmişdir ki; Azərbaycan Respublikası vətəndaşı İddiaçı 15 noyabr 2013-cü ildə əmr № 674-C üzrə Ali Təhsil Müəssisəsi olan Ukoopspilki "xxxx"nə Bakalavr təhsilinin əyani forması üzrə “Beynəlxalq iqtisadiyyat” hazırlıq istiqamətinin 1-ci kursuna qəbul olunub. Ukraynanın şərqində (12 aprel 2014-cü il tarixində başlanmış) antiterror əməliyyatı ilə əlaqədar, həmçinin əcnəbi tələbələrin xahişlərini və onların valideynlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq, universitet rəhbərliyi əcnəbi tələbələrin təhsilini fərdi cədvəl üzrə təhsilini davam etdirməsinə icazə vermək qərarına gəlib. 15 noyabr 2013cü il tarixindən 30 iyun 2017-ci il tarixinədək təhsil aldığı müddətdə 15 noyabr 2013-cü il tarixində distant texnologiyalardan istifadə etmək imkanı ilə fərdi təhsil qrafıkinə keçdi: - 1-ci kurs (2013-2014-cü tədris ili)- əmr No.706-C, verilib 02.12.13-cü ildə - 2-ci kurs (2014-2015-ci tədris ili)- əmr No.512-C, verilib 01.09.14-cü ildə - 3-cü kurs (2015- 2016-cı tədris ili)- əmr No.546-C, verilib 16.09.15-ci ildə - 4-cü kurs (2016-2017-ci tədris ili)- əmr No.528a-C, verilib 31.08.16-cı ildə Ukraynanın “Ali təhsil haqqında” Qanununa əsasən tələbələrin fərdi cədvəl üzrə təhsil almaq hüququ var. Fərdi cədvəl üzrə təhsil alan ali təhsil müəssisəsinin tələbəsi distant təhsilə dəstək sistemindən istifadə etmək hüququna malikdir. Tələbənin fərdi cədvəl üzrə olduğu müddətdə distant təhsil texnologiyalarından istifadə müəllim və tələbə arasında tam qarşılıqlı əlaqə ilə real distant təhsil rejimində dərslərin keçirilməsinə imkan verən axınauditoriyaların istifadəsini nəzərdə tutur. Təhsil proqramının hər bir fənni üzrə distant kurslar proqramının yaradılması tələbədən biliklərin tam həcmini və müstəqil işin həcmini mənimsəməyi tələb edir və ona tədris saatlarının tam sayını, fənlər üzrə kreditləri, yekun dərsin hazırlanmasını daxildir, modul və kurs işləri, imtahanlar və dövlət təhsil standartının və PUET standartlarının tələblərinə cavab verir, əyani bakalavr təhsili və qiymətləndirmə səviyyəsinin müvafiq ixtisasını əldə etmək üçün təsdiqlənir. Fərdi təhsil cədvəli: tədris prosesinin təşkilinin müxtəlif formaları baxımından hər bir fənnin tədris planı ilə müəyyən edilmiş dərs yükü həddində həyata keçirilir; tələbənin akademik fənnin iş proqramında nəzərdə tutulmuş bütün növ cari tədris işlərinin və ya hər bir fənn üzrə fərdi iş qrafiki (praktiki, laboratoriya və nəzarət işləri, müstəqil işin fərdi tapşırıqları və s.) ümumi nizamnamə ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsini təmin edir; yerindən asılı olmayaraq, müəllimlə tam qarşılıqlı əlaqə ilə innovativ axın- öyrənmə texnologiyaları sayəsində onlayn sinif dərslərində iştirak çevikliyi ilə hibrid formatda təlim təmin edir; distant kursların materialını müstəqil şəkildə emal etmək və tədris fənlərinin fərdi öyrənilməsi üçün kurikulum və planlara uyğun olaraq bütün növ məcburi işləri yerinə yetirmək imkanı verir; onların həyata keçirilmə tarixləri və vaxtları haqqında məlumatları əks etdirən müəllimlə məsləhətləşmələrin və nəzarət tədbirlərinin cədvəlini təqdim edir. Universitet qanunvericiliyə uyğun olaraq dərslərin onlayn və oflayn rejimdə eyni vaxtda keçirildiyi axın-auditoriyalar yaratmaqla tələbələrin fərdi qrafik üzrə təhsilinin keyfiyyətini təmin edir; Moodle və Jitsi Meet universitet platformasında həyata keçirilən 600-dən çox distant kursun inkişafı; 47 600-dən çox tam mətnli sənəd və elektron məzmunu özündə birləşdirən universitetin elektron kitabxanasından, həmçinin universitetin professor-müəllim, işçi heyəti və tələbələrinin elmi tədqiqatlarının elektron repozitorundan istifadə etmək imkanı yaradır. 30 iyun 2017-ci il tarixində İddiaçı Beynəlxalq iqtisadiyyat” hazırlığı üzrə baza ali təhsilini alaraq (əmr № 434-C, verilib 30.06.17-ci ildə), Dövlət İmtahan Komissiyasının qərarı ilə “Beynəlxalq iqtisadiyyat” ixtisasını alıb və ona 30.06.17- ci il tarixində B17 № 207007 saylı Bakalavr diplomu və diploma əlavəsi təqdim olunub. Ukrayna Nazirlər Kabinetinin 30 yanvar 1998-ci iltarixində verilmiş No.65 əmrə “Təhsil və ixtisas səviyyələri (dərəcə təhsili) haqqında müddəalar təsdiq edilərkən” əsasən bakalavrın normatib hazırlıq müddəti 3 il 10 ay təşkil edir.

4. TKTA-nın “Xarici Dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” xx.xx.2023-cü il tarixli, NA 00019747 №-li Qərarında göstərilmişdir ki, ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1- ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.5-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 (qırx) həftədir. Hər semestr 20 (iyirmi) həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2023- cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci bəndinə əsasən qərara alındı: 1. Ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilsin. 2. Qərar məlumat üçün ərizəçiyə təqdim edilsin. 3. Qərardan onun hüquqi qüvvəyə mindiyi gündən 30 (otuz) gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər.

5. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-38- 2/33-1750/24 saylı məktubunda göstərilmişdir ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında Ukrayna Respublikasına və oradan Azərbaycan Respublikasına giriş və çıxışı üzrə aşağıdakı məlumatlar qeydə alınmışdır: xx.xx.2013-xx.xx.2013; xx.xx.2014-xx.xx.2014; xx.xx.2015-xx.xx.2015; xx.xx.2016-xx.xx.2016; xx.xx.2017-xx.xx.2017

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5876/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh TKTAya qarşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbi barədə iddiasına dair mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə Ukrayna Respublikası "xxxx" tərəfindən İddiaçı “Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə xx.xx.2017-ci il tarixdə verilmiş B17 № 207007 №-li bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin verilməsi barədə sənədləri ərizəsinə əlavə etməklə TKTA-ya təqdim edilməsi üçün İddiaçı 15 (on beş) gün, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İPM-nin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh TKTA-ya 30 (otuz) gün müddət təyin edilmişdir. Məhkəmənin qeyd olunan qərardadının icrası ilə bağlı TKTA tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-29-61/2-391/2024 №li məktubda göstərilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(112)-2352/2024 nömrəli qərardadı əsasında, İddiaçı X4 və Ticarət Universiteti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, B17 Ne 207007 nömrəli diplom üzrə əldə etdiyi “Beynəlxalq iqtisadiyyat” (əyani/bakalavriat) ixtisasının tanınması üzrə yenidən inzibati icraat aparılmışdır. İddiaçının xarici ali təhsil aldığı ölkədə olma müddəti onun sərhədkeçmə məlumatları əsasında yenidən araşdırılmış və təhsil aldığı illər üzrə aşağıdakı kimi müəyyənləşdirilmişdir: 2013-2014-14 gün 2014-2015-8 gün 2015-2016-7 gün 2016- 2017-15 gün Tədris müddəti: 3 il 10 ay Bununla bağlı bildirilmişdir ki, iddiaçı onun diplom əlavəsində əsasən müəyyən olunmuş 3 il 10 ayllıq təhsil müddəti ərzində ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində əyani təhsilalma forması üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın: 1.6-cı bəndinə əsasən, bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir; Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.2-ci yarımbəndinə əsasən, Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. İnzibati icraat zamanı iddiaçının tələb olunan 160 həftəlik normativ müddət əvəzinə ümumi 3 il 10 ayllıq təhsil müddəti tədris il ərzində cəmi 6 həftə 2 gün təhsil aldığı ölkə ərazisində olmuşdur. Buda iddiaçının diplom əlavəsində qeyd olunan tədris fənlərinin mənimsənilməsini qeyri-mümkün hala gətirir. Aparılan araşdırma zamanı iddiaçının təhsil müddətində təhsilalma formasının əyani olması bir daha təsdiqini tapmış və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.4-cü yarımbəndində əks olunmuş bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması və 4.1.5-ci yanmbənddə əks olunmuş bakalavriat və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tələbləri ilə onun sərhədkeçmə məlumatları arasında uyğunsuzluq müəyyən olunmuşdur. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın (bundan sonra Qaydalar) 3.10.1 yarımbəndinə əsasən Qaydaların 4.1,-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadığı üçün kvalifikasiyanın tanınmasından imtina üçün hüquqi əsas yaranmışdır. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2024-cü il tarixli qərarla onun xarici dövlətdə əldə etdiyi xarici kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Məktuba əlavə olunmuş TKTA tərəfindən qəbul edilmiş NA00030602 №li 22 iyul 2024-cü il tarixli “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” Qərarda göstərilmişdir ki; Ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları''nın 3.10.1- ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.5-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 (qırx) həftədir. Hər semestr 20 (iyirmi) həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2023- cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci bəndinə əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi qərara alınmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ukrayna Respublikası "xxxx" tərəfindən onun adına verilmiş 207007 saylı, 30 iyun 2017-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respubikasının ərazisində tanınması barədə ekvivalentlik haqqında şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdeh TKTA-nın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Dövlət İmtahan Komissiyasının qərarı ilə “Beynəlxalq iqtisadiyyat” hazırlığı üzrə baza ali təhsilinə dair ona 207007 saylı, xx.xx.2017-ci il tarixli bakalavr diplomu təqdim edilmişdir. Həmçinin diploma əlavədən görünür ki, o, ali təhsil aldığı müddətdə qarşısına qoyulan təhsil öhdəliklərini lazımi səviyyədə yerinə yetirmiş və qanuni əsaslarla təhsilini başa vurmuşdur. O, diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikasında tanınaraq və nostrifikasiya şəhadətnaməsinin verilməsi üçün aidiyyatı üzrə TKTA-ya müraciət etmişdir. Lakin, TKTA onun ərizəsinin icrası ilə bağlı müsbət cavab verməmiş, 23 noyabr 2023-cü il tarixində Xarici dövlətin ali təhsilə aid kvalifıkasiyasının tanınmasından imtina edilməsi barədə qərar qəbul etmişdir. Bakalavr diplomu 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil olunmuş və apostil möhürü vurulmuşdur. Onun "xxxx"ni Beynəlxalq İqtisadiyyat ixtisası üzrə bitirməsi iddia ərizəsinə əlavə edilmiş sənədlərlə öz təsdiqini tapdığından, iddiaçının həmin təhsil müəssisəsini bitirməsi barədə ДВС 207007 saylı, xx.xx.2017-ci il tarixli diplom üzrə ixtisasının tanınmaması və alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməməsi qanuna zidddir. Cavabdeh iddia ərizəsində qeyd edilən bu halları araşdırmadan qərar vermiş və haqsız olaraq onun ali təhsil almağı haqqında olan diplom üzrə ixtisası tanımamışdır. Onun ali təhsli aldığı Universitetin məktubundan görünür ki, universitet tərəfindən iddiaçının həmin universitetdə təhsilini qiyabi formada, lakin distant texnologiyalarından istifadə etməklə alması, həmin universitetin tələbəsi və məzunu olması təsdiqlənmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli. 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın tələblərinə əsasən, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. İddiaçının diplomuna əsasən müəyyən olunur ki, o, 240 AKTTS (Avropa Kredit və Toplanması Sistemi) kredit yığmışdır. Onun təhsil aldığı universitet tərəfindən verilmiş arayışlardan da göründüyü kimi İddiaçı şəxsi ərizəsinə əsasən birinci ali təhsil dərəcəsində (bakalavr) 38.03.01 iqtisadiyyat üzrə təhsil almış, bütün məqbul və imtahanları tam həcmdə vermiş, nəticədə təhsil-peşə proqramını müvəffəqiyyətlə yerinə yetirərək universitetin imtahan komissiyasının qərarı əsasında bakalavr təhsil dərəcəsi üzrə diplom (207007 nömrəli, 30 iyun 2017-ci il tarixli) almışdır. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun aldığı tədrisin qanunvericiliyə uyğun həyata keçirilməsi, diplomun tanınmasının isə Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaların tələbinə cavab verməsi şərtdir. Ona məxsus diplomun cavabdeh tərəfindən tanınmasından imtina üçün “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarda nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud olmamışdır.

9. Cavabdeh iddiaya etiraz və etiraza əlavə təqdim edərək bildirir ki, iddiaçı iddia ərizəsində inzibati orqan tərəfindən verilmiş imtina aktını xx.xx.2022-ci il tarixli yazılı müraciətindən sonra əldə etdiyini qeyd etmişdir. Qeyd olunan hal ilə bağlı tərəflərindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, Ş427 saylı ərizə ilə müraciəti olub və həmin müraciətə əsasən iddiaçıya xx.xx.2017-ci il tarixli, 23-04- 397/ANİ saylı inzibati akt poçt vasitəsi ilə göndərilmişdir. Hazırda iddiaçı xx.xx.2023-cü il tarixli inzibati aktı mübahisələndirir. İddiaçı əldə etdiyi kvalifikasiyanın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə TKTA-ya iddiaçıya məxsus elektron ünvan vasitəsi ilə müraciət etmişdir. Cavabdeh iddiaçının elektron müraciətinə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olduğunu müəyyən etmiş, bu səbəblərdən xx.xx.2023-cü il tarixində iddiaçıya müvafiq sənədin verilməsindən imtina aktını iddiaçının elektron ünvanına yerləşdirilmişdir. Hesab edirlər ki, iddiaçının iddia tələbi məhkəmə tərəfindən mümkünsüz hesab edilməlidir. Azərbaycan Respublikasının “Vətəndaşların müraciəti haqqında” Qanunun 3.0.12-ci maddəsinə əsasasən elektron müraciət- müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət; Həmin qanunun 6.7-ci maddəsinə əsasən “Elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir”. Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən “Şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd Göndərən tərəfindən göndərilmiş hesab edilir”. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən “Elektron sənədin Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir”. Həmin qanunun 28.2-ci maddəsinə əsasən “Elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir”. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanun 62.2-ci maddəsinə əsasən “Elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikasının “İnzibati Prossesual Məcəllə”sinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində iddia qaldıra bilər. İnzibati orqanın xx.xx.2023-cü il tarixli qərarı iddiaçıya məxsus və iddiaçının inzibati orqana müraciət etdiyi elektron ünvanına həmin tarixdə yerləşdirilmişdir. Beləliklə iddiaçı inzibati orqanın xx.xx.2023-cü il tarixili qərarından inzibati orqana qarşı ən gec xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia tələbi qaldırıla bilərdi. Lakin iddiaçı sözügedən iddia tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmaması xahiş olunmuşdur.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-754/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Ukrayna Respublikası "xxxx" tərəfindən İddiaçı adına verilmiş 207007 saylı, 30 iyun 2017-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respubikasının ərazisində tanınması barədə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

11. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun diplom əlavəsində əsasən müəyyən olunmuş 3 il 10 ayllıq təhsil müddəti ərzində ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində əyani təhsilalma forması üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. İnzibati icraat zamanı iddiaçının tələb olunan 160 həftəlik normativ müddət əvəzinə ümumi 3 il 10 ayllıq təhsil müddəti tədris il ərzində cəmi 6 həftə 2 gün təhsil aldığı ölkə ərazisində olmuşdur. Bu da iddiaçının diplom əlavəsində qeyd olunan tədris fənlərinin mənimsənilməsini qeyri-mümkün hala gətirir. Belə olan halda iddiaçının əyani təhsilalma forması üzrə tədris yükünü dövlət standartları çərçivəsində yerinə yetirməsi mümkünlüyü istisna edilir. ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

14. Məhkəmədə cavabdehin nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir.

15. Məhkəmədə iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

17. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8.bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; 3.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyınin müəyyən edilməsi (noslrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

18. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının: 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. 19.Qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”: 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Qaydaların 3.7-ci bəndinə əsasən Qaydaların 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.5 Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2 və 3.1-ci maddələrinə əsasən)

25. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 16-21-ci bəndləri) əsaslanaraq qeyd edir ki, apellyasiya şikayəti təmin edilməlidir.

26. Belə ki, iddiaçı diplom üzrə ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi ilə bağlıdır. Başqa sözlə, iddiaçının hüquqi marağı və məqsədi Ukrayna Respublikası "xxxx" tərəfindən onun adına verilmiş 207007 saylı, 30 iyun 2017-ci il tarixli bakalavr diplomun dövlət tərəfindən tanınmasını tələb edir.

27. Cavabdeh orqan isə iddiaçının ali təhsilin bakalavr səviyyəsi üzrə hər bir tədris ili ərzində kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmadığını, bununla da iddiaçının diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirmək üçün kifayət hesab edilmədiyini əsas gətirilərək imtina verilmişdir.

28. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdehin qeyd olunan dəliləri ilə razılaşır.

29. İşin faktiki hallarından görünür ki, iddiaçı 30 iyun 2017-ci il tarixində “Beynəlxalq İqtisadiyyat” ixtisası üzrə (30 iyun 2017-ci il tarixli, əmr № 434-C) əsas ali təhsil almış və imtahan komissiyasının qərarı ilə “Beynəlxalq İqtisadiyyat” hazırlıq istiqaməti üzrə Bakalavr dərəcəsi almışdır və ona 30 iyun 2017-ci il tarixində “Beynəlxalq İqtisadiyyat” ixtisası üzrə Bİ7 No.207007 saylı Bakalavr diplomu və onun əlavəsi təqdim edilmişdir. Qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələblərindən göründüyü kimi diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı işdə də qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də, tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri, təhsil alınan ölkədə faktiki olunan müddətləri də özündə ehtiva edir. İş materiallarında olan iddiaçının sərhədkeçmə məlumatlarından görünür ki, iddiaçı xx.xx.2013-xx.xx.2013; xx.xx.2014xx.xx.2014; xx.xx.2015-xx.xx.2015; xx.xx.2016-xx.xx.2016; xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə həmin ölkədə olmuşdur. Bu hal isə onun müvafiq tədris pilləsi üzrə müəyyən edilmiş təhsil proqramını mənimsəməsini şübhə altına alır.

30. Məhkəmə Kollegiyası qeyd edir ki, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin əyani formada olması işin mübahisəsiz halıdır.

31. İddiaçının halına münasibətdə əyani təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır.

32. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını əyani formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. Habelə, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübut da təqdim olunmamışdır.

33. Kollegiya qeyd edir ki, iddiaçının diplom əlavəsində müəyyən olunmuş 3 il 10 ayllıq təhsil müddəti ərzində ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində əyani təhsilalma forması üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Lakin, İnzibati icraat zamanı iddiaçının tələb olunan 160 həftəlik normativ müddət əvəzinə ümumi 3 il 10 ayllıq təhsil müddəti tədris il ərzində cəmi 6 həftə 2 gün təhsil aldığı ölkə ərazisində olmuşdur. Bu da iddiaçının diplom əlavəsində qeyd olunan tədris fənlərinin mənimsənilməsini qeyri-mümkün hala gətirir. Belə olan halda iddiaçının əyani təhsilalma forması üzrə tədris yükünü dövlət standartları çərçivəsində yerinə yetirməsi mümkünlüyü istisna edilir.

34. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın 3.2.2-ci yarımbəndinə əsasən ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir.

35. Bununla belə məhkəmə Kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə həlledici məqam qeyd edilən qaydada xaricdə alınmış əyani formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin əyani formasına münasibətdə əsas standartlara uyğunluğunun müəyyən olunmasından asılıdır. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını əyani formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir.

36. İddiaçının halında isə sözügedən tələbə riayət olunmamışdır.

37. Beləliklə, məhkəmə kolleqiyası müəyyən edilmiş halları ixtisasın tanınması üçün təhsilin keyfiyyət göstəriciləri ilə bağlı tələblər baxımından dəyərləndirərək hesab edir ki, cavabdeh tərəfindən diplomun tanınmasından imtina edilməsi mübahisəyə dair işin hallarına, milli və beynəlxalq qanunvericiliyə uyğundur.

38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsaslı hesab olunur. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.

39. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

41. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-754/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv olunmalı, iddia təmin olunmamalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-754/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” öhdəliyi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar