Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3679/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, cavabdehin nümayəndələri X3 və X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9282/2024 saylı xx.xx.2024-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı "xxxx" MMC Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə mübahisələndirmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinə dəqiqləşmə verərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********183118 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” və xx.xx.2024-cü il tarixli **********183648 nömrəli - qərarlarının ləğv edilməsini Bakı İnzibati Məhkəməsindən xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Cavabdeh tərəfindən hüquqi varisi İddiaçı olan "xxxx" MMC barəsində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi əsasında xx.xx.2022 tarixli **********166126 saylı qərara əsasən xx.xx.2019-xx.xx.2022 dövrlərini əhatə etməklə, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər növbədənkənar səyyar vergi yoxlaması həyata keçirilmiş və yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli **********166251 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akta əsasən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixdə **********183118 nömrəli Qərarla iddiaçı barəsində 4731464,21 manat məbləğində vergilərin əlavə hesablanması, 46430,97 manat artıq hesablanması, 2715280,41 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilsə də, həmin maddəyə uyğun olaraq Cəmiyyətin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin hansı mənbəyi bəlli məlumat əsasında əldə edildiyi yoxlamanın təyin edilməsi barədə qərarda əsaslandırılmamışdır. Halbuki, növbədənkənar səyyar vergi yoxlamasının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi ilə müəyyən olunan mənbəyi bəlli məlumat olmadan həyata keçirilməsi dəfələrlə kassasiya instansiyasının qərarlarında pozuntu kimi qiymətləndirilərək qərarın ləğv olunmasının əsası kimi göstərilmişdir. Belə ki, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(102)-1969/2022 saylı (sədrlik edən X.Məmmədov), xx.xx.2022-ci il tarixli 2-1(102)-669/2022 saylı (sədrlik edən S.Kərimov), xx.xx.2022-ci il tarixli 2-1(102)-1480/2022 saylı (sədrlik edən R.Nəbizadə), xx.xx.2022-ci il tarixli 2-1(102)-1255/2022 saylı (sədrlik edən N.Rəsulbəyova), xx.xx.2022-ci il tarixli 2 1(102)- 23/2022 saylı (sədrlik edən K.Bədəlov), xx.xx.2024-cü il tarixli 2-1(102)-751/2024 saylı (sədrlik edən X.Məmmədov) qərarlarında, formalaşmış vahid məhkəmə təcrübəsi yoxlamanın təyin edilməsinin əsaslandırılmadığı hallarda bu formada həyata keçirilən inzibati icraatın qanunsuz olduğunu təsbit etmişdir. Yoxlama zamanı cavabdeh tərəfindən Səyyar və Ticarət Palatası yanında “Azərekspertiza” X1 mütəxəssis kimi dəvət olunmuş və hesablamanın əsasını təşkil edən istehsal həcmi xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi əsasında müəyyən olunmuşdur. Bununla bağlı, qeyd olunan şəxs onun fəaliyyət sahəsinə uyğun rəy vermək səlahiyyətinə malik deyildir. Belə ki, mütəxəssis kimi cəlb olunan şəxsin şokolad sənayesi sahəsində təhsilini və iş təcrübəsini təsdiq edən sənədlər rəyə əlavə edilmədiyindən həmin şəxs mütəxəssis hesab oluna bilməz. Vergi Məcəlləsinin 45.2-ci maddəsinə görə, mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Təqdim edilən rəyin faktiki iqtisadi göstəricilərə uyğun gəlməməsi həmçinin aşağıdakılarla təsdiq olunur. Rəydən göründüyü kimi, mütəxəssis istehsal vahidinə sərf olunmuş yağsız quru südün miqdarına uyğun olaraq istehsal həcmi çıxarmışdır. Halbuki, qeyd olunan formada istehsal həcminin müəyyən olunması mümkünsüzdür. Belə ki, onun fəaliyyətində istehsal olunan hazır məhsulların tərkibini tək yağsız quru süd deyil, bir çox elementlər təşkil edir. Alınmış yağsız quru südün bütün hissəsinin istehsala sərf olunması da mütəxəssisin subyektiv yanaşması kimi qiymətləndirilməlidir. Göründüyü kimi, cavabdeh mütəxəssis adlandıran şəxsin yalnız, excel funksiyaları ilə rəqəmlər üzərində yerdəyişmələr etməklə süni şəkildə yaratdığı istehsal həcmini əsas götürərək artıq ödənilmiş vergilərin şəxsi hesab vərəqəsindən tam silinməsi məqsədilə əlavə vergi öhdəliyi yaranmasına çalışmışdır. Xüsusilə bildirir ki, mütəxəssis rəyi mötəbər olsaydı belə həmin rəy vergi hesablaması üçün yetərli hesab oluna bilməz. Belə ki, kassasiya instansiyasının formalaşmış vahid məhkəmə təcrübəsinə görə, (AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)- 1356/2022 saylı, xx.xx.2021-ci il tarixli 2 1(102)-1161/2021 saylı, xx.xx.2022-ci il tarixli 2- 1(102)-1299/2022 saylı, xx.xx.2022-ci il tarixli 2-1(102)- 386/2022 saylı, xx.xx.2021-ci il tarixli 2-1(102)-862/2021 saylı, xx.xx.2022-ci il tarixli 2-1(102)-1480/2022 saylı, xx.xx.2022-ci il tarixli 2- 1(102)-532/2022 saylı, xx.xx.2022-ci il tarixli 2-1(102)-231/2022 saylı, xx.xx.2022-ci il tarixli 2-1(102) 1720/2022 saylı, xx.xx.2023-cü il tarixli 2-1(102)- 2258/2023 saylı, xx.xx.2024-cü il tarixli 2-1(102)-261/2024 saylı, və s.) vergi ödəyicisinin istehsal həcminin və bunun üzərindən vergiyə cəlb edilən dövriyyənin yalnız mütəxəssis rəyi ilə hesablanması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Yəni, qeyd olunan məhkəmə yanaşması odur ki, vergi ödəyicisinə əlavə verginin hesablanması zamanı yeganə əsas kimi çıxış edə bilməz. Bundan əlavə, cavabdeh tərəfindən müəssisənin təsisçilərə geri qaytardığı borc məbləğinə güya ödənilən faiz gəlirləri üzrə ümumilikdə 47784,8 manat məbləğində ÖMV (ödəmə mənbəyində vergi) hesablanmışdır. Bununla bağlı, müqavilələrdə təsisçinin borcu faizlə verməsi şərtləndirilməyib. Əgər belə olsaydı, borc verilən məbləğ geri qaytarıldıqda iddiaçının faizlərdən gəliri yarana bilərdi. Hazırkı halda isə müqavilələrdə belə şərt mövcud deyil, bu hal Mülki Məcəllənin 390-cı və 739.2-ci maddəsinin borc ərizəni imzalayan şəxs haqqında məlumat: münasibətlərinin rəsmiləşdirildiyi dövrdə qüvvədə olan redaksiyasının tələblərinə uyğundur. Mülki Məcəllənin 739.2-ci maddəsinin 2-ci cümləsinə əsasən (xx.xx.2023-cü il tarixdən borc fəsli yeni redaksiyada verilib) müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Lakin iddiaçının təsisçi(lər)inin belə peşəkar fəaliyyətlə məşğul olmasına dair hər hansı əsas səyyar vergi yoxlaması aktında və ya yekun inzibati aktda göstərilməmişdir. Belə ki, təsisçinin yalnız öz müəssisəsinə borc verməsi onun bu fəaliyyətlə peşəkar şəkildə məşğul olması kimi qiymətləndirilə bilməz. Bundan əlavə, cavabdehin əsas götürdüyü Vergi Məcəlləsinin 123.1-ci maddəsinə görə, rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Göründüyü kimi, normada əsas şərt faizlərin ödənilməsidir. Hazırkı halda cavabdeh orqan heç bir halda iddiaçının təsisçiyə faiz ödədiyini sübuta yetirə bilməz, çünki belə hal baş verməyib. Kassasiya instansiyasının xx.xx.2023-cü il tarixli 2 1(102)-2215/2023 saylı və xx.xx.2023-cü il tarixli 2-1(102)-1914/2023 saylı qərarlarında qeyd edilən məzmunda mövqe bildirilmiş və vergi orqanlarının ödənilməyən faizlərə görə ÖMV hesablamasının qanunsuz olduğu bildirilmişdir. Həmçinin, işə əlavə olunan xx.xx.2022-ci il tarixli dövlət reyestrindən çıxarışdan göründüyü kimi, cavabdehin hesablama apardığı "xxxx" MMC hazırki İddiaçı MMC-yə qoşulmuşdur və iddiaçı fəaliyyətinə xitam verilən cəmiyyətin hüquqi varisidir. Bu halı səyyar vergi yoxlaması aktının 10-cu səhifəsində cavabdeh də təsdiq etsə də, hüquqi fəaliyyətinə xitam verilmiş müəssisə barəsində hesablama aparmaqla ziddiyyətli mövqe nümayiş etdirmişdir. Mülki Məcəllənin 55.5-ci maddəsinə görə, hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır. Göstərilənləri ümumiləşdirərək, cavabdehin Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi ilə müəyyən olunan əsas olmadan səyyar vergi yoxlaması başlaması, müəssisənin fəaliyyət sahəsində təhsili və təcrübəsi olmayan şəxsin mütəxəssis kimi yoxlamaya cəlb edilməsi, məhsulun maya dəyərini təşkil edən ayrı-ayrı xərc maddələri nəzərə alınmadan yalnız yağsız quru süd əsasında çıxarılmış istehsal həcminin əsas götürülməsi, müəssisə təsisçiyə hər hansı faiz ödəmədiyi halda, geri qaytarılan borc məbləğinə faizlərin tətbiqi və ÖMV hesablanması, kassasiya instansiyasının vahid təcrübəsinə əsasən mütəxəssis rəyinin vergilərin hesablanması üçün yeganə əsas kimi çıxış etməməsi, fəaliyyətinə xitam verilmiş hüquqi şəxs barəsində hesablama aparılması cavabdehin qəbul etdiyi xx.xx.2024cü il tarixdə **********183118 nömrəli Qərarın ləğv edilməsi üçün əsaslardır…» Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «… Müəssisə yoxlanılan dövrdə təqdim edilmiş elektron qaimə faktura məlumatlarına əsasən kakao, şokolad və şəkərdən qənnadı məmulatlarının istehsalı və topdan satışı fəaliyyəti ilə məşğul olmuşdur. Müəssisəyə xx.xx.2022-ci il tarixli **********166252 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin vergi orqanında olan uçot baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlər, kalkulyasiyalar material hərəkəti və vergilərin hesablanmasına əsas verən digər sənəd və məlumatlar istifadə edilmişdir. Vergi ödəyicisi tərəfindən istehsal olunmuş məhsulların real istehsal həcmini müəyyənləşdirilməsi üçün yoxlama zamanı Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən mütəxəssis cəlb olunmasına zərurət yaranmışdır. Vergi ödəyicisi yoxlanılan dövr üçün real istehsal olunmuş məhsulların (əmtəələrin qablaşdırılması üçün plastik məmulatlarin istehsalı) həcminin müəyyənləşdirilməsi məqsədi ilə Baş İdarə tərəfindən xx.xx.2023-cü il tarixli **********167723 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” Qərar çıxarılaraq Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi X5 mütəxəssis kimi dəvət olunmuşdur. Müəssisə tərəfindən məhsulların istehsalında istifadə olunan xammal materialın alışı, satışı, dövrün əvvəlinə və sonuna qalıqlar barədə məlumatlar, yoxlama dövründə hər il üzrə xammalın əvvələ və sona qalıqlar, kalkuyasiyalar mütəxəssisə təqdim edilmişdir. Mütəxəssis tərəfindən istehsal olunan məhsulların həcmi barədə rəy hazırlanaraq yoxlamaya təqdim edilmişdir. Mütəxəssis rəyinə əsasən hesablama mexanizmi aşağıdakı qaydadada aparılmışdır: MMC-nin elektrik enerjisi və təbii qazla qidalandıran qurğulardan qonşu müəssisənin elektrik və təbii qaz sərfiyyatçıları qidalandırıldığı və bu qurğuların üzərində quraşdırılmış sərfiyyat sayğacları qonşu müəssisənin sərfiyyatını qeyd etdiyi üçün MMC nin istehsal həcmin istehsal vahidinə sərf olunan elektrik enerjisi və təbii qaz sərfiyyatına əsasən hesablamaq məqsədəmüvafiq hesab edilmədi. Bu səbəbdən istehsal həcmi MMC tərəfindən təqdim edilmiş resepturalara uyğun olaraq, istehsal vahidinə sərf olunmuş yağsız quru südün miqdarına uyğun olaraq hesablanmışdır. Bunun üçün MMC-nin qərarda göstərilən dövrü əhatə edən müddət ərzində illər üzrə idxal etdiyi və daxili bazardan aldığı xammal yağsız quru südün və dövrün əvvəlinə və sonuna yağsız quru südün qalıq miqdarları müəyyən edildi. Resepturalara uyğun olaraq illər üzrə istehsal olunmuş məhsulların çeşidlərinə uyğun çəkiləri resepturada göstərilən yağsız quru südün miqdarına vurularaq istehsala sərf olunmuş yağsız quru südün silgi miqdarı müəyyən edildi. Yağsız quru süd sərfiyyatından qalıq, resapturaya əsasən istehsal olunmuş məhsullara sərf olunmuş yağsız quru südün orta sərfiyyatına uyğun bölünərək istehsal oluna biləcək qənnadı məhsulunun miqdarı müəyyən edilmiş və Müəssisə tərəfindən xammal-material qalığı illik təqdim edildiyi üçün, o cümlədən hər il üzrə dövrün əvvəlinə, sonuna qalıqlar və alış-satış məlumatlarına uyğun olaraq mütəxəssis tərəfindən istehsal həcmi illik təqdim edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş məhsullar uzrə elektron qaimə fakturalara əsasən müəssisənin özü tərəfindən tətbiq edilən orta qiymətlər götürülərək illər üzrə əlavə dövriyyə hesablanaraq ümumilikdə səyyar vergi yoxlamasının 4737171.3 manat ƏDV-nin azaldılması və 66903.97 manat ƏDV-nin artıq hesablanması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 4737171.3 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni, 2368585.65 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir...” Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-9282/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********183118 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı və xx.xx.2024-cü il tarixli **********183648 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında” Qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. “… Məhkəmənin qərarı əsassızdır. Belə ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" xx.xx.2022ci il tarixli **********163126 nömrəli Qərarına əsasən xx.xx.2019- cu ilden xx.xx.2022-ci ilədək olan dövr üzrə "xxxx" MMC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi Məcəlləsinin 23, 43, 45-ci maddələrindən yararlanaraq yoxlamanın gedişatında xx.xx.2019-cu İİ tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə ‘"xxxx" MMC tərəfindən istehsal edilmiş məhsulların istehsal həcminin müəyyənləşdirmək məqsədi ilə Baş İdarənin "Mütəxəssisin dəvət edilməsi barədə’ xx.xx.2023-cü il tarixli **********167723 nömrəli Qərarına əsasən mütəxəssis rəyinin verilməsi üçün Azerbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza" Birliyinin mütəxəssisi cəlb edilmişdir. Mütəxəssis tərəfindən tərtib edilmiş mütəxəssis rəyi **********758200 nömrəli məktubla vergi orqanına təqdim edilmişdir. Təqdim edilmiş **********758200 nömrəli mütəxəssis rəyinin göstəriciləri nəzərə alınaraq, müvafiq hesablamalar aparılmışdır. Səyyar vergi yoxlaması ilə 2019-cu, 2021-ci və 2022-ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə olunmuşdur. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104.1ci və 134-cü maddələrinin tələbləri pozulmuşdur. Səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 104-cü, 134-cü, 135-ci və 136-cı maddələrinin tələblərinə müvafiq olaraq vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti bərədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlər, kalkulyasiyalar, material hərəkəti və vergilərin hesablanmasına əsas verən digər sənəd və məlumatlar istifadə edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrinə əsasən 2019-cu ildə müəssisənin ümumi gəlirləri 24 927 519.57 manat, gəlirdən çıxılan xərcləri 28 177 579.30 (o cümlədən: əmək haqqı 1 979 347.08 manat, sosial siğortə haqları 367 068.75 manat, malın dəyəri 18 736 726.9 manat, icarə haqqı 54 000, qaz xərci 921 239.49 manat, rabitə xərci 2 489.23 manat, bank xidmətləri üzrə xərclər 60 137.59 manat, reklam xərclən ******* manat, bilavasitə malların təqdim edilməsifişlənn görülməsi,xidmətlərin göstərilməsi) 75 091.72 manat, borca görə faizlər və onunla bağlı olan xərclər 821 504.32, amortizasiya xərci 3 181 506.08 manat, nəqliyyat xərci 904 226.68 manat, siğorta üzrə xərclər 103 070.13 manat, digər xərclər 618 781.03, gəlirdən çıxılan vergilər və yığımlar 263 193.18 manat) manat olmaqla hesabat dövündə 3 250 059.73 manat zərər məbləği yaranmışdır. 2020-ci ildə müəssisənin ümumi gəliriərı 24 157 777.45 manat, gəlirdən çıxılan xərcləri 28 520 541.03 (o cümlədən: əmək haqqı 2 429 325.80 manat, sosial siğorta haqları 447 213.91 manat, malın dəyən 20 263 082.80 manat, icarə haqqı 32 992 00 manat, enerji xərci 651 535.88 manat, qaz xərci 167 621 69 manat, su və kanalizasiya xərcləri 81 017.53 manat, rabitə xərci 10 434.69 manat, amortizasiya xərci 4 097 611.56 manat, siğorta üzrə xərclər 119 105.25 manat, gəlirdən çıxılan vergilər və yığımlar 220 599.92 manat) manat olmaqla hesabat dövündə 4 362 763.58 manat zərər məbləği yaranmışdır. 2021-ci ildə müəssisənin ümumi gəlirləri 33 075 809.00 manat, gəlirdən çıxılan xərcləri 38 444 055.44 (o cümlədən: əmək haqqı 2 139 940.05 manat, sosial siğorta haqlan 417 312.09 manat, xammal materiallar 28 225 077.00 manat, icarə haqqı 39 408.00 manat, enerji xərci 674 306.60 manat, qaz xərci 162 505.11 manat, su və kanalizasiya xərcləri 105 300.34, rabitə xərci 51 693.21 manat, bank xidmətləri üzrə xərclər 123 669.00 manat, reklam xərci 36 108.24 manat, bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər 162 666.09 manat, borca görə faizlər və onunla bağlı xərclər 1 862 454.00 manat, amortizasiya ayrımları 3 801 693.00 manat, təmir xərcləri 13 781.98 manat, nəqliyyat xərcləri 65 770.00 manat, siğorta üzrə xərclər 65 199.12 manat, digər xərclər 421 161.48 manat, gəlirdən çıxılan vergilər və yığımlar 197 859.63 manat, ümumi gəlirdən çıxılmayan xərclər 121 849.50 manat) manat olmaqla hesabat dövündə 5 368 246.44 manat zərər məbləği yaranmışdır. Vergi ödəyicisi tərəfindən istehsal olunmuş məhsulların real istehsal həcmini müəyyənləşdirilməsi üçün yoxlama zamanı Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən mütəxəssis cəlb olunmasına zərurət yaranmışdır. Vergi ödəyicisi yoxlanılan dövr üçün real istehsal olunmuş məhsulların (əmtəələrin qablaşdirilmasi üçün plastik məmulatlarin istehsalı) həcminin müəyyənləşdirilməsi məqsədi ilə Baş İdarə tərəfindən xx.xx.2023-cü il tarixli **********167723 nömrəli "Mütəxəssisin dəvət edilməsi haqqında' Qərar çıxarılaraq Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının 'Azərekspertıza" Birliyinin mütəxəssisi X5 mütəxəssis kimi dəvət olunmuşdur. Müəssisə tərəfindən məhsulların istehsalında istifadə olunan xammal materialın alışı, satışı, dövrün əvvəlinə və sonuna qalıqlar barədə məlumatlar, yoxlama dövründə hər il üzrə xammalın əvvələ və sona qalıqlar, kalkuyasiyalar mütəxəssisə təqdim edilmişdir. Mütəxəssis tərəfindən istehsal olunan məhsulların həcmi barədə rəy hazırlanaraq yoxlamaya təqdim edilmişdir. Mütəxəssis rəyinə əsasən hesablama mexanizmi aşağıdakı qaydadada aparılmışdır MMC-nin elektrik enerjisi və təbii qazla qidalandıran qurğulardan qonşu müəssisənin elektrik və təbii qaz sərfiyyatçıları qidalandırıldığı və bu qurğuların üzərində quraşdırılmış sərfiyyat sayğacları qonşu müəssisənin sərfiyyatını qeyd etdiyi üçün MMC-nin istehsal həcmin istehsal vahidinə sərf olunan elektrik enerjisi və təbii qaz sərfiyyatına əsasən hesablamaq məqsədəmüvafiq hesab edilmədi. Bu səbəbdən istehsal həcmi MMC tərəfindən təqdim edilmiş resepturalara uyğun olaraq, istehsal vahidinə sərf olunmuş yağsız quru südün miqdarına uyğun olaraq hesablanmışdır. Bunun üçün MMC-nin qərarda göstərilən dövrü əhatə edən müddət ərzində illər üzrə idxal etdiyi və daxili bazardan aldığı xammal yağsız quru südün və dövrün əvvəlinə və sonuna yağsız quru südün qalıq miqdarları müəyyən edilmişdir. Resepturalara uyğun olaraq illər üzrə istehsal olunmuş məhsulların çeşidlərinə uyğun çəkiləri resepturada göstərilən yağsız quru südün miqdarına vurularaq istehsala sərf olunmuş yağsız quru südün silgi miqdarı müəyyən edilmiş, yağsız quru süd sərfıyyatından qalıq, resapturaya əsasən istehsal olunmuş məhsullara sərf olunmuş yağsız quru südün orta sərfiyyatına uyğun bölünərək istehsal oluna biləcək qənnadı məhsulunun miqdarı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən istehsal olunmuş məhsulların real istehsal həcmini müəyyənləşdirilməsi üçün yoxlama zamanı Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən mütəxəssis cəlb olunmasına zərurət yaranmışdır. Vergi ödəyicisi yoxlanılan dövr üçün real istehsal olunmuş məhsulların (əmtəələrin qablaşdirilmasi üçün plastik məmulatların istehsali) həcminin müəyyənləşdinlməsi məqsədi ilə Baş İdarə tərəfindən xx.xx.2023-cü il tarixli **********167723 nömrəli ‘Mütəxəssisin dəvət edilməsi haqqında" Qərar çıxarılaraq Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının ‘Azərekspertiza" Birliyinin mütəxəssisi X5 mütəxəssis kimi dəvət olunmuşdur. Müəssie tərəfindən məhsulların istehsalında istifadə olunan xammal materialın alış, satış, dövrün əvvəlinə və sonuna qalıqlar barədə məlumatlar, yoxlama dövründə hər il üzrə xammalın əvvələ və sona qalıqlar, kalkuyasiyalar mütəxəssisə təqdim edilmişdir. Mütəxəssis tətfindən istehsal olunan məhsulların həcmi barədə rəy hazırlanaraq yoxlamaya təqdim edilmişdir. Səyyar vergi yoxlaması vergi orqanının baza məlumatları və təqdim edilmiş mütəxəssis rəyinə əsasən aparılmışdır. Müəssisə tərəfindən xammal-material qalığı illik təqdim edildiyi üçün, o cümlədən hər il üzrə dövrün əvvəlinə, sonuna qalıqlar və alış-satış məlumatlarına uyğun olaraq mütəxəssis tərəfindən istehsal həcmi illik təqdim edilmişdir. Satış qiymətlənnə və aktivlərinin dəyərinə uyğun bəyan edilməmişdir. Qeyd olunanlara əsasən vergilərin (və ya vergitutma obyektlərinin) gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyindən, rekvizitlərini və iqtisadı göstəricilərini əks etdirən məlumatlar göndərilərək, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən həmin vergi ödəyicısində növbədənkənar səyyar vergi yoxlamasının təyin olunmasına dair aidiyyəti üzrə müvafiq göstəriş verilmişdir. Yoxlamanın reyestrdə qeydiyyata alınmaması barədə dəlilə münasibətdə bildiririlir ki, 13 iyun 2024-cü il tarixli KY221875714 saylı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən yoxlama qeydiyyata alınmış, çıxarış iş matenallarına əlavə edilmişdir. Həmçinin, cavabdehin “səyyar vergi yoxlamasının keçirilməsi haqqında" xx.xx.2022ci il tarixli **********166126 nömrəli Qərarına əsasən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Müvafiq qərarda da qərarın təqdim edildiyi gündən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay ərzində bibaşa və ya qərarı çıxarmış vergi orqanı vasitəsilə yuxarı vergi orqanına şikayət verilmə bilməsi qeyd edilmişdir Lakin iddiaçı tərəfindən müvafiq qərardan inzibati şikayət verilməmiş, həmçinin qərar məhkəmə qaydasında mübahisələndirilməmişdir. Xüsusi bilikləri əsasında qanunvericiliklə qadağan olunmayan metodika tətbiq etməklə istehsal həcminin müəyyən edilməsi mütəxəssisin peşə sahəsi üzrə hüquqlarına aiddir, bu hüquq üzrə məhdudlaşdırma nəzərdə tutulmayıb, mübahisələndirilən qərar üzrə vergi yoxlaması aparılan zaman məhz mövcud olan elmi metodika əsasında istehsal həcmi müəyyən edilmişdir. İstehsal həcmi iddiaçının özü tərəfindən təqdim edilmiş resepturalara uyğun olaraq, istehsal vahidinə sərf olunmuş yağsız quru südün miqdarına uyğun olaraq hesablanmışdır. Qənnadı məhsullarının hər birinin tərkibində quru südün olması nəzərə alınaraq, iddiaçının qərarda göstərilən dövrü əhatə edən müddət ərzində illər üzrə idxal etdiyi və daxili bazardan aldığı xammal yağsız quru südün və dövrün əvvəlinə və sonuna yağsız quru südün qalıq miqdarları müəyyən edilmişdir. Resepturalara uyğun olaraq illər üzrə istehsal olunmuş məhsulların çeşidlərinə uyğun çəkiləri resepturada göstərilən yağsız quru südün miqdarına vurularaq istehsala sərf olunmuş yağsız quru südün silgi miqdarı müəyyən edilmiş, yağsız quru süd sərfiyyatından qalıq, resapturaya əsasən istehsal olunmuş məhsullara sərf olunmuş yağsız quru südün orta sərfiyyatına uyğun bölünərək istehsal oluna biləcək qənnadı məhsulunun miqdarı müəyyən edilmişdir. Vergi orqanının istifadə etdiyi proqram təminatında AVlS-in Audit alt modulunun “səyyar vergi yoxlaması aktı' pəncərəsində ‘58.8.3-cü maddəsi" üzrə pəncərə olmadığı üçün həmin maddə ilə tətbiq olunmuş maliyyə sanksiyası “58.7 1." pəncərəsinə rəqəm olaraq yazıldığı üçün VMCQ-nın "qərara alıram" hissəsində "58.7.1-cı maddəsinə əsasən" sözləri "58.8.3-cü maddəsinə əsasən" sözləri kimi oxunsun" qeyd edilmişdir. Vergi orqanı iddiaçı tərəfindən ilkin mübahisələndirilən 02 may 2024-cü il tarixli **********183118 saylı "Vergi ödəyicisinin və sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarı ləğv etməmiş, müvafiq qərara düzəliş edərək 22 may 2024-cü il tarixli **********183648 saylı qərar qəbul edilmiş, təsisçinin müəssisəyə verdiyi borc qaytarılarkən hesablanan faiz hissəsi ləğv edilmişdir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, iddiaçının nümayəndəsi isə Ali Məhkəmənin oxşar hallar üzrə iddianın təmin olunması barədə qanuni qüvvəsini almış məhkəmə qərarlaırına istinadən və hazırkı işlə bağlı iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin təmin olunması barədə qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkün sayılmaması barədə Ali Məhkəmənin qərardadıını məhkəməyə təqdim edərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, cavabdeh vergi orqanının xx.xx.2022-ci il tarixli qərarına əsasən xx.xx.2019-cu ilden xx.xx.2022-ci ilədək olan dövr üzrə iddiaçının hüquq varisi olduğu "xxxx" MMC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, nəticəsi xx.xx.2024-cü il tarixli səyyar vergi yoxlaması aktı itə rəsmiləşdirilmiş, nəticəsi nəticəsi xx.xx.2024-cü il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdır (“Veysəloğlu" MMC (VÖEN: **********) ""xxxx" " MMC-nin ona qoşulması yolu ilə yenidən təşkil edilmiş və onun hüquqi varisi olması barədə xx.xx.2022-ci il tarixdə (No**********485600) qeydiyyata alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarış verilmişdir). Daha sonra, cavabdeh vergi orqanı tərəfindən həmin akt əsasında "Vergi ödəyicisinin və sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" 02 .05. 2024-cü il tarixli qərar qəbul edilərək, iddiaçıya Vergi Məcəlləsinin Məcəllənin 159.1-ci maddəsinə əsasən 4731464,21 manat məbləğində ƏDV (46430,97 manat artıq hesablanma nəzərə alınmaqla) və Məcəllənin 58.1-ci maddəsinə əsasən həmin məbləğin 50 faizi miqdarında, yəni, 2715280,41 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Daha sonra sözügedən qərarına, 22 may 2024-cü il tarixdə qəbul etdiyi digər mübahisələndirilən qərarı (No: **********183648) ilə düzəliş edərək, ilkin hesablama məbləğləri də təsbit olunmaqla, təsisçinin müəssisəyə verdiyi borc qaytarılarkən hesablanmış faiz hissəsini ləğv etmişdir. Konkret halda iddiaçı hər iki qərarı İPM-in 32.1-ci maddəsinin tələbləri qaydasında mübahisələndirərək ləğv edilməsini tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin olunmuş, cavabdehin həmin qərarları ləğv edilmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.3-cü maddəsinə əsasən hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur...” Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 14.1-ci maddəsinə əsasən Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdehin iddia ərizəsinə etirazı və həmin etirazının məzmununu təkrarlayan apellyasiya şikayətindən göründüyü kimi, iddiaçıda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi ilə müəyyən olunan əsasla aparılmış növbədənkənar səyyar vergi yoxlaması nəticəsində mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarla iddiaçiya mütəxəssis rəyi əsasında hesablanmış əlavə vergi və tətbiq olunmuş maliyyə sanksiyası hesablanmışdır. Birincisi, qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi ilə vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsi (azaldılması) əlamətləri müəyyən edildikdə növbədənkənar səyyar vergi yoxlamasının növbədənkənar keçirilmə qaydası müəyyən olunduğu halda, belə əlamətlərin mövcudluğu yoxlamanın təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarda əsaslandırılmamışdır. Halbuki, Ali Məhkəmə səviyyəsində bir sıra məhkəmə qərarlarına mənbəyi bəlli məlumat olmadan həyata keçirilməsi vergi qanunvericiliyinin tələblərinin pozulması kimi kimi qiymətləndirilmişdir (xx.xx.2022-ci il tarixli 2-1(102)-1969/2022 saylı, xx.xx.2022-ci il tarixli 2-1(102)-669/2022 saylı, xx.xx.2024-cü il tarixli 2-1(102)-751/2024 saylı və s.) Digər tərəfdən, yoxlamanın mahiyyətinə gəldikdə, cavabdeh tərəfindən apellyasiya şikayətinin dəlillərində qeyd olunur ki, iddiaçı tərəfindən istehsal olunan məhsulunun həcmi istehsal vahidinə sərf olunmuş yağsız quru südün miqdarına uyğun olaraq, qənnadı məhsullarının hər birinin tərkibində quru südün olması nəzərə alınaraq, yoxlanılan dövrü əhatə edən müddət ərzində illər üzrə idxal etdiyi və daxili bazardan aldığı xammal yağsız quru südün və dövrün əvvəlinə və sonuna yağsız quru südün qalıq miqdarları müəyyən edilmiş, resepturalara uyğun olaraq illər üzrə istehsal olunmuş məhsulların çeşidlərinə uyğun çəkiləri resepturada göstərilən yağsız quru südün miqdarına vurularaq istehsala sərf olunmuş yağsız quru südün silgi miqdarı müəyyən edilmiş və sərfiyyatından qalıq, resapturaya əsasən istehsal olunmuş məhsullara sərf olunmuş yağsız quru südün orta sərfiyyatına uyğun bölünərək istehsal oluna biləcək qənnadı məhsulunun miqdarı müəyyən edilmişdir. Halbuki, Vergi Məcəlləsinin 45.1-ci maddəsinin tələbinə görə səyyar vergi yoxlaması keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Qeyd olunan normanın mənasından da göründüyü kimi, mütəxəssis o halda, səyyar vergi yoxlamasına dəvət oluna bilər ki, araşdırılmalı sahələr üzrə xüsusi bilik və təcrübəyə malik olsun. İşə əlavə olunmuş mütəxəsis rəyindən isə görünür ki, rəy “Azərekspertiza” Birliyinin mütəxəssisi X5 tərəfindən verilmiş, lakin onun, ərzaq, o cümlədən, qənnnadi məhsullarının istehsalı sahəsində ixtisaslaşdırılmış təhsilinin və iş təcrübəsinin mövcudluğu müəyyən olunmur (Diplomun surəti işə əlavə olunmuşdur). İstifadə etdiyi metodik göstəriş isə elektrik enerjisinin itkisi, təhlili və normallaşdırılması ilə bağlı hesabatlar üçün nəzərdə tutulmuşdur. Belə olan halda həmin mütəxəssisin yoxlanılan istehsal sahəsinə dair zəruri biliyi və müvafiq iş təcrübəsi mövcud olmayan şəxs kimi yoxlamaya dəvət olunaraq onun tərəfindən rəy verilməsi rəydə göstərilən nəticələrin doğruluğunu əsaslı sürətdə şübhə altına alır. Rəyin mahiyyətinə gəldikdə, məzmunundan görünür ki, ümumi şəkildə, təkcə, qənnadi məhsulunda istifadə edilən quru süd tozunun yoxlanılan dövr üzrə istehsal həcmi müəyyənləşdirlmiş, lakin hansı çeşidlərdə və bu çeşidlərdə hansı miqdarda süd tozu sərf olunduğu araşdırma obyekti olmamışdır. Ümumiyyətlə, rəy yoxlanılan dövrdə iddiaçı tərəfindən istehsalın texnoloji qaydlara riayət edilməsi yoxlanılmadan, hər çeşid üzrə hansı iniqridiyentlərdən istifadə olunduğu, həm də, bazar tələbatına uyğun olaraq istehsalın qurulub-qurulmadığı aydınlaşdırılmadan verilmişdir. Mütəxəssis tərəfindən yalnız istehsal vasitəsi olan avdanlığın texniki pasportında təsbit olunan gücü nəzərə almaqla, ümumi satılan məhsulların istehsal həcmini (78577182,02 kq) və tərkibində yağsız quru süd olan məmulatların ümumi maya dəyərini (23200727,74 manat) müəyyən olunmuş və buradan da vergi orqanı tərəfindən iddiaçıya əlavə vergilər hesablanmışdır. Bütün bu qeyd olunan hallar isə mütəxəssis rəyində göstərilən nəticələrin sübutetmə vasitəsi kimi qəbul edilməsini istisna edir. Bundan əlavə qeyd olunmalıdır ki, oxşar işlər üzrə Ali Məhkəmə səviyyəsində formalaşmış məhkəmə təcrübəsi də mövcuddur. Belə ki, mütəxəssis rəyi əsasında vergilərin hesablanmasına münasibətdə kassasiya instansiyası məhkəməsinin vahid məhkəmə təcrübəsinə görə (Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1161/2021 saylı, xx.xx.2022-ci il tarixli 2-1(102)-1356/2022 saylı, xx.xx.2023-cü il tarixli 2-1(102)- 2258/2023 saylı, xx.xx.2024-cü il tarixli 2-1(102)-261/2024 saylı və s.) vergi ödəyicisinin istehsal həcminin və bunun üzərindən vergiyə cəlb edilən dövriyyənin yalnız mütəxəssis rəyi ilə hesablanması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır və mütəxəssis rəyi əlavə vergi hesablanmasının yeganə əsası kimi çıxış edə bilməz. Bundan əlavə, cavabdeh tərəfindən müəssisənin təsisçilərə geri qaytardığı borc məbləğinə ödənilən faiz gəlirləri üzrə ümumilikdə ödəmə mənbəyində vergi hesablanması da qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Birincisi ona görə ki, bu məsələ tərəflər arasında müqavilə münasibətlərinə əsasən tənzimlənir. İkincisi, hüquqi şəxslərin dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışa cavabdehin hesablama apardığı "xxxx" MMC hazırki İddiaçı MMC-yə qoşulmuşdur və iddiaçı fəaliyyətinə xitam verilən cəmiyyətin hüquqi varisidir. Üçüncüsü, Vergi Məcəlləsinin 123.1-ci və 13.2.16-cı maddələrinin təhlili baxımından, ödənilən faizlərdən 10 faiz dərəcəsi ilə ödəmə mənbəyində vergi tutulur. Başqa sözlə, sözügedən verginin tutlması faizlərin ödənilməsi ilə şərtləndirilir ki, konkret halda da, vergi orqanı tərəfindən iddiaçının təsisçiyə faiz ödədiyini sübuta yetirilmədiyi halda iddiaçıya əsassız vergilər hesablanmışdır. Qeyd olunmalıdır ki, bu qəbildən olan vergilərin hesablanmasının qanunsuz olduğuna Ali Məhkəmə tərəfindən də öz qərarlarında münasibət bildirmişdir (xx.xx.2023-cü il tarixli 2 1(102)-2215/2023 saylı, xx.xx.2023-cü il tarixli 2-1(102)-1914/2023 saylı). Onu da qeyd etmək lazımdır ki, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş mübahisələndirilən xx.xx.2024-cü il tarixli **********183118 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının icrasının dayandırılması barədə” iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi, iddianın uğurululuğu baxımından Bakı İnzibati Məhkəməsinin 15(112)-239/2024-cü il tarixli qərardadı ilə təmin edilmiş, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2024-cü il tarixli 15(103)121/2024 saylı qərardı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış, həmin qərardaddan cavabdeh vergi orqanının kasasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin 15(102)-132/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə, oxşar mübahisəli məsələyə münasibətdə aydın və kifayət qədər müddət ərzində tətbiq edilməkdə sabit təcrübə olduğu nəzərə alınmaqla, mümkün sayılmamışdır. Beləliklə də, yoxlama ilə əhatə olunan xx.xx.2019-xx.xx.2022 dövr üzrə cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********183118 nömrəli qərarının qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu təkzib olunur. Başqa sözlə, həmin qərarın əsassız olduğu sübuta yetirilir. Cavabdehin həmin qərara düzəliş edilməsi barədə xx.xx.2024-cü il tarixli **********183648 nömrəli digər qərarına gəldikdə, bu qərara əsasən təsisçinin müəssisəyə verdiyi borcu qaytarılarkən hesablanan faiz hissəsi ləğv edilsə də, burada da ilkin hesablama qərarında nəzərdə tutulan əlavə hesablama məbləğləri yenidən öz əksini tapır ki, burada ödəmə mənbəyində vergiyə münasibətdə ilkin qərara düzəliş edələrək, yalnız 2021-ci ilə görə iddiaçıya 41370 manat məbləğində əlavə ödəmə mənbəyində vergi hesblanmışdır ki, həmin verginin hesablanmısı yuxarıda qeyd olunan əsaslara görə qanunsuzdur. Göründüyü kimi, düzəliş qərarı da iddiaçının hüquqlarına toxunur və həmin qərarın qüvvədə olması iddiaçının şəxsi hesab vərəqəsində əlavə hesablanmış vergilərin qeydə alınmasını istisna etmir. Başqa sözlə, iddiaçının vergi məsuliyyətinə cəlbetmə qərarı iddiaçı üçün əlverişsiz inzibati akt olduğu kimi, həmin qərara düzəliş edilməsi barədə qərar da özü-özlüyündə iddiaçı üçün əlverişsiz inzibati akt hesab edilir. Beləliklə də mübahisələndirilən hər iki əlverişsiz inzibati aktın (qərarın) maddi hüquq normalarına zidd və əsassız olduğu, bununla da iddiaçının qanunla qorunan hüquqlarını pozduğu öz təsdiini tapır. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 70-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə işin hallarına, maddi hüquq normalarına və oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq iddianı təmin edərək cavabdehin mübahisələndirilən qərarlarının ləğv edilməsi barədə qərar qəbul etmişdir. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qərarı ilə, iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirərək, razılaşır. Bu baxımdan da məhkəmə kollegiyası cavabdehin apellyasyia şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9282/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9282/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3679/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3679/2024
28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver