Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-369/2022 02.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsi ilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə (üçüncü şəxslər X14, X12, X26, X13, X27, X15, X6, X16, X20, X17, X10) qarşı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, X22, R.Allahverdiyev küçəsi döngə 10, ev 10 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6793/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə müraciət edərək üçüncü şəxslər X14, X12, X26, X13, X27, X15, X6, X16, X20, X17, X5 ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, X22, R.Allahverdiyev küçəsi döngə 10, ev 10 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə X14, X12, X26, X13, X27, X15, X6, X16, X20, X17, X10 üçüncü şəxs qismində cəlb olunmuşdurlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6793/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, X27, X18, X14, X11, X26, X7 Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, X22, R.Allahverdiyev küçəsi döngə 10, ev 10 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001) -837\2021-saylı qətnaməsi ilə X6 2015-ci ildən daimi yaşamaq üçün başqa ünvana köçdüyündən həmin cavabdehin Binəqədi rayonu Xocəsən qəsəbəsi . X22 Allahverdiyev küçəsi Döngə 10, ev 10- dan istifadə hüququ itirilmişdir.Məhkəmə digər cavabdehlərin Binəqədi rayonu Xocəsən qəsəbəsi , X22 Allahverdiyev küçəsi Döngə 10, ev 10-da istifadə hüquqları mövcud olmadığından, mövcud olmayan hüququn itirilməsinin qeyri mümkün olmasım göstərmişdir. Binəqədi rayon Məhkəməsində cavabdeh X27 izahatında bildirmşdir ki, o, ailəsi ilə birlikdə 2011ci ildən Binəqədi rayonu Xocəsən qəsəbəsi , X22 Allahverdiyev küçəsi Döngə 10. ev 10-da yaşamır . özünə aid evi vardır və ailəsi ilə birlikdə həmin evdə yaşayır, iddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək Bakı İnzibati Məhkəməsinin qərarının iddianın təmin olunmamış hissəsində ləğv olunmasını, iddianın tam təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və 3-cü şəxslərə məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etmirlər və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat vrməmişdirlər. Məhkəmə kollegiyası iclasa çağırılan cavabdehin və 3-cü şəxslərin (nümayəndəsinin) iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının iddianın təmin olunmamış hissəsində ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - iddia X21, X20, X17, X8 münasibətdə təmin edilməməli hissəsində ləğv olunmalı, iddia tələbi həmin hissədə də təmin olunmalıdır. Belə ki, işdə olan Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X14, X12, X26, X13, X27, X15, X6, X16, X20, X17, X1 rayonu Xocəsən qəsəbəsi, X22, R.Allahverdiyev küçəsi, döngə 10, ev 10 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş materiallarında olan Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu Xocəsən qəsəbəsi, X22, R.Allahverdiyev küçəsi, döngə 10, ev 10 iddiaçının xüsusi mülkiyyətindədir (notariat qaydasında təsdiq olunmuş surəti əlavə olunur). İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəs., Sulutəpə y/s, R.Allahverdiyev küçəsi, döngə 10, 10 saylı fərdi yaşayış evinə dair sorğuda qeyd olunan şəxslərin (sorğuda üçüncü şəxslər qeyd olunmuşdur) istifadə hüququnun qeydiyyata alınmasına dair məlumat idarənin arxivində aşkar edilməmişdir. İşdə olan Bakı şəhəri, Binəqədi İcra Hakimiyyəti Xocəsən qəsəbə üzrə nümayəndəliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, X14, X12, X26, X13, X27, X15, X6, X16, X20, X17, X10 hal-hazırki vaxtda Binəqədi rayonu Xocəsən qəsəbəsi, X22, R.Allahverdiyev küçəsi, döngə 10, 10 saylı evdə yaşamırlar. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, üçüncü şəxslərdən X27 onun kürəkəni, X21 nəvəsi, X6 onun qızı, X2, X20, X17, X10 isə nəvələridir. X14, X11, X26, X13 isə ailə üzvləri olmayan kənar şəxslərdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-837/2021 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, X3 Bakı şəhəri Binəqədi rayonu, Xocəsən qəsəbəsi X22 Allahverdiyev küçəsi 10-cu döngə 10 saylı fərdi yaşayış evinə istifadə hüququ itirilmişdir. İşin hallarından müəyən olunur ki,iddiaçı evin mülkiyyətçisidir, üçüncü şəxslərdən X27, X18, X14, X11, X26, X13 həmin ünvanda faktiki olaraq yaşamırlar, iddiaçının ailə üzvü deyil, istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.... “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı X27, X18, X14, X11, X26, X7 Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, X22, R.Allahverdiyev küçəsi döngə 10, ev 10 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması hissəsində təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddianın həmin hissədə qanuni və əsaslı olması iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsalandırılmışdır. Lakin iddia X21, X20, X17, X5 Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, X22, R.Allahverdiyev küçəsi döngə 10, ev 10 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulmaması hissəsində qanuni və əsaslı olmadığından məhkəmə həmin hissədə iddianı təmin etməməklə yalnış qərara gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Kollegiya bildirir ki, işin hallarından da məum olduğu kimi , X34 ailəsi ilə - X6,X20, X17 və X10 ilə birlikdə özlərinə məxsus Masazır qəsəbəsi yeni yaşayış massivində yerləşən evdə birlikdə yaşayırlar. X4 öz ailəsi ilə birlikdə 2011-ci ildən Binəqədi rayonu Xöcəsən qəsəbəsi, X22 Allahverdiyev küçəsi Döngə 10, ev 10- da yaşamır. Özünə aid evi vardır və ailəsi ilə birlikdə həmin evdə yaşayır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişir ki, X21, X20, X17, X10 onun nəvələridir. Uşaqlar valideyinləri ilə birlikdə valideynlərinə məxsus evdə yaşayırlar və valideynlərinin himayələrindədirlər. Həmiçinin uşaqların hər hansı yardıma-. yaşayış sahəsinə ehtiyacı yoxdur və bununla bağlı hər hansı sübut yoxdur. Əksinə nəvələrin valideyinlərinin özlərinin evlərinin olması və onlar valideyinləri ilə birlikdə öz evlərində yaşaması öz təsdiqini tapır. Kollegiya, həmçinin qeyd etməyi zəruri hesasb edərək bildirir ki, uşaqların yaşayış yeri onlarla birlikdə yaşayan öz valideyinlərin yanı olmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın təmin olunmamış hissəsində də təmin edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2466/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı mübahisələndirilən hissədə - iddianın təmin olunmamış hissəsində təmin edilməli, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6793/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı qismən - iddianın təmin olunmamış hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qərar qəbul edilsin. X21, X20, X17, X5 Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, X22, R.Allahverdiyev küçəsi döngə 10, ev 10 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması hissəsində iddia təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-369/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-369/2022
02.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver