Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-369/2024 29.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı (X36, X57, X43, X53, X72, X17, X18, X37, X44, X58 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: “qeydiyyatdan çıxarılma”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X33 ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi ilə, İddiaçının vəkili Vəkil, 3-cü şəxslər X38, X23, X2 və X39 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4921/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli, 087-37406A-32 nömrəli imtina məktubunda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinadən X19, X38, X23, X28, X54, X3, X2, X10, X24, X39 və X25 ünvan 1 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə inzibatı icraat qaydasında məhkəmə orqanına müraciət edilməsi tövsiyyə edilmişdir.
2. ASAN 1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışa əsasən xx.xx.1963-cü il təvəllüdlü X45 və xx.xx.1990-cı il təvəllüdlü X46 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Maarif küçəsi, ev 7 ünvanında qeydiyyatdadırlar. - Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 67 saylı MKİS-n 201 nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən X57 ünvan 3 ünvanında qeydiyyatdadır. 1990-cı ildən 2008-ci ilə qədər məhkəmə qərarı ilə qeydiyyatsız yaşayıb, ailəsi ilə 2008-ci ildən həmin ünvana qeydiyyata düşmüşdür. Məhkəmə qətnaməsi ilə hal-hazırda da yaşayırlar.
3. Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 67 saylı MKİS tərəfindən X47 verilmiş 194 nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən o, ünvan 4 ünvanında qeydiyyatdadır. Yuxarıda qeyd olunan ünvan 1980-ci ildə 67 saylı MKİS-in balansına verilib. Hal-hazırda balansdadır. 1999-cu ildən X58 çıxarışa əsasən alqı-satqı yolu ilə qeydiyyatsız yaşayır.
4. Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 67 saylı MKİS tərəfindən X29 verilmiş 195 nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən o, ünvan 5 ünvanında qeydiyyatdadır. Yuxarıda qeyd olunan ünvan 1980-ci ildə 67 saylı MKİS-in balansına verilib. Hal-hazırda balansdadır. 1998-ci ildən atası X17 həmin ünvana qeydiyyata düşmüşdür və ailə tərkibi ilə birlikdə qeydiyyatdadırlar. X18, X59 qeydiyyatdadırlar və yaşayırlar.
5. Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 67 saylı MKİS tərəfindən X26 verilmiş 197 nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən o, ünvan 6 ünvanında qeydiyyatdadır.
6. Nizami Rayon Məhkəməsinin 2(007)-1903/2008 nömrəli, 22 oktyabr 2008-ci il tarixli qətnaməsinə əsasən ərizə təmin edilərək Bakı şəhəri Nizami RPİ-nin Qeydiyyat və X34 hərəkəti qanunsuz hesab edilmiş, X38, X23, X54 və X28 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Maarif küçəsi, 7 saylı evin 7 saylı mənzilinə pasport qeydiyyatına alınması qərara alınmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin 26 may 2017-ci il tarixli, 2(103)-4517/2017 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Nizami Rayon Məhkəməsinin 2(007)- 1903/2008 nömrəli, 22 oktyabr 2008-ci il tarixli qətnaməsi ləğv edilmiş və ərizəçilər X57, X43, X72 və X28 “vəzifəli şəxsin qanunsuz hərəkətləri barədə” ərizəsinə dair mülki iş üzrə icraata xitam verilmişdir.
8. Ali Məhkəmənin 2(102)-7814/17 nömrəli, 26 oktyabr 2017-ci il tarixli qərarına əsasən ərizəçilər X57, X43, X53 və X72 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4517/2017 saylı 26 may 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin publik hüquqi şəxsi 1 saylı Ərazi İdarəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-4844/2023 saylı məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Maarif küçəsi, ev 7 ünvanı üzərində sorğuda sadalan fiziki şəxslərin istifadə hüquqlarının qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Qeyd olunan fərdi yaşayış evinin X6 adına qeydiyyata alınmasına əsas olan sənədin təsdiq edilmiş surəti göndərilir. Həmin məktuba qoşma olaraq göndərilmiş: -11 dekabr 2014-cü il tarixli Qanun üezrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən xx.xx.2000-ci ildə vəfat etmiş X4 vərəsələri: övladları – X30, X31, X35, İddiaçı, X40, X20r və onların hər biri miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 203№li reyestr kitabının 11314 səhifəsindən xx.xx.1991-ci il tarixdə verilmiş Qeydiyyat vəsiqəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş 09A/8082№-li arayışda göstərilən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Maarif küçəsi, 7 (köhnə 9) saylı fərdi yaşayış evindən ibarətdir.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Maarif küçəsi, ev 7 ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixdə 1/6 hissədə İddiaçı, 1/6 hissədə X11, 1/6 hissədə X12, 1/6 hissədə X16, 1/6 hissədə X13 və 1/6 hissədə X14 adına paylı mülkiyyət üzrə qeydiyyata alınmışdır.
11. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, 18/2-7901/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, xx.xx.1983-cü il təvəllüdlü X72 xx.xx.2018-ci il, xx.xx.1985-ci il təvəllüdlü X36 xx.xx.2021-ci il, xx.xx.1991-ci il təvəllüdlü X53 xx.xx.2016-cı il, xx.xx.1961-ci il təvəllüdlü X43 xx.xx.2022-ci il, xx.xx.1958-ci il təvəllüdlü X57 xx.xx.2009-cu il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadırlar. xx.xx.1968-ci il təvəllüdlü X18 xx.xx.2018-ci il, xx.xx.1971-ci il təvəllüdlü X17 xx.xx.2007-ci il tarixdən ünvan 5 ünvanında qeydiyyatdadırlar. xx.xx.1983-cü il təvəllüdlü X48 xx.xx.2018-ci il tarixdən ünvan 8 ünvanında qeydiyyatdadır.
12. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-13-52/2-11422/23 nömrəli məktubu ilə 3-cü şəxslərə məxsus fərdi uçot kartoçkalarının təsdiq edilmiş surəti göndərilmişdir:
13. X49 məxsus fərdi uçot kartoçkasının təsdiq edilmiş surətinə əsasən o, xx.xx.1958-ci ildə Yardımlı rayonunda doğulmuşdur və ünvan 3 ünvanında qeydiyyatdadır.
14. X41 məxsus fərdi uçot kartoçkasının təsdiq edilmiş surətinə əsasən o, xx.xx.1991-ci ildə Yardımlı rayonunda doğulmuşdur və ünvan 3 ünvanında qeydiyyatdadır.
15. X32 məxsus fərdi uçot kartoçkasının təsdiq edilmiş surətinə əsasən o, 1961-ci ildə Salyan şəhərində doğulmuşdur və ünvan 3 ünvanında qeydiyyatdadır.
16. X7 məxsus fərdi uçot kartoçkasının təsdiq edilmiş surətinə əsasən o, xx.xx.1968-ci ildə Masallı rayonunda doğulmuşdur və ünvan 5 ünvanında qeydiyyatdadır.
17. X47 məxsus fərdi uçot kartoçkasının təsdiq edilmiş surətinə əsasən o, xx.xx.1954-cü ildə Ağstafa rayonunda doğulmuşdur və qeydiyyatı qeyd olunmamışdır.
18. X60 məxsus fərdi uçot kartoçkasının təsdiq edilmiş surətinə əsasən o, xx.xx.1983-cü ildə Yardımlı rayonunda doğulmuşdur və ünvan 3 ünvanında qeydiyyatdadır.
19. X5 məxsus fərdi uçot kartoçkasının təsdiq edilmiş surətinə əsasən o, xx.xx.1971-ci ildə Balı şəhərində doğulmuşdur və ünvan 5 ünvanında qeydiyyatdadır.
20. X27 məxsus fərdi uçot kartoçkasının təsdiq edilmiş surətinə əsasən o, xx.xx.1996-cı ildə Bakı şəhərində doğulmuşdur və ünvan 5 ünvanında qeydiyyatdadır.
21. Məhkəmənin sorğusuna cavab olaraq Mənzil Kommunal Təsərrüfatı Birliyi 67 saylı MKİS tərəfindən 48 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı şəhər Nizami rayon MKTB-nin 67-saylı MKİS-in balansında olan ünvan Nizami rayonu, Keşlə qəsəbəsi, Maarif 7 ünvanında qeydiyyatda olan sakin(lər) aşağıdakılardır: X36 (1985) Maarif 7, m.7-də 2012-ci ildən pasport qeydiyyatındadır (əlavə sənədi yoxdur); X8 7, m.7-də ailəsi ilə birgə 2009-cu ildən pasport qeydiyyatındadır (əlavə sənədi yoxdur); X1 7, m. 2-də 1998-ci ildən ailəsi ilə birlikdə pasport qeydiyyatındadır (əlavə sənədi yoxdur); X9 7, m.4-də çıxarışa əsasən qeydiyyatsızdırlar. Sözü gedən vətəndaşların hər biri yuxarıda göstərilən ünvanda yaşayırlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
22. İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək vərəsəlik hüququ əsasında İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Maarif küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evindən X36, X57, X43, X53, X72, X17, X18, X37, X44, X39 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Maarif küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evi 11 dekabr 2014-cü il tarixli vərəsəlik şəhadətnaməsinə əsasən İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçının hüquqları Azərbaycan Respublikasının Əmlak Мəsələləri Dövlət Кomitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Хidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* qeydiyyat nömrəli çıxarışla xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçıya məxsus fərdi yaşayış evində X19, X38, X23, X28, X54, X3, X2, X21, X24, X39 qanunsuz olaraq qeydiyyatda olması onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. İddia Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən əsaslandırılmışdır. Bununla əlaqədar olaraq, iddiaçı qeyd olunan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsini əsas tutaraq ona imtina etmişdir. Hesab edir ki, imtina əsassızdır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
24. Məhkəmənin qərardadı ilə iş üzrə X36, X57, X43, X53, X72, X17, X18, X37, X44, X58 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişlər.
25. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır.
26. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4921/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
27. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı mülkiyyət hüququ qeydiyyata alınmış evində qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, sözügedən ünvanda yerləşən həm iddiaçının, həm də üçüncü şəxslərin yaşadıqları mənzillər tamamilə ayrı-ayrı mənzillərdir. Bundan başqa, iddiaçının və üçüncü şəxslərin verdikləri izahatlara əsasən müəyyən edilmişdir ki, yaşayış sahələri ayrı-ayrı tikililərdir, yaşayış sahəsinin eyni ünvanı yoxdur. İddiaçı özünə aid mənzili özəlləşdirmiş, özəlləşdirilərkən mənzilə Nizami rayonu, Keşlə qəsəbəsi, Maarif 7 ünvanı verilmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
28. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 4921/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
29. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır.
d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
e) Proses iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxslər apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdirlər.
33. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh və digər 3-cü şəxslər (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası işə baxılmasını İPM-in 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
35. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.
36. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir.Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur”.
38. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin aktı bütövlükdə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı tam olaraq yoxlanılır.
40. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
42. Həmçinin, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
43. Məhkəmə kollegiyası daha sonra işin faktiki hallarına tətbiq edilən hüquq normalarına (Bu qərarın-36-37-ci bəndləri) əsaslanaraq qeyd edir ki, aşağıdakı səbəblərə əsasən apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir.
44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəyə maddi hüquq normaları düzgün tətbiq edilmiş, iddia tələbi əsaslı olaraq təmin edilməmişdir.
45. Kollegiya qeyd edir ki, işin hallarından müəyyən olunur ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı mülkiyyət hüququ qeydiyyata alınmış evində qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir.
46. Məhkəmə iclasında müəyyən edilmişdir ki, sözügedən ünvanda yerləşən həm iddiaçının, həm də üçüncü şəxslərin yaşadıqları mənzillər tamamilə ayrı-ayrı mənzillərdir.
47. Bundan başqa, iddiaçının vəkili və üçüncü şəxslərin verdikləri izahatlara əsasən müəyyən edilmişdir ki, yaşayış sahələri ayrı-ayrı tikililərdir, yaşayış sahəsinin eyni ünvanı yoxdur.
48. İddiaçı özünə aid mənzili özəlləşdirmiş, özəlləşdirilərkən mənzilə Nizami rayonu, Keşlə qəsəbəsi, Maarif 7 ünvanı verilmişdir.
49. Məhkəmənin sorğusuna cavab olaraq Mənzil Kommunal Təsərrüfatı Birliyi 67 saylı MKİS tərəfindən 48 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı şəhər Nizami rayon MKTB-nin 67-saylı MKİS-in balansında olan ünvan Nizami rayonu, Keşlə qəsəbəsi, Maarif 7 ünvanında qeydiyyatda olan sakin(lər) aşağıdakılardır: X36 (1985) Maarif 7, m.7-də 2012-ci ildən pasport qeydiyyatındadır (əlavə sənədi yoxdur); X8 7, m.7də ailəsi ilə birgə 2009-cu ildən pasport qeydiyyatındadır (əlavə sənədi yoxdur); X1 7, m. 2-də 1998-ci ildən ailəsi ilə birlikdə pasport qeydiyyatındadır (əlavə sənədi yoxdur); X9 7, m.4-də çıxarışa əsasən qeydiyyatsızdırlar. Sözü gedən vətəndaşların hər biri yuxarıda göstərilən ünvanda yaşayırlar.
50. Göründüyü kimi 3-cü şəxslər həmin ünvan üzrə fərqli mənzillərdə qeydiyyatdadırlar, yaşadıqları mənzillər bitişik olmaqla giriş-çıxışları ayrı-ayrıdır, onların yaşayış sahəsinin ünvanı Nizami rayonu, Keşlə qəsəbəsi, Maarif 7 üzrə fərqli mənzillərdir. Odur ki, üçüncü şəxslərin məhz iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olmaları barədə iddiaçının dəlilləri əsaslı sayıla bilməz.
51. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, üçüncü şəxslərin sözügedən ünvandan qeydiyyatdan çıxarılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarında ifadə edilmiş hüquqi mövqeyinə və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə ziddir.
52. Qeyd edilən yanaşma X86 məhkəməsinin təcrübəsinə də əsaslanır. X86 Konvensiyasının 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. X86 Konvensiya orqanlarının məhkəmə təcrübəsinə görə, 8-ci maddənin mənası daxilində "mənzil" anlayışı qanuni əsaslarla yaşanılan və ya hüquqi olaraq rəsmiləşdirilmiş yaşayış sahələri ilə məhdudlaşmır. "Mənzil" daxili qanunvericiliyə uyğun olaraq müəyyən edilməyən müstəqil (avtonom) bir anlayışdır. Müəyyən bir yaşayış yerinin 8-ci maddənin 1- ci bəndinin təminatlarının qüvvədə olduğu bir "mənzil" olub-olmaması faktiki hallardan, yəni müəyyən bir yerlə kifayət qədər və sabit əlaqələrin mövcudluğundan asılıdır. (Bax Prokopovich v. Russia xx.xx.2004, ərizə №58255/00, § 36, Buckley v. the United Kingdom, qərar xx.xx.1996 г., Qərar və qərardadlar toplusu 1996- İV, §§ 52-54 и Komissiyanın xx.xx.1995-ci il hesabatı § 63; Gillow v. the United Kingdom, xx.xx.1986, Seriya А №109, § 46; Wiggins v. the United Kingdom, № 7456/76, Komissiyanın xx.xx.1978-ci il tarixli qərarı, Qərarlar və məruzələr (DR) 13, səh. 40).
53. Qeyd olunanlara əsasən, cavabdehin 3-cü şəxslərin qeydiyyatdan çıxarmaqdan imtinası qanuni və əsaslıdır.
54. Məhkəmə Kollegiyası iddia tələbinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və iddiaçının apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas təşkil etmir.
55. Göstərilənlərə əsasən, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4921/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4921/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.