Məhkəmə qərarları › İş №2-1(103)-3690/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3690/2025

13.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3690/2025 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və digər” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ##.##.2006-cı il tarixədək 20 ildən çox ümumi stajı, 10 ildən artıq (hərbi xidmət nəzərə alınmaqla) güzəştli stajı vardır. Belə ki, iddiaçı güzəştli əmək (qabiliyyətinə) fəaliyyətinə ##.##.1979-cu ildə SSR-nin Qara Metallurgiya Nazirliyinin Mərkəzi Domna təmiri trestinin 2-ci dərəcə çilingər peşəsi üzrə işə başlamış və bütün bu dövrlərdə ağır şəraitdə iş yeri Sumqayıt boruyayma zavodunun marten, prakat, boru prakat və tökmə sexləri olmuşdur. Marten sexində sobaların şaxtalarının təmirində müntəzəm olaraq isti və tozlu sahədə (ağızda nəfəsliklə) ağır işlərdə çalışmışdır. Ümumiyyətlə qeyd edilən sexlərdə qəza vəziyyəti yaranmış avadalıqların təmirində isti vəziyyətdə çalışmışdır. Iddiaçı ##.##.1979-cu ildə işə qəbul olunmuş, ##.##.1980-cı ildə hərbi xidmətlə əlaqədar işdən azad olunmuş və ##.##.1982-ci ildə hərbi xidmətdən sonra ##.##.1983-cü ildə yenə eyni idarədə həmin peşəyə qayıtmışdır. ##.##.1985-ci ildə çilingər peşəsində qalmaqla ona 3-cü dərəcə elektrik qaynaqçısı və qaz kəsicisi vəzifəsi verilmiş, ##.##.1987-ci ildə 4-cü dərəcə çilingər vəzifəsi verilmişdir. ##.##.1990-cı ildə öz ərizəsi ilə işdən azad edilmişdir. Iddiaçı ##.##.1979-cu ildən ##.##.1990-cı ilədək eyni təşkilat və eyni peşədə ağır işlərdə işləmişdir. Iddiaçının işlədiyi müəssisənin sənədləri Dövlət arxiv idarəsinə təhvil verilmədiyindən və araşdırılması mümkün olmadığına görə ərizəsinin icrasından imtina olunmuşdur. Həmçinin əsas səbəblərdən biri də, bugün qüvvədə olan pensiya qanunvericiliyinə əsasən hərbi xidmət güzəştli staja şamil edilmir. Lakin iddiaçının işlədiyi dövrdə hərbi xidmət ərəfəsində zərərli peşə sahəsində işləyib hərbi xidmətə gedirdinsə və qayıtdıqdan sonra həmin yerdə həmin peşəni icra edirdinsə, hərbi xidmət güzəştli staja daxil edilirdi. Iddiaçı 1979-cu ildə əmək fəaliyyətinə başlamış və 1980-cı ildə hərbi xidmətə çağırılmış və hərbi xidmətdən qayıtdıqdan sonra eyni idarədə eyni peşə üzrə fəaliyyətini ##.##.1990-cı ilədək davam etdirmişdir. Iddiaçı 1978-ci ildən 2006-cı ilədək fasiləsiz işləmiş və hal-hazırda da əmək fəaliyyətini davam etdirir. Göründüyü kimi, iddiaçının ##.##.2006-cı ilədək ümumi stajı 20 ildən çox, güzəştli stajı isə 10 ildən artıq bir müddəti əhatə edir. Iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh imtina etmişdir. Imtina məktubu hazırda qüvvədə olan qanuna əsasən verilmişdir. Belə olan təqdirdə iddiaçı həmin imtinanı əsassız hesab edir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən iddiaçıya * nömrəli siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Qanunda göstərilmiş 2 şərt ödənilməlidir: 1) ümumi iş stajının 20 il olması; 2) güzəştli iş stajının 10 il olması. Iddiaçının təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun güzəştli iş stajı yoxdur. ## ###### 1978-ci il tarixli ******* nömrəli əmək kitabçasının surətində ##.##.1979-##.##.1980-cı il və ##.##.1983- ##.##.1990-cı il tarixləri arasındakı dövrlər ərzində Sumqayıt “Mərkəzi Domnatəmir” trestində quraşdırıcı çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən dövrlər ərzində güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmağına dair iş yerinin arayışı iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmədiyi üçün həmin dövrlərin güzəştli iş stajına aid olub-olmamasını müəyyən etmək mümkün deyil. Sözügedən dövrlər güzəştli iş stajına aid edilsə belə, güzəştli iş stajı 12 il 6 aydan (10 ildən) az təşkil edəcəkdir. Bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ilə (hakim E.Abdullayev) iddia tələbi qismən təmin edilmiş, iddiaçı İddiaçı 52 yaşının tamam olduğu ##.##.2013-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, ##.##.2025-ci ildən əvvəlki 03 (üç) il üçün ödənilməyən əmək pensiyası fərqinin aylıq əmək pensiyası ödənişlərinin üzərinə əlavə edilməklə iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətnin dəlilləri: Apellyasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Qeyd edək ki, işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırki işdə məhkəmə iddiaçının işlədiyi Sumqayıt “Mərkəzi Domnatəmir” trestinin fəaliyyət göstərmədiyini əsas gətirərək iddianı təmin etmişdir. Məhkəmə qərar qəbul edərkən qanunvericiliyin tələblərini pozmuş, formalaşmış məhkəmə təcrübəsini nəzərə almamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2020-ci il tarixli, *-***/** saylı icmal məktubunda göstərilmişdir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Eyni zamanda, sözügedən icmal məktubunda qeyd edilmişdir ki, iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilər. Bu halda ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmaması yoxlanılmalıdır. Zərurət yaranarsa bununla bağlı müvafiq dövlət qurumlarına sorğular verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində deyil, həmçinin tələb olunduğu halda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varis olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazimi qaydada əsaslandırılmaqıa iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər. Lakin İ instansiya məhkəməsi heç bir araşdırma aparmadan İddiaçı əmək kitabçasında ##.##.1979-##.##.1980-ci il və ##.##.1983-##.##.1990-cı il tarixləri arasındakı işlədiyi Sumqayıt "Mərkəzi Domnatəmir" trestində quraşdırıcı çilingər vəzifəsinin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifəyə aid olması qənaətinə gəlmişdir. Proses zamanı məhkəmənin diqqətinə çatdırılmışdır ki, sözügedən dövrlər iddiaçının güzəştli iş stajına daxil edilsə belə, güzəştli iş stajı 12 il 6 aydan (10 ildən) az təşkil edəcəkdir. Lakin məhkəmə iddiaçının ##.##.1980-ci il tarixdən ##.##.1982-ci il tarixədək hərbi xidmətdə olduğu dövrü güzəştli iş stajına daxil edərək bildirmişdir ki, “iddiaçının işlədiyi dövrdə hərbi xidmət ərəfəsində zərərli peşə sahəsində işləyib hərbi xidmətə gedirdinsə və qayıtdıqdan sonra həmin yerdə həmin peşəni icra edirdinsə hərbi xidmət güzəştli staja daxil edilirdi”. Həmin müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən staja aid olması ilə əlaqədar məhkəmə ətraflı araşdırma aparmamış, güzəştli staja aid olub olmaması ilə bağlı heç bir normativ akta və ya arayışa istinad etmədən həmin müddəti güzəştli əmək stajı kimi qəbul etmişdir., Məhkəmənin bu yanaşmaları formalaşmış məhkəmə təcrübəsinə ziddir. Iddiaçının ümumi sosial sığorta stajı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Belə ki, ##.##.2006-cı il tarixədək 26 il 08 ay 07 gün - ##.##.1978-##.##.1979-cu il; ##.##.1979- ##.##.1980-cı il; ##.##.1980-##.##.1982-ci il; ##.##.1983-##.##.1990-cı il; ##.##.1990- ##.##.1991-ci il; ##.##.1991-##.##.1992-ci il; ##.##.1992-##.##.1992-ci il; ##.##.1992- ##.##.1998-ci il; ##.##.1998-##.##.2003-cü il; ##.##.2003-##.##.2005-ci il; ##.##.2006-cı il tarixdən sonra isə ümumi sosial sığorta stajı 3 il 11 ay təşkil edir. Istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınmaqla, iddiaçının iddia tələbinin əsassız və qanunazidd olduğu nəticəsinə gəlmək mümkündür. Mərkəzi Filial tərəfindən “xxxx” ASC-yə sorğu verilərək İddiaçı işlədiyi Sumqayıt “Mərkəzi Domnatəmir” trestinin fəaliyyət sahəsinin və çalışdığı peşələrin Azərbaycan Respublikası Nazirər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş 1 və yaxud * nömrəli Siyahılarda nəzərdə tutulan hansı sahə və vəzifələrə aid olması barədə məlumatın göndərilməsi xahiş edilmiş və ##.##.2025-ci il tarixli AZB **/*** nömrəli məktubla sorğuya cavab olaraq bildirilmişdir ki, “İddiaçı işlədiyi "Mərkəzidomnatəmir" Tikinti Qrraşdırma Idarəsi "xxxx" ASC-nin (keçmiş Azərbaycan Boruyavma zavodu) ərazisində müstəqil müəssisə kimi fəaliyyət göstərmiş, həmin idarə marten (poladəritmə) sobalarının, yayma və boruyayma dəzgahlarının, həmçinin digər əsas avadanlıqların təmiri və quraşdırılması üzrə xidmətlər göstərmişdir. "xxxx" ASC Azərbaycan Respublikasında polad boru istehsalında aparıcı rol oynayan ən böyük metallurgiya müəssisələrindən biridir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir və bu sahələrdə çalışan işçilər bütün iş vaxtını zərərli və ağır iş şəraitində keçirdiklərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Sorğuda qeyd edilən "quraşdırıcı-çilingər’’, “‘elektrik qaynaqçısı”, "qazla kəsici” və "metallurgiya zavodlarının avadanlıqlarının quraşdırıcısı” peşələrini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.1993-cü iI tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * saylı Siyahısının 3-cü Metallurgiya istehsalatı (Qara metallar) bölməsinin uyğun olaraq 2-4-cü bəndlərində "metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlığının quraşdırıcıları" (2040200a-14587); (2040300a-14587); (2040400a-14587) və 33-cü Ümumi peşələr bölməsində "qazla kəsicilər" - (23200000-11618), "əl ilə qaynaq aparan elektrik qaynaqçıları" - (23200000- 19906) peşələrinə uyğunlaşdırmaq mümkündür”. Göründüyü kimi İddiaçı Sumqayıt “Mərkəzi Domnatəmir” trestində işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * nömrəli Siyahı üzrə müəyyən olunmuş və onun həmin Siyahı üzrə tələb olunan güzəştli iş stajı 12 il 6 aydan az (8 il 8 ay 26 gün) təşkil edir. Bakı Inzibati Məhkəməsi isə İddiaçı işlədiyi peşələri * nömrəli Siyahıya uyğunlaşdıraraq iddianı təmin etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. IPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Iddia tələbinin qanuni əsasını ##.##.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndi təşkil edir. Həmin normaya görə yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının ## #### 1997-ci il tarixli ***-IQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il ######un #-dən başlayaraq 2000-ci il ######un #-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2017-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Həmin Qaydalara * nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Həmin Qaydaların 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (##.##.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş və ##.##.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il ######ın #-dək qazanmış olsunlar; Apellyasiya şikayətinin dəlillərinə münasibət: Hazırda qüvvədə olan sadalanan qanunvericilik normalarının təhlilindən göründüyü kimi, iddia tələbi üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) ##.##.2006-cı il tarixədək iddiaçı qanunla tələb edilən pensiya yaşına çatmalı; 2) ##.##.2006-cı il tarixədək iddiaçı qanunla tələb edilən 20 il ümumi iş stajı toplamalı, bunun 10 ilini zərərli işlərdə işləməlidir. Iddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajının mövcud olması işin mübahisələndirilməyən halıdır. Belə ki, iş materiallarında olan: - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı İddiaçı ##.##.1961-ci il təvəllüdlü olmaqla, iddiaçının ##.##.2013-cü il tarixdə 52 yaşı tamam olmuşdur. - НЗ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı ## ####### 1980-cı il tarixdən ## ###### 1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. - Iddiaçıya məxsus АРМ № ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ##.##.1978-ci il tarixdən ##.##.1979-cu il tarixədək Sofulu qoyun sovxozunda fəhlə işləmiş, ##.##.1979-cu il tarixdən ##.##.1980ci il tarixədək Azərbaycan SSR Sumqayıt xüsusiləşdirilmiş quraşdırma idarəsi “Mərkəzi domna sobalarının təmiri” metallurgiya zavodlarının avadanlıqları üzrə 2-ci dərəcəli quraşdırıcı çilingər işləmiş, ##.##.1980-cı il tarixdən ##.##.1982-ci ilə qədər Sovet Ordusunda xidmət etmişdir. ##.##.1983-cü il tarixdə metallurgiya zavodlarının avadanlıqları üzrə 3-cü dərəcəli quraşdırıcı çilingər qəbul edilmiş, ##.##.1984-cü il tarixdə metallurgiya zavodlarının avadanlıqları üzrə quraşdırıcı çilingərə 3-cü dərəcə verilmiş, ##.##.1985-ci il tarixdə elektrik qaynaqçısına 3-cü dərəcə verilmiş, ##.##.1985-ci il tarixdə qazkəsiciyə 3-cü dərəcə verilmişdir. ##.##.1987-ci il tarixdə Idarənin adı dəyişdirilərək SSRI Qara Metallurgiya Nazirliyi “Mərkəzi domna sobalarının təmiri” trestinin Sumqayıt xüsusiləşdirilmiş idarəsi olmuşdur. ##.##.1987-ci il tarixdə Əmək haqqının hesablanması ilə bağlı yeni tarif cədvəlinə keçidlə əlaqədar, 4-cü dərəcə ilə metallurgiya zavodlarının avadanlıqlarının quraşdırıcısı peşəsi müəyyən edilmişdir. ##.##.1990-cı il tarixdə işdən azad edilmişdir. ##.##.1990-cı il tarixdə S.M.Kirov adına Qırmızı əmək bayraqlı maşınqayırma zavoduna zavod idarəsinin ştatına mühasib qəbul edilmişdir. ##.##.1991ci il tarixdə işdən azad edilmişdir. ##.##.1991-ci il tarixdə Telefon rabitələri istehsalat birliyinin təsərrüfat hesablı təmir-tikinti idarəsinə maddi təminat üzrə mühasib qəbul edilmişdir. ##.##.1991-ci il tarixdə müvəqqəti olaraq baş mühasib keçirilmiş, ##.##.1992-ci il tarixdə işdən azad edilmişdir. ##.##.1992-ci il tarixdə Nərimanov rayonu Mənzil-təsərrüfat idarəsinə baş mühasib vəzifəsinə qəbul edilmiş, ##.##.1993-cü il tarixdə böyük iqtisadçı vəzifəsinə keçirilmiş, ##.##.1996-cı il tarixdə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə böyük iqtisadçı vəzifəsinə təyin edilmiş, ##.##.1997-ci il tarixdə Birliyə iqtisadiyyat şöbəsinə müdir vəzifəsinə keçirilmiş, ##.##.1998-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. ##.##.1998-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 (bir) il müddətinə Bakı şəhəri Nərimanov rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin baş müfəttişi vəzifəsinə təyin edilmiş, ##.##.2003-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. ##.##.2003-cü il tarixdə AR DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsinə baş müfəttiş vəzifəsinə təyin edilmişdir. ##.##.2004-cü il tarixdə Pensiya və müavinətlərin təyinatı sektoruna Baş müfəttiş vəzifəsinə keçirilmiş, ##.##.2004-cü il tarixdə həmin sektorda baş məsləhətçi vəzifəsinə keçirilmiş, ##.##.2016-cı il tarixdə AR ƏƏSMN yanında DSMF Bakı şəhər Nərimanov rayon Şöbəsinin Pensiya sektoru baş məsləhətçisi vəzifəsinə təyin edilmiş, ##.##.2019-cu il tarixdə Fondun Bakı şəhər Xətai rayon şöbəsinin Sosial Sığorta sektoru baş məsləhətçisi vəzifəsinə keçirilmişdir. ##.##.2020-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Iddiaçının əmək kitabçasındakı məlumatlardan onun qanunla tələb olunan 20 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Işin mübahisəli halı tələb olunan güzəştli iş stajının mövcud olmaması ilə bağlıdır. Iddiaçının gətirdiyi dəlillər ondan ibarətdir ki, onun Sumqayıt “Mərkəzi Domnatəmir” trestində işlədiyi peşələrlə bağlı stajı hərbi xidmət dövrü nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * nömrəli Siyahı üzrə tələb olunan 10 ildən artıqdır. Cavabdeh orqan isə iddiaçının kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmadığını bildirmişdir. Belə ki, İddiaçı Sumqayıt “Mərkəzi Domnatəmir” trestində işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * nömrəli Siyahı üzrə müəyyən olunmuş və onun həmin Siyahı üzrə tələb olunan güzəştli iş stajı 12 il 6 aydan az (8 il 8 ay 26 gün) təşkil edir. Bununla bağlı, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na * nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə kollegiyası əvvəla güzəştli staja iddiaçının hərbi xidmət dövrünün nəzərə alınması ilə bağlı iddiaçının mövqeyini qəbul edərək qeyd edir ki, SSRI Nazirlər Sovetinin ## ###### 1972-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti zərərli olan işlərdə və çox isti sexlərdə, eləcə də əmək şəraiti ağır olan başqa işlərdə işləyən fəhlə və qulluqçulara qocalığa (yaşa) görə pensiya təyin edilərkən pensiya təyin edilməsi üçün müraciət edənin arzusu ilə keçmiş SSRI Silahlı Qüvvələrində xidmət dövrü hərbi xidmət dövründən əvvəlki işə, yaxud da həmin dövrdən sonra gələn işə bərabər tutulur (Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli və *-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarlarındakı oxşar mövqe). Işin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçı hərbi xidmətdən əvvəl və sonra da güzəştli işlərdə məşğul olmuş və onun güzəştli iş stajı 8 il 8 ay 26 gün təşkil etmişdir. Hərbi xidmət dövrü nərəzə alınmaqla (2 il 1 ay 25 gün) iddiaçının güzəştli stajı 10 il 10 ay 21 gündür. Apellyasiya araşdırması zamanı işin əsas mübahisəli halı yəni iddiaçının güzəştli iş stajının sözügedən * nömrəli yoxsa * nömrəli Siyahıya aid edilməsi araşdırılma predmeti olmuşdur. Belə ki, qanunverici sözügedən * nömrəli və * nömrəli Siyahılar üzrə tələb olunan güzəştli iş stajının müddətini fərqli qeyd etmişdir. Belə ki, tətbiq olunan qanunvericilik normasına əsasən * nömrəli Siyahı üzrə tələb olunan güzəştli iş stajı -10 ildir, * nömrəli Siyahı üzrə isə 12 il 6 aydır. Əvvəla qeyd edilir ki, iş materiallarında olan cavabdeh inzibati orqanın sorğusuna əsasən "xxxx" ASC tərəfindən AZB **/*** nömrəli, ##.##.2025-ci il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı işlədiyi "Mərkəzidomnatəmir" Tikinti Quraşdırma Idarəsi "xxxx" ASC-nin (keçmiş Azərbaycan Boruyavma zavodu) ərazisində müstəqil müəssisə kimi fəaliyyət göstərmiş, həmin idarə marten (poladəritmə) sobalarının, yayma və boruyayma dəzgahlarının, həmçinin digər əsas avadanlıqların təmiri və quraşdırılması üzrə xidmətlər göstərmişdir. "xxxx" ASC Azərbaycan Respublikasında polad boru istehsalında aparıcı rol oynayan ən böyük metallurgiya müəssisələrindən biridir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir və bu sahələrdə çalışan işçilər bütün iş vaxtını zərərli və ağır iş şəraitində keçirdiklərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Sorğuda qeyd edilən "quraşdırıcı-çilingər’’, “‘elektrik qaynaqçısı”, "qazla kəsici” və "metallurgiya zavodlarının avadanlıqlarının quraşdırıcısı” peşələrini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.1993-cü iI tarixli *** saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * saylı Siyahısının 3-cü Metallurgiya istehsalatı (Qara metallar) bölməsinin uyğun olaraq 2-4-cü bəndlərində "metallurgiya avadanlığının təmiri ilə daim məşğul olan metallurgiya zavodlarının avadanlığının quraşdırıcıları" (2040200a-14587); (2040300a-14587); (2040400a-14587) və 33-cü Ümumi peşələr bölməsində "qazla kəsicilər" - (23200000- 11618), "əl ilə qaynaq aparan elektrik qaynaqçıları" - (23200000-19906) peşələrinə uyğunlaşdırmaq mümkündür. Həmçinin, apellyasiya baxışı zamanı mövcud məhkəmə praktikası nəzərə alınmaqla oxşar müəssisələrə sorğular ünvanlanmışdır, iddiaçının hüquqi marağının təmin edilməsi istiqamətində araşdırmalar aparılmışdır. - “xxxx” MMC tərəfindən məhkəməyə ünvanlanan C-****/BOSS/COA/GHA/L-*** nömrəli, ##.##.2025-ci il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, “xxxx’ MMC (bundan sonra “Cəmiyyət”) ##.##.2001-ci il tarixdən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Burada metalkonstruksiya işlərinin əsası polad vərəqələrdən metal boruların düzəldilməsi və quraşdırılması, qaynağı və dəmir-beton bloklarının hazırlanmasıdır. İddiaçı Sumqayıt “Mərkəzi Domnatəmir” trestində çalışdığı quraşdırıcı çilingər vəzifəsi Cəmiyyətimizdə Metal Konstruksiyaların Quraşdırılması üzrə Quraşdırıcı vəzifəsinə uyğundur. Əlavə olaraq qeyd edilmişdir ki, həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında peşə təsnifatı kimi 29-cu bəndində “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” kimi nəzərdə tutulmuşdur. - “xxxx” MMC tərəfindən məhkəməyə ünvanlanan C-****/BOSS/COA/GHA/L-*** nömrəli, ##.##.2025-ci il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, “xxxx’ MMC (bundan sonra “Cəmiyyət”) ##.##.2001-ci il tarixdən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Burada metalkonstruksiya işlərinin əsası polad vərəqələrdən metal boruların düzəldilməsi və quraşdırılması, qaynağı və dəmir-beton bloklarının hazırlanmasıdır. İddiaçı Sumqayıt “Mərkəzi Domnatəmir” trestində çalışdığı quraşdırıcı çilingər vəzifəsi Cəmiyyətimizdə Metal Konstruksiyaların Quraşdırılması üzrə Quraşdırıcı vəzifəsinə uyğundur. Əlavə olaraq qeyd edilmişdir ki, həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında peşə təsnifatı kimi 29-cu bəndində və hal-hazırda qüvvədən düşmüş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş * nömrəli siyahıda “*******a-***** nömrəli peşə kodu ilə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” kimi nəzərdə tutulmuşdur. - "X1" QSC tərəfindən məhkəməyə ünvanlanan BSC-X-**-****/*** nömrəli, ##.##.2026-cı il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycanın metallurgiya sənayesinin inkişafında əsas rolu olan "X1" QSC ölkəmizin və Cənubi Qafqazın ən böyük, qabaqcıl poladəritmə müəssisəsidir və bu sahədə uzun illərdir fəaliyyət göstərir. 2010-cu ildən etibarən tam şəkildə rekonstruksiya olunan "X1" QSC istehsal gücünü artırmaqla yanaşı, istehsal çeşidlərini artıraraq armatur, kvadrat pəstah, dairəvi pəstah, boru, katanka (məftil) istehsal edir. Istehsal olunan məhsullar elektrik qövs sobaları və induksiya sobalarında həyata keçirilən poladəritmə prosesi nəticəsində əldə olunan pəstahlardan boru, katanka (məftil), armatur istehsal olunur. Qeyd edilir ki, cəmiyyətin istehsal prosesində Domna sobaları mövcud deyildir. Sorğuda sözügedən Sumqayıt "Mərkəzi Domnatəmir" trestinin əsas fəaliyyət sahəsi "X1" QSC-nin əsas fəaliyyət sahəsi ilə oxşar sahə deyildir. Bu səbəbdən sorğuda tələb olunan məlumatların təqdim olunması imkan xaricindədir. Bununla bərabər məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən onunla birgə işləmiş X5 barəsində “xxxx” ASC tərəfindən cavabdeh inzibati orqana təqdim olunan ** nömrəli ##.##.2022-ci il tarixli arayışı təqdim edilərək bildirilmişdir ki, M.Səlimxanovun çalışdığı elektrik montyoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş * nömrəli Siyahısına uyğunlaşdırılmışdır. Apellyasiya instansiyasında icraat zamanı bu yöndə də araşdırma aparılmış və “xxxx” ASC-yə sorğu ünvanlanaraq bildirilmişdir ki, keçmiş Azərbaycan Boruyayma zavodunda işləmiş şəxslər barədə güzəştli arayışlar verilən zaman fərqli mövqelərdən çıxış edilərək bir dəfə * saylı Siyahı üzrə peşə kodlarının uyğunlaşdırılması aparılmış, digər dəfə (hazırki iş üzrə) * saylı Siyahı üzrə peşə kodlarının uyğunlaşdırılması aparılmışdır. Bu baxımdan işin obyektiv araşdırılması məqsədilə arayışlar arasındakı ziddiyyətlərin aradan qaldırılması ilə bağlı ətraflı arayışın və iddiaçı İddiaçı Əhməd oğlunun işlədiyi quraşdırıcı-çilingər peşəsinin vəzifəsinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş 1, yaxud * nömrəli siyahılarda olub-olmaması, olduğu təqdirdə, peşələrin kodları göstərilməklə güzəştli arayışın məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Eyni zamanda cavabdeh inzibati orqana sorğu ünvanlanaraq X5 aid pensiya işi materialları tələb olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən *-**-*/*-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktubla X8 pensiya işinə dair sənədlərin əslini və pensiya işinə dair sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. - “xxxx” ASC tərəfindən məhkəməyə ünvanlanan AZB **/** nömrəli, ##.##.2026-cı il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən peşə və vəzifələr ilə müəssisədə mövcud olan peşə və vəzifələr eynilik təşkil etdiyi təqdirdə tərəfimizdən yalnız bizim cəmiyyətdə həmin peşə və vəzifələrdə işləyən işçilərə "güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair" araşdırıcı arayışlar verilir. Müəssisəmizdə çalışan işçilərin peşə və vəzifələrini işlədiyi istehsalat sahəsinin iş şəraitindən asılı olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** saylı qərarının “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın 3-cü Metallurgiya istehsalatı (Qara metallar) bölməsinin uyğun olaraq 2-4-cü bəndlərində və həmin Qərarın “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nın 3-cü Metallurgiya istehsalatı (Qara metallar) bölməsinin uyğun olaraq 2-4-cü bəndlərində nəzərdə tutulmuş peşə və vəzifələrə uyğunlaşdırmaq mümkündür. Sorğuda qeyd olunmuş X5 işlədiyi sahə, yəni Boruyayma sexinin baş intiqal sahəsi xüsusilə zərərli və ağır olduğu üçün onun işlədiyi "elektrik montyoru" peşəsi * nömrəli Siyahı üzrə peşə kodlarına uyğunlaşdırılmışdır. Bizim cəmiyyətdə yalnız əmək şəraiti xüsusilə zərərli və ağır olan sahələrdəki “elektrik qaynaqçısı” peşəsi * nömrəli Siyahının 3-cü Metallurgiya istehsalatı (Qara metallar) bölməsinin 2-4-cü bəndlərində müvafiq olaraq “təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” (1030200a-1753a), (1030300a-1753a), (1030400a-1753a) peşələri ilə uyğunlaşdırılır. Iddiaçı İddiaçı işlədiyi “quraşdırıcı-çilingər”, “qazla kəsici” və “metallurgiya zavodlarının avadanlıqlarının quraşdırıcısı” peşələri tərəfimizdən * nömrəli Siyahı üzrə peşə kodlarına uyğunlaşdırılmışdır. Belə ki, qeyd olunan peşələr ümumiyyətlə * nömrəli Siyahıda nəzərdə tutulmamışdır.” - Bundan əlavə sonrakı araşdırmalar zamanı oxşar müəssisə kimi “xxxx” ASC tərəfindən iddiaçının müraciətinə əsasən onun barəsində verilmiş ***/** nömrəli ##.##.2026-cı il tarixli məktubda qeyd olunmuşdur ki: “Əmək kitabçanızın surətindən göründüyü kimi “Mərkəzi domna sobalarının təmiri” tresti SSR Qara Metallurgiya Nazirliyinin tabeliyində olaraq müstəqil fəaliyyət göstərib. Müəssənin arxiv sənədlərinin Dövlət arxivinə təhvil verilməməsi barəsində “Asan” xidmət tərəfindən təqdim edilmiş arayışda qeyd edilmişdir. Işlədiyiniz trestin adından göründüyü kimi çalışdığınız peşə, yəni metallurgiya avadanlıqlarının quraşdırılması və təmiri üzrə çilingər peşəsinin xüsusi ağır və zərərli peşə olduğunu sirayət edir. Sorğunuzda qeyd edilən metallurgiya avadanlıqlarının quraşdırılması və təmiri üzrə çilingər peşəsini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** saylı qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, işlərin, peşələrin vəzifələrin, və göstəricilərin” l saylı Siyahısının 3-cü Metallurgiya (qara metal) istehsalatı bölməsinin 2-ci bəndində “Polad və ferro ərintilər istehsalatın” (1030200a -1753»), 4-cü bəndində “Bom istehsalatı” (1030400a-1753a) və 7-ci metallurgiya (əlvan metal) istehsalatı bölməsinin 5-ci bəndində “Metalın əridilməsi və elektrotermik üsulla alınması” (IO7O5OOa - 17531) üzrə; “Təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə qaz qaynaqçıları, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyorlan” peşələrindən metallurgiya avadanlıqlarının quraşdırılması və təmiri üzrə çilingər peşəsinə uyğunlaşdırmaq mümkündür.” Bununla əlaqədar da apellyasiya baxışı zamanı “xxxx” ASC-yə sorğu ünvanlanaraq hazırda sözügedən müəssisədən iddiaçının işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ olan peşə olub-olmamasını təsdiq edən güzəştli arayışın əldə edilməsi mümkün olmadığından, göstərilən işin obyektiv araşdırılması məqsədi ilə qeyd edilən Sumqayıt “Mərkəzi Domnatəmir” trestinin fəaliyyəti ilə “xxxx” ASC-nin fəaliyyət istiqamətinin oxşar olması barədə müvafiq sənədlərin təqdim edilməsi, həmçinin ##.##.1961-ci il təvəllüdlü İddiaçı işlədiyi quraşdırıcı çilingər vəzifəsinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş * nömrəli siyahıda olan hansı koda uyğunlaşdırılmasının mümkün olması barədə ətraflı məlumatın (arayışın) məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. - “xxxx” ASC tərəfindən məhkəməyə ünvanlanan ***/** nömrəli ##.##.2026-cı il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, “SSRI Elektrotexnika Sənayesinin Azərbaycan Respublikasında olan Bakı Elektrik Maşınqayırma zavodu yarandığı gündən Respublikanın ağır sənaye müəssisələrindəndir və “xxxx” ASC onun hiıquqi varisidir. Texnologiyaya uyğun olaraq zavodda iri və xırda sexlərlə yanaşı əlvan metal və xəlitələrin yüksək temperaturla işləyən sobalarda əridilən tökmə sexləri mövcud olub. Iş prosesində işləyən işçilər (sazlayıcılar, yığıcılar, yığıcı çilingərlər, çilingərlər, elektrik montyorlar və s.) yüksək temperatur şəraitində metal tozlar və zərərli qazlar, yüksək səs-küy kimi amillərin təsirinə məruz qaldığı üçün əlavə əmək haqqı və əlavə məzuniyyət almışlar. Barəsində sorğu edilən İddiaçı SSRI Qara Metallurgiya Nazirliyinin Ixtisaslaşdırılmış Idarəsinin “Mərkəzi Domna Təmiri” trestində ##.##.1979-cu il tarixdən (hərbi xidmət istisna olunmaqla) ##.##.1990-cı il tarixədək metallurgiya avadanlıqlarının (təmir zamanı) quraşdırılması və təmiri üzrə çilingər peşəsində işləmişdir və bu barədə ##.##.2026-cı il tarixdə müraciəti olub. Qeyd olunan peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** saylı təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu islahatların, işlərin,peşələrin, vəzifələrin və göstərişlərin” * saylı Siyahısının daha çox 7-ci “Metallurgiya istehsalatı (əlvan metal) bölməsinin 5-ci “Metal əridilməsi və elektrotermik üsulla alınması” (şifrə: 1070500 a-17531) və 10-cu, “Ərimiş metalda elektrolitik üsulu ilə metalların alınması” (şifrə: 1071200 a-17531) bəndlərinə (təmirçi çilingər elektrik qaz qaynaqçıları, əl ilə qaz qaynaqçıları, elektrik avadanlıqlarının quraşdırılması və təmiri üzrə elektrik montyoru) uyğunlaşdırmaq mümkündür.” - “xxxx” ASC tərəfindən cavabdeh inzibati orqana ünvanlanan ***/** nömrəli ##.##.2026-cı il tarixli sorğuya cavab məktubu ilə isə bildirilmişdir ki, Bakı Elektrik Maşınqayırma zavodu indiki «xxxx» ASC-nin fəaliyyət istiqaməti “Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri”dir (bölmə 12). Zavodda domna, marten sobaları olmasa da, əritmə sobaları fəaliyyət göstərib. Bu sobalarda əlvan metallar əridilib. Müraciət edən vətəndaş İddiaçı Oədir oğlu SSRI “Qara Metallurgiya Nazirliyinin Ixtisaslaşmış idarəsinin Mərkəzi Domna Təmiri” trestinə metallurgiya avadanlıqlarının quraşdırılması və təmiri üzrə çilingər vəzifəsində işləmişdir. Bu sahə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” * saylı siyahısının 3-cü metallurgiya istehsalatı (Qara metallar) bölməsinə uyğundur. (2040200 a-14587) ##.##.2026 cı il tarixli ***/** saylı arayışda verilən məlumatlar «xxxx» ASC-nin əlvan metal əridənləri üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi, mübahisələndirilən dövrlərdə iddiaçının çalışdığı "Mərkəzidomnatəmir" Tikinti Quraşdırma Idarəsi hazırda mövcud olmadığından müxtəlif müəssisələrdən oxşar müəssisə kimi güzəştli arayışlar tələb edilmiş və təqdim olunan yuxarıda sadalanan cavab məktublarında qeyd edilən arayışlardan aydın olur ki, iddiaçının "Mərkəzidomnatəmir" Tikinti Quraşdırma Idarəsində əksər dövrlərdə çalışdığı quraşdırıcı çilingər peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.1992ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” * saylı siyahısı üzrə peşələrə uyğunlaşdırılmışdır. Kollegiya həmçinin -“xxxx” ASC tərəfindən təqdim edilmiş arayışlar arasında ziddiyyətlə bağlı diqqətə çatdırır ki, sözügedən ASC tərəfindən iddiaçıya ilkin olaraq təqdim edilmiş və məhkəmə sorğusu əsasında verilmiş məktubda qeyd edilir ki, sözügedən peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli *** saylı təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu islahatların, işlərin,peşələrin, vəzifələrin və göstərişlərin” * saylı Siyahısının daha çox 7-ci “Metallurgiya istehsalatı (əlvan metal) bölməsinin 5-ci “Metal əridilməsi və elektrotermik üsulla alınması” (şifrə: 1070500 a-17531) və 10-cu, “Ərimiş metalda elektrolitik üsulu ilə metalların alınması” (şifrə: 1071200 a-17531) bəndlərinə (təmirçi çilingər elektrik qaz qaynaqçıları, əl ilə qaz qaynaqçıları, elektrik avadanlıqlarının quraşdırılması və təmiri üzrə elektrik montyoru) uyğunlaşdırmaq mümkündür. Halbuki məhkəmə sorğusuna cavab məktubunun əvvəlində iddiaçının SSRI Qara Metallurgiya Nazirliyinin Ixtisaslaşdırılmış Idarəsinin “Mərkəzi Domna Təmiri” trestində işlədiyi qeydini aparmışdır. Yəni, iddiaçı qara metallurgiya sahəsində işlədiyi halda onun peşəsinin əlvan metallurgiya sahəsi üzrə güzəştli peşəyə uyğunlaşdırmaq mümkün olduğunu qeyd etmişdir. Bununla belə cavabdeh inzibati orqanın həmin ASC-yə sorğusuna cavab məktubunda aydın olaraq qeyd edilmişdir ki, “Müraciət edən vətəndaş İddiaçı Oədir oğlu SSRI “Qara Metallurgiya Nazirliyinin Ixtisaslaşmış idarəsinin Mərkəzi Domna Təmiri” trestinə metallurgiya avadanlıqlarının quraşdırılması və təmiri üzrə çilingər vəzifəsində işləmişdir. Bu sahə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” * saylı siyahısının 3-cü metallurgiya istehsalatı (Qara metallar) bölməsinə uyğundur. (2040200 a-14587) ##.##.2026 cı il tarixli ***/** saylı arayışda verilən məlumatlar «xxxx» ASC-nin əlvan metal əridənləri üçün nəzərdə tutulmuşdur”. Göründüyü kimi, iddiaçının “Mərkəzi domna sobalarının təmiri” metallurgiya zavodunda ##.##.1979-cu il tarixdən ##.##.1980-ci il tarixədək olan dövrdə, həmçinin ##.##.1983-cü il tarixdən ##.##.1985-ci il tarixədək olan dövrdə işlədiyi quraşdırıcı çilingər peşəsi, həmçinin, ##.##.1985-ci il tarixdən ##.##.1987-ci il tarixədək qazkəsici peşəsi, ##.##.1987-ci il tarixdən ##.##.1990-cı il tarixədək metallurgiya zavodlarının avadanlıqlarının quraşdırıcısı peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” * saylı siyahısının 3-cü metallurgiya istehsalatı (Qara metallar) bölməsinə uyğundur. (2040200 a-14587) Belə olduğu halda, məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək, cavabdeh inzibati orqanın imtinasının qanuni və düzgün saymışdır. Iddiaçı isə tələb olunan şərtlərdən biri ödənilmədiyindən cavabdeh inzibati orqandan ona 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsini tələb etməkdə haqlı sayılmır. Qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası iddiaçının hüquqi marağına uyğun olaraq ona 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsinin mümkünlüyü istiqamətində də araşdırma aparmışdır. ##.##.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ay ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının ## #### 1997-ci il tarixli ***-IQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il ######un #-dən başlayaraq 2000-ci il ######un #-dək hər il altı ay artırılır. Qanunvericilik normalarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə şəxsə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün ##.##.2006-cı il tarixədək 25 il ümumi iş stajı, həmin stajın 12 il 6 ayını güzəştli peşələrdə iş stajının mövcud olması tələb olunur. Iddiaçıya məxsus əmək kitabçasından və təqdim olunan digər sənədlərdən iddiaçının işlədiyi quraşdırıcı-çilingər peşəsinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1993-cü il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş * nömrəli Siyahıya uyğun olaraq kifayət qədər güzəştli iş stajının mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının ##.##.2006cı il tarixədək güzəştli iş stajı 10 il 10 ay 21 gün təşkil etmişdir Belə olduğu təqdirdə məhkəmə kollegiyası iddiaçıya Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə uyğun xidməti vəzifədən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardım göstərməklə iddia tələbinin ona 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə cavabdeh inzibati orqana həvalə olunması barədə dəqiqləşdirilməsinə dair ərizənin təqdim edilməsini lüzumsuz hesab etmişdir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsassız, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunmaqla, qərarın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır . Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və digər” tələbinə dair iddiası rədd edilsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar