Məhkəmə qərarları › İş №2-1(103)-3691/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3691/2025

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-3691/2025 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı İddiaçı və cavabdehin nümayəndəsi nümayəndə1 İlham qızının iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 60 yaşdan, ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.1964-cü il təvəllüdlü İddiaçı 60 yaşı ##.##.2024-cü il tarixdə tamam olmuşdur. Həmin tarixdə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Bununla bağlı onun tərəfindən cavabdeh inzibati orqana müraciət edilmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh iddiaçının ümumi iş stajını mübahisələndirməmiş, yalnız güzəştli iş stajının az olması səbəbi ilə müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olmuşdur.

3. Cavabdeh məhkəməyə iddia tələbinə qarşı yazılı etiraz ünvanlamışdır.

4. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 60 yaşdan, yəni ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Cavabdehin apellyasiya şikayəti etiraza uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəlsi nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

9. İddiaçı İddiaçı (bundan sonra - iddiaçı) ##.##.1964-cü il təvəllüdlüdür.

10. İddiaçı ##.##.1983-cü il tarixdən ##.##.1986-cı il tarixədək hərbi xidmətdə olmuşdur (03 il 01 ay 06 gün).

11. İddiaçı ##.##.1980-ci il tarixdən ##.##.1983-cü il tarixədək Bakı şəhəri * nömrəli orta texniki peşə məktəbində elektrovozun təmiri çilingəri peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirmişdir. (02 il 04 ay 20 gün)

12. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: - ##.##.1987-ci il tarixdən ##.##.1987-ci il tarixədək tokar (04 ay 18 gün); - ##.##.1987-ci il tarixdən ##.##.1988-ci il tarixədək F.Dzerjinski adına maşınqayırma zavodunda tokar (10 ay 20 gün); - ##.##.1988-ci il tarixdən ##.##.1989-cu il tarixədək ADY-nin Bakı lokomotiv deposunda hərəkətdə olan tərkibin təmiri üzrə çilingər, ##.##.1989-##.##.1989-cu il tarixədək motor-vaqon seksiya maşinistinin dublyoru, ##.##.1989-##.##.1994-cü il tarixinədək motor-vaqon seksiya maşinist köməkçisi, ##.##.1994-cü il tarixindən ##.##.2009cu il tarixinədək motor-vaqon seksiya maşinisti, ##.##.2009- ##.##.2010-cu il tarixədək çilingər, ##.##.2010-##.##.2018-ci il tarixədək MVHH-nin maşinisti, ##.##.2018- ##.##.2021ci il tarixədək Elektrik qatarının maşinisti (33 il 11 gün); - ##.##.2021-##.##.2024-cü il tarixədək xxxx QSC Sərnişin daşımaları departamenti İstismar Xidmətində Lokomotiv briqadarlarında elektrik qatar maşinisti, ##.##.2024-cü il tarixdən hal-hazıradək həmin briqadada elektrik qatar maşinist köməkçisi vəzifəsində işləyir (hüququnun yarandığı ##.##.2024-cü il tarixədək 03 il 05 ay 03 gün).

13. İddiaçı ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

14. Cavabdeh ##.##.2025-ci il tarixli imtina məktubu əsasında iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir: “...Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə ##.##.1989-##.##.2009-cu il və ##.##.2010- ##.##.2018-ci il tarixləri arasındakı dövrlər ərzində Bakı lokomotiv deposunda motor-vaqon seksiya maşinisti və MVHH-nin maşinisti vəzifələrində işlədiyiniz qeyd olunub. Lakin ##.##.1993-cü il tarixinədək güzəştli şərtlərlə pensiya təminatı keçmiş SSRİ Nazirlər Sovetinin ## ###### 1956-cı il tarixli **** nömrəli və ## ###### 1991-ci il tarixli ** nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq Siyahılar əsasında həyata keçirilirdi və motor-vaqon maşinisti, MVHH-nin maşinisti vəzifələri sözügedən Siyahıların “Nəqliyyat bölməsi”ndə nəzərdə tutulsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli və ## ###### 2007- ci il tarixli ** nömrəli Qərarları ilə təsdiq edilmiş Siyahılarda nəzərdə tutulmayıb. Göründüyü kimi, qanunvericilikdə yalnız ##.##.1993-cü il tarixinədək işlədiyiniz motorvaqon maşinisti və MVHH-nin maşinisti vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunur. Bu səbəbdən də güzəştli iş stajınız 12 il 6 aydan az (11 il 5 ay 27 gün (##.##.1988-##.##.1989-cu il, ##.##.1989-##.##.1993-cü il və ##.##.2018-##.##.2024-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.”

15. Apellyasiya baxışı zamanı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sorğuya cavab olaraq təqdim edilmiş məktubda bildirilmişdir ki, qeyd edilən İddiaçı ADY-nin Bakı lokomotiv deposunda ##.##.1988-ci il tarixindən ##.##.1989-cu il tarixinədək işlədiyi hərəkətdə olan tərkibin təmiri üzrə çilingər, ##.##.1989-cu il tarixindən ##.##.1994-cü il tarixinədək işlədiyi motor-vaqon seksiya (elektrik qatarı) maşinist köməkçisi və ##.##.1994cü il tarixindən ##.##.2007-ci il tarixinədək işlədiyi motor-vaqon seksiya (elektrik qatarı) maşinisti peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş və ##.##.2007-ci il tarixədək qüvvədə olmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nda 28ci bölmənin müvafiq olaraq 9-cu, 16-cı və 18-ci (kod: 23001000—14409, 23001000—16887 və 23001000—18540) abzaslarında göstərilən “elektrik qatarlarının (seksiyalarının) maşinistləri”, “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri” və “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” peşələrinə uyğundur. Həmçinin İddiaçı yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq peşələr üzrə güzəştli iş stajı 18 il 6 ay 25 gün təşkil edir. Qeyd edirik ki, “motor-vaqon seksiyası” elektrik qatarı qrupuna daxil olan dəmir yolu nəqliyyat vasitəsidir. Hal-hazırda beynəlxalq təcrübədə “motor-vaqon seksiyası” elektrik qatarlarına aid edilməkdədir. Bu baxımdan İddiaçı çalışdığı motor-vaqon seksiyasının maşinisti və maşinist köməkçisi peşələri üzrə yerinə yetirilən işlərin xüsusiyyətləri hal-hazırda ADY-nin Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Lokomotiv briqadalarında əmək fəaliyyəti göstərməkdə davam edən elektrik qatarlarının maşinisti və maşinist köməkçisi peşələrinə aid işlərin xüsusiyyətləri ilə eynidir. Müxtəlif dövrlərdə ADY-yə aid sənədlərdə sözügedən eyni peşələrin adları bir-birindən fərqli olaraq göstərilmişdir. İddiaçı işlədiyi hərəkətdə olan tərkibin təmiri üzrə çilingər, elektrik qatarının (motorvaqon seksiya) maşinisti və maşinist köməkçisi peşələrinin vəzifə təlimatlarının və digər sənədlərin surətini qoşmada təqdim edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

16. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

17. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

18. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. ## ### 2022-ci il tarixli ***-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan * nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; ## #### 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin ######un #-dən başlayaraq 2000-ci ilin ######un #-dək hər il 6 ay artırılmışdır.

20. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə mübahisə üzrə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 60 yaşı, həmin tarixə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün azı 25 il stajı (ümumi) və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahısı üzrə güzəştli iş stajı olmalıdır.

21. İddiaçının 60 yaşı ##.##.2024-cü ildə tamam olmuşdur.

22. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan bütün dövrləri, o cümlədən hərbi xidmət və təhsil dövrləri nəzərə aldıqda onun ##.##.2024-cü il tarixədək ümumilikdə 43 il 02 ay 16 gün iş stajı mövcuddur. Göründüyü kimi, iddiaçının ##.##.2024-cü il tarixədək tələb olunan ümumi iş stajı 25 ildən çoxdur. Ümumi iş stajının mövcudluğu cavab inzibati orqan tərəfindən mübahisələndirilmir.

23. Hazırki iş üzrə mübahisə İddiaçı güzəştli şərtlərlə əmək stajı müddətinin hesablanması ilə bağlıdır.

24. Cavabdeh orqan iddiaçının kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmadığını bildirmişdir.

25. Lakin məhkəmə hesab edir ki, iddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcudluğu iş materiallarına əlavə edilmiş arayışlarla öz təsdiqini tapır.

26. Belə ki, iddiaçı xxxx Bakı Lokomotiv Deposunda ##.##.1988- ##.##.1989-cu illərdə hərəkətdə olan tərkibin təmiri üzrə çilingər, ##.##.1989-##.##.1989- cu illərdə motor-vaqon seksiya maşinistinin dublyoru, ##.##.1989-##.##.1994-cü illərdə motor-vaqon seksiya maşinist köməkçisi, ##.##.1994-##.##.2009-cu illərdə motor-vaqon seksiya maşinisti, ##.##.2010-##.##.2018-ci illərdə MVHH-nin (motor vaqon hərəkət heyəti) maşinisti, ##.##.2018-##.##.2021-ci illərdə elektrik qatarının maşinisti, ##.##.2021- ##.##.2024-cü illərdə elektrik qatarının maşinisti, ##.##.2024-##.##.2024-cü illərdə elektrik qatar maşinistköməkçisi peşələrində işləmişdir.

27. İddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı»nda (XXVİİİ Bölmə - Nəqliyyat, 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər, kod 23001000—18540 hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər, kod 23001000—14409 elektrik qatarlarının (seksiyalarının) maşinistləri və kod 23001000—16887 elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda (21-ci Bölmə - Nəqliyyat, 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər, elektrik qatarlarının (seksiyalarının) maşinistləri, elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri) nəzərdə tutulmuşdur.

28. İş materiallarında olan, iddiaçının təqdim etdiyi iş yerindən arayışlarda, həmçinin məhkəmənin sorğusuna cavab olaraq təqdim edilən məktubda onun işlədiyi sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir.

29. Belə ki, “xxxx” QSC-nin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” ##.##.2024-cü il tarixli Arayışında göstərilmişdir: İşlədiyi müvafiq peşələr üzrə sosial sığorta (əmək) stajı 35 il 8 ay 7 gün təşkil edir. İşlədiyi hərəkətdə olan tərkibin təmiri üzrə çilingər peşəsinin əsas xüsusiyyətləri təmirə dayanmış hərəkət tərkibinə texniki baxışın keçirilməsi və ya təmir edilməsindən, elektrik qatarı (MVS, MVHH) maşinisti və elektrik qatarı maşinist köməkçisi peşələrinin əsas xüsusiyyətləri isə elektrik qatarlarının (seksiyalarının) idarə olunmasının müəyyən edilmiş qaydalara uyğun olaraq yerinə yetirilməsindən və elektrik qatarlarına minib düşmə qaydalarında pozuntulara yol verilməsinin qarşısının alınmasına nəzarət etməklə sərnişinlərə keyfiyyətli xidmət olunmasının təmin edilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda müvafiq olaraq 21.4-cü bəndin 8, 15, 18 və 20-ci abzaslarında göstərilmiş “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər”, “elektrik qatarlarının (seksiyalarının) maşinistləri” və “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri" peşələrinə uyğundur. Məlumat üçün bildirilir ki, motor-vaqon seksiyası (MVS) və motorvaqon hərəkət heyəti (MVHH) elektrik qatarları qrupuna daxil olan dəmir yolu nəqliyyat vasitələrindən hesab edilir.”

30. Məhkəmənin sorğusuna əsasən daxil olmuş “xxxx” QSC-nin ##.##.2025-ci il tarixli məktubunda göstərilmişdir: “...qeyd edilən İddiaçı ADY-nin Bakı lokomotiv deposunda ##.##.1989-cu il tarixindən ##.##.1994-cü il tarixinədək motor-vaqon seksiya maşinist köməkçisi, ##.##.1994-cü il tarixindən ##.##.2009-cu il tarixinədək motor-vaqon seksiya maşinisti, Sərnişin daşımaları departamentinin Bakı lokomotiv deposunda ##.##.2010-cu il tarixindən ##.##.2014-cü il tarixinədək MVHH maşinisti peşələrində (ümumilikdə 24 il 3 ay 24 gün olmaqla) çalışmışdır. ##.##.2014-cü il tarixində ADY ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən onun işlədiyi MVHH maşinisti peşəsinin adı elektrik qatarı maşinisti olaraq dəyişdirilmişdir. Hal-hazırda İddiaçı elektrik qatarı maşinist köməkçisi olmaqla ADY-də əmək fəaliyyətini davam etdirməkdədir. Həmçinin bildirilir ki, “motorvaqon seksiyası” və “MVHH” elektrik qatarları qrupuna daxil olan dəmir yolu nəqliyyat vasitələrindən hesab edilir. Bu baxımdan İddiaçı çalışdığı motor-vaqon seksiyasının maşinisti və maşinist köməkçisi və MVHH maşinisti peşələri üzrə yerinə yetirilən işlərin xüsusiyyətləri ##.##.2014-cü il tarixindən hal-hazıradək işlədiyi elektrik qatarlarının maşinisti və maşinist köməkçisi peşələrinə aid işlərin xüsusiyyətləri ilə eynidir. Müxtəlif dövrlərdə sözügedən peşələrin adları ADY-yə aid sənədlərdə fərqli olaraq göstərilmişdir. Qeyd edilir ki, elektrik qatarlarının (motor-vaqon seksiya, MVHH) maşinisti və maşinist köməkçiləri peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin müvafiq olaraq 8-ci və 15-ci (18-ci) abzaslarında göstərilən “elektrik qatarlarının (seksiyalarının) maşinistləri” və “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri” peşələrinə uyğundur. İddiaçı işlədiyi elektrik qatarının (motor-vaqon seksiya, MVHH) maşinisti və maşinist köməkçisi peşələrinin vəzifə təlimatlarının və digər sənədlərin surətini qoşmada təqdim edilir.”

31. Apellyasiya baxışı zamanı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sorğuya cavab olaraq təqdim edilmiş məktubda bildirilmişdir ki, qeyd edilən İddiaçı ADY-nin Bakı lokomotiv deposunda ##.##.1988-ci il tarixindən ##.##.1989-cu il tarixinədək işlədiyi hərəkətdə olan tərkibin təmiri üzrə çilingər, ##.##.1989-cu il tarixindən ##.##.1994-cü il tarixinədək işlədiyi motor-vaqon seksiya (elektrik qatarı) maşinist köməkçisi və ##.##.1994cü il tarixindən ##.##.2007-ci il tarixinədək işlədiyi motor-vaqon seksiya (elektrik qatarı) maşinisti peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş və ##.##.2007-ci il tarixədək qüvvədə olmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * nömrəli Siyahısı”nda 28ci bölmənin müvafiq olaraq 9-cu, 16-cı və 18-ci (kod: 23001000—14409, 23001000—16887 və 23001000—18540) abzaslarında göstərilən “elektrik qatarlarının (seksiyalarının) maşinistləri”, “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri” və “hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər” peşələrinə uyğundur. Həmçinin İddiaçı yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq peşələr üzrə güzəştli iş stajı 18 il 6 ay 25 gün təşkil edir. Qeyd edilmişdir ki, “motor-vaqon seksiyası” elektrik qatarı qrupuna daxil olan dəmir yolu nəqliyyat vasitəsidir. Hal-hazırda beynəlxalq təcrübədə “motor-vaqon seksiyası” elektrik qatarlarına aid edilməkdədir. Bu baxımdan İddiaçı çalışdığı motor-vaqon seksiyasının maşinisti və maşinist köməkçisi peşələri üzrə yerinə yetirilən işlərin xüsusiyyətləri hal-hazırda ADY-nin Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Lokomotiv briqadalarında əmək fəaliyyəti göstərməkdə davam edən elektrik qatarlarının maşinisti və maşinist köməkçisi peşələrinə aid işlərin xüsusiyyətləri ilə eynidir. Müxtəlif dövrlərdə ADY-yə aid sənədlərdə sözügedən eyni peşələrin adları bir-birindən fərqli olaraq göstərilmişdir. İddiaçı işlədiyi hərəkətdə olan tərkibin təmiri üzrə çilingər, elektrik qatarının (motorvaqon seksiya) maşinisti və maşinist köməkçisi peşələrinin vəzifə təlimatlarının və digər sənədlərin surətini qoşmada təqdim edilmişdir.

32. Məhkəmə göstərilənləri məcmu halında qiymətləndirərək qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. Göründüyü kimi, cavabdehin mübahisələndirdiyi və iddiaçının işlədiyi “motorvaqon33. seksiyası” və “MVHH” elektrik qatarları qrupuna daxil olan dəmir yolu nəqliyyat vasitələrindən hesab edildiyindən həmin peşələr iddiaçının güzəştli iş stajına daxil edilməlidir. Belə ki, həmin peşələr üzrə yerinə yetirilən işlərin xüsusiyyətlərinin iddiaçının ##.##.2018-ci il tarixindən hal-hazıradək işlədiyi elektrik qatarlarının maşinisti və maşinist köməkçisi peşələrinə aid işlərin xüsusiyyətləri ilə eyni olması yuxarıda qeyd olunan arayışlarla öz təsdiqini tapır.

34. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-****/**** nömrəli qərardadında ifadə edilən hüquqi mövqeni nəzər almışdır.

35. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı “xxxx” QSC-nin Bakı lokomotiv deposunda işlədiyi motor-vaqon seksiyası və motor-vaqon hərəkət heyəti seksiyasının maşinisti və maşinist köməkçisi vəzifələrinin əmək funksiyaları “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarında nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) “elektrik qatarlarının (seksiyalarının) maşinistləri” və “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri" vəzifəsi ilə eynilik təşkil edir.

36. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli 2-1(102)-1050/2022, ##.##.2019-cu il tarixli *-*(***)-****/**** saylı qərarlarında da eyni hüquqi mövqe nümayiş etdirilmişdir. 37.Belə ki, həmin qərarların məzmunundan görünür ki, Bakı Lokomotiv Deposunda işləyən maşinist və maşinist köməkçilərinin əmək kitabçasında sovetlər dönəmində yazılan MVS (motor vaqon seksiyası) tərcümə olunaraq MVHH (motor vaqon hərəkət heyyəti) adlandırılmış və bu vəzifə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ilin ## ###### tarixli ** nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Qərarının 21. Nəqliyyat bölməsində göstərilən elektrik qatarlarının (seksiyalarının) maşinistləri və maşinist köməkçiləri vəzifə adları ilə eynilik təşkil edir. 38.Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən (60 yaşının tamam olduğu tarixədək) “xxxx” QSC-nin Bakı lokomotiv deposunda ##.##.1993-cü il tarixdən (cavabdehin güzəştli staj olaraq qəbul etmədiyi tarixdən başlayaraq) sonra ##.##.1993-##.##.2009-cu il və ##.##.2010- ##.##.2018-ci illərdə motor vaqon seksiyasının maşinisti, maşinist köməkçisi və motor vaqon hərəkət heyyətinin maşinisti vəzifəsində çalışdığı dövrlər zərərli əmək şəraiti kimi nəzərə alınmalıdır.

39. Odur ki, İddiaçı 60 yaşının tamam olduğu ##.##.2024-cü il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək şəraiti zərərli və ağır işlərdə 12 il 6 aydan çox stajı mövcuddur. Bu səbəbdən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. 40.Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. 41.Məhkəmə qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. 42.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən dəlillər, iddianı təmin edən birinci instansiya məhkəməsinin qərarının əsaslandırmasını təşkil edirdi və birinci instansiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Baxılan iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

44. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 45.Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar