Məhkəmə qərarları › İş №2-1(103)-3692/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3692/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3692/2023 29.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinə qarşı “iddiaçının şəhid ailəsi hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X12 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X5 ibarət tərkibdə, X10-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinə qarşı “iddiaçının şəhid ailəsi hesab edilməsi” iddia tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6627/2023 saylı 20 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 29 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: AZ-İİ seriyalı 298686 nömrəli xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2022-ci il tarixdə ölmüşdür və bu fakt xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Müdafiə Nazirliyi Mərkəzi Hərbi X1 barədə tərtib olunmuş xx.xx.2020-ci il tarixli 7084 saylı arayışından görünür ki, sağ aşıq sümüyünün boynunun qapalı, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası, metal vintlərlə fiksasiyası (xx.xx.2020) cərrahi əməliyyatından sonrakı vəziyyət. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Hərbi xidmətə müvəqqəti yararsızdır, xəstəliyə görə 20 (iyirmi) gün müddətinə məzuniyyət verilməlidir. Məzuniyyət müddəti bitdikdən sonra təkrar şəhadətləndirilməlidir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, diaqnoz “Sağ aşıq sümüyünün boynunun qapalı, yerdəyişmiş, bayır topuğunun kənarı qopmuş sınıqlarına (xx.xx.2020) görə aparılmış sıniq fraqmentlərinin açıq repozisiyası, vintlərlə fiksasiyadan (xx.xx.2020) sonrakı aşıq sümüyünün kafi bitişmiş, bayır topuğunun qopmuş bitişməmiş sınığı, aşıq-baldır oynağının ilkin mərhələ osteoartrozu, miogen kontrakturası”. “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”. Hər iki gözün sadə miotik astiqmatizmi, EM və M 0,75D nəticəsində görmə itiliyi 1,0 olmaqla” “Ümumi Xəstəlikdir” səbəb əlaqəsi ilə “Təsdiq olunur”. Silahlı Qüvvələrinin Baş X6 Bölməsinin çıxarış epikrizində diaqnoz sağ aşıq sümüyünün boynunun qapalı, yerdəyişmiş sınığı qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalınin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron X7 haqqında arayışda qeyd edilmişdir: “Əlillik qrupu - 2.1 Birinci dərəcə əlillik => 2.1.7. inkurabel onkoloji xəstəlıklər (C00-C97). Diaqnoz - Mədənin kiçik əyriliyinin dəqiqləşdirilməmiş hissəsinin, Mədənin kiçik əyriliyinin sarkoması, mədəaltı vəziyə invaziya, boyun, sol körpücüküstü, paraaortal, parakaval limfa düyünlərinə Mədənin sarkoması T4N2M1 İV mərhələ Gx Limfa düyünlərinin ikincili və dəqiqləşdirilməmiş bədxassəli yenitörəməsi, Limfa düyünlərinə MTS/Bədxassəli yenitörəmənin kimyəvi terapiyasından sonra müayinə, 7+3 sxemi üzrə 2 kurs PKT-dən sonrakı vəziyyət. Kəskin mieloblast leykemiya [KML], Kəskin miyeloid leykoz, M5 Massiv ekstramedulyar zədələnmə ilə. Əilliyin müddəti – müddətsiz. Əlilliyin təyin edilmə tarixi – xx.xx.2022.” Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir: “Diaqnoz – “Mədənin kiçik əyriliyinin sarkoması, mədəaltı vəzə invaziya, boyun, sol körpücüküstü, paraaortal, parakaval limfa düyünlərinə metastaz. cT4N2M1 mərhələ İV. Kəskin mieloblast leykoz M5 massiv ekstramedulyar zədələnmə ilə. Hər iki gözün sadə miopik astiqmatizmi Em və M 0,75D nəticəsində görmə itiliyi 1,0 olmaqla”. Xəstəlikdir, hərbi xidmət dövrün də alınmışdır.; Diaqnoz - “Sağ aşıq sümüyünün boynunun qapalı, yerdəyişmiş, bayır topuğunun kənarı qopmuş sınıqlarına (xx.xx.2020) görə aparılmış sınıq fraqmentlərinin açıq repozisiyası, vintlərlə fiksasiyadan (xx.xx.2020) sonrakı aşıq sümüyün kafi bitişmiş, bayır topuğun qopmuş bitişməmiş sınığı, aşıq-baldır oynağının ilkin mərhələ osteoartrozu, miogen kontrakturası”. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” Qeyd olunanlarla bağlı iddiaçı oğlu X8 şəhid olması əsası ilə onun şəhid ailəsi hesab olunmasına dair cavabdeh quruma müraciət etmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Hüquq İdarəsinin xx.xx.2022-ci il tarixli 11/4611 nömrəli məktubunda X8 ölüm haqqında şəhadətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə leykoz xəstəliyindən vəfat etdiyi qeyd olunmuş, lakin Azərbaycan Respublikasının müdafiəsi zamanı almış olduğu xəsarətlə vəfat etməsinə səbəb olmuş xəstəlik arasında səbəbli əlaqənin olmadığı bildirilmiş və ölümünün döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası ilə əlaqədar olmadığından, ona şəhid adının verilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndinə əsasən şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X3 Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərdir. Müraciətinizə əlavə olunan sənədlərdən aşağıdakı xüsusatlar müəyyən edilmişdir: mərhum övladınız E.İddiaçı 25 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, düşmən təxribatının qarşısını alarkən “Sağ aşıq sümüyünün boynunun qapalı, yerdəyişmiş sınığı” diaqnozlu xəsarətlər almış və 66 oktyabr 2020-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmış; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X7 haqqında arayışında onun əlilliyinin səbəbi kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar göstərilsə də, əlillik dərəcəsinin təyin edilməsi üçün əsas olmuş Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyasının 01 aprel 2022-ci il tarixli 3983 nömrəli “Xəstəlik haqqında şəhadətnamə” ilə mərhum E.İddiaçı “Sağ aşıq sümüyünün boynunun qapalı, yerdəyişmiş, bayır topuğunun kənarı qopmuş sınıqlarına (xx.xx.2020) görə aparılmış sınıq fraqmentlərinin açıq repoziyisası, vintlərlə fiksasiyadan (xx.xx.2020) sonrakı aşıq sümüyün kafi bitişmiş, bayır topuğun qopmuş bitişməmiş sınığı, aşıq-baldır oynağının ilkin mərhələ osteoartrozu, miogen kontrakturası” diaqnozlu xəsarətlərin Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travmanın olması, lakin vəfat etməsinə səbəb olan “Mədənin kiçik əyriliyinin sarkoması, mədəaltı vəzə invaziya, boyun sol körpücüküstü, paraaortal, parakaval limfa düyünlərinə metastaz cT4N2M1 mərhələ İV Kəskin mieloblast leykoz M5 massiv ekstramedulyar zədələnmə ilə. Hər iki gözün sadə miopik astiqmatizmi Em və M 0,75D nəticəsində görmə itiliyi 1,0 olmaqla” diaqnozun hərbi xidmət dövründə alınmış ümumi xəstəliyin olması müəyyən edilmişdir; - Türkiyə Respublikasının İstanbul şəhərində “Memorial” Xəstəxanasında müalicədə olarkən 18 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, mərhum övladınız E.İddiaçı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması sənədlərlə öz təsdiqini tapmadığından, ona şəhid adının verilməsi halhazırda qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyildir. “ Bundan sonra İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, övladı mərhum X9 Vətən Müharibəsi zamanı döyüşən ordunun tərkibində döyüş tapşırığını yerinə yetirərkən yıxılaraq aldığı ağır xəsarətin sonrakı qalıqları nəticəsində vəfat etməsini nəzərə alaraq onun (iddiaçının) şəhid ailəsi hesab edilməsi barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum oğlu X13 2020-ci ilin sentyabr ayında başlamış vətən müharibəsinin iştirakçısı olmuşdur. Həmin döyüşlərdə şücaət göstərmiş və şərəflə xidmət etmişdir. Mərhum övladı 25 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, düşmən təxribatının. qarşısını alarkən “Sağ aşıq sümüyünün boyunun qapalı, yerdəyişmiş sınığı” diaqnozlu xəsarətlər almışdır və 06 oktyabr 2021-ci il tarixdə ordudan təxris olmuşdur. Onun xəstəliyi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinkasının hərbihəkim komissiyasının 01 aprel 2022-ci il tarixli xəstəlik haqqında şəhadətnamə ilə xəsarətin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aldığı qeyd olunmuşdur. Eyni zamanda qeyd olunmuşdur ki, Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Bundan sonra övladı dəfələrlə müalicə və müayinə olunmuşdur. Həmin xəstəliyin digər fəsadları ortaya çıxmışdır. Məhz Müdafiə Nazirliyinin xətti ilə müalicə alması üçün Türkiyə Respublikasına göndərilmiş, 18 sentyabr 2022-ci il tarixdə müalicə aldığı Türkiyə Respublikasının Memorial Xəstəxanasında vəfat etmişdir. Onun ölümünün səbəbi kimi “başqa rubrikalarda təsnif olunmayan şok” göstərilmişdir. Hesab edir ki, bu düzgün qeyd deyildir. X14 zamanı döyüşən N saylı hərbi hissədə döyüşən ordunun tərkibində şücaət göstərərək, döyüş tapşırığını yerinə yetirərəkən xəsarət almışdır. Hazırkı ölüm səbəbi isə həmin xəsarətlərin verdiyi sonrakı qalıq əlamətlərinin nəticəsində yaranmışdır. Oğlu hərbi xidmətə yollananda tibbi müayinədən keçmiş, sağlam olduğu üçün hərbi xidmətə yollanmışdır. Vətənin müdafiəsi zamanı aldığı xəsarətin fəsadlarından vəfat etmişdir. Eyni zamanda onda müəyyən olunmuş digər xəsttəlik də məhz onun keçirdiyi həyəcandan, stresdən əmələ gəlmişdir. Eyni zamanda digər fəsadı isə ayağında olan açıq yaradır ki, bunun da nəticəsində onun bədəninə mikrob keçərək xəstəliyi yaradan amillərdəndir. Bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Oradan da oğlunun ölüm səbəbini düzgün göstərməmişlər. Oğlu təxris olunduqdan sonra vəfat etdiyindən və bununla bağlı müvafiq arayışın və şəhidlik statusunun Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti verməli olduğundan həmin Xidmətə müraciət etmiş, müraciətindən imtina edilmişdir. İddiaçı qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə iddiaya dair etiraz təqdim olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6627/2023 saylı 20 iyul 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin məzmunu iddia tələbinin dəlilləri ilə eynilik təşkil etməklə yanaşı, əlavə olaraq bildirilmişdir ki, ekspert rəyi ümumiyyətlə əsassızdır. Xəstəliyin törənmə səbəbləri göstərilməmişdir. Sadəcə olaraq səbəbli əlaqəsi olmaması göstərilmişdir. Bu işlə bağlı ekspert dindirilməli idi. Ekspertə suallar ünvanlayıb, cavabına almaq lazım idi. Verdiyi rəyi ekspert əsaslandırmalı idi. Hazırki rəydə əsaslandırma aparmamışdır. Baş vermiş xəstəliyin hərbi xidmətlə bağlı olub-olmaması barədə açıqlama verməmiş, yaranma səbəblərini izah edə bilməmişdir. Yaranmış vəziyyətdə məhkəmə ədalətli, qanuni və obyektiv qərar qəbul etmək üçün ilk növbədə rǝy vermiş eksperti dəvət edərək dindirməli və onun verdiyi izahatı digər iş materiallarla birlikdə aydınlaşdırılmalı idi. Bu məqsədlə məhkəmə müvafiq ekspertiza rəyini vermiş ekspert dindirməli idi. Lakin ekspertin məhkəməyə dəvət edilməsi və yaranmış suallara cavab verilmisi barədə vəkili tərəfindən verilmiş vəsatət təmin edilməmişdir ki, bu halda məhkəmənin qanunsuz və ədalətsiz qərar qəbul edilməsi ilə nəticələnmişdir. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki şikayət əsasında işə baxarkən təkrar-komission ekspertizanın təyin edilməsini təmin etməli, əlavə olaraq tibb sahəsi üzrə mütəxəssisləri, tanınmış və cəmiyyətdə fikirlərinə dəyər verilən həkim və alimləri bu prosessǝ dəvət edilməsinin təmin etməli və alınacaq rəylər əsasında ədalətli qərar qəbul etməlidir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddia tələbinin təmin olunması haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və mümkün iddiadır. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinə qarşı tələbi “iddiaçının şəhid ailəsi hesab edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən “X13 ölüm haqqında şəhadətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə leykoz xəstəliyindən vəfat etdiyindən və ölümünün döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası ilə əlaqədar olmadığından İddiaçı tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 8-ci maddəsinə əsasən bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları"nın (bundan sonra mətndə - Qaydalar) 1.1-ci bəndinə əsasən şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 4.1-ci bəndinə görə, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi" nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasınlan imtina edən cavabdeh inzibati orqan X8 vəfat etməsinə səbəbin döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası ilə əlaqədar olmadığından, ona şəhid adının verilməsinin mövcud qanunvericiliyin tələblərinə uyğun hesab edilmədiyinə istinad edir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsi xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, xx.xx.2002-ci təvəllüdlü mərhum əsgər X13 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. X2 xəstəliyin müəyyən edilməsi ilə bağlı müraciətinə asasən Xidmətin Xətai rayon idarəsi rəsinin xx.xx.2022-ci il tarixli 438 nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və xx.xx.2022-ci il tarixdə “Xəstəliklər cədvəli”nin 8a, 9a, 65c maddəsinin İİ qrafasına və ƏTC-yə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. X13 xx.xx.2022-ci il tarixdə vəfat etdiyi üçün xx.xx.2022-ci il tarixdən hərbi qeydiyyatdan çıxarılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11” X17 T 380/2023 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, ““1. E.İddiaçı adına tərtib edilmiş sənədlərə əsasən o, xx.xx.2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü, düşmən təxribatının qarşısını alarkən sağ aşıq sümüyünün boynunun qapalı, yerdəyişmiş sınığı kimi xəsarəti amış, xx.xx.2020-ci ildə SQ BKH-na köçürülmüş, xx.xx.2020-ci ildə sınığın açıq repozisiyası cərrahi əməliyyatı aparılmış, qəlpələr vintinə fıksasiya olunmuşdur. 2022-ci ildə E.İddiaçı mədənin kiçik əyriliyində sarkoma, mədəaltı vəzə invaziya, boyun, sol körpücüküstü, paraaortal, parakaval limfa düyünlərinə metastaz, kəskin mieloblast leykoz, massiv ekstramedulyar zədələnmə ilə müşahidə edilmiş, xəstə Rusiya Federasiyası, Türkiyə Respublikasına müayinə və müalicəyə göndərilmiş, xx.xx.2022-ci ildə xəstə vəfat etmişdir. Vətəndaş E.İddiaçı xx.xx.2020-ci ildə aldığı xəsarətlərlə onun xx.xx.2022-cı ildə ölümünə səbəb olmuş xəstəlik - mədənin kiçik əyriliyinin sarkoması, mədəaltı vəz və limfa düyünlərinə çoxsaylı metastazlarla — səbəbli əlaqəsi yoxdur.” Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının oğlu mərhum X13 Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarətlər alsa belə, ölüm səbəbi “mədənin kiçik əyriliyinin sarkoması, mədəaltı vəzə invaziya, boyun sol körpücüküstü, paraaortal, parakaval limfa düyünlərinə metastaz cT4N2M1 mərhələ İV Kəskin mieloblast leykoz M5 massiv ekstramedulyar zədələnmə ilə” olmuşdur. İddiaçının mərhum oğlunun aldığı xəsarətlərlə ölümün səbəbi kimi müəyyən edilən xəstəlik arasında səbəbli əlaqənin mövcud olmaması müvafiq ekspert rəyi ilə də təsdiq olunur. Odur ki, iş üzrə birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd olunmalıdır ki, hazırki işdə iddiaçının irəli sürdüyü dəlillər üzrə lazımi araşdırmalar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış, həmin dəlillərin təkrar irəli sürülməsi isə qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilməsi və iddianın təmin olunması üçün əsas yaratmır. Nəzərə alınmalıdır ki, hazırki işdə iddiaçıya şəhid ailəsi statusunun verilməsi üçün zəruri şərtlərdən hər hansı biri iş materialları ilə təsdiq olunmur, iddiaçı isə həmin halın əksini təsdiq edən hər hansı sübutu nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilmişdir. Halbuki Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6627/2023 saylı 20 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6627/2023 saylı 20 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar