Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3693/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), X5 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1993/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. Rusiya Federasiyası "S.Y.Vitte Moskva Universiteti"- nin xx.xx.2022-ci il tarixdə verilmiş 137705 ******* nömrəli 68500 qeydiyyat nömrəli magistr diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı (bundan sonra - iddiaçı) “X8” fakültəsinin 004 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə “X8 üzrə magistr dərəcəsi verilmişdir.
2. Rusiya Federasiyası "S.Y.Vitte Moskva Universiteti” və İddiaçı arasında bağlanmış “Ali təhsilin əsas peşə proqramları üzrə ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında” xx.xx.2018-ci il tarixli müqavilənin 1.1- ci bəndinə əsasən, icraçı distant texnologiyalardan istifadə etməklə qiyabi təhsil forması üzrə 38.04.03 “X8” ixtisası üzrə magistraturanın ali təhsilin əsas peşə təhsili proqramı üzrə 2-ci ali təhsil alması üçün sifarişçiyə ödənişli təhsil xidmətləri göstərməyi, sifarişçi isə onları qəbul edib ödəniş etməyi öhdəsinə götürür.
3. Rusiya Federasiyası "S.Y.Vitte Moskva Universiteti” və İddiaçı arasında bağlanmış “Ali təhsilin asas peşə proqramları üzrə ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında” xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, icraçı distant texnologiyalardan istifadə etməklə qiyabi təhsil forması üzrə 38.04.03 “X8” ixtisası üzrə magistratura proqramının ali təhsilin əsas peşə təhsili proqramı üzrə 2-ci ali təhsil alması üçün Sifarişçiyə ödənişli təhsil xidmətləri göstərməyi, sifarişçi isə onları qəbul edib ödəniş etməyi öhdəsinə götürür.
4. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (bundan sonra – cavabdeh) xx.xx.2024-cü il tarixli, NA00023595 nömrəli qərarından görünür ki, “ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin magistratura səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1- ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi magistratura səviyyəsində ildə 120-160 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur.Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci bəndinə əsasən, ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş, qərar məlumat üçün ərizəçiyə təqdim edilmişdir”.
5. Rusiya Federasiyası "S.Y.Vitte Moskva Universiteti"nin xx.xx.2024-cü il tarixli 207 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, “İddiaçı həqiqətən “X8” ixtisası üzrə məsafəli texnologiyalardan istifadə etməklə qiyabi təhsil formasında ali təhsilin xüsusi təhsil müəssisəsi “S.Y.Vitte adılna Moskva Universiteti”ndə təhsil alıb. İddiaçı “Magistr” dərəcəsi verilib və 16 fevral 2022-ci il tarixində 13775 seriyalı ******* nömrəli diplom, 137705 seriyalı ******* nömrəli, qeydiyyat nömrəsi 68500 olan əlavə təqdim edilib.Tələbələrin sırasına 26 oktyabr 2018-ci il tarixli 299.029 saylı əmrlə qəbul edilib. Tələbələrin sırasından 18 mart 2021-ci il tarixli 77.05 saylı əmrə əsasən xaric edilib.Tələbələrin sırasına 29 iyun 2021-ci il tarixli 180.018 saylı əmrə əsasən Təhsilini bitirməsi ilə əlaqədar olaraq 07 fevral 2022-ci il tarixli 38.035ПГ saylı əmrə əsasən tələbələrin sırasından xaric edilib. Məsafəli formatda təhsil alması zamanı İddiaçı məşğələlərdə əyani iştirak etməsi zərurəti mövcud olmayıb. O, məsafəli oxuyub və imtahanları verib. Məşğələlər məsafəli formatda, universitetdə əyani iştirak olmadan keçirilib. Dövlət yekun attestasiyanın verilməsi və buraxılış ixtisas işinin müdafiəsi universitetdə əyani iştirak olmadan məsafəli formatda baş verib.”
6. Rusiya Federasiyası "S.Y.Vitte Moskva Universiteti"nin Azərbaycan Respublikası Təhsildə X3 ünvanladığı xx.xx.2024-cü il tarixli 3 nömrəli sorğuya cavab məktubunda bildirilmişdir ki, İddiaçı həqiqətən Rusiya Federasiyası S.Y.Vitte adına Moskva Universitetinin “Heyətin idarə olunması ixtisası üzrə qiyabi formada təhsil almışdır. Universitet tələbələri siyahısına xx.xx.2018-ci il tarixdə 299.029 ПГ əmri ilə daxil olub. O, xx.xx.2021-ci il tarixində 77.055 ПГ əmri ilə universitetdən xaric olunmuşdur. 180.018 ПГ əmri ilə xx.xx.2021-ci il tarixində universitetin 3-cü kursuna bərpa olunmuşdur. xx.xx.2022ci il tarixində 38.035 ПГ əmri ilə universiteti müvəffəqiyyətlə bitirmişdir. Təhsil dövründə təhsilalma forması dəyişməmişdir.
7. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 14 iyul 2023-cü il tarixli, NA00013586 nömrəli qərarından görünür ki, “ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin magistratura səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramf'nın 8.7.2-ci bəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi magistratura səviyyəsində ildə 120-160 saat nəzərdə tutulur.Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur.Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalaları'nın 3.10.1-ci bəndinə əsasən ,ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş,qərar məlumat üçün ərizəçiyə təqdim edilmişdir. Qərardan onun hüquqi qüvvəyə mindiyi gündən 30 (otuz) gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər.”
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Rusiya Federasiyası "S.Y.Vitte Moskva Universiteti" tərəfindən İddiaçı verilmiş 16 fevral 2022-ci il tarixli 137705 ******* saylı, qeydiyyat №-si 68500 olan magistr diplomun Azərbaycan Respublikası ərazisində tanınması və xarici ali təhsilə dair kvalifıkasiyasımn tanınması haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyininn üzrərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, , İddiaçı xx.xx.1988-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. Faktiki olaraq ünvan 1 ünvanında qeydiyyatda olaraq yaşayır. 05 sentyabr 2018-ci il tarixində Moskva şəhərində yerləşən S.Y.Vitte adına Moskva Universitetinə daxil olmuşdur. Həmin Universitetin “Heyətin idarə olunması” ixtisasını oxumuşdur. Lakin 2021- ci il fevral ayında magistratura müdafiəsindən kəsildiyi üçün həmin Universitetə 27 aprel 2021-ci ildə yenidən daxil olmuşdur və bu Universiteti 2022-ci ilin 03 fevralında bitirmişdir. Bu Universitetin Magistr diplomunu 2022-ci ilin fevralın 6-da əldə etmişdir. Universiteti distant təhsil texnologiyasından istifadə etməklə qiyabi formada oxumuşdur. Həmin Universitet tərəfindən ona təqdim olunmuş 05 sentyabr 2018-ci il və 27 aprel 2021-ci il tarixli müqavilələrində distant təhsil texnologiyasından istifadə etməklə qiyabi formada oxumağı, təhsil almağı qeyd olunub.Bununla əlaqədar Rusiya Federasiyası Ali Təhsil Özəl Təhsil Mütəxəssisi "S.Y.Vitte adına Moskva Universiteti" tərəfindən xx.xx.2022-ci il tarixdə 137705 ******* saylı və qeydiyyat nömrəsi 68500 olan Magistr diplomu və 137705 ******* saylı xx.xx.2022-ci il tarixli magistr diplomuna əlavə verilmişdir. RF-nın səlahiyyətli orqanı tərəfindən xx.xx.1961-ci il tarixli Haaqa Konvesiyasına əsasən apostil verilməklə həmin diplomun və diploma əlavənin qanuniliyi tanınmışdır. Məhz magistratura pilləsi üzrə ali təhsil haqqında bu diplomun Azərbaycan Respublikasında tanınması (nostrifıkasiyası) üçün müvafiq zəruri sənədləri müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Təhsildə X3 Xarici dövlətlərin ali təhsil sahəsində diplom üzrə ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi üzrə Elektron Ərizə sisteminə müraciət etdi və ərizəni xx.xx.2023-cü il tarixində doldurmuşdur. Ərizənin müracit nömrəsi **********3-dür. Ərizə qəbul edilmişdir. Lakin Sənədələrinin icraatı nədənsə dayandırılmış və ondan Universitetə qəbul olma ilə bağlı məlumat istənilmişdir. Qəbul olmağıyla bağlı müqavilə sənədini TKTA-ya yenidən göndərdi. 14 iyul 2023-cü il tarixində cavabdeh TKTA tərəfindən ona xarici ali təhsil diplomunun tanınmaması barəsində sənəd göndərilmişdir. Yəni sonradan cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) üzrə elektron ərizə sistemindən onlayn qaydada daxil edilmiş 14 iyul 2023-cü il tarixli NA00013586 saylı «Xarici dövlətlərin ali təhsilə aid kvalifıkasiyasının tanınmasından imtina edilməsi barədə» qərarla xarici ali təhsilə dair kvalifıkasiyasının tanınmasından imtina edilmişdir. İmtinanın səbəbi kimi ali təhsilin magistratura səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması qeyd edilmişdir. Həmçinin imtina barədə qərarda qeyd olunmuşdur ki, qərardan razı olmadığı təqdirdə 30 gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər. Cavabdeh inzibati orqanın 2018-2022-ci illərdə Rusiya Federasiyasının Moskva şəhərində yerləşən "S.Y.Vitte adına Moskva Universiteti"ndə aldığı qiyabi təhsillə bağlı verilmiş 16 fevral 2022-ci il tarixli 137705 ******* saylı "Heyyətin idarə edilməsi" ixtisası üzrə Magistr Diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina edilməsinə dair 14 iyul 2023-cü il tarixli qərarı ilə razılaşmır və imtinanın səbəbini əsassız hesab edir. Çünki xarici dövlətdə aldığım ali təhsilə dair diplom üzrə ixtisasın Azərbaycan Respublikasında tanınması üçün hüquqi əsasları mövcuddur. Belə ki, hazırda Azərbaycan Respublikasında tanınmasını tələb etdiyi ali təhsil haqqında diploma əlavə edilmiş 137705 ******* saylı 16 fevral 2022-ci il tarixli diploma əlavədən müəyyən edilir ki, aldığı ixtisas üzrə ali təhsil müəssisəsi tərəfindən müəyyən edilmiş proqram fənnləri üzrə tam tədrisi müvəffəqiyyətlə başa vurmuşdur. Həmin Universitet tərəfindən ona təqdim edilmiş xx.xx.2018-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrdən bu Universitetdə distant təhsil texnologiyasından istifadə etməklə qiyabi təhsil aldığı 4 (dörd) il müddətində qaydalara uyğun olaraq hər il kurs semestr dövründə dərslərdə iştirak etmişdir. Ali təhsil aldığı müddətdə müvafiq fənn proqramlarını mənimsəmiş və bütün imtahanlarda uğurla iştirak etmişdir. Təhsil aldığı müddətdə dərslərdə tam iştirak etdiyi üçün dərslərə davamiyyəti yaxşı olmuşdur. Tədris olunan fənnlərin hamısından məqbul, kafi, yaxşı və əla qiymətlər aldığı diploma əlavədən də görmək mümkündür. Bunun üçün də cavabdeh inzibati orqanın diplom üzrə ali təhsilə aid kvalifikasiyasının ixtrisasın tanınmasından imtinasını əsassız hesab edir.
10. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Rusiya Federasiyası S.Y.Vitte adına Moskva Universiteti tərəfindən ona verilmiş xx.xx.2022-ci il tarixli, № 137705 ******* nömrəli diplom üzrə əldə etdiyi “Heyətin idarə olunması” ixtisasının tanınması məqsədilə Təhsildə X3 (bundan sonra Agentlik) müraciət etmiş, aparılan icraat zamanı ərizəçinin təhsil aldığı ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün ona tanınma haqqında şəhadətnamənin verilməsindən xx.xx.2023-cü il tarixli qərarla imtina edilmişdir. Qabaqcıl beynəlxalq təcrübə əsasında xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması prosesini optimallaşdırmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”(bundan sonra-Qaydalar) təsdiq edilmişdir. Bununla bağlı bildirmək istərdik ki, Qaydaların 4.1.4-cü yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması) tanınmaya dair tələblər arasında göstərilmişdir. Qaydaların 1.3- cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının diger qanunlan, Azerbaycan Respublikası Prezidentinin fərman və sərəncamlan, bu Qaydalar, Azerbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarlanı, həmçinin serancamları, habela Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının telablari nazara alınmaqla həyata keçirilir. Beləliklə, Qaydalarda qeyd olunmuş bir tədris il ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddəti Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar asasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-a yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi magistratura səviyyəsində ildə 120-160 saat nəzərdə tutulur ki, bu da ərizəçinin Auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Qaydalarda tanınmaya dair tələblər arasında yer alan bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasının İddiaçı vəziyyətinə nisbətdə dəyərləndirilməsi üçün onun sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, iddiaçının təhsil aldığı xarici ölkədə olmaq müddətini araşdırmış və onun sərhədkeçmə məlumatları aşağıdaki kimi müəyyənləşdirilmişdir: İ il-getməyib, İİ ilgetməyib, İİİ il- getməyib, İV ilgetməyib. Ərizəçi tədris müddətində təhsil aldığı ölkə ərazisində ümumiyyətlə olmamışdır. Baxmayaraq ki, iddiaçının əldə etdiyi diplom əlavəsində onun təhsilalma forması qiyabdir, o, qiyabi ilə birlikdə distant təhsil aldığını da bildirir. “Təhsil Haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində təhsilalma formaları müəyyən olunmuşdur:Əyani;Qiyabi;Distant (məsafədən);Sərbəst (eksternat). Sözügedən Qanunda məlum olur ki, təhsilalma formaları bir-birilərinden fərqlənir. Təhsilalma formaları arasında uyğunsuzluğun olması təhsil sahəsində İxtisasın tanınması barədə mənfi rəyin verilməsi üçün əsaslardan biridir.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-794/2022 saylı qərarının 36-cı bəndində qeyd olunmuşdur ki: Məhkəmə Kollegiyası iddiaçının “tədris zamanı distant təhsil texnologiyalarından istifadə olunması” barədə dəlilinə qiymət verərək hesab edir ki, qiyabi və distant (məsafədən) təhsilalma formaları “Təhsil haqqında” Azərbaycan Resbuplikasının Qanununda bir-birindən fərqləndirilən anlayışlardır. Qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması mənasını ehtiva etmir. Qaydaların 4.1.5-ci bəndində Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair tələblər sırasında əks olunmuşdur ki, bu da ərizəçilərin əyani və qiyabi təhsilalma formasında təlim gördükləri tədris dövrünün üçdə bir hissəsində distant texnologiyaların tətbiqi ilə təhsil almalarını istisna etmir və bu barədə ali təhsil müəssisəsi ilə rəsmi müqavilə və ali təhsil müəssisəsinin müvafiq əmri olduqda iddiaçının təqdim etdiyi sənədlər əsasında icraat zamanı bu hallar nəzərə alınır. Qeyd olunanlara əsasən görünür ki, qəbul edilmiş normativ hüquqi akt (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023- cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları) Azərbaycan Respublikası Təhsil Qanununda yer alan distant təhsilalma formasını birmənalı olaraq rədd etmir, əksinə xarici ali təhsilə aid kvalifikasiyaların tanınması zamanı bunun tənzimlənmə qaydasını müəyyən edir və iddiaçının distant texnologiyaların tətbiqi ilə bağlı təqdim etdiyi sənədlər bu sahədə mövcud olan normativ-hüquqi aktda nəzərdə tutulmuş mexanizmlər çərçivəsində dəyərləndirilməlidir və iddiaçının təhsil müddətində auitoriya dərslərində iştirakı və imtahan sessiyaları üçün xarici ali təhsil aldığı ölkədə olduğu müddət bu çərçivəyə uyğun gəlmir. “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qərarlar çıxarırlar. Ona görə də məhkəmədən xarici ali təhsilə aid kvalifikasiyaların tanınmasının bir fəaliyyət istiqaməti kimi Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli 907 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi” nin 2.2.2-ci bəndinə əsasən Agentliyin səlahiyyətinə aid edilməsini habelə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” ilə bu səlahiyyətin yerinə yetirilməsi prosesi tənzimləndiyini nəzərə alaraq, yuxarıda qeyd olunmuş həm səlahiyyətverici, həm müəyyən olunmuş səlahiyyətin həyata keçirilmə qaydasının müəyyən edildiyi normativ-hüquqi aktların tələbləri, habelə iddiaçının tələbinin qanunvericilikdə təsbit olunmuş xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə minimum normativlərə və tələblərə açıq şəkildə uyğunsuzluğu nəzərə alınaraq, İddiaçı Rusiya Federasiyası S.Y.Vitte adına Moskva Universiteti tərəfindən ona verilmiş xx.xx.2022- ci il tarixli, Na 137705 ******* nömrəli diplom üzrə əldə etdiyi “Heyətin idarə olunması” ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Agentliyinə həvalə edilməsi barədə iddia tələbi rədd edilməsi xahiş edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12944/2023 nömrəli inzibati iş üzrə xx.xx.2023-cü il tarixli qəraradına əsasən, İddiaçı Rusiya Federasiyası "S.Y.Vitte Moskva Universiteti" tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 137705 ******* saylı, 68500 qeydiyyat nömrəli magistr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə müraciətinə məhkəmə qərardadının əsaslandırıcı hissəsində hquqi mövqe nəzərə alınmaqla yenidən baxılması üçün cavabdeh Təhsildə X3 2(ay) müddət təyin edilmişdir.
13. Aralıq qərardadın icrası ilə əlaqədar Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-29-61/2-138/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 12944/2023 nömrəli qərardadı əsasında, təqdim olunmuş yeni sənədlərlə İddiaçı Rusiya Federasiyası S.Y.Vitte adına Moskva Universiteti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № 137705 ******* nömrəli diplom üzrə əldə etdiyi “Heyətin idarə olunması” (qiyabi/magistratura) ixtisasının tanınması üzrə yenidən inzibati icraat aparılmışdır. İddiaçının xarici ali təhsil aldığı ölkədə olma müddəti onun sərhədkeçmə məlumatları əsasında yenidən araşdırılmış və təhsil aldığı illər üzrə aşağıdaki kimi müəyyənləşdirilmişdir :İ il- getməyib,İİ il- getməyib,İİİ il- getməyib,İV ilgetməyib. Bildiririk ki, ərizəçi tədris müddətində təhsil aldığı ölkə ərazisində ümumiyyətlə olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli, 88 nömrəli qərarı ilə təsdiq edilmiş “ Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydalan”nın 1.6-cı yarımbəndinə əsasən magistratura səviyyəsində qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən altı ay artıqdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1-ci və 8.7.2-ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 120-160 saat nəzərdə tutulur.İddiaçının məhkəməyə təqdim etdiyi distant təhsilalma formasıyla bağlı müqaviləyə əsasən cavabeh tərəfindən yenidən icraat aparılmışdır. Cavabdeh tərəf bu iddianı araşdırmaq məqsədi ilə iddiaçının təhsil aldığı xarici təhsil müəssisəsinə sorğu vermişdir. Univesitet sorğuya cavabında bildirmişdir ki, “İddiaçı xx.xx.2018-ci il tarixində Rusiya Federasiyası S.Y.Vitte adına Moskva Universitetinin “Heyətin idarə olunması ixtisasına daxil olmuş, qiyabi təhsilalma formasında təhsil almışdır. O, xx.xx.2021-ci il tarixində universitetdən xaric olunmuş daha sonra xx.xx.2021-ci il tarixində universitetin 3-cü kursuna bərpa olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixində universiteti müvəffəqiyyətlə bitirmişdir. Universitet onu da qeyd edir ki, iddiaçı təhsil müəssinəsindən xaric olunmadan əvvəl və daha sonra yenidən bərpa olunduqdan sonra da qiyabi təhsilalma formasında təhsil almışdır.”(əlavə olunur) .Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 fevral tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın (bundan sonra Qaydalar) 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır.Bildiririk ki, Qaydaların 4.1.5-ci bəndinə əsasən xarici dövlətlərdə əldə olunan ali təhsilə aid kvalifikasiyaların tanınması üçün Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur.” Yuxarda qeyd olunanlara əsasən xx.xx.2024cü il tarxili qərarla onun xarici dövlətdə əldə etdiyi xarici kvalifikasiyasının tanınmasından imtina edilmişdir 14.Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1993/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir.
15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat və magistratura təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada magistr təhsili üzrə ixtisasın ölkədə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda magistratura təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır.
16. Xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir (bax: 2-1(102)-2229/2023, 2-1(102)-2762/2023, 2- 1(102)-959/2024 №-li işlər üzrə qərarlar).
17. İddiaçının vəziyyətində sözügedən tələbə riayət olunmamışdır.
18. İkincisi, məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin yuxarıda sadalanmış normalarının təhlilindən hasil olan nəticə ondan ibarətdir ki, Azərbaycan Respublikasında distant (məsafadən) təhsil, təhsilalma formalarından biri kimi ümumən, tanınmışdır. Lakin Azərbaycan Respublikasının qanunvericiliyi bu təhsil formasının bakalavriat səviyyəsi üzrə tədrisin təşkilində tətbiqini nəzərdə tutsa da, magistratura səviyyəsi üzrə distant (məsafadən) təhsilalma formasını yol verilən hesab etməmişdir. (bax: 2-1(102)-2229/2023 №-li iş üzrə qərar).
19. Beləliklə, cavabdeh orqanın müraciətin təminindən imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.
20. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1993/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
21. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
d) Prosses iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
25."Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun:
- 1.0.7-ci maddəsinə görə, bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşəixtisas dərəcəsidir. - 1.0.8-ci maddəsinə görə, bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir. - 13.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat). - 27.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. - 27.4-cü maddəsinə əsasən xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. - 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasıvətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.
26.“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın:
-5.5-ci bəndinə əsasən Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. -8.7.1-ci yarımbəndinə əsasən Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadan kənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır.Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. -8.7.2-ci yarımbəndinə əsasən əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrıixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180- 240, magistraturada isə 120-160 saat nəzərdə tutulur. -8.7.5-ci yarımbəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.
28. Azərbaycan Respublikasının 13 may 2003-cü il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş» təsdiq edilmişdir.
Həmin Sazişin 1-ci maddəsinə görə bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur. Həmin Sazişin 6-cı maddəsinə görə dörd ildən az olmayan əyani təhsil alındıqdan sonra, müvafiq olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyasında verilən bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali ixtisas təhsilinin birinci pilləsi haqqında diplom və bakalavr dərəcəsinin alınmasını təsdiq edən ali peşə təhsili haqqında diplom, müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Respublikasında tanınır və onların sahiblərinə Azərbaycan Respublikasının qanunvericiliyinə və Rusiya Federasiyasının qanunvericiliyinə əsasən və qəbul edən ali məktəbin tələblərinə uyğun olaraq magistr hazırlanma proqramı üzrə və mütəxəssis hazırlanma proqramı üzrə ali təhsillərini davam etdirmək hüququ verir. İşə qəbul zamanı bu diplomların sahiblərinin peşə hazırlığı həmin sənədlərdə göstərilmiş hazırlıq istiqaməti (ixtisası) və kvalifikasiyaya uyğun olaraq tanınır.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarına əsasən:
1.“Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” təsdiq edilsin (əlavə olunur). 2.1. Tanınma ərizəçinin müraciəti əsasında həyata keçirilir. 2.2. Tanınmaya dair müraciətlər elektron qaydada edilir, TMİS-də qeydiyyata alınır və hər bir ərizəçiyə sistemdə şəxsi kabinet yaradılır. Müraciət Agentliyə daxil olduqdan sonra ərizəçinin müraciətində göstərdiyi əlaqə telefonuna və ya elektron poçt ünvanına qeydiyyat şifrəsi göndərilir. Ərizəçi qeydiyyat şifrəsi vasitəsilə onun üçün yaradılmış şəxsi kabinetdə olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər. 3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir: 3.8.1. ali təhsilə dair kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə dair kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə dair kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi. 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyultarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması).
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
33. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
36. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
37. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
38. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:
39. İş materiallarından göründüyü kimi, iddiaçı 2018-2022-ci illərdə Rusiya Federasiyası Ali Təhsil Özəl Təhsil Mütəxəssisi "S.Y.Vitte adına Moskva Universitetində qiyabi formada magistratura təhsili almış, ona həmin universitet tərəfindən xx.xx.2022-ci il tarixdə 137705 ******* saylı və qeydiyyat nömrəsi 68500 olan magistr diplomu verilmişdir. İddiaçı aldığı ixtisas üzrə diplomun ölkə ərazisində tanınması ilə bağlı etdiyi müraciətə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə cavab verilmiş və məktubda iddiaçının ali təhsilin magistratura səviyyəsi üzrə hər bir tədris ili ərzində kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmadığını, bununla da iddiaçının diplom əlavəsində göstərilən tədris yükünü yerinə yetirmək üçün kifayət hesab edilmədiyini əsas gətirilərək imtina verilmişdir.
40. Hazırkı iddiasında iddiaçı diploma əlavəsində təhsilalma formasının qiyabi olduğu qeyd edilsə də iddiaçının həmin universitetlə 05 sentyabr 2018-ci il və 27 aprel 2021-ci il tarixli müqavilələrində göstərildiyi kimi distant texnologiyasından istifadə etməklə qiyabi formada təhsil aldığını, təhsil almasının fərdi tədris proqramlarına uyğun olaraq həyata keçirildiyi, bu səbəbdən sözügedən ölkə ərazisində olmadığını qeyd edərək cavabdehin imtinasının əsassızlığını və ona verilmiş bakalavr diplomu üzrə ixtisasın tanınması barədə qərar qəbul edilməsini mübahisələndirir.
41. Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. 42.Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır.
43. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçının magistr diplomunun əlavəsində təhsilalma formasının qiyabi olduğu qeyd edilmişdir.
44. İddiaçının qiyabi təhsil forması üzrə təhsili alması üçün hər bir tədris ili ərzində təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tələb olunduğu halda iddiaçının sərhədkeçmə məlumatlarından görünür ki, o təhsil aldığı müddət ərzində həmin ölkədə ümumiyyətlə olmamışdır.
45. Cavabdehin də iddiaçının diplomunun tanınmasından imtinasının dəlili ondan ibarətdir ki, iddiaçı tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı üçün diploma əlavədə qeyd edilmiş tədris yükünün onun tərəfindən yerinə yetirilməsi qeyri-mümkündür.
46. İddiaçı tərəf təhsil aldığı müddətdə müvafiq ölkədə olmamasını həmin universitetlə bağlanmış 05 sentyabr 2018-ci il və 27 aprel 2021-ci il tarixli müqavilələrində göstərildiyi kimi distant texnologiyasından istifadə etməklə qiyabi formada təhsil aldığını, bu səbəbdən sözügedən ölkə ərazisində olmadığı kimi izah etmişdir.
47. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı İ, İİ, İİİ və İV tədris ili üzrə təhsil aldığı ölkəyə ümumiyyətlə getməmişdir. Deməli, o, İ-İV kurslarda tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak etməmişdir. İddiaçının dəlili ondan ibarətdir ki, həmin dövrlərdə tədrisdə iştirakı distant formada baş tutmuşdur.
48. Kollegiya, iddiaçının halında xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi magistr təhsilinin Azərbaycanda magistr təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır.
49. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübutlar da təqdim olunmamışdır.
50. Oxşar hallarla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-794/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərarının 36-cı bəndində həmçinin qeyd olunmuşdur ki, məhkəmə kollegiyası “tədris zamanı distant texnologiyalardan istifadə olunması" barədə dəlilə qiymət verərək qeyd edir ki, qiyabi və distant təhsilalma formaları “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununda birbirindən fərqləndirilən anlayışlardır. Qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant texnologiyalardan istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması mənasını özündə ehtiva etmir.
51. Həmçinin, Ali Məhkəmənin İnzibati Kollegiyasının digər 2-1(102)-2762/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarının 28-ci bəndində vurğulayır ki, “Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır”
52. Beləliklə, cavabdeh orqanın müraciətin təminindən imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.
53. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1993/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1993/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.