Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3694/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil Nümayəndə və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının pozulmasının müəyyən edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3058/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən sağlamlıq imkanlarının pozulmasının (əlilliyin) təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “… Hərbi hissə tibb xidməti leytenantı olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda İİ Qarabağ müharibəsində düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırıqlarını yerinə yetirdiyi zaman xx.xx.2020-ci il tarixdə düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində aldığı xəsarətlərin nəticəsi olaraq əlilliyin təyin olunması barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 №-li X3 tərəfindən cavabdeh Agentliyinə göndəriş (Forma 88) göndərilmiş, lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə imtina verilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki; Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir. Halbuki, 2 №-li X3 tərəfindən cavabdehə göndərilmiş (Forma 88) göndərişdə diaqnoz: “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları, depressiv daxilolmalar ilə Anamnezimdə suisidal fikirlər ilə cəhdlər ilə. Uzun sürən posttravmatik stress pozuntusu” qeyd edilsə də, xx.xx.2023-cü il tarixdə Agentliyin nəzdindəki Komissiyada olduğu zaman xəstəliyin müəyyən edilməsi üçün iddiaçının heç bir lazımi tibbi prosedurlardan keçirmədən cəmi 3-4 dəqiqə ərzində sorğu-sual edərək, '"Get 15-20 günə cavab veriləcək” deyərək yola salmışlar. Hesab edir ki, belə yanaşma ilə iddiaçının xəstəliyinin müəyyən edilməsi qeyri mümkündür, digər tərəfdən isə (Forma 88) göndərişdə iddiaçının xəstəliklərinin diaqnozu aydın qeyd edilməklə, həm (Forma 88) göndərişdə, həm də müayinə-müalicə olunduğu tibb müəssisələrində iddiaçı barəsində diaqnoz qoyan həkimlər də tibbi təhsilli peşəkar həkimlərdirlər ki, həmin səbəblərdən də cavabdehin imtinası əsassız və qanunsuz sayılmalı və ona əlilliyin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir... Səhhətində olan xəstəlikə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin Qaradağ Tibb Mərkəzi tərəfindən verilmiş Ambulator kitabçadan Çıxarışaəsasən ona “Kifoskolioz lll-İV dərəcə, ağrı sindromu, yerişin pozulması, OU-zəif dərəcəli hipermetropiya” diaqnozu qoyulmuşdur. Həmçinin, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB X7 Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən verilmiş arayışlara əsasən “Onurğanın üçüncü-dördüncü dərəcəli kifoskoliozu, onurğada hərəkət məhdudluğu, Funksiya pozğunluğu, Ağrı sindromu” diaqnozu müəyyən edilmişdir. Bundan sonra, cavabdehə müraciət edərək əlilliyin təyin edilməsini xahiş etmiş, lakin müraciətinə cavab olaraq cavabdeh ona əlillik dərəcəsi təyin edilməsindən imtina olunmuşdur. Hesab edir ki, imtina qanunsuz və əsassızdır...” İşdən görünür ki, cavabdehin Tibbi Sosial ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə, diaqnoz əlillik əlaməti təyin etmir əsası ilə əlillik təyinatından imtina olunmuş və iddiaçı xx.xx.2023-cü il tarixdə hazırkı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “İnzibati icraat haqında” Qanunun 73.2-ci və İPM-in 38.2-ci maddəsinin tələbləri baxımından iddia mümkündür. İddia ərizəsinə etirarazında cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş edərək bunu aşağıdakılarla əsaslandırmışdır: “...İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları, depressiv daxilolmalar ilə. Anamnezində suisidal fikirlər ilə, cəhdlər ilə. Uzun sürən posttravmatik stress pozuntusu-diaqnozu əlillik əlaməti təyin etmir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3058/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsinin müəyyən edilməsi (əlilliyin təyin edilməsi) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “…Birinci instansiya məhkəməsi işə baxarkən sırf ekspert rəyində vətəndaşın qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki, diaqnozun mövcudluğu hələ əlillik təyinatına əsas vermir, belə ki, həmin diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilmir. Sözügedən hal vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Əlavə olaraq ekspertin müvafiq rəyində həmin pozuntuların iddiaçıda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun əlilliyin təyin edilməsinin mümkün olmaması bildirilsə də məhkəmə bu halı qəbul etməyərək əsaslandırmasına hüquqazidd aparmışdr. Həmçinin, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Məhkəmənin nəzərinə çatdırır ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi emosional-labil pozuntu, şəxsiyyətin spesifik cizgilərinin qabarması” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, iddiaçının nümayəndəsi isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndi nəzərdə tutur ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi - göndərişin verilməsi üçün əsaslar kimi təsbit olunmuşdur. İş materiallarına əlavə edilmiş 088 forma arayışa əsasən iddiaçının xx.xx.2023-cü il tarixdə həyata keçirilmiş müayinəsi zamanı sağlamlıq imkanlarının aşağıdakı kimi məhduduluğu müəyyən olunmuşdur: - “əsas diaqnoz: F07.0. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş-beynin üzvi xəstəliyi (travmatik mənşəli) nəticəsində şəxsiyyət dəyişiklikləri, davranış pozuntuları, depressiv daxilolmalar ilə. Anamnezində suisidial risklər ilə, cəhdlər ilə. Uzun sürən posttravmatik stress pozuntusu. -həkim müayinəsi nəticəsində F07.0, F07.8, F06.3, F43.1 diaqnozları qoyulmuş, beyin MRT müayinəsinin nəticəsində hər iki beynin yarımkürədə alın-təpə paylarında giruslar arası məsafələrin artışı, lokal atrofik dəyişikliklər, çoxsaylı T2, Flair hiperintens glial ocaqlar-travma anamnezinə əsasən beyin-təpə paylarının postravmatik dəyişiklikləripostravmatik ensefalopatiya. Mr görüntüsü null.” Eyni zamanda, iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixdə verilmiş T 295/2024 saylı rəyində ekspert (o cümlədən, ali dərəcəli məhkəmə-tibb eksperti, tibb üzrə fəlsəfə doktoru, 1981-ci ildən iş təcrübəsi olan) aşağıdakı kimi rəy verilmişdir. belə nəticəyə gəlmişlər: - “İddiaçının “2 nömrəli kliniki Psixiatriya Xəstəxanası”nda sonuncu dəfə 08- xx.xx.2024cü il tarixlərdə “F07.0; F06.7; F06.3-baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi. Davranış pozuntuları, depressiv daxil olunmalarla, anamnezində siusidal fikirlərlə, cəhdlərlə, uzun sürən posttravmatik stress pozuntuları” diaqnozu ilə müalicədə olduğundan hazırda həmin xəstəliklərdən əziyyət çəkdiyi təsdiq olunmuşdur.” Konkret halda iddiaçının tələbindən göründüyü kimi, həmin xəstəlikdən əziyyət çəkdiyinə əsaslanaraq, cavabdeh tərəfindən qiymətləndirildiyi xx.xx.2023-cü il tarixdən sağlamlıq imkanlarının pozulmasının (əlilliyin) təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. 2022-ci ilin iyul ayının 1-dən qüvvəyə minmiş, “Əlilliyin müəyyən olunması meyarları”nın əlavəsinin 7.6.2-ci bəndində üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) əllikk dərəcəsi verən meyar kimi təsbit olunmuş və həmin xəstəlik meyarı aşağıdakı kimi qiymətləndirilmişdir: 7.6.2.1.“əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - orqanizmin funksiyalarının pozulmasının 35-60 faizi ilə 2 il müddətinə əlillik təyin edilir. 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə 2 il müddətinə əlillik təyin edilir. Tədqiq olunan 088 formalı göndəriş və məhkəmə-tibb ekkspertizasının rəyi, habelə, işə əlavə olunmuş digər müayinə sənədlərinə əsasən də məhz, iddiaçıya əlillik təyinatının aparılması üçün, onun qeyd edilən meyarda təsbit olunan - “üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0)) xəstəliyindən əziyyət çəkməsi öz təsdiqini tapır. Yuxarıda qeyd olunanlar isə onu deməyə əsas verir ki, iddiaçıya sağlamlıq vəziyyətinin pozulmasının, başqa sözlə əlilliyinin müəyyən edilməsini zəruri edən faktiki şərtlər mövcud olduğu halda, cavabdeh tərəfindən əsassız olaraq qeyd olunan diaqnoz “əlillik əlaməti təyin etmir” səbəbi ilə ona əlillik təyin edilməsindən imtina etmiş, onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyini, qərarın maddi hüquq normaları baxımından qanunsuz və əsassız olduğunu mübahisələnirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3058/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3058/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3694/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3694/2024
31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver