Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-37/2022 07.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə X15 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4169/2019 saylı iş üzrə qəbul etdiyi 29 dekabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X9 cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013cü illər üçün əlavə Tədbirlər Planı”nın və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar, ünvan 1 ünvanında yerləşən 1739,4 kv.metr olan qeyri-yaşayış və onun istifadəsində olan 116 sot torpaq sahəsinin dəyəri ödənilmədən dövlət ehtiyaclarına görə alındığı üçün, qeyri-yaşayış sahəsinə görə 5 218 200 manat və torpaq sahəsi üzərində istifadə hüququna görə 2 900 000 manat, cəmi 8 118 200 manat kompensasiyanın və 811.820 manat dəyərində qeyriəmlak ziyanının dövlət büdcəsi hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı X9 vəsatətlə çıxış edərək onu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etməklə əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmiş, xx.xx.2019-cu il tarixli qərardadla iddiaçı X9 əsl İddiaçı ilə əvəz edilmişdir. Daha sonra İddiaçı qanuni təmsilçisi A.U.Namazov iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar, ünvan 1 ünvanında yerləşən 1739,4 kv.metr olan qeyri yaşayış və onun istifadəsində olan 116 sot torpaq sahəsinin dəyəri ödənilmədən dövlət ehtiyaclarına görə alındığı üçün, qeyri-yaşayış sahəsinə görə 5 218 200 manat və torpaq sahəsi üzərində istifadə hüququna görə 2 900 000 manat, cəmi 8 118 200 manat kompensasiyanın və 811.820 manat dəyərində qeyri-əmlak ziyanının dövlət büdcəsi hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutulması və ümumilikdə 8 930 020 manat məbləğin X4 hesabına ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4169/2019 saylı iş üzrə qəbul etdiyi 29 dekabr 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar İddiaçınə məxsus olmuş, ünvan 1 ünvanında yerləşən 1739,4 kv.metr olan qeyri-yaşayış sahəsi dövlət ehtiyacları üçün söküldüyünə görə 2.522.130 (iki milyon beş yüz iyirmi iki min bir yüz otuz) manat kompensasiya dövlət büdcəsi hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutulması və həmin məbləğ müəssisənin təsisçisi X4 hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmiş, şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırki mübahisəni həll edərkən iddia qaldırmış şəxsin hansı orqan tərəfindən pozulmuş hüququnun kimə yönəldiyini araşdırmamışdır. X4 tələbinin yönəldiyi inzibati icra orqana (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə) müraciət etməsi barədə heç bir sübut da yoxdur. X6 məxsus hər hansı daşınmaz əmlak obyekti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmiş layihələr çərçivəsində tikinti altına düşməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini əsassız hesab edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya iş üzrə çağırılan tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən xx.xx.1999-cu il tarixdə tərtib edilmiş 001784 nömrəli texniki pasportun notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinin mülkiyyətçisi İddiaçıdir. Tikili haqqında aşağıdakı məlumatlar vardır: mərtəbəliliyi – 1; ümumi sahəsi – 1739,4 kv.metr, əsas sahəsi – 1374,2 kv.metr, köməkçi sahəsi – 365.2 kv.metr. Obyektin (sahələrin) təyinatı – ümumi sahəsi 1336.2 kv.metr, ümumi köməkçi sahəsi 322.2 kv.metr, ümumi faydalı sahəsi isə 1658.4 kv.metr təşkil edən “İdarə”dir (cəmi sahə sonuncu qeyd edilən ölçülərlə eynidir). Torpaq sahəsinin təsnifatı aşağıdakı kimidir: ərazinin sənəd üzrə ümumi sahəsi – 11600.0 kv.metr, faktiki sahəsi – 11645.3 kv.metr, asfalt beton örtüklü sahə - 4596.1 kv.metr, yaşıllıq sahəsi – 5287.2 kv.metr, tikintialtı sahə - 1762.0 kv.metr. Həmin texniki pasportun “xüsusi qeydlər” hissəsində aşağıdakılar göstərilmişdir: “1) Əsas təyinatı istifadədə olunan müddətə (8934 nömrəli inşaat pasportu) kimi müvəqqəti olaraq Bakı şəhər İHnin 69 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı və 93/285 saylı, xx.xx.1993-cü il tarixli ayrıcı akta əsasən 1.16 ha. torpaq sahəsi ayrılıb. Faktiki istifadədə olan 1.165 ha. torpaq sahəsi mövcuddur. 2) DƏK-lə birgə tərtib edilmiş xx.xx.1999-cu il tarixli akta əsasən ərazi daxilindəki tikililər “AZEK” firmasının vəsaiti hesabına tikilib”. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 1318 qeydiyyat nömrəsi ilə xx.xx.1994-cü il tarixdə qeydiyyata alınmış "xxxx" Eİ Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsinə edilmiş dəyişiliyin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cəmiyyətin Nizamnaməsinin müvafiq bəndləri aşağıdakı redaksiyada verilmişdir: “3.1. Cəmiyyətin təsisçisi: X9 (AZE № 01045448, xx.xx.2003-cü il tarixdə Səbail RPİ, təsisçinin ünvanı Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 37/43, mənzil 57). 6.3. Təsisçinin payı: X9 – 100 manat, 100 pay, 100 %, pul şəklində. Dəyişiklik "xxxx" Eİ Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X4 imzası və möhürlə təsdiq edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X11 Qeydiyyatı İdarəsində dövlət qeydiyyatına alınmışdır. - Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərinin Dövlət reyestrindən xx.xx.2008-ci il tarixdə verilmiş **********632400 nömrəli çıxarışdan müəyyən edilir ki, İddiaçı xx.xx.1992-ci il tarixdə digər kommersiya təşkilatı kimi dövlət qeydiyyatına (VÖEN: **********) alınmışdır, hüquqi ünvanı ünvan 5 ili 1 yanvar – 31 dekabrdır. - AЭ seriyalı, 264875 saylı evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 və X9 22 oktyabr 1971-cı ildə nikaha daxil olmuş, nikahları 22 oktyabr 1971-ci il tarixdə 1148 nömrəsi ilə qeydə alınmışdır. - AZ-İ seriyalı, 367241 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 06 avqust 2009-cu il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 27 avqust 2009-cu il tarixdə 735 nömrəsi ilə qeyd aparılmışdır. - 12 fevral 2010-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən məlum olur ki, X9 06 avqust 2009-cu ildə vəfat etmiş X12 vərəsəsi kimi qeydə alınmış, şəhadətnamə verilən miras Əmlak Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 141 saylı nömrəsi ilə qevdiyyata alınmış və AR VN Bakı şəhər VDKHŞ Dövlət Qeydiyyatı İdarəsində ********** nömrə ilə qeydiyyata alınmış İddiaçı Azərbaycan X13ndə "xxxx" MMC-yə məxsus olan - Nizamnamə kapitalının 45 % payından ibarətdir. - Əmlakın sökülməsi ilə bağlı İddiaçınə cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli **********82 nömrəli məktubunda bildirilmişdir ki, "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın icrasının təmin edilməsi məqsədilə aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq ən yeni Dənizkənarı bulvarın yaradılması ilə əlaqədar Bakı şəhəri, Xətai rayonu, Bakı dəniz vağzalından Nobel prospekti ilə X.Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə yerləşən özəl müəssisə və obyektlər, o cümlədən İddiaçı də aidiyyəti qurumlar tərəfindən köçürülmüşdür. - "xxxx" ASC tərəfindən İddiaçı direktoruna ünvanlanmış xx.xx.2015-ci il tarixli, 4/16- 5584 saylı məktubda bildirilmişdir ki, ərizə qaldırılmış məsələ ilə əlaqədar bildirilmişdir ki, qeyd edilən ünavnda "xxxx" ASC tərəfindən heç bir söküntü işləri aparılmamışdır. İş materiallarına eyni zamanda, Bakı dəniz vağzalından Nobel prospekti ilə X.Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə yerləşən özəl müəssisə və obyektlərə məxsus əmlakın (torpaq sahəsi və tikili) geri alınması üçün ödəniləcək kompensasiyaya dair hesablamanın surəti, müəssisənin fəaliyyətinin dayandırılması barədə vergi orqanı ilə aparılan yazışmalar, əmlakın sökülməsi zamanı çəkilmiş videoyazıdisk və digər sənədlər əlavə edilmişdir. Kollegiya məhkəmənin iddianın qismən təmin edilməsi nəticəsi ilə razılaşır və aşağıdakıları qeyd edir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun 1.1.1-ci maddəsinə görə alınma – dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi. 3.2. Torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Avtomobil Yolları X2 1.1-ci bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (bundan sonra - Agentlik) Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının (bundan sonra – avtomobil yolları), habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində (bundan sonra - müvafiq sahədə) fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir. 2.1. Agentliyin fəaliyyətinin məqsədi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsindən, avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının (keçidlər, qurğular, tikililər və avadanlıqlar) layihələndirilməsindən, tikilməsindən, istismarından, bərpasından, təmirindən, yenidən qurulmasından, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasından və onların vəziyyətinə nəzarət edilməsindən, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə yerinə yetirilməsindən ibarətdir. Birinci instansiya məhkəməsinin düzgün olaraq müəyyən etdiyi kimi, iş üzrə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na bilavasitə daxil edilməsə də, fəaliyyəti ilə əlaqədar mövcud normativ hüquq aktlarına əsasən inzibati akt qəbul etmək səlahiyyəti verildiyindən, habelə balansında olan yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması ilə əlaqədar mühafizə zonasına düşən mövcud tikililərin sökülməsi zamanı əmlakın qiymətləndirilməsində sifarişçi qismində iştirak etməklə hesablan-mış kompensasiyanın öz adından mülkiyyətçilərin hesabına köçürməsi ilə bağlı qəbul etdiyi qərarlar hüquqi nəticələr yaratdığından, hazırki iş üzrə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cavabdeh qismində göstərilməsi həmin Qərarın “qanunvericiliyə uyğun olaraq, inzibati akt qəbul etmək səlahiyyəti verilmiş digər inzibati orqanlar” adlanan V fəslinə tam uyğun hesab edilir. İnzibati Prosessual Məcəllənin 2.2.4 və 2.2.7 maddələrinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) və inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edə bilər. İnzibati mübahisənin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarından aydındır ki, İddiaçı texniki pasportunda göstərilən və ünvan 6 ünvanında yerləşən əmlak kompleksi "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın icrası ilə əlaqədar sökülmüş və həmin ərazidə avtomobil yolu inşa edilmişdir. İddiaçı Azərbaycan X8 təsisçisi və qanuni təmsilçisi tərəfindən edilmiş müraciətlərə baxmayaraq, sökülmüş əmlakın və onun yerləşdiyi torpaq sahəsinin kompensasiyası ödənilməmişdir. Halbuki, Bakı dəniz vağzalından Nobel prospekti ilə X.Rüstəmov küçəsinin kəsişməsinə kimi olan ərazidə yerləşən özəl müəssisə və obyektlərə məxsus əmlakın (torpaq sahəsi və tikili) geri alınması üçün ödəniləcək kompensasiyaya dair hesablamanın 33 liter nömrəsi ilə siyahıya daxil edilmiş İddiaçı sökülən əmlakına görə 20% əlavə ilə birlikdə 2 269 680 manat kompensasiya hesablanmış, lakin həmin məbləğ də hal-hazıra kimi ödənilməmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən xx.xx.1999-cu il tarixdə tərtib edilmiş 001784 nömrəli texniki pasportunda aparılan xüsusi qeydlərdən məlum olur ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 69 nömrəli sərəncamı ilə 1,16 ha torpaq sahəsi 93/285 saylı xx.xx.1993-cü il tarixli ayrıc aktına əsasən İddiaçınə ayrılmış və Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə birgə tərtib edilmiş xx.xx.1999-cu il tarixli akta əsasən ərazi daxilindəki tikililərin İddiaçı AA BM-nin vəsaiti hesabına tikildiyi təsdiq edilmişdir. Həmin sənədlər qeyd edilən texniki pasportun tərtib edilməsi üçün Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsinə təqdim edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkil-məsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədi ilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçı üzərində hər hansı hüquqa malik olmadığı əmlakın deyil, hüquqmüəyyənedici sənəd hesab olunan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən xx.xx.1999-cu il tarixdə tərtib edilmiş 001784 nömrəli texniki pasportuna uyğun olaraq mülkiyyət hüququ əsasında ona məxsus olan daşınmaz əmlakın onun iradəsindən kənar sökülməsi ilə dəymiş zərərin ödənilməsini tələb edir. Cavabdeh orqan apelyasiya şikayətində mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia qaldırmış şəxsin hansı orqan tərəfindən pozulmuş hüququnun kimə yönəldiyini araşdırmamışdır. İddiaçı tərəfindən cavabdeh orqana ünvanlanmış müraciət və imtina cavabı da mövcud deyildir. Cavabdeh, həmçinin, apelyasiya şikayətində iddiaçının hər hansı əmlakında cavabdeh tərəfindən söküntü aparılmadığını bildirsə də, mövqeyini əsaslandıran hər hansı sübutu şikayətinə əlavə etməmiş, apelyasiya baxışı zamanı məhkəməyə təqdim etməmişdir. AR İPM-in 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Lakin, işdə olan faktiki dəlillərdən - ƏEM/D48-1028/19 saylı ekspert rəyi və əlavə edilmiş fotoşəkillərdən, 59/21 saylı mütəxəssis rəyindən və s. göründüyü kimi, iddiaçı müəssisəyə məxsus əmlakın sökülərək dövlət ehtiyacları üçün istifadə edilməsi, yəni həmin sahənin cavabdeh tərəfindən nəqliyyat yolu strukturuna daxil edilməsi, hazırda nəqliyyat yolu kimi ümumi istifadədə olması, bir qismində isə abadlaşdırma işləri aparılaraq yaşıllıq salınmış olması işin mübahisəsiz halıdır. Eyni zamanda, şikayətindəki mövqeyinin əksinə cavabdeh orqan inzibati mübahisəyə hər iki instansiyada baxılarkən məhkəmə baxışında iştirak etmiş, iddiaya qarşı münasibət bildirərərək yazılı etirazını təqdim etmiş və s. digər prosessual hərəkətləri həyata keçirmişdir. Digər tərəfdən, işdən görünür ki, apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən Bakı şəhər Xətai Rayon Məhkəməsində hazırki İddiaçı Azərbaycan X7rşı “iddiaçıya məxsus texniki pasportda uyğunsuzluğun aradan qaldırılması” tələbinə dair iddia irəli sürülmüşdür Yuxarıda qeyd edilən faktiki hallarla yanaşı, məhkəmə kollegiyası cavabdeh orqanın belə bir iddianın irəli sürülməsində maraqlı olmasının özünü orqanın hazırki mübahisə üzrə cavabdeh olmasına müsbət iradə ifadəsi kimi qiymətləndirir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətindəki dəlillərini formal mülahizə sayaraq, əsassız hesab edir. Kollegiya qeyd edir ki, iddia tələbində həm torpaq sahəsindən istifadə hüququ üçün, həm də üzərində yerləşən qeyri-yaşayış sahələri üçün ayrı ayrılıqda kompensasiya ödənilməsi tələb edilməsi nəzərdə tutulsa da, birinci instansiya məhkəməsinin kompensasiyanın qismən, yəni yalnız qeyri-yaşayış sahələrinə münasibətdə ödənilməsi (... 1739,4 kv.metr olan qeyri-yaşayış sahəsi dövlət ehtiyacları üçün söküldüyünə görə 2.522.130 (iki milyon beş yüz iyirmi iki min bir yüz otuz) manat kompensasiya dövlət büdcəsi hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutulması...) nəticəsindən iddiaçı apelyasiya şikayəti verməmiş, hər hansı qaydada mübahisələndirməmişdir. Qeyri-yaşayış sahələrinə münasibətdə məhkəmə tərəfindən müəyyən edilmiş kompensasiya məbləğinin ağlabatanlığına münasibətdə isə kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Bakı şəhərinin baş planın icrasının təmin edilməsi məqsədilə Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, İslam Səfərli, X17, Mirzə İbrahimov küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi haqqında” xx.xx.2012-ci il tarixli, 76 saylı sərəncamı və Bakı Şəhər İcra Hakimiyyəti başçısının “ünvan 8 ünvanlarının kəsişməsində olan ərazidə mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi“ barədə xx.xx.2012-ci il tarixli, 182 saylı sərəncamı əlavə edilmişdir. Qeyd edilən sərəncamların mətnindən görünür ki, müvafiq köçürülmələrin aparılması ilə əlaqədar yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün 1.500 manat komepnsasiya ödənilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, işə apelyasiya qaydasında baxılarkən, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə qiymətləndirmə təyin edilərək xx.xx.2021-ci il tarixli 59/21 saylı mütəxəssis rəyi təqdim edilmişdir. Qeyd edilən rəyin nəticə hissəsində qeyd edilmişdir ki, “... qeyri-yaşayış sahəsinin hər kvadrat metrinin orta bazar qiyməti təxminən 1.500 manat müəyyən edilmişdir. ...ünvan 9 ünvanında yerləşmiş, tikintialtı sahəsi 1739,4 k.m. , o cümlədən əsas sahəsi 1374,2 kv.m. , köməkçi sahəsi 365,2 k.m. olan qeyri-yaşayış sahəsinin mövcud orta bazar dəyəri təxmini olaraq – 2,609.100 manat (iki milyon altı yüz doqquz min yüz manat), likvid dəyəri isə 2,600.000 (iki min altı yüz) manat məbləğində müəyyən olunur.” İddiaçının birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş 2.522.130 (iki milyon beş yüz iyirmi iki min bir yüz otuz) manat kompensasiya məbləğinin iddiaçı tərəfindən hər hansı qaydada mübahisələndirilməmiş olduğunu vurğulayan məhkəmə kollegiyası hesab edir ki, işin yuxarıda qeyd edilən faktiki hallarından da göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş kompensasiya məbləği ağlabatan olmaqla, iddiaçının pozulmuş hüquqlarının müdafiəsinə təminat verir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən iddianin qismən təmin edilməsinə dair yekun nəticəyə gəlinərkən prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, maddi hüquq normalarının tələbləri baxımından işin hallarına dügzün qiymət verilmişdir. Son olaraq məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, bildirmişdir ki, “... iddia tələbində “ümumilikdə 8 930 020 manat məbləğin X4 hesabına ödənilməsi” göstərilməklə, texniki səhvə yol verilmişdir. Belə ki, həmin hissədə “İddiaçı hesabına ödənilməsi” əvəzinə, “X4 hesabına ödənilməsi” ifadəsi göstərilmişdir. Odur ki, həmin hissədə yol verilmiş texniki səhvin və yalnışlığın aradan qaldırılması baxımından “X4 hesabına ödənilməsi” ifadəsinin “İddiaçı hesabına ödənilməsi” ifadəsi ilə əvəz olunmasını xahiş edirəm.” Məhkəmə kollegiyası iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni icraata qəbul etmiş, hazırki iddia tələbini “"Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar, ünvan 1 ünvanında yerləşən 1739,4 kv.metr olan qeyri yaşayış və onun istifadəsində olan 116 sot torpaq sahəsinin dəyəri ödənilmədən dövlət ehtiyaclarına görə alındığı üçün, qeyri-yaşayış sahəsinə görə 5 218 200 manat və torpaq sahəsi üzərində istifadə hüququna görə 2 900 000 manat, cəmi 8 118 200 manat kompensasiyanın və 811.820 manat dəyərində qeyri-əmlak ziyanının dövlət büdcəsi hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutulması və ümumilikdə 8 930 020 manat məbləğin İddiaçı hesabına ödənilməsi” kimi müəyyən etmişdir. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisələndiirlən qərarın "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosialiqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar İddiaçınə məxsus olmuş, ünvan 1 ünvanında yerləşən 1739,4 kv.metr olan qeyri-yaşayış sahəsi dövlət ehtiyacları üçün söküldüyünə görə 2.522.130 (iki milyon beş yüz iyirmi iki min bir yüz otuz) manat kompensasiya dövlət büdcəsi hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutulması və həmin məbləğ müəssisənin təsisçisi X4 hesabına ödənilsin” hissəsində “X4 hesabına ödənilməsi” ifadəsi “İddiaçı hesabına ödənilməsi” ifadəsi ilə əvəz edilməklə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olduğundan, cavabdehin apelyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli, qərar isə “X4 hesabına ödənilməsi” hissəsi “İddiaçı hesabına ödənilməsi” ifadəsi ilə əvəz edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4169/2019 saylı iş üzrə qəbul etdiyi 29 dekabr 2019-cu il tarixli qərarı "... “X4 hesabına ödənilməsi” ifadəsi “İddiaçı hesabına ödənilməsi” ifadəsi ilə əvəz edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Elşən Kazımov İlham Kərimli
Məhkəmə qərarları › İş №2-1(103)-37/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-37/2022
07.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver