Məhkəmə qərarları › İş №2-1(103)-370/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-370/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-370/2024 01.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Mənsurə Ənvər qızı İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1641/2023 saylı, 24 iyun 2023-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TibbiSosial Ekspert Komissiyası üzərinə əlilliyinin təyin edilməsi barədə öhdəliyin qoyulması və pensiya təminatının bərpası barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993cü ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında N saylı hərbi hissədə mexanik, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi N saylı hərbi hissədə radiotelefonçu vəzifəsində xidmət etmişdir. xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixə kimi Bakı Ali Hərbi Komandanlıq məktəbində komanda taktiki rabitə qoşunu ixtisaslaşdırma - çoxkanallı və məxviləşdirmə rabitə ixtisası təhsil almış və oranı bitirmişdir. xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi N saylı hərbi hissədə rabitə bölüyünün telefon taqımının komandiri olmuşdur. xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci ilə kimi N saylı hərbi hissənin taborun rabitə rəisi - taqqım komandiri vəzifəsində, xx.xx.2001-ci il tarixdən xx.xx.2007-ci il tarixə kimi N saylı hərbi hissənin taborun rabitə rəisi - taqqım komandiri vəzifəsində işləmişəmdir (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006- cı il tarixli 1182 saylı sərəncaməna əsasən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi Fövqəladə Hallar Nazirliyinin tabeçiliyinə verilmişdir). Hərbi Xidmət Keçmə haqqında əsasnamənin 156-cı maddəsinin "v" bəndinə (xəstəliyə görə) əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin 652 saylı xx.xx.2006-cı il tarixli əmri ilə ehtiyata buraxılmışdır və xx.xx.2007-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. xx.xx.2003-cü il tarixdə xidmətdə olduğu zaman teleqraf dirəyindən yıxılaraq sağ diz oynağı burxulmaqla zədə almışdır. Bununla əlaqədar və uşaq yaşlarından mövcud olan onurğa sütununda "S"vari skolioza görə MN MHKH-da müalicədə olmuş və hərbi xidmətə yararlılıq dərəcəsi dəyişilməklə xidmətini davam etdirmişdir. Aldığı xəsarətlə əlaqədar xx.xx.2006-cı il tarixdə ona 2-ci qrup əlillik təyin edilmişdir. xx.xx.2007-ci ildə, xx.xx.2008-ci ildə, xx.xx.2009-cu ildə, xx.xx.2010-cu ildə, xx.xx.2011-ci ildə. xx.xx.2012- ci ildə, xx.xx.2013-cü ildə, xx.xx.2014-cü ildə, xx.xx.2015-ci ildə və sonrakı illərdə müayinə olunaraq əlillik dərəcəsi təsdiqlənmiş, 2021-ci ilin dekabr ayınadək 2-ci qrup əlil kimi pensiya almış, lakin xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Eklspert Komissiyası tərəfindən əlil və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsilə bağlı imtina verilmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşmə təqdim edərək ona əlillik dərəcəsinin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “İddiaçı xx.xx.2021-ci il tarixdən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” məzmununda dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Poliklinikasının xx.xx.2006-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S83 - Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd...,; Diaqnozun mətni: Funksiyanın müalayim dərəcədə pozulması ilə sağ diz oynağının içəri miniksinin hissəvi çıxarılması əməliyyatı.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Travmalar.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 33 saylı Şəhər Poliklinikasının 28.11,2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80- S89 - Diz və baldırın travmaları => S83 - Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd...; Diaqnozun mətni: Funksiyanın mülayim dərəcədə pozulması ilə sağ diz oynağının iç miniksinin hissəvi çıxarılmasından sonrakı vəziyyət. Artrosopik subtotal meniksektomiyadan sonrakı vəziyyət.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Travmalar.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 33 saylı Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S83 - Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd...; Diaqnozun mətni: Meniskin təzə cırılması.Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi.Atroskopik subtotal menesektomiyadan sonraki vəziyyət.Diz oynaqlarında hərəkət məhdudluğu,ağrı sindromu ilə,hərəkətin pozulması.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi.Atroskopik subtotal menesektomiyadan sonraki vəziyyət.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron Təyinatla verilmiş xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi : Hərbi xidmət dövrü ilə əlaqədar; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S83 - Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd...; Diaqnozun mətni: Meniskin təzə cırılması.Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi.Atroskopik subtotal menesektomiyadan sonraki vəziyyət.Diz oynaqlarında hərəkət məhdudluğu,ağrı sindromu ilə,hərəkətin pozulması.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi.Atroskopik subtotal menesektomiyadan sonraki vəziyyət.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. 33 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M20-M25 - Oynaqların digər zədələnmələri => M23 - Dizin öynaqdaxili zədələnməsi => M23.2 - K...; Diaqnozun mətni: Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi. Sağ diz oynağının meniskektomiya cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sağ diz oynağının artrozu.Digər idiopatik skoliozlar. Daimi radikulyar ağrı ilə İİİ dərəcə skolioz. döş tipli sklolioz.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir.” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edəri vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1641/2023 saylı, 24 iyun 2023-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmışdır və qeyd edilmişdir ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” AR Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Birinci instansiya məhkəməsi iddianın mahiyyət üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X2na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İnzibati işdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 032888 nömrəli “İlkin müayinə üçün keçən əlillər üçün” Arayışına əsasən xx.xx.2006-cı il tarixli göndərişi əsasında xx.xx.2006-cı il tarixdə baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar, Diaqnozun mətni: Funksiyanın mülayim dərəcədə pozulması ilə sağ diz oynağının içəri miniksinin hissəvi çıxarılması əməliyyatı; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Travmalar” səbəbi ilə əməyin şəraiti və xarakteri barədə qərar: əməyə qadir deyil, növbəti müayinə tarixi xx.xx.2007-ci il olmaqla əlilliyi xx.xx.2008-ci ilədək bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 376949 nömrəli “Təkrar müayinədən keçən əlillər üçün” Arayışında qeyd olunmuşdur ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı, əlillik qrupu: 2 (ikinci), əlilliyin səbəbi: xəstəlik hərbi xidmət dövründə alınıb, əlilliyi xx.xx.2009-cu ilədək müəyyən edilib, növbəti müayinə tarixi xx.xx.2008-ci il, əməyin şəraiti və xarakteri barədə qərar: əməyə qadir deyil, əsas: 989 nömrəli, xx.xx.2007-ci il tarixli müayinə aktı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 575844 nömrəli “Təkrar müayinədən keçən əlillər üçün” Arayışında qeyd olunmuşdur ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı, əlillik qrupu: 2 (ikinci), əlilliyin səbəbi: xəstəlik hərbi xidmət dövründə alınıb, əlilliyi xx.xx.2010-cu ilədək müəyyən edilib, növbəti müayinə tarixi xx.xx.2009-cu il, əməyin şəraiti və xarakteri barədə qərar: əməyə qadir deyil, əsas: 928 nömrəli, xx.xx.2008-ci il tarixli müayinə aktı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 758364 nömrəli “Təkrar müayinədən keçən əlillər üçün” Arayışında qeyd olunmuşdur ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı, əlillik qrupu: 2 (ikinci), əlilliyin səbəbi: xəstəlik hərbi xidmət dövründə alınıb, əlilliyi xx.xx.2011-ci ilədək müəyyən edilib, növbəti müayinə tarixi xx.xx.2010, əməyin şəraiti və xarakteri barədə qərar: əməyə qadir deyil, əsas: 922 nömrəli, xx.xx.2009-cu il tarixli müayinə aktı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 956267 nömrəli “Təkrar müayinədən keçən əlillər üçün” Arayışında qeyd olunmuşdur ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı, əlillik qrupu: 2 (ikinci), əlilliyin səbəbi: xəstəlik hərbi xidmət dövründə alınıb, əlilliyi xx.xx.2012-ci ilədək müəyyən edilib, növbəti müayinə tarixi xx.xx.2011, əməyin şəraiti və xarakteri barədə qərar: əməyə qadir deyil, əsas: 898 nömrəli, xx.xx.2010-cu il tarixli müayinə aktı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı X8 Ekspert Komissiyasının 125814 nömrəli “Təkrar müayinədən keçən əlillər üçün” Arayışında qeyd olunmuşdur ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı, əlillik qrupu: 2 (ikinci), əlilliyin səbəbi: xəstəlik hərbi xidmət dövründə alınıb, əlilliyi xx.xx.2013-cü ilədək müəyyən edilib, növbəti müayinə tarixi xx.xx.2012-ci il, əməyin şəraiti və xarakteri barədə qərar: əməyə qadir deyil, əsas: 920 nömrəli, xx.xx.2011-ci il tarixli müayinə aktı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 007733 nömrəli “Təkrar müayinədən keçən əlillər üçün” Arayışında qeyd olunmuşdur ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı, əlillik qrupu: 2 (ikinci), əlilliyin səbəbi: xəstəlik hərbi xidmət dövründə alınıb, əlilliyi xx.xx.2014-cü ilədək müəyyən edilib, növbəti müayinə tarixi xx.xx.2013-cü il, əməyin şəraiti və xarakteri barədə qərar: əməyə qadir deyil, əsas: 997 nömrəli, xx.xx.2012-ci il tarixli müayinə aktı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı X8 Ekspert Komissiyasının 093357 nömrəli “Təkrar müayinədən keçən əlillər üçün” Arayışında qeyd olunmuşdur ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı, əlillik qrupu: 2 (ikinci), əlilliyin səbəbi: xəstəlik hərbi xidmət dövründə alınıb, əlilliyi xx.xx.2015-ci ilədək müəyyən edilib, növbəti müayinə tarixi xx.xx.2014-cü il, əməyin şəraiti və xarakteri barədə qərar: əməyə qadir deyil, əsas: 1016 nömrəli, xx.xx.2013-cü il tarixli müayinə aktı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı X8 Ekspert Komissiyasının 470991 nömrəli “Təkrar müayinədən keçən əlillər üçün” Arayışında qeyd olunmuşdur ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı, əlillik qrupu: 2 (ikinci), əlilliyin səbəbi: xəstəlik hərbi xidmət dövründə alınıb, əlilliyi xx.xx.2016-cı ilədək müəyyən edilib, növbəti müayinə tarixi xx.xx.2015-ci, əməyin şəraiti və xarakteri barədə qərar: əməyə qadir deyil, əsas: 1163 nömrəli, xx.xx.2014-cü il tarixli müayinə aktı. İddiaçının əlillik vəziyyətinə 33 saylı Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında xx.xx.2015-ci il tarixdə baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S83 - Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd...; Diaqnozun mətni: Meniskin təzə cırılması. Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi. Atroskopik subtotal menesektomiyadan sonrakı vəziyyət. Diz oynaqlarında hərəkət məhdudluğu, ağrı sindromu ilə, hərəkətin pozulması; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi. Atroskopik subtotal menesektomiyadan sonrakı vəziyyət” səbəbi ilə növbəti müayinə tarixi xx.xx.2016-cı il göstərillməklə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2016-cı il tarixli göndəriş əsasında eyni tarixdə baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S83 - Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd...; Diaqnozun mətni: Meniskin təzə cırılması. Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi. Atroskopik subtotal menesektomiyadan sonrakı vəziyyət. Diz oynaqlarında hərəkət məhdudluğu, ağrı sindromu ilə, hərəkətin pozulması; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi. Atroskopik subtotal menesektomiyadan sonrakı vəziyyət” səbəbi ilə növbəti müayinə tarixi xx.xx.2021-ci il göstərilməklə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə 33 saylı Şəhər Poliklinikasının xx.xx.2021ci il tarixli 2767003AADXX saylı Forma 88 göndərişi əsasında xx.xx.2021-ci il tarixdə baxılmış və “X2: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M20-M25 - Oynaqların digər zədələnmələri => M23 - Dizin oynaqdaxili zədələnməsi => M23.2 - K...; Diaqnozun mətni: Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi. Sağ diz oynağının meniskektomiya cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sağ diz oynağının artrozu. Hər iki aşağı ətrafın BDV-nin birincili varikoz genişlənməsi. Hər iki aşağı ətrafda İİİ dərəcəli XVÇ, Ağırlaşma M 17.1 Digər birincili qonartroz, Sağ diz oynağının artrozu. Ağırlaşma T91.2 Döş qəfəsinin və çanağın digər sınıqlarının nəticələri, İİİ dərəcəli döş tipli sklolioz (L=36 dərəcə). Ağırlaşma M 62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Əzələlərin atrofiyası. Funksiyanın pozulması mülayim dərəcədə. Ağırlaşma M41.2 Digər idiopatik skoliozlar, Daimi radikulyar ağrı ilə İİİ dərəcə skolioz. döş tipli sklolioz (L=36 dərəcə). Ağırlaşma M 24.5 Oynaqların kontrakturası, Sağ diz oynağının kontrakturası. Açıcı bükücü kontrakturası. Ağırlaşma İ 83.9 Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, Hər iki aşağı ətrafın BDV-nin birincili varikoz genişlənməsi. Ağırlaşma S22.0 Döş fəqərəsinin sınığı, ..İİİ dərəcəli döş tipli sklolioz (L=36 dərəcə). Ağırlaşma M54.5 Belin aşağı hissəsində ağrı, Th 9 fəqərəsinin kompression bitişmiş sınığı fəqərə yastılaşması. Ağırlaşma L 91.0 Hipertrofik çapıq. Ağırlaşma R52.2 Digər daimi ağrı, Daimi kökcük ağrı sindromu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Beləliklə, sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə 33 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2767003AADXX saylı tibbi göndərişdə qoyulmuş diaqnoza münasibətdə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” ilə qiymətləndirilmə aparılaraq diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” əsası ilə əlillik dərəcəsinin təyinatından imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10509/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X4 xx.xx.2022-ci il tarixli, 4513 nömrəli məktubu ilə təqdim edilmiş T 512/2022 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, 1975-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-3. Vətəndaş D.V.Luqanskinin əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı 33 saylı şəhər poliklinikasında tərtib olunmuş xx.xx.2021 -ci il tarixli, 2767003AADXX saylı göndərişdə qeyd edilən və hazırda əziyyət çəkdiyi “Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi, sağ diz oynağının meniskektomiya cərrahi əməliyyatdan sonrakı vəziyyət, sağ diz oynağının artrozu, digər idiopatik skoliozlar, daimi radikulyar ağrı ilə İİİ dərəcə skolioz, döş tipli skolioz” diaqnozu onun stasionarlarda müayinə və müalicələri zamanı anamnestik, klinik, laboratorinstrumental müayinələri əsasında düzgün müəyyən edilmişdir. Həmin diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Nazirlər Kabinetinin istər xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə dair meyarların maddələrindən hər hansı birini aid etmək mümkün olmadı. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1641/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X4 xx.xx.2023-cü il tarixli, 1971 nömrəli məktubu ilə təqdim edilmiş T 269/2023 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, 1975-ci il təvəllüdlü X3 adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1. Vətəndaş D.V.Luqanskinin əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə (088 №-li Formada) “Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - artropatiyalar => M20-M25 - oynaqların digər zədələnmələri => M23 - dizin oynaqdaxili zədələnməsi => M23.2 - K...; Diaqnozun mətni: Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi, sağ diz oynağının meniskektomiya cərrahi əməliyyatından sonrakı vəziyyət, sağ diz oynağının artrozu, digər idiopatik skoliozlar, daimi radikulyar ağrı ilə İİİ dərəcə skolioz, döş tipli skolioz” diaqnozu qeyd edilmişdir. Vətəndaş D.V.Luqanskinin məhkəmətibbi müayinəsi zamanı o, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna əyani müayinəyə göndərilmiş və ona “Onurğanın döş-bel tipli ikincili dərəcəli skoliozu (4 5°), spondilyoz, osteoxondroz, MRT müayinədə L4-L5 səviyyədə nevral kökə təmas edən 4,5mm ölçüdə yırtıq, L5-S1 3mm ölçüdə arxa-mərkəzi protruziya, kökcük ağrı sindromu, onurğanın hərəkət funksiyasının pozulması, hər iki diz oynağının birincili kontrakturası- 90°, sağ budun medial kondilusunda xondromalyasiya sahəsi-aseptik nekroz, daimi ağrılar, axsama və yerişin pozulması” diaqnozu müəyyən edilmişdir. 2. Hal-hazırda D.V.Luqanskinin əziyyət çəkdiyi xəstəliklə xx.xx.2021-ci il tarixli 2767003AADXX saylı Forma 88-də qoyulan diaqnozlar tam üst- üstə düşür. 3. Vətəndaş D.V.Luqanskinin düçar olduğu xəstəliklərin tam reabilitasiyası mümkün deyildir. Beləliklə, iş materiallarından müəyyən olunur ki, iddiaçının əlillik vəziyyətinə ilkin olaraq xx.xx.2006-cı il tarixdə baxılmış və ona “Funksiyanın mülayim dərəcədə pozulması ilə sağ diz oynağının içəri miniksinin hissəvi çıxarılması əməliyyatı” diaqnozu, hərbi xidmət dövrü ilə əlaqədar səbəbi ilə 1 il müdətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra iddiaçının əlillik dərəcəsi təkrarən hər il keçirilmiş qiymətləndirmə nəticəsində-xx.xx.2007, xx.xx.2008,, xx.xx.2009, xx.xx.2010, xx.xx.2011, xx.xx.2012, xx.xx.2013, xx.xx.2014, xx.xx.2015-ci il tarixlərdə 1 il olmaqla ikinci dərəcə əlillik təyin edilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2016-cı il tarixli göndəriş əsasında eyni tarixdə baxılmış və 5 il müddətinə xx.xx.2021-ci il tarixədək ikinci əlillik dərəcəsi verilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçının sağlamlıq vəziyyətinə 33 saylı Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2767003AADXX saylı tibbi göndərişdə qoyulmuş diaqnoz əsasında baxılmış və diaqnoza münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” ilə qiymətləndirilmə aparılaraq diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” əsası ilə əlillik dərəcəsinin təyinatından imtina edilmişdir. Beləliklə, cavabdehin növbəti dəfə əlillik təyinatından imtinasının və apellyasiya şikayətinin əsasında iddiaçıya qoyulmuş əsas xəstəlik və ağırlaşmaların onun sağlamlıq vəziyyətinə uyğun olmaması, dolayısı ilə sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas verməməsi durur. Kollegiya cavabdeh inzibati orqanın imtinasını və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. İşin hallarından görünür ki, iddiaçı hərbi xidmət dövründə zədələnməsinə görə ona onurğa sütunun döş nahiyyəsinin təsbit olunmuş ikinci dərəcəli (17, 11 dərəcə) “S”ə bənzər skoliozu, funksiyanın cuzi dərəcədə pozulması ilə, sağ diz oynağının medial meniskinin zədələnməsinə görə sağtərəfli meniskektomiya (19.07.05) cərrahiyyə əməliyyatından sonrakı kontrakturası, funksiyanın cuzi dərəcədə pozulması ilə “ diaqozu ilə sıradankənar hərbi xidmətə yararlı hesab edilərək hərbi xidmətdən tərxis olunmuşdur. İddiaçıya 2006-cı il tarixdən etibarən hər il diaqnozu əsasən “Meniskin təzə cırılması. Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi. Atroskopik subtotal menesektomiyadan sonrakı vəziyyət. Diz oynaqlarında hərəkət məhdudluğu, ağrı sindromu ilə, hərəkətin pozulması” ilə təkrar olaraq əlillik təyinatları aparılmışdır. İddiaçı barəsində sonuncu dəfə xx.xx.2021-ci il tarixli 2767003AADXX saylı tibbi göndərişdəki diaqnozu əvvəlki diaqnozları ilə eyni kateqoriyadan olmuşdur. Belə ki, tibbi göndərişdə: Əsas diaqnoz- M23.2 Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi. Sağ diz oynağının meniskektomiya cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sağ diz oynağının artrozu. Hər iki aşağı ətrafın BDV-nin birincili varikoz genişlənməsi. Hər iki aşağı ətrafda İİİ dərəcəli XVÇ, Ağırlaşmaları: M 17.1 Digər birincili qonartroz, Sağ diz oynağının artrozu. T91.2 Döş qəfəsinin və çanağın digər sınıqlarının nəticələri, İİİ dərəcəli döş tipli sklolioz (L=36 dərəcə). M 62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Əzələlərin atrofiyası. Funksiyanın pozulması mülayim dərəcədə. M41.2 Digər idiopatik skoliozlar, Daimi radikulyar ağrı ilə İİİ dərəcə skolioz. döş tipli sklolioz (L=36 dərəcə). M 24.5 Oynaqların kontrakturası, Sağ diz oynağının kontrakturası. Açıcı bükücü kontrakturası. İ 83.9 Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, Hər iki aşağı ətrafın BDV-nin birincili varikoz genişlənməsi. S22.0 Döş fəqərəsinin sınığı, ..İİİ dərəcəli döş tipli sklolioz (L=36 dərəcə). M54.5 Belin aşağı hissəsində ağrı, Th 9 fəqərəsinin kompression bitişmiş sınığı fəqərə yastılaşması. L 91.0 Hipertrofik çapıq. R52.2 Digər daimi ağrı, Daimi kökcük ağrı sindromu. Birinci instansiya məhkəməsində icraat zamanı xx.xx.2021-ci il tarixli 2767003AADXX saylı Forma 88-də qoyulmuş diaqnozun iddiaçının sağlamlıq vəziyyətinə uyğun gəlib-gəlməməsi məqsədilə keçirdiyi məhkəmə tibbi ekspertizalarının nəticələrinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli, 2767003AADXX saylı göndərişdə qeyd edilən və hazırda əziyyət çəkdiyi “Keçmiş travma və cırılma nəticəsində meniskin zədələnməsi, sağ diz oynağının meniskektomiya cərrahi əməliyyatdan sonrakı vəziyyət, sağ diz oynağının artrozu, digər idiopatik skoliozlar, daimi radikulyar ağrı ilə İİİ dərəcə skolioz, döş tipli skolioz” diaqnozu iddiaçının stasionarlarda müayinə və müalicələri zamanı anamnestik, klinik, laborator-instrumental müayinələri əsasında düzgün müəyyən edilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, iddiaçının hazırkı sağlamlıq vəziyyəti “Onurğanın döş-bel tipli ikincili dərəcəli skoliozu (4 5°), spondilyoz, osteoxondroz, MRT müayinədə L4-L5 səviyyədə nevral kökə təmas edən 4,5mm ölçüdə yırtıq, L5-S1 3mm ölçüdə arxa-mərkəzi protruziya, kökcük ağrı sindromu, onurğanın hərəkət funksiyasının pozulması, hər iki diz oynağının birincili kontrakturası- 90°, sağ budun medial kondilusunda xondromalyasiya sahəsi-aseptik nekroz, daimi ağrılar, axsama və yerişin pozulması” diaqnozuna uyğundur və həmin diaqnoz iddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli 2767003AADXX saylı Forma 88-də qoyulan diaqnozlarla tam üstüstə düşür. Beləliklə, iddiaçı barəsində tərtib edilmiş və əlillik təyinatı üçün əlillik alt sistemində yerləşdirilimiş xx.xx.2021-ci il tarixli 2767003AADXX saylı tibbi göndərişdəki xəstəliklərlə iddiaçının hazırkı sağlamlıq vəziyyətinin eyni olduğu və iddiaçıda mövcud olan xəstəliyin tam reabilitasiyasının mümkün olmaması məhkəmə icraatı gedişində əldə edilmiş əlavə ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3365/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə İddiaçı xx.xx.2021-ci il tarixli, 2767003AADXX saylı göndərişdə qeyd edilənlər nəzərə alınmaqla əlillik dərəcəsinin təyin edilməsi məqsədilə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq cavabdeh tərəfindən yenidən araşdırma aparılması və bunun üçün cavabdeh inzibati orqana 15 (on beş) gün müddət təyin edilmiş, lakin, sonuncu məhkəmə iclasınadək (xx.xx.2024-cü il tarixədək) inzibati orqan tərəfindən məhkəməyə məlumat təqdim edilməmişdir. İddiaçının xx.xx.2021-ci il tarixli, 2767003AADXX saylı tibbi göndərişdəki xəstəliklərin təsnifat kodları Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” də göstərilən əlillik təyinatına əsas verən xəstəliklərin təsnifatında ağırlaşmalar M24.5, M41.2, İ83.9, L91.0 onun ikinci dərəcə əlillik dərəcəsi təyinatına əsas verir. Qeyd edilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu əsasla birinci instansiya məhkəməsinin iddiaçıya xx.xx.2021-ci il tarixdən ikinci dərəcə müddətsiz əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməli olması ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1641/2023 saylı, 24 iyun 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1641/2023 saylı, 24 iyun 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar