Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3700/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3900/2024 saylı, 13 iyun 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək iddiaçının mənzil növbəsinə qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3900/2024 saylı, 13 iyun 2024-cü il tarixli qərarı ilə (hakim Fərid İsmayılzadə) iddia tələbi təmin edilərək, İddiaçı gözdən əlil kimi mənzil növbəsinə götürülməsi öhdəliyi Cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermə müddətini ötürməklə verdiyi şikayətində Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3900/2024 saylı, 13 iyun 2024-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə apelyasiya şikayəti vermə müddəti ötürüldüyündən cavabdehə hüquqi yardım göstərilərək, bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3900/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir və eyni zamanda qərar poçt vasitəsilə cavabdehə xx.xx.2024-cü il tarixli göndəriş məktubu ilə göndərilmiş, xx.xx.2024-cü il tarixində xəbərnaməyə imza etməklə qəbul edilmişdir. Lakin apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə poçta təhvil verilməklə məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Lakin hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və buna baxmayaraq, apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Bununla bağlı, məhkəmə kollegiyası cavabdehə Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək 2-1(112)-3900/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qərardan apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizəni yuxarıda qeyd olunan tarixdə məhkəməyə təqdim etməyi təklif etmişdir. Cavabdeh inzibati orqan elektron sənəd dövriyyəsi sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə qərarı elektron sistemə daxil edilsə də, poçt vasitəsi ilə göndərilmədiyini, qərar icra edilməsi üçün daxil olduğu zaman məlumatları olduğunu nəzərə alınıb Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3900/2024 saylı qərardadından apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən ötürülməsi ilə bağlı cavabdeh tərəfindən hər hansısa sübut təqdim edilmədiyindən mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3900/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qərar xx.xx.2024-cü il tarixdə cavabdeh Bakı şəhəri Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir. Lakin cavabdehin apellyasiya şikayəti 22 avqust 2024-cü il tarixdə poçt vasitəsi ilə verilmişdir. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti cavabdehə münasibətdə ona təqdim edildiyi tarixdən, yəni 08 iyul 2024-cü il tarixdən hesablanmaqla, xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Lakin işdən görünür ki, apellyasiya şikayəti 16 gün ötürülməklə xx.xx.2024-cü il tarixdə verilmiş, bununla da qanunla müəyyən edilmiş müddət Cavabdeh tərəfindən buraxılmışdır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin “apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, cavabdeh tərəfindən buraxılmış müddətin üzrlü olması ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Həmçinin, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 1(112)-3900/2024 saylı, 13 iyun 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və geri qaytarılmalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı şəhəri Cavabdeh ərizəsi təmin edilməsin. Cavabdeh Bakı şəhəri Cavabdeh Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3900/2024 saylı, 13 iyun 2024-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-3700/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3700/2024
08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver