Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3702/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının X3rşı “test tapşırıqlarının cavablarının düzgün qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə “3-cü şəxs qismində işə cəlb edilmə” barədə ərizəyə dair GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı, Ərizəçi Maraqlı şəxs və nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X3rşı “test tapşırıqlarının cavablarının düzgün qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8414/2023 saylı 18 avqust 2023-cü il tarixli qərardadından ərizəçi Maraqlı şəxs tərəfindən verilmiş şikayətə 06 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ Ərizəçi Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməklə 2-1(112)-8414/2023 nömrəli inzibati işi üzrə icraatın təzələnməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X3rşı “test tapşırıqlarının cavablarının düzgün qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair məhkəmənin icraatında 2-1(112)-8414/2023 saylı inzibati iş vardır. Həmin iş üzrə xx.xx.2023-cü il tarixli qərara əsasən iddia təmin edilmiş, 12 fevral 2023-cü il tarixində dövlət qulluğunun BA kateqoriyası üzrə X11 tərəfindən keçirilən imtahanda arasında A variantı üzrə 51-ci və 63-cü test tapşırıqlarının İddiaçı tərəfindən qeyd edilmiş cavabların iddiaçının xeyrinə nəzərə alınması öhdəliyi cavabdeh X9 həvalə edilmişdir. Məhkəmə qərarı xx.xx.2023-cü il tarixdə tərəflərə göndərilmişdir. Bildirilir ki, mübahisə predmeti olan 12 fevral 2023-cü il tarixində dövlət qulluğunun BA vəzifə qrupu üzrə X11 tərəfindən keçirilən imtahanda imtahan iştirakçılarına təqdim olunmuş suallar arasında A variantı üzrə 51-ci sualın tərtib olunması və imtahan günü sualın ekspertizası 10 fevral 2023-cü il tarixli xidməti müqavilə əsasında onun tərəfindən həyata keçirilmişdir. İddia tələbi üzrə mübahisənin araşdırılması üçün mübahisə predmeti olan test sualını tərtib edən şəxs məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməli idi. İddia tələbinin mahiyyətindən də görünür ki, mübahisə predmeti üzrə məhkəmə qərarı üçüncü şəxs kimi ərizəçinin maraqlarına toxunur. Belə ki, qeyd olunan iş üzrə iddia tələbinin təmin olunması Bakı Dövlət Universitetinin “Dövlət və hüquq nəzəriyyəsi və tarixi” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru olaraq ərizəçinin nüfuzuna ciddi xələl gətirməklə birgə DİM tərəfindən dövlət qulluğu da daxil olmaqla dövlət orqanlarına keçirilən imtahanlarda gələcək iştirakına maneə törədərək bu imtahanlara cəlb edilməyinin qarşısını alır və bununla ona maddi və mənəvi ziyan vurur. Hüquq fakültəsini bitirən tələbə-hüquqşünaslar çox az hallarda təcrübəsiz işə qəbul olunur ki, dövlət qulluğu da belə sahələrdən biridir. Bu baxımdan ərizəçinin tələbələr arasında səhv test sualları tərtib etməyi barədə məsələ müəllim kimi adına ciddi xələl gətirir. Qeyd olunanlar əsasında ərizəçi hesab edir ki, test sualının səhv və ya düz tərtib edilməsi ilə bağlı məsələ bilavasitə onun mənafeyinə toxunduğu üçün üçüncü şəxs kimi işə cəlb edilməyini zəruri edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8414/2023 saylı 18 avqust 2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edilməyərək, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X3rşı “test tapşırıqlarının cavablarının düzgün qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair iş üzrə Maraqlı şəxs inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçi Maraqlı şəxs tərəfindən şikayət verilərək qərardadın ləğv edilməsi və onun 3-cü şəxs qismində işə cəlb olunması xahiş edilmişdir. Şikayətinin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadının yeganə normativ əsasını “ərizəçi cavabdeh inzibati orqanla aralarında bağlanmış müqavilə əsasında məhz mütəxəssis qismində inzibati icraat zamanı inzibati orqan tərəfindən cəlb edilmişdir (“İnzibati icraat haqqında” Qanunun 41-ci maddəsinə əsasən). Odur ki, inzibati icraat zamanı rəy vermiş mütəxəssis və ya ekspert məhkəmə icraatının iştirakçısı hesab edilməməlidir.” və yeganə faktiki əsasını isə iş üzrə apellyasiya şikayətinin verilməsi təşkil edir. Lakin bu əsas Maraqlı şəxs inzibati məhkəmə icraatına üçüncü şəxs kimi cəlb edilməsinə aşağıdakılara görə əsas ola bilməz: Maraqlı şəxs X6 işçisi və ya hansısa formada xidməti asılılıq münasibətində olan şəxs deyildir. Belə ki, onunla X11 arasında mülki qanunvericiliyin tələblərinə müvafiq olaraq tapşırıq müqaviləsi bağlanmış, o isə mülki dövriyyənin sərbəst iştirakçısı kimi müqavilə öhdəliklərini yerinə yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş müqavilənin 3.1-ci bəndində qeyd edilmişdir ki, tərəflər müqavilə üzrə öhdəliklərinin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında bağlanmış tapşırıq müqaviləsi və mülki qanunvericiliyin tələblərinə əsasən hazırkı qərarın Maraqlı şəxs tərəfindən icra edilmiş mülki hüquqi öhdəliklərin qüsurlu olması qənaətinə gəlinməklə araşdırma prosesinə onun özü cəlb edilməmişdir. Nə məntiqi, nə də hüquqi olaraq hər hansı şəxsin öhdəliklərinin qüsurlu olması barədə özünün dinlənilmək hüququ təmin edilmədən qərar verilməsi əsaslı sayıla biləz. Hazırkı halda məhkəmənin Maraqlı şəxs üçüncü şəxs kimi cəlb etməməsinin bu sarıdan nə faktiki, nə də hüquqi əsasları yoxdur. Maraqlı şəxs hüquq peşəsi üzrə tədrisdə iştirak edən və yüzlərlə tələbələrin hazırlanmasında rolu olan şəxsdir. Qeyd edilən məhkəmə prosesinin açıq şəkildə ictimaiyyətə yayılması ilə onun nüfuzuna xələl gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Məhkəmə icraatının iştirakçısı olmadan isə məhkəmədə dinlənilmək hüququnun təmin edilməsi qeyri-mümkündür. Lakin Maraqlı şəxs məhkəmə prosesinin iştirakçısı kimi cəlb edilməsi barədə ərizəsi təmin edilmədiyindən özünü müdafiə etmək hüququ və imkanı yoxdur. Bununla isə məhkəmə prosesinə cəlb edilməməsi onun məhkəmə müdafiəsindən istifadə hüququnun pozulmasına rəvac verir. Maraqlı şəxs məhkəmə prosesinin iştirakçısı olmasına hər hansı hüquqi və faktiki maneə olmadığı halda məhkəmənin bu yöndə qərardad çıxarmasının motivlərini başa düşmək əqli mühakimə yolu mümkün deyildir. Məhkəmənin istinad etdiyi hallardan biri də cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi olmuşdur ki, bu əsasla hər hansı şəxsin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməməsi tamamilə absurd və əsassızdır. Əgər birinci instansiya məhkəməsinin mövqeyi əsas götürülsə idi, o halda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinin ikinci cümləsi qanunvericilikdən çıxarılmalı idi. Çünki hakimin yanaşmasından belə qənaət çıxır ki, əgər məhkəmə qərarına apellyasiya məhkəməsi tərəfindən baxılacaqsa, o halda heç kim məhkəmə qərarının çıxarılıb qüvvəyə minmədiyi dövrdə üçüncü şəxs kimi icraata cəlb edilməməlidir. Lakin qanunvericiliyin ruhu və fəlsəfəsi üçüncü şəxslərə münasibətdə bu yöndən yanaşmanı qəti şəkildə rədd edir. Məhz qanunvericilikdə şikayət verilibverilməməsindən asılı olmayaraq məhkəmə qərarının qanuni qüvvəyə minənə kimi üçüncü şəxslərin maraqlarına toxunacağının müəyyən edilməsi halında, həmin qərarın ləğv edilərək iş üzrə icraatın təzələnməsini imperativ norma kimi müəyyən edilir. Bu normanın məqsədi məhz iddianın təmin edilib-edilməməsi nöqteyi nəzərindən yox, çıxarılan qərarın və məhkəmə araşdırması nəticəsində müəyyən ediləcək halların üçüncü şəxsin mənafeyinə toxunması ilə bağlı “hüquqi narahatlığın” həllidir. Bu yanaşmanı birinci instansiya məhkəməsi ərizəçinin maraqlarını pozmamış olsaydı, bəlkə də, məntiqli hesab etmək olardı. Lakin məhkəmə öz qərarında ərizəçi tərəfindən tərtib edilmiş test nümunəsinin “qüsurlu” olmasını müəyyən edərək qərar qəbul etmiş və bu halın apellyasiya məhkəməsində yenidən yoxlanılacağı əsası ilə ərizəçini icraata cəlb etməmişdir. Görünür ki, hakim özünün qəbul etdiyi qərara şübhə ilə yanaşır, gələcəkdə apellyasiya məhkəməsi tərəfindən öz qərarının ləğv edilməsini qabaqcadan görür, nəticədə ərizəçinin hüquqlarını kobud surətdə pozan öz qərarının ləğv olunacağına mənəvi olaraq əminlik ifadə edir. Əks yanaşmadan qəbul edilən qərardadda nəinki hüquq, adi nəzəri-məntiqi kökləri sezmək mümkün deyil. Tərəflərin izahatları Ərizəçi Maraqlı şəxs və nümayəndəsi və vəkili X4 şikayəti müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin edilməsini xahiş etmişdir. İddiaçı şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin təkrar apellyasiya baxışı zamanı 06 dekabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh inzibati orqan lazımi qaydada məlumatlandırılmasına baxmayaq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə Azərbaycan Respublikasının X6 nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Hazırki işdən müəyyən olunur ki, Maraqlı şəxs iş üzrə 3-cü şəxs qismində cəlb edilməsini tələb edir. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsi qənaətinə gəlmiş və gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X3rşı “test tapşırıqlarının cavablarının düzgün qiymətləndirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair icraat ərizəçi Maraqlı şəxs qanuni maraqlarına toxunmur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəçi Maraqlı şəxs 3-cü şəxs qismində işə cəlb olunması barədə verdiyi ərizəni təmin etməməklə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixi qərarında göstərilmişdi ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Plenum qərarında qeyd etmişdir ki, inzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır.......Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı 17 fevral 2022-ci il tarixli “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” qərardadında qeyd edilmişdir ki, “... qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı üçüncü şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. ... Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir.” Hazırki işdə ərizəçi işə 3-cü şəxs qismində cəlb edilməli olduğunu onunla əsaslandırır ki, qeyd olunan iş üzrə iddia tələbinin təmin olunması Bakı Dövlət Universitetinin “Dövlət və hüquq nəzəriyyəsi və tarixi” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru olaraq ərizəçinin nüfuzuna ciddi xələl gətirməklə birgə DİM tərəfindən dövlət qulluğu da daxil olmaqla dövlət orqanlarına keçirilən imtahanlarda gələcək iştirakına maneə törədərək bu imtahanlara cəlb edilməyinin qarşısını alır və bununla ona maddi və mənəvi ziyan vurur. Halbuki yuxarıda qeyd edilən Ali Məhkəmənin Qərarında qeyd olunduğu kimi, məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyil və ərizəçi də bu maraqlarına istinad edir. Nəzərə alınmalıdır ki, iddiaçı “test tapşırıqlarının cavablarının düzgün qiymətləndirilməsi”ni cavabdeh qurumdan tələb edir və bu öhdəliyin məhz cavabdeh qurumun üzərinə qoyulmasını istəyir, buna görə də onun tələbinə münasibətdə inzibati məhkəmə icraatında yalnız cavabdeh qurumun çıxış etməsi yetərlidir. Belə ki, inzibati orqanlar tərəfindən istər faktiki xarakterli hərəkətlərin, istərsə də inzibati aktın qəbul edilməsi üçün əsas olan ekspert rəyini, mütəxəssis rəyini verən şəxslərin, eləcə də hazırki vəziyyətdə test tapşırıqlarının tərtib olunmasına cəlb olunan şəxsin iştirakı məhkəməyəqədər inzibati icraatda zəruridir. İnzibati məhkəmə icraatı isə həmin inzibati icraatı əvəz etmədiyi üçün, onun davamı olduğu üçün həmin şəxslərin bu icraatda da cəlb olunması zəruri deyil. Çünki iddiaçı üçün mübahisələndirdiyi hərəkətlər və ya inzibati aktlar üzrə iddiasına cavab verməli olan qismində inzibati orqanın özü çıxış edir, vətəndaş həmin orqanı görür, bu səbəbdən həmin qurumun mübahisələndirilən hərəkətləri və ya aktlarının qəbulunda əhəmiyyət daşıyan şəxslərin inzibati məhkəmə icraatına da daxil edilməsinə lüzum qalmır. Belə olan halda məhkəmə kollegiyası hazırki iş üzrə yekun məhkəmə aktının ərizəçi Maraqlı şəxs hər hansı qanuni mənafeyinə toxunacağının müəyyən olunmadığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq sonuncunun işə cəlb olunmasından imtina etmişdir. Apellyasiya şikayətinin dəlilləri bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qərardadın ləğv edilməsinə əsas vermir. Bununla bağlı ərizəçi Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8414/2023 saylı 18 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8414/2023 saylı 18 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-3702/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3702/2023
06.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver