Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3703/2024 04.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Ərizəçinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2047/2015 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apelyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2024cü il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçı X11 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinə qarşı “Nijniy Tagil” Metalkonstruksiya zavodunda xx.xx.1982-ci il tarixindən xx.xx.1985-ci il tarixədək və Bakı Dərin Özülləri zavodunda xx.xx.1985-ci ildən xx.xx.1999-cu ilədək elektrik qaynaqçısı vəzifəsində işlədiyi dövrün iş stajı Azərbaycan Respublikası Qanununun 9-cu maddəsini əsas gətirərək Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş (320 nömrəli Qərar, xx.xx.1993-cü il), “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na uyğun olaraq xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2009-cu il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati işin icraatının təzələnməsi barədə qərar qəbul edilməsi və ərizəçi Fondun Bakı şəhəri Suraxanı rayon şöbəsini əsl ərizəçi olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının pensiya işində olan sənədlərə əsasən məlum olmuşdur ki, xx.xx.1959-cu il təvəllüdlü, Lənkəran rayonu, Nərimanabad kəndində doğulmuş, AZE seriyalı 0******* N-li şəxsiyyət vəsiqəsi üzrə yaşayış yeri Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 2-ci Bülbülə küçəsi, ev 38 qeyd edilmiş X17 ünvan aidiyyəti üzrə Fondun keçmiş Bakı şəhəri Suraxanı rayon şöbəsinə (struktur vahidlərində aparılmış islahatlarla əlaqədar şöbə 2020-ci ildə ləğv edilmişdir) xx.xx.2015-ci il tarixli ərizəsi (1 nömrəli əlavə) ilə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Ehtimal olunur ki, müraciəti zamanı İddiaçı ərizəyə ona məxsus olan əmək kitabçasının “Kaspian Drillinq LTD Kadrlar şöbəsi” həkk olunmuş möhürü ilə təsdiq edilmiş surətini və Fondun keçmiş Qaradağ rayon şöbəsinə təqdim edilməsi üçün xx.xx.1996-xx.xx.2013-cü illəri əhatə edən əmək fəaliyyəti (iş stajı) barədə həmin təşkilatın yuxarıda qeyd edilən möhürü ilə təsdiq edilmiş xx.xx.2013-cü il tarixli arayışı, SSRİ Elektronika Sənayesi Nazirliyinin “Bakı Kondisioneri” İstehsalat Birliyi Bakı “Elektroştamp” Təcrübə zavodunun adı qeyd olunmuş saralmış vərəqdə rus dilində makinada yazılmış xx.xx.1980-ci il tarixli 228 N-li arayışı, dövlət sosial sığorta şəhadətnaməsinin surətini əlavə etmişdir. Həmçinin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən açılmış ********* nömrəli cinayət işi üzrə həbs edilmiş və sonuncu iş yeri Fondun Suraxanı rayon şöbəsi olan X13 ofisindən və mənzilindən əməliyyat-axtarış tədbirləri zamanı götürülmüş maddi sübutlar arasında xeyli vətəndaşa aid sənədlər maddi sübut kimi götürülərək istintaq materiallarına əlavə edilmişdir. Maddi sübutlar arasında kağız daşıyıcıda Talib X2, X8 və X4 notarial qaydada təsdiq olunmuş ümumi etibarnamələrin əsli, Talib Əliyevə aid şəxsiyyət vəsiqəsinin surəti, “Kaspian Drillinq LTD”-nin möhürü ilə təsdiq edilmiş güzəştli arayışın əsli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarının əsli, pensiya kartı üzrə “Bank Respublika”nın çıxarışlarının əsli, habelə Vüsal Əliyevə məxsus maddi sübut qismində götürülmüş kompüterdə elektron fayllarda Fondun Suraxanı rayon şöbəsinin İddiaçı məktubu, İddiaçı adından 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış iddia ərizəsi, şöbənin 2 saylı Bakı İnzibati- İqtisad Məhkəməsinə ünvanlanmış etiraz məktubu, İddiaçı adından Hesablama Palatasına yazılmış ərizəsi aşkar edilmişdir. Fondun keçmiş Bakı şəhəri Suraxanı rayon şöbəsinin Pensiya təyin edən komissiyasının tarixi qeyd edilməyən 446 Nə-li qərarı ilə xx.xx.2011-ci il tarixdən 52 yaşının tamam olduğu gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra-Qanun) şərtlərinə əsasən pensiya işinə tikilmiş ******* Nə-li əmək kitabçasının surətinə istinad etməklə 2006-cı ilədək toplanmış 29 il 09 ay sosial sığorta stajına müvafiq hesablanmış 58,02 manat sığorta hissəsi, 85,0 manat baza hissəsi olmaqla cəmi 143,02 manat təyin edilməklə və xx.xx.2015-ci il tarixdən həmin məbləğ 165,72 manata çatdırılmaqla İddiaçı 116805 Nə-li güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin həmin məbləğlərlə ümumiyyətlə ödənişə göndərilməmişdir. 446 N-li qərar layihəsini hazırlamış şəxsin kim olduğu qeyd olunmamış və imza edilməmişdir. Ehtimal olunur ki, həmin qərar layihəsində və qərarın arxasına tikilmiş kağız parçasında qeyd edilən əlyazmalar bilavasitə X15 məxsusdur və onun tərəfindən yazılmışdır. V.Əliyevin qərara öz adını və imzasını qeyd etməməklə məqsədi gələcəkdə yarana biləcək məsuliyyətdən yayınmaq olunmuşdur. Araşdırma nəticəsində pensiya işinə tikilmiş İddiaçı AZE seriyalı 0******* Nə-li şəxsiyyət vəsiqəsinin əslinin notarial qaydada təsdiqlənmiş surətinin saxtalaşdırıldığı müəyyən edilmişdir. Belə ki, həmin surətdə qeyd olunan məlumatlarla “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemi”ndə (İAMAS) mövcud olan məlumatların qarşılıqlı üzləşdirilməsi zamanı onun müvafiq dövrdə yaşayış yerinin “Azərbaycan, Bakı, Sahil qəs, M.Seyidov küç, 3, 56”, vəsiqəni verən orqanın adı “Bakı şəhəri Qaradağ RPİ QvŞV şöbəsi”, vəsiqənin verimə tarixi “xx.xx.2010”, qan qrupunun “ll(+)”, “hərbi vəziyyət” qeyd edildiyi halda pensiya işinə tikilmiş şəxsiyyət vəsiqəsinin surətində müvafiq məlumatların təhrif olunduğu aşkar olunmuşdur. Lakin pensiya işinə tikilmiş 0******* Nə-li şəxsiyyət vəsiqəsinin arxa hissəsinin surətində vətəndaşın yaşayış yeri “Bakı şəhəri, Bül-Bülə qəs, 2-ci Bül-Bülə küç., ev 38”, vəsiqəni verən orqanın adı “Suraxanı RPİ”, vəsiqənin verimə tarixi “xx.xx.2005”, qan qrupu “A(İİ)RH+”, “hərbi vəzifəsi” qeyd olunmuşdur. 0******* N°-li həqiqi şəxsiyyət vəsiqəsinin uçot vərəqinə tikilmiş surətində İddiaçı boyu “179” göstərildiyi halda saxtalaşdırılmış surətdə “171” kimi göstərilmişdir. Eyni zamanda, təhrif edilmiş şəxsiyyət vəsiqəsinin surətində vəsiqə sahibinin imzasının İddiaçı özünün təqdim etdiyi və İAMAS-dakı vəsiqəsində əks olunmuş imza ilə, həmçinin Nazirliyə təqdim etdiyi sənədləri geri təhvil alarkən tərtib olunmuş sənəddə etdiyi imza ilə uyğunluq təşkil etmədiyi aşkar edilmişdir. Bunlardan başqa, saxtalaşdırıldığı ehtimal edilən şəxsiyyət vəsiqəsinin surətində qeyd olunmuş məlumatlar vətəndaşın adından yazılmış ərizədə də qeyd olunmuşdur. Belə ki, ərizəçinin ünvan rekvizitləri yazılmalı olan hissədə İddiaçı ünvanı “Bül-bülə qəsəbəsi, 2ci Bül-bülə qəs, ev 38”, şəxsiyyət vəsiqəsini verən orqanın adı “Suraxanı RPİ”, şəxsiyyət vəsiqəsinin verildiyi tarix “xx.xx.2005” qeyd edilmişdir. Habelə, həmin ərizənin aşağı hissəsində çəkilmiş imzanın da İddiaçı tərəfindən deyil, kənar şəxslər tərəfindən qeyd edildiyi, ona ona məxsus olmadığı müəyyən edilmişdir. İddiaçı verilmiş şəxsiyyət vəsiqələri üzrə mövcud məlumatların İAMAS-da araşdırılması nəticəsində müəyyən edilmişdir ki, onun adına müxtəlif dövrlərdə 01838384, 0******* və 17570085 Nə-li cəmi 3 şəxsiyyət vəsiqəsi verilmiş və həmin vəsiqələrdə vətəndaşın yaşayış yeri dəyişməz olaraq Bakı, şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 3, mənzil 56 olmuşdur, yəni vətəndaş heç vaxt Suraxanı rayonu ərazisində yaşamamış və ya pasport qeydiyyatında olmamışdır. İddiaçı araşdırma zamanı təqdim etdiyi NZ seriyalı ******* Nə-li hərbi biletdə qeyd olunanlardan məlum olmuşdur ki, xx.xx.1986-cı il tarixdə 26 yaşında Bakı şəhəri Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən uçota alınmış, sonrakı dövrdə yaşayış yerini və qeydiyyat ünvanını dəyişməmişdir. Ehtimal olunur ki, AZE seriyalı 0******* NQ-İİ şəxsiyyət vəsiqəsinin surətinin düzgünlüyü xx.xx.2015-ci il tarixdə təsdiq edilməklə və reyestrdə xx/xx-4133 N°-si ilə qeydiyyatdan keçirilməklə daxili hissəsində “Bakı şəhər 36 saylı notariat kontorunun xüsusi notariusu K.M.Şahgəldiyev” qeyd edilmiş ştampın və “Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Bakı şəhəri Otuz altı saylı dövlət notariat kontoru Dövlət notariusu X5” sözləri həkk olunmuş möhürün özü də bu işdə maraqlı olmuş şəxslər tərəfindən saxtalaşdırılmışdır. Göründüyü kimi, möhür hazırlanarkən səhvlərə yol verilmişdir. Belə ki, notariusun əsl adı Rasim olduğu halda Kasım və ştamp daxilində “K.M.Şahgəldiyev” kimi qeyd olunmuşdur və s. Vəsiqənin surətinin ərizənin tarixindən və həmin ərizənin şöbəyə daxilolma tarixindən 2 ay sonradan - notarial qaydada xx.xx.2015ci il tarixində təsdiq edilməsi saxtalaşdırma faktının əlavə göstəricisidir. Notariusun ştampı daxilində notariusun imzasının kimə məxsus olduğunu müəyyən etmək mümkün olmamışdır. Araşdırma zamanı digər saxtalaşdırma faktları da aşkar edilmişdir. Pensiya işinə tikilmiş xx.xx.2016-cı il tarixli, yəni təyinat aparıldıqdan 10 ay sonra tərtib edilmiş aktda qeyd edilənlərə əsasən həmin şöbənin Pensiya təyinatı sektorunun sabiq məsləhətçisi X9, Sosial sığorta sektorunun məsləhətçisi X7 və Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunun arxiv müdiri N.Ə.Həsənovanın iştirakı ilə X11 1985-1999-cu ilədək olan dövr üzrə güzəştli iş stajının düzgünlüyü yoxlanılmış, “Kənarlaşma aşkar edilmədi, 1985-1999-cu illər üçün güzəştli şərtlərlə zərərli iş stajı təsdiq edildi” qeydləri aparılmaqla akt həmin zavodun “Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu Kargüzarlıq” həkk edilmiş ştampı ilə və yoxlamada iştirak edən adları yuxarıda qeyd edilmiş şəxslərin imzaları ilə təsdiq edilmişdir. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, akta edilən imzalar şöbənin əməkdaşları X12 və X10 məxsus deyil, həmin imzalar kənar şəxslər çəkilməklə saxtalaşdırılmışdır. Həmçinin, sözügedən aktın bilavasitə X21 tərəfindən yazıldığı müəyyən edilmişdir. Belə ki, həmin tarixdə Vüsal Əliyev yoxlamada iştirak edə bilməz, aktda öz adını yaza və imzalaya bilməzdi. V.Əliyev 2006- 2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon, 2013-2015-ci illərdə isə Suraxanı rayon şöbələrində Pensiya təyinatı sektorunda işləmiş, Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2015-ci il tarixli, 1387/k Nə-li əmri ilə xx.xx.2015-ci il tarixdən “vəzifələrinin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verdiyinə görə” “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı və 33.1.6-cı maddələrinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir. Ehtimal olunur ki, həmin şöbədə işlədiyi dövrdə bilərəkdən aktda öz adını deyil, digər işçilərin adını qeyd etməsi ilə V.Əliyevin məqsədi gələcəkdə yarana biləcək məsuliyyətdən yayınmaq olmuşdur. Pensiya işi və uçot vərəqinə tikilmiş sənədlərin icra tarixlərinin araşdırılması ilə müəyyən edilmişdir ki, vətəndaş İddiaçı pensiyasının ötən dövrlərdən təyin edilməklə yenidən hesablanaraq yüksək məbləğə çatdırılması ilə əlaqədar işlərə pensiya təyinatı aparıldıqdan sonra bu işdə maraqlı olmuş şəxslər tərəfindən əvvəlcədən planlaşdırıldığı qaydada dərhal başlanılmış, bütün hüquqi prosedurlardan keçirməklə cəmi 1 (bir) ay müddətində məhkəmə qərarının alınmasına nail olunmuşdur. Saxtalaşdırıldığı ehtimal olunan sənədlərə əsasən pensiya təyinatının aparılması ilə yanaşı Vüsal Əliyevin sözügedən vətəndaşla pensiya məbləğlərinin ödənişi ilə bağlı əvvəlcədən sövdələşmələrinə əsaslı şübhələr yaranmışdır. Məhkəmənin xx.xx.2015-ci il tarixli sərəncamı ilə İPM-in 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi cavabdehə təqdim edilmiş və ondan iddiaya dair öz münasibətlərini (etirazı) məhkəməyə bildirmək tələb olunmuşdur. Lakin cavabdehin yazılı münasibətləri barədə məhkəmə qərarında heç bir məlumat aşkar edilməmişdir. Qeyd olunanlardan əlavə müəyyən edilmişdir ki, şöbə tərəfindən vətəndaşa güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi barədə məhkəmə tərəfindən heç bir araşdırma aparılmamış, bu barədə məhkəmə qərarında heç bir məlumat qeyd edilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən məhkəmə instansiyasının qərarında iş materiallarında olan saxtalaşdırılmış şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətinə istinad edilməklə Talib Əliyevin ünvan 4 ünvanında qeydiyyatda olması qeyd edilmişdir. Həmçinin, məhkəmə qərarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993- cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 və 2 Nə-li siyahıların adlarının düzgün ifadə edilmədiyi müəyyən edilmişdir. Araşdırma zamanı, şöbə tərəfindən İddiaçı adına açılmış pensiya işində və “Pensiyaçının uçot vərəqi”ndə sonuncunun şöbəyə 2004-2005-ci illərin orta aylıq əməkhaqqısı nəzərə alınmaqla 50 yaşından əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət sənədi (ərizəsi), şöbənin pensiya təyin edən komissiyasının vətəndaşın müraciəti ilə əlaqədar verdiyi imtina qərarı, imtina barədə vətəndaşa şöbə tərəfindən ünvanlanmış məktub, vətəndaşın məhkəməyə müraciət etməsini təsdiq edən iddianın surəti, məhkəmənin şöbə ilə yazışmaları, şöbənin məhkəməyə göndərdiyi müvafiq etiraz və şikayət sənədləri aşkar edilməmişdir. 2015-ci ildən sonrakı dövrlərdə Fond tərəfindən yerli qurumlara pensiya işlərinin inventarizasiyasının aparılması barədə verilmiş ciddi tapşırıqlara baxmayaraq İddiaçı aid işə tikilmədiyi qeyd edilən zəruri sənədlərlə əlaqədar şöbənin məsul işçiləri tərəfindən heç bir tədbir görülməmişdir. Birinci instansiyanın qərarından məlum olmuşdur ki, məhkəmə iddiaçının işlədiyi peşələri “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 Nə-li siyahısı” üzrə XXİİİ Ümumi peşələr bölməsinin (********) 12100000-19905 və 12100000-19906 kodları üzrə müvafiq olaraq “rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınlarının elektrik qaynaqçıları” və “rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları” peşələrinə uyğun hesab etməklə əsaslandırma aparmışdır. İddiaçı məxsus olan əmək kitabçasının “Kaspian Drillinq LTD Kadrlar şöbəsi” möhürü ilə təsdiq edilmiş və pensiya işinə tikilmiş, eləcə də araşdırma zamanı təqdim edilmiş İT-İ seriyalı ******* əmək kitabçasının surətində qeyd olunanlara əsasən Talib Əliyev xx.xx.1980-xx.xx.1982-ci il dövr ərzində Bakı Təcrübə-Sınaq zavodunda elektrik qaynaqçısı, xx.xx.1982-ci il tarixdə 1 gün ərzində SSRİ Quraşdırma Xüsusi İnşaat Nazirliyi “Başdənizpoladkonstruksiya” Qeyri-standart avadanlıqların hazırlanması üzrə mexaniki emalatxanasında elektrik qaynaqçısı, xx.xx.1982-xx.xx.1985ci il dövr ərzində Rusiya Federasiyasında Nijni X6 zavodunda elektrik qaynaqçısı, xx.xx.1985-xx.xx.1991-cü il dövr ərzində Bakı Dərin özüllərin tikintisi zavodunda elektrik qaynaqçısı, xx.xx.1991-xx.xx.1992-ci il dövr ərzində “Şelfproyektstroy” PPSO Bakı Boruların hazırlanması zavodunda elektrik qaynaqçısı, xx.xx.1992-xx.xx.1996-cı il dövr ərzində Bakı Dərin Özülləri zavodunda elektrik qaynaqçısı, xx.xx.1996-xx.xx.1996-cı il dövr ərzində “X16” şirkətində fəhlə, xx.xx.1996-xx.xx.1999-cu il dövr ərzində Bakı Dərin Özülləri zavodunda elektrik qaynaqçısı, eyni dövrdə paralel olaraq xx.xx.1996- xx.xx.1997ci il dövr ərzində “X20 Corparation” şirkətində “Dədə Qorqud” qazma qurğusunda rəngsaz vəzifələrində işləmiş, xx.xx.1997-ci ildən Xəzər Qazıma Şirkətinə takelajçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1999-cu ildən “Dədə Qorqud” qurğusuna kran operatoru peşəsinə keçirilmiş, xx.xx.2004-cü ildən hazıradək həmin qurğuda takelajçı vəzifəsində çalışır. xx.xx.1980xx.xx.1997-ci illər üzrə əmək fəaliyyəti kitabçaya rus dilində yazılmışdır. Əmək kitabçasının, İddiaçı tərəfindən təqdim olunmuş hərbi biletin və 215 Nə-li attestatın surətlərində qeyd olunanlara əsasən o, 1977-ci ilin noyabr ayından 03 noyabr 1979-cu il tarixədək olan dövr ərzində hərbi xidmətdə olmuş, xx.xx.1980-xx.xx.1980-ci il dövr ərzində Bakı şəhər 86 Nə-li Texniki məktəbdə elektrik qaynaqçısı ixtisası üzrə peşə təhsili almışdır. Göründüyü kimi, məhkəmə orqanı X11 iddiasını təmin edərkən onun “Nijniy Tagil” Metalkonstruksiya zavodunda xx.xx.1982-ci il tarixindən xx.xx.1985-ci il tarixədək və Bakı Dərin Özülləri zavodunda xx.xx.1985-ci ildən xx.xx.1999- cu il tarixədək elektrik qaynaqçısı vəzifəsində işlədiyi dövrün iş stajını xüsusilə zərərli əmək stajı kimi, əmək şəraitini dənizdə işləyənlərə bərabər hesab etməklə nəzərə almışdır. Lakin məlumdur ki, H.Əliyev adına Bakı Dərin Özüllər Zavodu Bakı şəhərindən 25 km cənub istiqamətində, Qaradağ rayon ərazisində, Salyan şosesi 1 ünvanında dənizə yaxın ərazidə yerləşir, yəni vətəndaşın iş şəraitinin dənizlə heç bir bağlılığı yoxdur. Bununla belə, araşdırma ilə müəyyən edilmişdir ki, İddiaçı işlədiyi peşələrin Nazirlər Kabinetinin vaxtilə qüvvədə olmuş xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 Nə-li siyahısı”nda, “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda (bundan sonra - Güzəştli siyahı) göstərilmiş xüsusilə zərərli və xüsusilə ağır işlərdəki peşələrə uyğunluğu barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində əsaslı sənədlər alınmadan, ağır və zərərli işlərdə işləməsi barədə zəruri tədqiqat işləri, aparılmadan (əsaslı hüquqverici sənədlərlə sübuta yetirilmədən) iddia tələbi xeyrinə təmin edilməklə X11 pensiya işi barədə qeyd edilən qərar qəbul olunmuşdur. Qeyd olunmalıdır ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən edilmiş “İşin araşdırılması prinsipi”nin pozulması ehtimal olunur. Həmin maddədə nəzərdə tutulmuşdur ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa, habelə, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutlar toplamağa borcludur. Məhkəmə, tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmçinin, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə görə məhkəmə natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Araşdırma zamanı vətəndaşın pensiya işində olan əmək kitabçasının surətində qeyd olunmuş elektrik qaynaqçısı peşəsinin Güzəştli siyahının 35-ci “Ümumi peşələr” bölməsinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə, aid olduğu, hüquqi qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısına uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, elektrik qaynaqçısı peşəsi Nazirlər Kabinetinin 1993cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş 2 nömrəi Siyahısında müvafiq olaraq 23200000-19906 kodu ilə konkret müəyyən edilmiş, bu kodla İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ 50 deyil, 57 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən yaranır. Beləliklə, araşdırma nəticəsində qüvvədə olan qanunvericiliyə əsasən X11 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna 50 yaşından malik olmadığı, məhkəmə qərarında vətəndaşın güzəştli hesab olunan işlədiyi istehsalat sahəsi və peşəsinin qüvvədə olan Güzəştli siyahıda, habelə Nazirlər Kabinetinin 320 nömrəli xx.xx.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 və ya 2 nömrəli Siyahılarında qeyd olunmuş istehsalat və peşələrlə (vəzifələrlə) (hazırda qüvvədə olmayan) uyğunluğunun əsaslandırılmadığı, vətəndaşın işlədiyi peşəsinin qüvvədə olmuş 2 N°-li siyahı və Güzəştli siyahı üzrə 57 yaşından əmək pensiyası hüququ olduğu halda qüvvədə olan normativ hüquqi aktların tələblərinə zidd olaraq ümumi mülahizələr əsasında 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə müvafiq məhkəmə qərarlarının qəbul edilməsinə nail olunması müəyyən edilmişdir. Göstərilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, məhkəmə qərarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti ötən dövrlərdən təyin edilməklə və yenidən hesablanmaqla vətəndaşa təyin edilmiş əmək pensiyasının aylıq miqdarının yüksək məbləğə çatdırılması və ötən dövrlərdən yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Qeyd olunanlarla yanaşı, İddiaçı əmək kitabçasında qeyd olunmuş və təyinat zamanı nəzərə alınmış iş stajlarının və hesablanma zamanı əsas götürülmüş əməkhaqlarının düzgünlüyünün ilkin sənədlərlə qarşılıqlı yoxlanılması həm şöbə, həm də məhkəmə tərəfindən bu işdə maraqlı olan şəxslərə görə təmin edilməmiş, pensiya məbləğinin hesablanması zamanı nəzərə alınmış 2004-2005-ci illərin əməkhaqlarına görə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə Fondun müvafiq qurumlarından zəruri arayışlar alınmamışdır. Göstərilənlərlə yanaşı, İddiaçı iddiasında qeyd olunanlar heç bir dəyişiklik olunmadan eynilə birinci instansiya məhkəməsinin qərar hissəsinə köçürüldüyü aşkar edilmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı məhkəmə qərarı qəbul edilərkən hansı təşkilatın əməkhaqqı məbləğlərinin nəzərə alınması və hesablanması barədə məhkəmə tərəfindən ümimiyyətlə heç bir məlumat və öhdəlik qeyd edilməmişdir. Bununla belə, pensiyanın təyin edilməsi və yenidən hesablanması barədə qərarın rəsmiləşdirildiyi 2015-ci il tarixədək İddiaçı 6 il əvvəl, yəni 2009-cu ildən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 50 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin tələblərinə və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. Məhkəmə çəkişməsi İddiaçı xeyrinə başa çatdıqdan sonra məhkəmə qərarı və digər sənədlər, o cümlədən əmək kitabçası üzrə 2006-cı il tarixədək hesablanmış sosial sığorta stajı nəzərə alınmaqla, “Kaspian Drillinq LTD Maliyyə şöbəsi”nin möhürü ilə təsdiq edilmiş xx.xx.2015-ci il tarixli REF 31-CDC-2015 Nə-li 2004- 2005-ci illər üzrə əməkhaqqı arayışı əsas götürülməklə şöbənin Pensiya təyin edən komissiyasının müdiri - şöbə müdiri Ş.Cəbiyevin və komissiya üzvləri - Pensiya təyinatı sektorunun müdirinin və Maliyyə-uçot sektorunun müdiri-baş mühasibi A.Feyruzovanın imza etdiyi tarixi və nömrəsi olmayan sərəncamla İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 50 yaşının tamam olduğu gündən xx.xx.2009-cu il tarixdən yenidən hesablanmış, həmin tarixdən 986,96 manat məbləğində müəyyən edilmiş pensiyanın aylıq məbləği müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə və pensiyasının baza hissəsi artırılmaqla xx.xx.2010-cu il tarixdən 1000,64 manat, xx.xx.2010-cu il tarixdən 1010,64 manat, xx.xx.2011-ci il tarixdən 1063,40 manat, xx.xx.2012-ci il tarixdən 1140,69 manat, xx.xx.2013-cü il tarixdən 1152,30 manat, xx.xx.2013-cü il tarixdən 1167,30 manat, xx.xx.2014-cü il 1192,92 manat, xx.xx.2015-ci il tarixdən 1208,22 manat məbləğində müəyyən edilmiş, sonuncu məbləğlə pensiya ödənişinə xx.xx.2015-ci il tarixdən başlanılmışdır. Aradırma ilə müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən sərəncamda, eyni zamanda həmin sərəncamın arxasına tikilmiş ağ vərəqdə, pensiyaçının uçot vərəqinin daxilində ilkin pensiya təyinatı və sonradan məhkəmə qərarı əsasında dövrlər və müvafiq məbləğlər üzrə aparılmış əlyazmalar bilavasitə X15 məxsusdur və eyni rəngli qələmlə yazılmışdır. Qeyd olunmalıdır ki, sərəncama yalnız xx.xx.2009-cu ildən hesablanmış 986,96 manat yazılmış, digər hesablamalar isə uçot vərəqinə və ağ vərəqə yazılsa da şöbənin aidiyyəti məsul vəzifəli şəxsləri tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir. Qeyd edilən sənədlərin etibarlılığına nəzər saldıqda müəyyən edilir ki, şöbə tərəfindən müvafiq sənədlər rəsmiləşdirilmədən aparılan yenidən hesablama nəticəsində vətəndaşın plastik kart hesabına külli miqdarda vəsait əsassız köçürülmüşdür. Araşdırma ilə müəyyən edilmişdir ki, xx.xx.2009-cu ildən xx.xx.2015-ci ilədək olan dövr üzrə 78022,31 manat (ötən dövrlər üçün) fərq məbləği hesablanmışdır. Həmin fərq məbləğindən xx.xx.2015-ci il tarixdə 35011,15 manat, xx.xx.2015-ci il tarixdə 43011,16 manat məbləğ birdəfəlik vətəndaşın plastik kart hesabına köçürülmüşdür. xx.xx.2015-ci il tarixdən 1208,22 manat məbləğində müəyyən olunmuş pensiyanın aylıq məbləği müvafiq dövrlər üzrə avtomatlaşdırılmış qaydada baza hissəsinin artırılması və istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsi nəticəsində xx.xx.2016-cı il tarixdən 1262,55 manata, xx.xx.2017-ci il tarixdən 1405,46 manata çatdırılmış və ödənilmişdir. Uçot vərəqinə tikilmiş sənədlərdə də saxtalaşdırma faktları aşkar edilmişdir. Belə ki, İddiaçı adından xx.xx.2017-ci il tarixdə pensiyasının yenidən hesablanması barədə kompüterdə yazılmaqla Fondun Suraxanı rayon şöbəsinə müraciət edilmişdir. Həmin ərizədəki əlyazmanın İddiaçı məxsus olmadığı və imzasının da saxtalaşdırıldığı müəyyən edilmişdir. Bununla belə, əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini davam etdirdiyi üçün Qanunun 37.3.1 -ci maddəsinə istinad etməklə 6 il və daha çox işlədiyinə görə xx.xx.2017-ci il tarixdə Fondun keçmiş İri Sığortaedənlərlə İş İdarəsindən şöbəyə daxil olmuş və vətəndaşın adına verilmiş xx.xx.2017-ci il tarixli 99/xx/xx-13061 N°-li “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış”ında xx.xx.2006-xx.xx.2017-ci il dövr ərzində fərdi hesabının sığorta hissəsində 37748,47 manat pensiya kapitalı əsasında yuxarıda qeyd edilən və şöbədə qeydiyyata alınmayan xx.xx.2017-ci il tarixli ərizəsi nəzərə alınmaqla xx.xx.2017-ci il tarixdən pensiyasının məbləği yenidən hesablanaraq 333,0 manat artırılmaqla 1738,46 manat məbləğinə çatdırılmış, xx.xx.2018-ci il tarixdən pensiyanın məbləği 1837,57 manat, xx.xx.2019-cu il tarixdən 1892,70 manat və xx.xx.2020-ci il tarixdən 2206,88 manat məbləğində hesablanaraq vətəndaşın plastik kart hesabına köçürülmüşdür. Bu işdə maraqlı olmuş şəxslər tərəfindən İddiaçı yüksək məbləğdə əmək pensiyasının təyin olunmasına və ötən dövrlər üçün fərq məbləğlərinin ödənilməsinə nail olunduqdan sonra onun 116805 Ne-li pensiya işi və uçot vərəqi vətəndaşın yaşayış yeri üzrə Fondun keçmiş Qaradağ rayon şöbəsinə göndərilmişdir. Pensiya sənədlrinin köçürülməsi prosesində vətəndaş tərəfindən AZE seriyalı 0******* N°-li şəxsiyyət vəsiqəsinin həqiqi surəti Fondun keçmiş Qaradağ rayon şöbəsinə təqdim edilmiş, həmin surətə sonuncu şöbənin “əsli ilə düzdür” ştampı vurulmuş, həmin sənəd əsas götürülməklə pensiya sənədlərinin gətirilməsi üçün Fondun keçmiş Suraxanı rayon şöbəsinə sorğu göndərilmişdir. Fondun keçmiş Qaradağ rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 10/3344 N°- li tələbnaməsinə cavab olaraq cildlərinə qeydlər edilməklə İddiaçı pensiya işi və uçot vərəqi Fondun Suraxanı rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 404 Nə-li attestatı ilə tələbkar şöbəyə göndərilmişdir. xx.xx.2017-ci il tarixində Fondun Qaradağ rayon şöbəsində qeydiyyata alınmış, attestat nəzərə alınmaqla, Lakin vətəndaşdan ərizə alınmadan Fondun Qaradağ rayon şöbəsinin xx.xx.2017-ci il tarixli sərəncamı ilə İddiaçı əmək pensiyası 1738,48 manat məbləğində xx.xx.2017-ci il tarixdən 718995 Nə-li pensiya işi üzrə ödənişi davam etdirilmişdir. Növbəti illərdə avtomatlaşdırılmış qaydada artırılmaqla onun pensiyası xx.xx.2018-ci il tarixdən 1837,57 manata, xx.xx.2019-cu il tarixdən 1892,70 manata, xx.xx.2020-ci il tarixdən 2206,88 manata çatdırılaraq ödənilmişdir. Qeyd olunmalıdır ki, Fondun keçmiş Qaradağ rayon şöbəsinin aidiyyəti icraçı əməkdaşları şəxsiyyət vəsiqəsinin saxtalaşdırılmış surətini görsələr də bu barədə qanunla nəzərdə tutulmuş tədbirlər görməmişlər. Belə ki, pensiya sənədlərini qəbul edərkən həmin işçilər sözügedən şəxsiyyət vəsiqəsinin saxtalaşdırılmış və həqiqi surətlərini alaraq uçot vərəqinə tikmişlər. Ehtimal edilir ki, İddiaçı pensiya sənədləri poçtla deyil, bu işdə maraqlı olmuş şəxslər vasitəsilə Fondun keçmiş Qaradağ rayon şöbəsinə çatdırılmış və hər iki tərəflər arasında sövdələşmə olmuşdur. Eyni zamanda, vətəndaşla da sövdələşməyə gedilərək ehtiyac olmadığı halda 10 gün müddətində yeni şəxsiyyət vəsiqəsinin alınmasına nail olunmuş, sərəncam tarixi ilə eyni olan xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı 17570085 N°-li yeni vəsiqəsnin surətini xx.xx.2017-ci il tarixində notarial qaydada təsdiq etdirməklə uçot vərəqinə tikmişlər. Həmin surətlər uçot vərəqinə əlavə edilmişdir. Habelə, İddiaçı təyin edilmiş pensiya işi üzrə Fondun keçmiş Suraxanı rayon şöbəsi tərəfindən uçot vərəqi açılmasına və həmin uçot vərəqinin Fondun keçmiş Qaradağ rayon şöbəsinə təqdim edilməsinə baxmayaraq sonuncu şöbənin əməkdaşları tərəfindən qeyri-müəyyən səbəbdən yeni uçot vərəqi açılaraq imzalarla və möhürlə təsdiq edilmişdir. Məhkəmə qərarına əsasən xx.xx.2009-cu il tarixdən təyin edilməsindən və ya məhkəmə qərarına əsasən yenidən hesablanmaqla xx.xx.2015-ci il tarixdən başlanılaraq pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixədək İddiaçı Fondun keçmiş Suraxanı və Qaradağ rayon şöbələri vasitəsilə plastik kart hesablarına faktiki köçürülmüş cəmi məbləğ 184566,60 manat təşkil etmişdir. Beləliklə, saxtalaşdırıldığı ehtimal olunan sənədlər əsasında Fondun keçmiş Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən Qanunun tələblərinə zidd olmaqla xx.xx.2009-cu il tarixdən məhkəmə qərarları əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək xx.xx.2020-ci il tarixədək ödənilməsinə nail olunması nəticəsində X11 plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 161 469,91 manat (184566,60 - 23096,69) təşkil etmişdir. Həmçinin, hazırki iş üzrə ərizəçi olan Fondun Suraxanı rayon şöbəsinin əsl ərizəçi Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı ilə əvəz edilməsi zərurəti yaranmışdır. Eyni zamanda araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2022-ci il tarixli 02/2-100mat-22/215 nömrəli məktubda sözügedən iş üzrə cinayət işinin başlanmasına dair qərar qəbul olduğu bildirilib Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Yuxarıda qeyd olunanlara əsasən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(82)-2047/2015 nömrəli qərarına yeni açılmış hallar üzrə yenidən baxılması zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2047/2015 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə, ərizə mümkün sayılmamışdır. Qərardaddan narazı qalan ərizəçi apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, yeni açılmış hallar ilə bağlı ərizənin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti ərizə ilə eyni məzmunlu tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi apelyasiya şikayətini müdafiə etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatlarını dinləyərək apelyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək aşağıdakıları qeyd edir: İPM-in 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə görə mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2047/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə İddiaçı “Nijniy Tagil” Metalkonstruksiya zavodunda xx.xx.1982-ci il tarixindən xx.xx.1985-ci il tarixədək və Bakı Dərin Özülləri zavodunda xx.xx.1985-ci ildən xx.xx.1999-cu ilədək elektrik qaynaqçısı vəzifəsində işlədiyi dövrün iş stajı Azərbaycan Respublikası Qanununun 9-cu maddəsini əsas gətirərək Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş (320 nömrəli Qərar, xx.xx.1993-cü il), “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na uyğun olaraq xüsusilə zərərli əmək stajı kimi nəzərə alınması, xx.xx.2009-cu il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh DSMF-nin Suraxanı rayon Şöbəsinə həvalə edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2047/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarından apelyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2015-ci il tarixli məktubla icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmiş, DSMF Nizami rayon şöbəsinin **********0 nömrəli xx.xx.2019-cu il tarixli məktubu ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2047/2015 saylı, xx.xx.2015-ci il tarixli qərarının icra edildiyi bildirilmişdir. Yeni açılmış hallar üzrə hazırkı ərizədə cavabdeh orqan iddiaçının pensiyasının 2015-ci ildən hesablanaraq ödənildiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan iş üzrə məhkəmə qərarlarını rəsmi qaydada əldə etdiyindən ərizəsində yeni açılmış hal kimi istinad etdiyi məlumatlar barəsində həmin qərarları əldə etdiyi və ya ən geci icra etməyə başladığı vaxtdan məlumatlı olsa da, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni 8 ildən çox müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Qeyd olunanları nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “...cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə istinad etdiyi halların ona məlum olduğu gündən qanunvericiliklə müəyyən edilmiş müddət buraxılmaqla verilmişdir. Həmin müddətin bərpasını isə İPM-in 103.3-cü maddəsi istisna edir. Beləliklə, yeni açılmış hallarla bağlı ərizə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət daxilində verilmədiyindən mümkün sayılmamalıdır.” İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İşə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2047/2015 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3703/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3703/2024
04.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver